radiasiya dəstəsi

ру пучок радиации en beam of radiation de Strahlenbündel fr faisceau de rayons es haz de rayos it fascio di raggioggi
radiasiya
radiasiya effektivliyi
OBASTAN VİKİ
Radiasiya
Radiasiya – radioaktiv kimyəvi elementlərin nüvələrinin parçalanması zamanı yaranan enerjinin alfa, beta, qama şüaları və Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanın ətraf mühitdə müxtəlif dalğa və hissəciklər formasında yayılmasıdır. Ətraf mühitin təbii radiasiya fonu– kosmik şüalanmanın torpaq, hava, su və ətraf mühitin digər obyektlərindəki radioaktiv izotopların atmosferə səpələnən şüalarının miqdarının insan və digər canlı orqanizmlərə zərər verməyən ionlaşmış radiasiyasının təbii dərəcəsidir. Radiasiya fonunun təbii mühitdə formalaşmasında ilkin yeri kosmik şüalar, yəni atmosferə düşən böyük enerjili zərrəciklər tutur. Temperaturun dəyişməsi ilə əlaqədar radiasiya fonu lokal olaraq dəyişir. Cəm və əksolunan radiasiya (Q) cəm radiasiyası horizontal səthə düşən (D) səpələnən və (S) düz radiasiyaların cəminə bərabərdir: Q = S+ D Cəm radiasiya universal pironometr(M- 80M), əksolunan radiasiya isə albedometr cihazı vasitəsilə ölçülür. Düz radiasiya paralel şüa toplusu şəklində günəş diskindən birbaşa yer səthinə daxil olan radiasiyaya deyilir. Səpələnən radiasiya atmosferdən keçərkən atmosfer qazlarının molekulları və aerozollar tərəfindən səpələnən günəş radiasiyasının bir hissəsinə deyilir. Cəm radiasiyanın tərkibində düz və səpələnən günəş radiasiyalarının nisbəti Günəşin horizontda yüksəkliyindən, buludluluğun miqdarından və atmosferin çirklənmə dərəcəsindən asılıdır. Cəm radiasiyanın bir hissəsi Yer səthinə çataraq yenidən atmosferə şüalanır. Cəm radiasiyanın Rk əksolunan hissəsinin ümumi Q cəm radiasiyaya nisbəti çox vacib xarakteristikalardan biri olub, səthin əksetmə qabiliyyəti və ya A albedosu adlanır: A = Rk/ Q Albedo adətən faizlə ifadə olunur. Səthin albedosu onun rəngindən, kələ-kötürlüyündən, rütubətindən və digər xüsusiyyətlərindən asılıdır.
Adaptiv radiasiya
Adaptiv radiasiya — eyni başlanğıcdan olan müxtəlif canlıların müxtəlif şəraitə uyğunlaşması hadisəsi. Məsələn, plasentalı məməlilərin müasir formalarından bəzilərinin Yer üzərində sürətlə hərəkət etməyə (yırtıcılar, antiloplar), ağac həyatına (sincablar, primatlar və s.), uçmağa (yarasalar), suya (balinalar, delfinlər), torpaq altına (həşəratyeyənlər) uyğunlaşması. Adaptiv radiasiyanı müəyyən etmək üçün dörd xüsusiyyətdən istifadə edilə bilər: Komponent növlərinin ümumi əcdadı: xüsusilə də yeni nəsil. Qeyd edək ki, bu, ortaq bir əcdadın bütün nəslinin daxil olduğu monofiliya ilə eyni deyil. Fenotip-mühit əlaqəsi: mühitlər və bu mühitlərdən istifadə etmək üçün istifadə olunan morfoloji və fizioloji əlamətlər arasında əhəmiyyətli bir əlaqə. Xarakter faydası: xasiyyət dəyərlərinin müvafiq mühitlərdə performans və ya uyğunluq üstünlükləri. Sürətli spesifikasiya: ekoloji və fenotipik fərqliliyin davam etdiyi dövrdə yeni növlərin yaranmasında bir və ya bir neçə partlayışın olması. Adaptiv şüalanmaların ekoloji fürsət və ya yeni uyğunlaşma zonası tərəfindən yaradılması düşünülür. Ekoloji imkanların mənbələri antaqonistlərin (rəqiblər və ya yırtıcılar) itirilməsi, əsas yeniliyin təkamülü və ya yeni mühitə səpələnməsi ola bilər. Bu ekoloji imkanlardan hər hansı biri əhalinin sayının artması və rahat stabilləşdirici (məhdudlaşdırıcı) seçimlə nəticələnmə potensialına malikdir.
