REJİSSOR

is. □ Rejissor kanalının kodu – videomontaj üçün rejissor kanalının maqnit nişanı.
REİNTRODUKSİYA
REKET
OBASTAN VİKİ
Rejissor
Rejissor (fransızca régisseur, idarəetmə deməkdir) — tamaşa, film, estrada konsert proqramlarının, sirk səhnələrinin qoyuluşuna rəhbərlik edən şəxsdir. İlk rejissor kimi Sesil Balunt de Mill sayılır. O, ilk dəfə olaraq tamaşalara öncədən baxış keçirmiş, film ulduzlarını reklam etmiş, ən başlıcası isə o ilk dəfə olaraq çəkiliş meydançasında meqafonla görünmüşdür. Rejissorun əsas vəzifələri bunlardan ibarətdir: Əsərin müəlliflə birlikdə dramaturji cəhətdən hazırlığı Aktyorların seçilməsi Texniki avadanlığın seçilməsi, xərclərin hesablanması və istehsalın planının tutulması Səhnələr ardıcıllığı üçün çəkilişin hazırlığı Səhnələr üçün yerlərin seçilməsi Kütləvi səhnələrin və xüsusi effektlərin təyini Əsas aktyorlarla danışıqların aparılması Əsər üçün musiqi konseptinin işlənməsi Çəkilişin aparılması (işin həcminin təyini) Arxiv materiallarının seçilməsi Çəkilmiş filmin incə emalı Son variantın hazırlanması Filmin reklam edilməsində istehsalçılarla birlikdə çıxış etmək Aydın Dadaşov. Rejissorluğun üslub problemləri. Bakı: "Elm və təhsil", 2010.
Quruluşçu rejissor
Quruluşçu rejissor və ya Kinematoqraf (bəzən qısaca DOP ) adətən vizual elementlərin vacib olduğu film, foto və ya video çəkilişlərində ssenariyə müvafiq olaraq, kameradan istifadə etməkdə, işığı tənzimləməkdə və çəkilişlər zamanı lazım olan effekti yaratmaqda rejissora köməklik göstərən texniki və bədii quruluş işçisidir.
Elvin Mirzəyev (rejissor)
Mirzəyev Elvin Hacı oğlu (18 sentyabr 1974, Bakı) — Azərbaycan rejissoru və aktyoru. == Həyatı == Elvin Mirzəyev 1974-cü ildə Bakıda anadan olub. 1994-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun fortepiano şöbəsini, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 1996–2003-cü illərdə Bakı Kamera Teatrında rejissor, aktyor, 2003–2004-cü illərdə Space TV, 2004–2006-cı illərdə isə ANS TV-də işləyib. 2006–2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinin təsisçisi və rejissoru olub. 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rejissoru olub. 2013-cü ilin oktyabr ayından öz "TREM TV Production" kinoşirkətini yaradır. Bu şirkətin bazasında "Qağayı" və "Əli və Nino" bədii televiziya seriallarını, bir sıra sənədli filmlər və kliplər çəkir. 2016-cı ilin oktyabr ayından İrəvan Azərbaycan Dövlət Teatrının rejissorudur. 2023-cü il yanvar ayından Alternativ SƏHNƏ Teatrının baş rejissorudur.
