rəvayət
rəvayətçilik
OBASTAN VİKİ
Rəvayətçi
Rəvayətçi — ədəbiyyat mətnləri, kino, teatr, teleserial və s. kimi sahələrdə sözügedən hadisələri təsvir edən xəyali bir varlıqdır. Rəvayətçilərin hadisələrin gedişatında müxtəlif funksiyaları vardır: ya onlar hadisələri şərh edirlər, ya oxucuları (izləyiciləri) hadisələr ilə tanış edirlər, ya da hadisələrin gedişatına şahidlik edirlər. Ədəbiyyat növləri (roman, hekayə və s.) əsasən bir rəvayətçi tərəfindən nəql edilir. Rəvayətçilərin insan olmadıqları ədəbiyyat əsərləri nümunələri də vardır. Məsələn, məşhur ABŞ yazıçısı olan Mark Tvenin “Mikroblarla üç min il” əsərində rəvayətçi insan yox, vəba mikrobudur. Bəzi ədəbi əsərlərdə isə rəvayətçi bir deyil, birdən çoxdur. Məsələn, Orxan Pamukun yazmış olduğu “Mənim adım qırmızı” romanında müxtəlif rəvayətçilər vardır. Ət-Tayyib Əs-Salihin yazmış olduğu “Mövsümül-Hicrə iləş-Şimal” romanındakı rəvayətçi isə adı əsər boyu açıqlanmayan bir personajdır. Bununla belə, bu adı məlum olmayan rəvayətçinin müəllifin digər kitablarında rast gəlinən Mühəymid adlı personajla eyni olduğu fikri irəli sürülmüşdür.