Düz radiasiya
Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Düz radiasiya paralel şüa toplusu şəklində günəş diskindən birbaşa yer səthinə daxil olan radiasiyaya deyilir.
Radiasiya balansı
Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Azərbaycanda radiasiya balansının və onun komponentlərinin tədqiqi ilə Ə. M. Şıxlinski məşğul olmuşdur. İlin isti və soyuq dövründə radiasiya balansının paylanma və yüksəklikdən asılılıq qanunauyğunluqlarıtədqiq edilmişdir Yer kürəsində radiasiya balansının və onun tərkib hissələrinin coğrafi paylanma xəritələri sovet alimləri M. İ. Budıko, T. Q. Berlyand və b. tərəfindən 1963-cü ildə " İstilik balansı" atlasında verilmişdir.
Radiasiya ekologiyası
Radiasiya ekologiyası - Ekologiyanın bölməsi olub radioaktiv maddələrin (nuklidlər) orqanizmə təsirini ayrı-ayrı ekosistem, populyasiya, orqanizm qrupu və orqanizmlərin ionlaşma şüalarına münasiətini, həmçinin ekosistemdə (populyasiya, biosenoloji mühit, xüsusilə torpaqda biosenozlarda) nuklidlərin yayılması (paylanması) və miqrasiyasını öyrənir. Yerüstü təmiz suların və dəniz ekosistemlərinin radioekologiyasına bölünür. Müxtəlif mexanizm, cihaz və qurğuların xarab olması və ya sıradan çıxması nəticəsində canlı orqanizmlərin normadan artıq dozada ionlaşmış təhlükəli şüalara məruz qalması. Uzun müddət yüksək dozalı radiasiyanın təsirilə ekosistemin dəyişməsi. Radiasiyaya ən çox davam gətirən torpaq yosunları sayılır. Sənaye personalını və əhalini ionlaşış şüalanmadan qorumaq istiqamətində aparılan tədbirlər. Radioaktivliyin (ionlaşmış şüaların) insan orqanizminə təsiri. Radiasiya.yükü radiasiyanın udulmuş dozası ilə ölçülür. Kosmik gəmi (KG) heyətini kosmik radiasiyadan KG.-də qoyulmuş nüvə reaktoru və ya izotop generatorunun şüalanması təsirindən mühafizə edən vasitədir. Kosmik radiasiyadan mühafizə sistemi heyəti hər tərəfdən əhatə etməlidir.
Radiasiya soyuması
Yer səthi tərəfindən istiliyin şüalanması onun soyumasına səbəb olur və bu havanın yer səthinə yaxın hissəsində temperaturun aşağı düşməsinə gətirib çıxarır. Bu cür soyumaya yer səthinin radiasiya soyumasıdeyilir.
Radiasiya çirklənməsi
Səpələnən radiasiya
Radiasiya — Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Radiasiya maddədən fərqlənən materiya formasıdır. Radiasiyanın fərdi halı görünən işıqdır, lakin radiasiya gözlə görünməyən qamma şüası, radiodalğalar, ultrabənövşəyi və infraqırmızı radiasiyalar da aiddir. Onların hamısı birlikdə elektromaqnit spektri formalaşdırır. Səpələnən radiasiya atmosferdən keçərkən atmosfer qazlarının molekulları və aerozollar tərəfindən səpələnən günəş radiasiyasının bir hissəsinə deyilir. Düz günəş radiasiyasının atmosferdə zəifləməsinin əvəzi səpələnən radiasiyanın hesabına qismən ödənilir. Səpələnən radiasiyanın kəmiyyətinə müxtəlif amillər təsir göstərirlər: günəşin üfüqdən yüksəkliyi, atmosferin şəffaflığı, atmosferdə olan suyun miqdarı və vəziyyəti, yer səthinin albedosu. Düz radiasiya artdıqca səpələnən radiasiya da artır.