Emil Abdullayev (rejissor)
== Həyatı == Emil Abdullayev 1989-cu il iyunun 30-da Bakı şəhərində dünyaya gəlmişdir. 1995—2006-cı illərdə Səməd Abdullayev adına 290 saylı orta məktəbdə təhsil almışdır. 2006—2011-ci illərdə “Odlar Yurdu” universitetində qiyabi ali təhsil alan Emil Abdullayev 2008— 2009-cu illərdə hərbi xidmətdə olmuşdur. 2009—2011-ci illərdə isə Türkiyədə “3D Akademi”-də təhsil almış və təhsilini xüsusi fərqlənmə diplomları ilə bitirmişdir. == Karyerası == Emil Abdullayev 2011-ci ildə "M Group Production" şirkətində rejissor kimi işə başlamış və 2012—2014-cü illərdə ANS teleakanalında yayımlanan “Bu da bu” yumoristik telelayihənin quruluşçu rejissoru kimi fəaliyyət göstərmişdir. 2014-cü ildə "My name is İntiqam" komediya filminin quruluşçu rejissoru olmuşdur. Eyni zamanda filmin bütün montajını da özü etmişdir. (Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir.) Emil Abdullayev My name is İntiqam filminin quruluşçu rejissoru olmaqla, Azərbaycan kino tarixində ən gənc uzunmetrajlı film çəkmiş rejissor kimidə tarixə düşüb 2015—2016-cı illərdə “Azad Azərbaycan” və “İlk Media” şirkətinin məhsulu olan və "Bozbash Pictures"in istehsalı olan “Axırıncı yol” macəra komediyasının quruluşçu rejissoru olmuşdur. (Xatırladaq ki, Axırıncı Yol filmi Azərbaycan müstəqil olduqdan sonra kinoteatrlarda yerli və xarici filmlər arasında 30 gün ərzində 100.000 baxış sayı toplamış yeganə filmdir.) Eyni zamanda "Axırıncı Yol" macəra komediyasının bütün montajını da Emil Abdullayev özü etmişdir.
Etibar Babayev (rejissor)
Etibar Babayev (tam adı:Babayev Etibar Kamal oğlu; 1967, Bakı – 2 iyul 2020, Bakı) — "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi == Həyatı == 1967-ci ildə Bakıda anadan olmuşdur. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışmışdır. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olmuşdur. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunmuşdur. Bir neçə[hansı?] bədii və sənədli filmin ideya müəllifi və layihə rəhbəri olmuşdur. "Ana və poçtalyon", "Xocalı yol gözləyir" filmləri olmuşdur. 2 iyul 2020-ci ildə Bakı şəhərində koronavirusdan dünyasını dəyişmişdir. == Tətlifləri == 10 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Əməkdar incəsənət xadimi adı ilə təltif olunmuşdur.
Fariz Əhmədov (rejissor)
Fariz Asif oğlu Əhmədov (15 dekabr 1983, Bakı) — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-ci ildən). == Həyatı == Fariz Əhmədov 15 dekabr 1983-cü ildə Bakıda anadan olub. ADMİU-nun Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasında (2001–2005) və Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil alıb (2007-dən). Professional Kinorejissorlar Gildiyasında koordinator (2003–2005), Beynəlxalq Audiovizual Festivalda koordinator (2003–2005), ANS TV-də rejissor (2005–2006) kimi çalışıb. Hazırda AzTV-də rejissordur. Fariz Əhmədov "Kiçik Əmanət" (2005, 5 dəq, film haqqında film), UNICEF üçün "Gənclik və Sülh" mövzusunda 1 dəqiqəlik sənədli filmin (2003) müəllifidir. 2010-cu ildə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə daxil olmuş və 2012-ci ildə həmin ali təhsil ocağının magistr pilləsini bitirmişdir. 2012-ci ildə "Azanfilm" animasiya filmləri studiyasının direktoru təyin edilmişdir. 2020-ci ildən "Azərbaycanfilm" kinostudiyasının direktorudur. == Mükafatları == Çəkdiyi "Əriyən ada" filmi 2015-ci ildə "Ən yaxşı sənədli film" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.
Fikrət Əliyev (rejissor)
Fikrət Əliyev (12 dekabr 1939, Bakı – 8 mart 2016, Bakı) — Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, ikinci rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi. == Həyatı == Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə M. A. Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən ömrünün sonunadək "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. O, "Yuxu", "Axırıncı dayanacaq", "Ölüm növbəsi" və s. filmlərdə rejissorluq etmişdir. Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Fikrət Əliyev 8 mart 2016-cı ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Rejissor Əmircan qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılmışdır. == Ailəsi == Rejissorun 1 qız və 3 oğlan övladı olmuşdur.
Fuad Hacıyev (rejissor)
Fuad Rauf oğlu Hacıyev (22 iyul 1942 – 31 iyul 2023) — Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, təhsil işçisi və məşhur rejissor. == Həyatı == 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gediblər. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir. Qeyd edək ki, Fuad Hacıyev SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb – Fuad Raufoğlu. Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikova böyüdüb, analıq edib.
Kərim Həsənov (rejissor)
Kərim Vahab oğlu Həsənov (1914, Şamaxı – 1978, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycan SSR əməkdar artisti (1954). == Həyat və yaradılığı == Kərim Həsənov 1914-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini burada almış daha sonra ailəsi ilə Bakıya köçmüşdür. Orta məktəbdə oxuyarkən 1928-ci ildə həvəskar aktyor kimi çıxış etmiş, sonra truppaya qəbul edilmişdir. 1931–1934-cü illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində, 1934–1939-cu illərdə isə Moskva Teatr Sənəti İnstitutunda təhsil almışdır. Moskvadan qayıtdıqdan sonra 1939–1949 və 1954–1977-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor və 1949–1952 və 1953–1954-cü illərdə baş rejissor işləmişdir. Uşaqlar, məktəblilər, yeniyetmələr və gənclər üçün müxtəlif janrlarda tamaşalar hazırlamışdır. Kollektivin rus truppasında da bir neçə tamaşanın rejissoru olmuşdur. Kərim Həsənov bir sıra tamaşalara quruluş vermişdir: "Xırs quldurbasan" (Mirzə Fətəli Axundov), "Ağa Kərim xan Ərdəbili" və "Hacı Qəmbər" (Nəcəf bəy Vəzirov), "Poçt qutusu" və "Quzu" (Cəlil Məmmədquluzadə), "Bəxtsiz cavan" (Əbdürrəhim bəy Haqverdiyev), "Fitnə" (Abdulla Şaiq), "Azad", "Məlik Məmməd" və "Aqil və Sərvinaz" (Əyyub Abbasov), "Babək" və "Ramiz" (Əbil Yusifov), "Zəng səsləri", (Ramiz Heydər), "O mənim oğlumdur" və "Dağ seli" (Əfqan), "Nəsrəddin", "Aprel səhəri" və "Qonşular" (Yusif Əzimzadə), "Aydınlığa doğru" (Seyfəddin Dağlı), "Yarımçıq şəkil" (Adil Babayev), "Son məktub" və "Etibar" (Rauf İsmayılov), "Seyran" (Əliməmməd Atayev və Əhməd Əhmədov), "Yeniyetmələr" (Həsən Qasımov və Ənvər Əlibəyli), "Yanmış planetin sərvətləri" (Novruz Gəncəli), "İki veronalı" (Uilyam Şekspir), "Skapenin kələkləri" (Jan-Batist Molyer), "Evlənmə" (Nikolay Qoqol), "Ərköyün oğul" (Yevgeni Rıss), "Qoğal evə (Miloslav Steqlik), "Sehrli güvəc" (Pavel Malyarevski), "Mayın əvvəllərində" (Valentina Lyubimova). Rejissor 1978-ci ildə Bakıda vəfat etmişdir.
Mikayıl Mikayılov (rejissor)
Mikayıl Yusif oğlu Mikayılov (30 dekabr 1903, Bakı – 24 iyun 1986, Bakı) — Azərbaycanlı kinorejissor və ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi. Mikayıl Yusif oğlu Mikayılov 30 dekabr 1903-cü ildə Bakıda anadan olmuşdur. İçərişəhərdə yaşayıb. 1986-cı ildə Bakıda ölmüşdür. Azərbaycan kinosunun ilk rejissorlarındandır. Bir necə filmin ssenari müəllifidir. 1924-cü ildən fəaliyyətə başlamış çoxlu sayda sənədli — xronika filmləri çəkmişdir. İlk bədii filmini ("Lətif") 1930-cu ildə çəkmişdir. Sonralar "İsmət", "Altıncı hiss", "Mahnı belə yaranır" bədii filmlərinin quruluşçu rejissoru oimuşdur. 30 film çəkmiş, çəkdiyi 10-a yaxın filmin ssenarisini də yazmış, həmçinin, bir neçə filmdə aktyor kimi çəkilmişdir.