Radiasiya xəstəliyi
Radiasiya xəstəliyi canlı orqanizimdə (məsələn, insanda) müxtəlif növ ionlaşdırıcı şüalara məruz qalma nəticəsində yaranan və zərərli şüalanmanın növündən, onun dozasından, şüa mənbəyinin yerindən, dozanın paylanma vaxtından asılı olaraq bir sıra simptomlarla xarakterizə olunan xəstəlikdir. Radiasiya xəstəliyinin ağır fəsadı immun çatışmazlığıdır ki, bunun nəticəsində infeksiyalar qanyaradıcı orqanların işində pozuntular əmələ gətirir və daxili orqanların fəaliyyətini pozaraq çoxlu orqan çatışmazlığına səbəb olur. Radiasiya xəstəliyini ionlaşdırıcı şüalanmanın yaratdığı yerli radiasiya xəsarətləri ilə qarışdırmaq olmaz (məsələn: radiasiya reaksiyası, radiasiya yanığı, radiasiya dermatiti (L58, L59), radiasiya xorası, radiasiya hepatiti, radiasiya pnevmoniti (J70.0), radiasiya ağciyər fibrozu (J70.1), radiasiyadan sonrakı kifoz (M96.2), radiasiyadan sonrakı skolioz (M96.5), radiasiya çənənin osteonekrozu (K10. 2), ağız boşluğunun radiasiya selikli qişası (K12.3), radiasiya qastroenteriti və kolit (K52.0), radiasiya proktiti (K62.7), radiasiya sistit (N30.4) və s. ). Müəyyən bir vəziyyətdə ionlaşdırıcı şüalanmaya məruz qalma səbəbindən yaranan digər patologiyalar üçün ICD-10 kodundan əlavə W88, Y63.2, Y63.3, Z57.1 kodları da təqdim edilir. İnsanlarda şüa xəstəliyirad ioaktiv maddələrin bədənə tənəffüs edilmiş hava, mədə-bağırsaq traktı, dəri və selikli qişalar, həmçinin inyeksiya vasitəsilə xarici və ya daxili şüalanma nəticəsində yaranır. Radiasiya xəstəliyinin ümumi klinik təzahürləri, əsasən, qəbul edilən ümumi şüalanma dozasından asılıdır. Vahid zaman ərzində məruz qalınan şüalanma dərəcəsindən asılı olaraq kəskin şüa xəstəliyi (qısa müddət ərzində yüksək doza) və yaxud da xroniki şüa xəstəliyi (hüceyrələrdə uzun müddət ərzində az miqdarda dozanın yığılması nəticəsində) inkişaf edir. Kəskin şüa xəstəliyi (KŞX) - qısa müddət ərzində 1 Gy-dən (100 rad) çox dozanın vahid təsiri nəticəsində əmələ gəlir.
Radiasiya Problemləri İnstitutu
Radiasiya Problemləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxildir. Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin, müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, canlılara təsirinin, enerji çevrilmələrinin fiziki-kimyəvi problemlərinin, radioekologiya və radiasiya təhlükəsizliyi istiqamətlərinin elmi və elmi-texniki əsaslarının işlənilməsi məqsədi ilə SSRİ Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsinin 21 may 1969-cu il tarixli 27 saylı qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun əsası qoyulmuşdur. Azərbaycan Respublikası suverenlik əldə etdikdən sonra Respublikamızda radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemləri daha da aktual xarakter kəsb edib. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 81 saylı, 21 may 2002-ci il tarixli qərarı ilə AMEA-nın Radiasiya Tədqiqatları Sektoru bazasında Radiasiya Problemləri İnstitutu yaradılmışdır. AMEA sistemində Radiasiya Problemləri İnstitutu Azərbaycan Respublikası ərazisində nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, radioekologiya, energetikanın fiziki-texniki problemləri, qeyri-ənənəvi enerji çevrilmələri prosesləri, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətlərində fundamental elmi və texniki tədqiqat işlərini aparan, bu sahələrdə ölkədaxili və beynəlxalq informasiya mübadiləsini yerinə yetirən yeganə elmi müəssisədir. Radiasiya təhlükəsizliyi, Radioekologiya — Ölkə ərazisinin ətraf mühit komponentlərinin radionuklid və kimyəvi tərkibinin tədqiqi, işğaldan azad olunmuş ərazilərə xüsusi diqqətin ayrılması, alınan nəticələrin