Murad Muradov (rejissor)
Murad Ələkbər oğlu Muradov (1984, Bakı) — Azərbaycan rejissoru və kinooperator. Murad Ələkbər oğlu Muradov 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-2001-ci illər ərzində A.N.Ələkbərov Adına İncəsənət Gimnaziyasında təhsil almış, oxuduğu dövrlərdə orada fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasında bir sıra filmlərin müəllif olmuşdur. Müəllimləri Ənvər Əbluc və Gülbəniz Əzimzadə olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq Fakültəsinə daxil olmuşdur. Müəllimi əməkdar incəsənət xadimi, kinooperator, kinorejissor Rasim İsmayılov olmuşdur. 2005-ci ildə universiteti Qırmızı diplom ilə bitirmişdir. Diplom işi kimi "Uçan çinarlar" filmini çəkmişdir. Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil almışdır. Hazırda İncəsənət Gimnaziyasında kinorejissorluq fənni üzrə müəllimdir.
Nazim Məmmədov (rejissor)
Nazim Məmmədov (1934, Bakı – 29 oktyabr 2004, Bakı) — rejissor, kino rəssamı, animator. Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub. 1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq kollecini bitirmişdir. 1961-ci ildə Moskvada "Soyuzmultfilm"də rəssam-multplikator kimi bitirmişdir. 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasinda animator, 1970-ci ildən isə rejissor işləmişdir. O, uşaq kitab illüstrasiya rəsm, dəzgah rəssamlığı ilə məşğul olmuşdur. O, filmlərdə,kinooçerk və kinojurnallarda Animator işləmişdir. O, ilk dəfə 1988-ci ildə Respublikada beş hissəli "Göyçək Fatma" cizgi film-operasını yaratmışdır. Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib. 2016-cı ilin sentyabrında Port Baku Mallda Nazim Məmmədovun 50-dən çox əsərinin yer aldığı sərgisi açılmışdır.
Nicat Məlikov (rejissor)
Nəriman Əliyev (rejissor)
Nəriman Ridvanoviç Əliyev (ukr. Наріма́н Рідьва́нович Алі́єв; 15 dekabr 1992, Petrovka[d], Krım Muxtar Respublikası) — krım-tatar əsilli Ukrayna kinorejissoru və ssenari müəllifi. 2019-cu ildə ən yaxşı rejissor, ən yaxşı film nominasiyaları üzrə Ukraynanın Kinokolo mükafatına layiq görülmüşdür. Ukraynanın əməkdar incəsənət xadimi (2020). Nəriman Əliyev 1992-ci ildə Krım Muxtar Respublikasının Krasnoqvardeysk rayonunun Petrovka kəndində anadan olmuşdur. 2009-cu ildə I–III səviyyələri üzrə 1 №-li Petrovsk tam orta məktəbini bitirmişdir. 2013-cü ildə "Ekran İncəsənəti İnstitutu" Özəl Ali Məktəbinin Televiziya və kino rejissorluğu ixtisası üzrə bakalavr diplomunu əldə etmişdir. 2014-cü ildə Karpenko-Kariy adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin televiziya rejissorluğu üzrə mütəxəssis diplomu əldə etmişdir. 2016-cı ildə "Sənsiz" qısametrajlı filmi Berlin Beynəlxalq Film Festivalının Büllur ayı nominasiyasında namizəd göstərilmişdi. 2017-ci ildən Ukrayna kinoakademiyasının üzvüdür.
Oqtay Əliyev (rejissor)
Oqtay Vidadi oğlu Əliyev (19 iyun 1968, İrəvan – 22 mart 2023, Saray, Abşeron rayonu) — O, televiziya prodüseri, rejissor idi. O, həmçinin 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü. Əliyev Oqtay Vidadi oğlu 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğuldu. 1975–1985-ci illər İrəvan şəhəri M. F. Axundov adına orta məktəbi bitirdi. 1987–1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun "kino və dram rejissoru" fakültəsində təhsil almışdır. 1983–1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989–1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olmuşdur. 1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olmuş, ssenarilərini yazıb. 1995-ci ildə A. P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub.