sistemləşdirilməsi, vahid elektron bazada yerləşdirmək üçün işlənilməsi, radiasiya risklərinin idarə olunması mexanizminin hazırlanması Radiobiologiya — Bioloji orqanizmlərə radiasiyanın təsiri, stimullaşdırıcı dozanın təyini, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və onların ətraf mühitin ekstremal təsirlərinə qarşı davamlılığının artırılması üçün radiasiya texnologiyalarının tətbiqi, sterilizasiya dozasının təyini, maddələrin radiasiya təsirindən qorunması üçün protektorların hazırlanması Bərk cismlərin radiasiya fizikası — Yarımkeçirici, seqnetoelektrik və polimer materiallarda radiasiyanın təsiri ilə baş verən fiziki proseslərin tədqiqi, implantasiya yolu ilə daxil edilmiş elementlərin, o cümlədən nanozərrəciklərin bu proseslərin sürətinə və istiqamətinə təsirinin müəyyənləşdirilməsi, radiasiyanın təsiri ilə verilmiş xassələrə malik materialların alınması, materialların radiasiya-stimullaşdırılmış modifikasiyası, radiasiyaya davamlılığının artırılması və istismar xüsusiyyətlərinin idarə olunması Yüksək enerjilər kimyası — Karbohidrogen və su əsalı sistemlərdə radiasiyanın təsiri ilə baş verən fiziki-kimyəvi proseslərin kinetika və mexanizminin tədqiqi, bu sistemlərdə hidrogenin, olefinlərin, polimerlərin və praktikada geniş istifadə olunan yüksəkmolekullu materialların alınması və modifikasiyası üçün optimal şərtlərin tapılması, çirkləndirici qarışıqların deqradasiyasının qanunauyğunlarının öyrənilməsi, post-radiasiya effektlərinin tədqiqi Bərpa olunan enerji mənbələrinin istifadəsi və hydrogen enrgetikası — Günəş, külək və kiçik Su elektrik stansiyalarından alınan enerjilərin istilik və elektrik enerjisinə çevrilməsinin faydalı iş əmsalının artırılması yollarının araşdırılması, bu enerjilərin ayrı-ayrılıqda və kombinə olunmuş şəkildə istifadə olunması ilə sudan və mineral resurslardan hidogenin, sintez-qazın və maye yanacağın alınması sahəsində elmi-tədqiqat və Layihə-konstruktor işlərinin aparılması Şüa qəbuledici və işarəverici cihaz və qurğuların hazırlanması — Silisium əsaslı fotoelektron gücləndiricilərin tədqiqi, onların şüa qəbuledicilərinin yaradılmasında tətbiqi, yüksək həssaslığa və əhatə dairəsinə malik mühafizə-işarəverici qurğuların işlənməsi, sınaqdan keçirilməsi və tətbiqi АМЕА Radiasiya Problemləri İnstitutunda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, yüksək enerjilər kimyası, radioekologiya, radiasiya materialşünaslığı istiqamətləri üzrə aparılan elmi-tədqiqat işlərinin dünya elminə inteqrasiyasını təmin etmək məqsədi qarşıya qoyulmuşdur. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Radiasiya Tədqiqatları Sektoru SSRİ Elmlər Akademiyasının Neft-kimya sintezi, Kimyəvi Fizika, L.Y. Karpov adına Fizika-kimya İnstitututları, Belarusiya EA-nın Atom energetikası İnstitutu, Gürcüstan EA-nın Fizika, Qeyri-üzvü və Elektrokimya İnstitutları və Moskva Dövlət Universiteti ilə sıx elmi əməkdaşlıq yaradılmışdı. 1980-ci illərdə Atom-hidrogen energetikası istiqamətində İ.V. Kurçatov adına Atom enerjisi İnstitutu, Yanar qazıntılar İnstitutu və SSRİ-nin digər elmi mərkəzləri ilə məqsədli kompleks Proqramlar çərçivəsində elmi tədqiqat və kadr hazırlığı üzrə birgə fəaliyyətlə həyata keçirilmişdir. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsi və 2002-ci ildə İnstitutun Atom enerjisi üzrə Beynəlxalq Agentliyə daxil olması ilə beynəlxalq əlaqələr genişlənmişdir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Amerika Birləşmiş Ştatlarının Energetika Nazirliyinin Nüvə Təhlükəsizlik Deportamenti, NATO, ABŞ Mülki Araşdırmalar Fondu CRDF ilə beynəlxalq proqramlar çərçivəsində işlər davam etdirilmişdir.