Orxan Bayramov (rejissor)
Orxan Bayramov (15 aprel 1985, Boladı, Lənkəran rayonu) — Azərbaycanlı rejissor, ssenarist, prodüser. Orxan Bayramov Etibar oğlu 15 aprel 1985-ci ildə Lənkəran rayonunun Boladı kəndində dünyaya gəlib. 1991–2002-ci illərdə orta təhsilini Boladi kənd Şəhid Nahir Axundov adına 1 saylı orta məktəbdə almışdır. 2003–2004-cü illərdə hərbi xidmətdə olmuşdur. 2005–2010-cu illərdə Azərbaycan Dövlət Maliyyə-İqtisad Kollecində Maliyyə və Kredit fakültəsində orta-ixtisas təhsili almışdır. 2010–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində ali təhsil almışdır. 2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Kapoeyra Federasiyasında müəllimlik etmiş və yaradıcılıq işləri ilə məşğul olmuşdur. Yaradıcılıq illəri 2010-cu illərdən başlayır. 2010–2013-cü illərdə özü tərəfində yaradılan Yarasa Film şirkətində ssenari müəllifliyini və quruluşçu rejissorluğunu etdiyi "Ölümün Döngəsində", "Ölümün Döngəsində 2" və "Pul Kisəsi" filmlərini ərsəyə gətirir. Azərbaycan Kapoeyra Federasiyasında çalışdığı vaxtlarda "Sport Service Company" ilə birgə ssenari müəllifi və quruluşçu rejissorluğunu etdiyi "Ekoloji Missiya" (ing.
Pərviz Həsənov (Rejissor)
Pərviz Həsənov (tam adı: Həsənov Pərviz Çingiz oğlu; 21 iyul 1984, Bakı) — azərbaycanlı rejissor. Həsənov Pərviz Çingiz oğlu 21 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 20 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 2001-ci ildə 190 nömrəli orta məktəbi bitirib. 2002-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissor sənəti fakultəsinə daxil olub. 2006-cı ildə həmin universitetin kütləvi tədbirlər və tamaşalar rejissoru ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2006-2007-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2002-2005-cı illərdə Opera və Balet teatrı, Rəşid Behbudov adına Mahnı teatrı, Akademik Milli Dram Teatrlarında rejissor assistenti kimi çalışıb. 2005-ci ildə Azərbaycan televiziyasının “Səhər” redaksiyasında rejissor assistenti vəzifəsində çalışıb. 2006-cı ildən Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında Rejissor vəzifəsində işləyir.
Ramiz Mirzəyev (rejissor)
Ramiz Həsənoğlu (tam adı: Mirzəyev Ramiz Həsənağa oğlu; 13 aprel 1946, İrəvan) — Azərbaycan teatr, kino və televiziya rejissoru, "Azərbaycantelefilm"in direktoru (2019), Azərbaycan Respublikasının xalq artisti (2006), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R. Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir. Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır.
Ramiz Əliyev (rejissor)
Ramiz Əliyev (15 mart 1938, Hindarx, Ağcabədi rayonu – 14 yanvar 2022, Dordrext[d], Cənubi Hollandiya) — kinorejissor. 1956-cı ildən kinoda fəaliyyət göstərmişdir. Rejissor köməkçisi kimi fəaliyyətə başlayan Ramiz Əliyev müxtəlif illərdə rejissor assistenti, ikinci rejissor və rejissor kimi Azərbaycan kinosuna töhfələr vermişdir. 14 yanvar, 2022-ci ildə Niderlandın Dodrext şəhərində yerləşən xəstəxanada vəfat etmişdir. Hollandiyada yaşayırdı. Ağdam bu gün, sabah (film, 1990) Ağdam nemətləri (film, 1991) Azadlığa gedən yollar (film, 1990) Azərbaycan-89 (film, 1989) Bağlı qapı (film, 1981) Bakıda küləklər əsir (film, 1974) Balıqların harayı (film, 1990) Bəyin oğurlanması (film, 1985) Biznes konqresi (film, 1990) Boz qurdun harayı (film, 1991) Dəli Kür (film, 1969) Dərnəgül dəyirmanı (film, 1991) Dünən, bu gün və... (film, 1989) Əmək və qızılgül (film, 1962) Həm ziyarət, həm ticarət... (film, 1995) Xatirələr sahili (film, 1972) İnama qayıdış (film, 1992) İnsan məskən salır (film, 1967) İstintaq (film, 1979) Koroğlu (film, 1960) Qayınana (film, 1978) Qəribə adam (film, 1979) Qızmar günəş altında (film, 1957) Leyli və Məcnun (film, 1961) Mənim çörəkli dünyam (film, 1991) Möcüzələr adası (film, 1963) O olmasın, bu olsun (film, 1956) O qızı tapın (film, 1970) Otel otağı (film, 1998) Ögey ana (film, 1958) Ölsəm... bağışla (film, 1989) Özgə ömür (film, 1987) Park (film, 1983) Sevinc buxtası (film, 1977) Səmt küləyi (film, 1973) Skripkanın sərgüzəşti (film, 1972) Şəhidlər və qazilər (film, 1991) Şir evdən getdi (film, 1977) Tütək səsi (film, 1975) Vətən mənə oğul desə (film, 1996) Yaşamaq gözəldir, qardaşım!