Cütdırnaqlılar dəstəsi
Cütdırnaqlılar (lat. Artiodactyla) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Suidae (Donuzkimilər) fəsiləsinə ən geniş yayılmış və sayı nisbətən yaxşı qalmış Sus scrofa (çöl donuzu) aiddir. Onun ən yüksək sıxlığı Böyük Qafqazın Zaqatala-İsmayıllı bölgəsində, Talışda və ara-sıra Kür və Arazın tuqaylarında müşahidə olunur. Qabanın respublikada ümumi sayı 5500–6000 fərd kimi qiymətləndirilir. Cervidae (Maralkimilər) fəsiləsindən Capreolus capreolus (cüyür) orta dağ qurşağı meşələrində rast gəlinir. Talış və Kiçik Qafqazda azsaylı olub, Böyük Qafqazda cütdırnaqlılar arasında sayı nisbətən çox olanı sayılır. Zaqatala, İlisu və İsmayıllı qoruqlarında sayları daha çoxdur. Azərbaycanda ümumi sayı 900–1000 başa yaxındır. Bu fəsilənin ikinci növü Cervus elaphus (nəcib maral) vaxtı ilə bütün meşələrdə rast gəlsə də, hazırda yalnız Böyük Qafqazın cənub ətəklərində qalmış, Qarayazı meşələrində demək olar ki yox olmuş, Göygöl qoruğunda isə yox olmaq üzrədir.
Dəyirmikirpiklilər dəstəsi
Dəyirmikirpiklilər dəstəsi (lat. PERITRICHA ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. Dəyirmikirpiklilərin böyük əksəriyyəti oturaq həyat tərzi keçirir . Kirpik aparatı peristomu əhatə edən spiral membranella dəstindən ibarətdir. Ağızətrafı spiral membranellalar spiralkirpiklilərdən fərqli olaraq, sola doğru burulmuşdur. Bədənin qalan hissələri kirpiklərdən məhrumdur. Yalnız üzmə mərhələsində bədənin dal ucunda kirpiklər olur. Su hövzələrində dəyirmikirpiklilərin Vorticella cinsindən olan, oturaq həyat tərzi keçirən növləri geniş yayılmışdır. Bu cinsin nümayəndələri su bitkilərinə , molyuskaların çanağına spiral kimi yığıla bilən uzun saplaqlarla yapışaraq , tək halda yaşayırlar . Onların bədənləri də yığıla bilir.
Erato dəstəsi
Erato dəstəsi (erm. Էրատո ջոկատ) — Ermənistan Quru Qoşunlarının hərbi hissəsi. Ermənistan Silahlı Qüvvələri zəminində yaradılmış ilk qadınlardan ibarət hərbi hissədir. Azərbaycan ilə Ermənistan arasında baş verən qarşıdurmalardan sonra yaradılmış və ilk növbədə İkinci Qarabağ müharibəsi dövründə fəaliyyət göstərmişdir. 1990-cı illərin əvvəllərində baş vermiş Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən ən azı 115 qadının döyüş tapşırıqlarında iştirak etdiyi haqqında məlumat mövcuddur. 2013-cü ildə Ermənistandakı hərbi akademiyalarda ilk dəfə qadınların iştirakına icazə verilmişdir. Armenak Xanperyants adına Hərbi Aviasiya Universiteti həmin il 5 qadını qəbul etmiş, növbəti il isə Vazgen Sarkisyan adına Hərb Universiteti də oxşar qərar almışdır. 2020-ci ilin avqust ayında Ermənistanın hazırkı Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan, Qondarma Dağlıq Qarabağ Respublikasından olan qadınlarla bir həftəlik döyüş hazırlığı proqramı keçmişdir. Bu, 2020-ci ilin iyul ayında, Azərbaycan–Ermənistan sərhədində baş verən Tovuz döyüşlərinə bir cavab idi. Hakobyan daha sonra 18–27 yaş arası qadınlar üçün 45 günlük könüllü bir təhsil proqramı yaratmışdır.
Evqlenakimilər dəstəsi
Evqlenakimilər dəstəsi (lat. Euglenida ) — Qamçılılar sinfinə aid olan dəstə. Evqlenakimilər dəstəsi — Bu dəstə bədənin ön tərəfində bir qamçı olan, əsasən şirin sularda yaşayan qamçılıları birləşdirir. Evqlenakimilərin bədəni pellikula ilə örtülüdür. Pellikula bəzi növlərdə yaşıl evqlenada olduğu kimi elastiki, bəzilərində isə möhkəm olub, bədənə sabit forma verir. Evqlenakimilər yaşıl bədənə, çoxlu xromatoforlara malikdirlər. Onlar üçün holofit qidalanma, bəzi rəngli formalar üçün miksotrof qidalanma xasdır. Bütün rəngli evqlenakimilər qırmızı gözcüyə — stiqmaya malikdir. Rəngsiz növlər saprofit, bir çoxu isə holozoy üsulla qidalanır. Holozoy üsulla qidalanan evqlenakimilər xüsusi orqanoidlər: hüceyrə ağzı — sitostom, sitoplazmanın dərinləşməsindən əmələ gələn udlaq yerləşir.
Fitomonadlar dəstəsi
Fitomonadlar dəstəsi (lat. Phyto – monadida ) — Qamçılılar sinfinə aid olan dəstə. Fitomonadlar iki qamçılı yaşıl qamçılılardır. Onlar autotrof orqanizmlərdir. Böyük əksəriyyəti volvokskimilər fəsiləsində (Volvocidae) birləşərək koloniya şəklində rast gəlinir. Koloniya lövhəşəkilli, şarşəkilli formada ola bilər. Bu fəsilənin ayrı-ayrı koloniyalarında ölçüsü və fərdlərinin sayı müxtəlif olur. Ən sadə quruluşlu koloniya yastı lövhəşəkilli qonium koloniyasıdır. Bu koloniyada fərdlərin sayı 4–16 ədəd olub, tamamilə eyni fərdlərdən ibarətdir və bütün hüceyrələr bir cərgədə düzülərək lövhə şəklindədir. Hər bir fərd koloniyadan ayrılaraq bölünmə vasitəsilə qeyri-cinsi yolla coxalıb yeni koloniya əmələ gətirə bilir.
Hidralar dəstəsi
Hidralar dəstəsi (lat. Hydrida ) — Bağırsaqboşluqlular tipinə aid olan dəstə. Bu dəstənin quruluş xüsusiyyətlərini öyrənmək üçün şirin suda yaşayan hidraların quruluşu ilə tanış olaq . Hidralar uzunsov, kisəşəkilli bədənə malik sadə quruluşlu bağırsaqboşluqlulardır. Bədənin bir tərəfində ağız dəliyi yerləşir ki , bu oral qütb adlanır. Ağızın ətrafında yığılıb –açılmaq qabiliyyətinə malik olan qol çıxıntıları vardır. Bu çıxıntılar uzandıqda onların uzunluğu bədən ölçüsündən bir neçə dəfə artıq olur. Çıxıntıların sayı 5-dən 8-ə kimi, bəzi hidralarda isə daha çox olur. Ağız dəliyi qastral boşluğa açılır və bu boşluq qol çıxıntılarında davam edir. Hidraların bədəninin divarı ikiqat hüceyrələrdən — ektoderma və entoderma qatlarından ibarətdir.
Hipermastiginlər dəstəsi
Hipermastiginlər dəstəsi (lat. Hypermastigida ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. Çoxqamçılıların bəzilərində nüvələrin , qamçıların , aksostilin miqdarı çox olur. Belə qamçılıların hipermastiginlər dəstəsində birləşdirir. Termitlərin bağırsağında bu dəstənin Calonymphidae fəsiləsindən olan nümayəndələri parazitlik edir. Termitlərlə simbioz həyat tərzi keçirən C.grassii növündə nüvələrin, bazal dənəciklərinin, aksostilin və parabazal aparatın miqdarı çox olur. Hər bazal dənəciyində uzanan 3–4 qamçı bütöv qamçılı sahə əmələ gətirir. C.grassii növü termitin bağırsağında oduncaqla qidalanır. Məlumdur ki, termitlərin özü sellülozanı parçalaya bilmir. Təcrübədə sübut edilmişdir ki, bağırsağında qamçılılar çıxarılmış termit oduncaqla qidalandırıldıqda, onlar acından məhv olurlar.
His dəstəsi
His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Waldeyer: Anatomie des Menschen, de Gruyter, Berlin 2003, ISBN 3-11-016561-9 S. 869f.