Rauf Məmmədov (rejissor)
Rauf Firudin oğlu Məmmədov (26 yanvar 1956, Kirovabad) — azərbaycan rejissoru, rəssam. Rauf Firudin oğlu 26 yanvar 1956-cı ildə Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olub. Çingiz Aytmatov haqqında sənədli film hazırlayan, Rusiyada yaşayan azərbaycanlı rejissor Rauf Məmmədovun rəhbərlik etdiyi qrup da bir sıra çəkilişlər aparıb. R. Məmmədovla bərabər Rusiyadan Bakıya gələcək çəkiliş qrupuna Vladimir Saviçev, Andrey Kvardakov və Aleksey Xromov daxil idi. "Əsrə bərabər əsr" adlanacaq sənədli filmdə MDB ölkələri rəhbərlərindən, ABŞ-nin keçmiş prezidenti Bill Klintondan, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəldən, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesdən və başqa şəxslərdən müsahibələr götürmək planlaşdırılmışdı. Filmin yaradıcıları bu sırada Azərbaycan prezidenti İlham Əliyevdən də müsahibə götürmək niyyətində idilər.
Rəşad Mehdiyev (rejissor)
Mehdiyev Rəşad Telman oğlu (29 dekabr 1975, Bakı – 2017, Kiyev) — azərbaycanlı rejissor. Rəşad Mehdiyev 1975-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirtdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Burda o, tanınmış televiziya rejissoru Tariyel Vəliyevin kursunda təhsil alıb. Tələbəlik illərindən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. Həqiqi hərbi xidmətdən sonra fəaliyyətini Space TV-də davam etdirib. Televiziya rejissoru kimi fəaliyyət göstərdiyi illərdə "Dünyanı gözəllik xilas edəcək", "Mugam müsabiqəsi", "Sərhəddə", "Qara qızılla ağ günə…", "Mir Möhsün Ağa" kimi bir çox televiziya verilişlərinin və sənədli filmlərin rejissoru olub. Rəşad Mehdiyev özünü kino janrında da rejissor kimi sınayıb. O, ssenari müəllifi Qasım Səfəroğu olan tammetrajlı "Bomba" kinokomediyasının quruluşçu rejissorudur. Rəşad Mehdiyevin yaradıcılığı televiziya və kino ilə məhdudlaşmır.
İkinci rejissor
İkinci rejissor, Rejissor köməkçisi və ya Köməkçi rejissor — rejissora köməklik göstərən, yazı blanklarını hazırlayan, yazışmalara nəzarət edən, çəkilişlər üçün lazım olan icazələri alan, proqram layihəsini və kamera kartlarını hazırlayan insandır. Çəkiliş məşqləri zamanı çəkilişin mərhələlərini və digər əmrləri hazırlayır. Redaktə mərhələsində rejissora köməklik göstərir. Proqramın vaxtını əvvəlcədən müəyyənləşdirir. Rejissor tərəfindən verilmiş olan digər vəzifələri və tapşırıqları yerinə yetirir.