Kökqamçılılar dəstəsi
Kökqamçılılar dəstəsi (lat. Rhizomastigida ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. Bu dəstənin nümayəndələrində həm qamçılıların, həm də sarkodinlərin əlamətləri vardır. Buna görə də kökqamçılılar bu iki sinif arasında keçid formalar hesab olunurlar. Kökqamçılılarda nüvə ilə nazik tellərlə birləşən bir və ya bir neçə qamçı olur. Eyni zamanda qamçılarla bərabər yalançı ayaqlar əmələ gətirmək qabiliyyətinə malikdirlər. Kökqamçılılar qamçılarını itirmədən amöbvari hərəkət edirlər. Adətən birnüvəli olurlar. Bakteriyalarla, yosunlar, və ibtidai orqanizmlərlə qidalanırlar. Kökqamçılılar yalnız qeyri-cinsi yolla bölünməklə çoxalırlar.
Mühafizə dəstəsi
SS (alm. Schutzstaffel‎ — "mühafizə dəstəsi") — 1925–1945-ci illərdə Adolf Hitlerin rəhbərliyi altında Nasional Sosialist Alman Fəhlə Partiyasının tərkibində fəaliyyət göstərmiş hərbiləşdirilmiş təhlükəsizlik təşkilatıdır. 1923-cü ildə SS, Münhendə partiya iclaslarının təhlükəsizliyini təmin etmək üçün partiya könüllülərindən ibarət Saal-Schutz ("Zal Mühafizəsi") kimi tanınan kiçik mühafizə dəstəsi ilə fəaliyyətə başladı. 1925-ci ildə SS-in təsisçilərindən biri olan Julius Schreck təşkilatın lideri oldu və müəyyən islahatlar aparıldı. Eyni ildə təşkilata Heinrich Himmler qoşuldu. Onun rəhbərliyi altında (1929–1945) SS, Nasist Almaniyasının ən güclü təşkilatlarından birinə çevrildi. SS, Nasist Partiyasının hakimiyyətə gəlişindən 1945-ci ildə rejimin süqutuna qədər Almaniya və onun işğalı altında olan Avropada təhlükəsizlik, kəşfiyyat və terrorun ən qabaqcıl orqanı idi. SS-in emblemi 1933-cü ildə SS şturmhauptfüreri Valter Hek tərəfindən simvolik məbləğ olan 2,5 alman markası qarşılığında yaradılmışdır. Emblemdəki ildırım işarələri Armanen runlarından alınmışdır, qələbəni simvolizə edir, eləcə də SS-in baş hərfləri üçün dayanır. 1923-cü ilin martında Emil Moris və Berxtold Münhendə Herman Erhardtın briqadasına daxil olan "Fırtına ordusu"dan Nasional Sosialist Alman Fəhlə Partiyasının əsasını qoyan Adolf Hitler üçün xüsusi təyinatlı "Ştab gözətçisi" (alm.
Opalinkimilər dəstəsi
Opalinkimilər dəstəsi (lat. Opalinida ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. Opalinkimilər, demək olar ki, sırf suda – quruda yaşayanların parazitləridir. Opalinlərin bədəni bərabər kirpiklərlə örtülüdür. Onlarda həzm və ifrazat vakuolu yoxdur, qidalanma diffuz xarakterlidir. Müxtəlif opalinlər iki və daha çox eyni tipli nüvəyə malikdir ki, bununla infuzorlardan fərqlənirlər. Dəstənin xarakterik nümayəndələri qurbağa opalinasıdır. Bədəni yastıdır, yarpaqşəkillidir və 1mm uzunluqdadır. Bədənin üzəri çoxlu miqdarda qısa və bərabər qamçılarla örtülmüşdür. Endoplazmada onlarla kiçik nüvə vardır.
Osetin dəstəsi
Osetin dəstəsi (erm. Օսական ջոկատ; rus. Осетинские добровольцы) - Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən döyüşmüş əsasən etnik osetin və kabardinlərdən təşkil olunmuş hərbi dəstə. Osetin otryadı adı ilə tanınmış dəstəyə millətcə osetin olan mayor Mirzə Abayev rəhbərlik etmişdir. Osetin dəstəsinin Qarabağ müharibəsinə gəlişi 1992-ci ildə baş vermişdir. 30 osetin, 3 rusiya ermənisi, 1 kabardin, 1 rus və 1 nəfər tatardan ibarət, ümumilikdə 36 nəfərdən ibarət dəstə 1992-ci ildə Rusiyadan Qarabağa gəlmişdir. Dəstə üzvlərinin əksəriyyəti Qarabağ müharibəsindən əvvəl Gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. Dəstə, Ağdam, Cəbrayıl, Ağdərə və Füzuli rayonlarının işğal olunmasında fəal iştirak etmişdir. Dəstə üzvü olan Boris Əliyevin Ağdərə rayonun işğalında səhra komandiri olduğu və Azərbaycan ordusu tərəfindən öldürüldüyü məlumdur. Dəstənin tanınmış döyüşçülərindən Georgi Vəliyev (qranatamyotçu), Oleq Qusov (Tsxinvalidən xüsusi təyinatlı), Qulbeq İnalov (Tsxinvalidən xüsusi təyinatlı), Nurmaqomed Budaev, Aleksandr Zanqiev, Boris Əliyev və Zaurmaq Barayevi misal göstərmək olar.
Otyeyənlər dəstəsi
Otyeyənlər (lat. Psocoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan qrupu. Uzunluğu 1,5 mm, sapşəkilli bığcıqlı və özünəməxsus baş quruluşu olan xırda, zərif cücülərdir. Otyeyənlərin bədəni yumşaq, uzunsov, silindrik və ya dorsoventral istiqamətdə yastılanmışdır. Başı hipoqnatik və ya proqnatikdir. Ağız orqanları gəmirici tipli, ancaq uzunsov lasiniyalıdır. Bığcıqları nazik, uzun, 13-50 buğumlu, tükcüklüdür. Qanadlılarda gözlər iri, çoxfasetli, bəzi qanadsızlarda isə reduksiya olunmuşdur. Qanadları zarşəkillidir, dinc halda kürəyində damvarı yığılır, bəzi növlərdə gödəlmiş və ya yoxdur. Ayaqları yüyürücü, nazik, pəncələri 2-3 buğumlu, 2 caynaqlıdır.
Qansporlular dəstəsi
Qansporlular dəstəsi (lat. Haemosporidia ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. Qansporlular dəstəsi 100-ə qədər növü birləşdirib, məməlilərin, quşların və sürünənlərin hüceyrədaxili parazitləridir. Həyat tsikli koksidilərdə olduğu kimi şizoqoniya, qametoqoniya və sporoqoniya mərhələlərinin növbələşməsi ilə baş verir. Koksidilərdən fərqli olaraq, rüşeym möhkəm örtük əmələ gətirmir və xarici mühitə düşmədən bir sahibdən digər sahibə keçir. Beleliklə çoxalma 2 sahibdə gedir. Koksidilərdə qansporlular qohumluq əlaqələri olduğunu ilk dəfə 1887-ci ildə İ. İ. Meçnikov qeyd etmişdir. Onlar arasında başlıca fərq qansporlularda hərəkətli amöbvari şizontların olması və sporların olmamasıdır . Qansporluların Piroplasmoidea yarımdəstəsindən olan növlərinin də böyük təsərrüfat əhəmiyyəti vardır. Bu dəstənin Babesiidae və Theileriidae fəsilələrinin nümayəndələri məməli heyvanlarda, əsasən qaramalda, piroplazmoz adlanan bir sıra ağır xəstəliklər törədirlər.
Zirehlilər dəstəsi
Zirehlilər dəstəsi (lat. Dinoflagellata ) — Qamçılılar sinfinə aid olan dəstə. Zirehlilər, əsasən dənizlərdə yaşayırlar. Bədənləri sellülozadan təşkil olunmuş ikitaylı zirehə malikdir. Dəstənin əksər növlərində sarı-qonur, az hallarda yaşıl xromotoforlar vardır ki, bunlar holofit qidalanmanı təmin edir. Zirehlilər içərisində animal üsulla qidalanan formalar da vardır. Bunlara isti dənizlərdə yayılan gecə işıqcası adlanan zirehli qamçılını misal göstərmək olar. Gecə işıqcası bir qamçılı, iri kürə şəklində formada olub, diametri 2mm -ə qədərdir. Yayın axırlarında onlar külli miqdarda çoxalırlar. Gecə işıqcası növü dəstənin digər nümayəndələri kimi dənizdə xüsusi işıq saçmaq qabiliyyətinə malikdir.