Tele-rejissor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Tele rejissor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Hüseyn Hüseynov (rejissor)
Proqram rejissoru
Proqram rejissoru – Proqramın hazırlanması mərhələsindən başlamış tamaşaçılara təqdim olunmasına qədər olan bütün proseslərə cavabdeh olan şəxsdir. O, proqrama, komandaya və proqramda iştirak edən insanlara plana müvafiq olaraq video və audio materialların canlı, lent və ya film şəklində yayımlanması üçün rejissorluq edir. Onun vəzifəsi, texniki vasitələrdən istifadə etməklə bədii keyfiyyəti yüksək səviyyədə olan məhsul yaratmaqdır. Çəkilişin elementləri və texnikası haqqında dəqiq biliyə malik olmalıdır. Televiziya proqramları işləri komanda işi olduğundan, o, komandanı yaxşı idarə etməli və eyni zamanda da komandanı yüksək səviyyədə motivasiya etməyi bacarmalıdır. Çəkilişin yüksək səviyyədə olması üçün, lazım olan şəraitin yaradılması məqsədilə tabeliyində olan işçilərinin rəylərini və tövsiyələrini dinləməlidir.
Ramiz Bağırov (səs rejissoru)
Ramiz Bağırov (27 sentyabr 1938, Bakı – 22 fevral 2018, Bakı) — Azərbaycan Televiziyasının Ali dərəcəli səs rejissoru. Ramiz Sadıq Saleh oğlu Bağırov 27 sentyabr 1938-ci ildə Bakı şəhərində tanınmış Azərbaycan SSR-ın əməkdar artisti Sadıq Saleh Bağırovın ailəsində dünyaya gəlmişdir. Əmək fəaliyyətinə Azərbaycan Televiziyasında (AzTV) səs operatoru kimi başlamişdir. Daha sonra Ali dərəcəli səs rejissoru vəzifəsinə qədər yüksəlmişdir. O, 50 ilə yaxın Azərbaycan Televiziyasında (AzTV) fəaliyyət ğöstərmişdir. Ramiz Sadıq Saleh oğlu Bağırov 22 fevral 2018-ci ildə vəfat etmişdir. Aparıcı Saleh Bağırov un atasıdır Aktyor, əməkdar artist Pərviz Bağırov un qardaşıdır Abşeron mahnıları (1969, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru. "Kommunist" (1969, qısametrajlı sənədli televiziya filmi) – rejissor Elmi mərkəz (1975, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru. Zibeydə nənə (1975, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru. Azərbaycan elləri (1976, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru.
Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)
Filmdə Azərbaycanın gənc kinorejissoru, mərhum Ramiz Əsgərovun qısa həyatından və çalışdığı iki ekran əsərindən söhbət açılır. Film "Birinci film", "İkinci film" və "Hadisə" adlı üç hissədən ibarətdir.
Film rejissoru
Film rejissoru, film direktoru, direktor və ya kinorejisor hər hansı bir kinoya və ya seriala rəhbərlik edərək onun çəkilişləri işlərini öz üzərinə götürən şəxsə deyilir. Ümumi qəbul edilmiş tərifə görə, teatr və ya kino rejissoru “aktyorların rollarını bölüşdürən və tamaşanı təşkil edən, ərsəyə gətirilmiş əsərdə bütün müvafiq rolların ahənginə və düzülüşünə cavabdeh olan şəxsdir”. Kinorejisoru bəzən rejissor da adlandırırlar. Kinorejissor filmin bədii və dramatik strukturunu ssenari əsasında tərtib edir. == Vəzifələri == Həmçinin kinorejisor; teletamaşa, serial və kino kimi çəkilişlərin olduğu audiovizualları idarə edir; Filmin ümumi bədii mahiyyətini müəyyənləşdirir; Ssenaridə müəyyən olunduğu kimi, filmin məzmun və süjet axınına nəzarət edir və onu təşkil edir. Aktyorların ifalarını həm mexaniki, həm də dramatik şəkildə idarə edir; Filmin çəkiləcəyi yerlərin müəyyənləşdirilməsi və təşkili işlərini həyata keçirir; Texniki detalların təşkili və idarə edilməsi; Rejissorun film üçün nəzərdə tutduğu bədii baxışı müəyyən edən hər hansısa digər bir fəaliyyət; Rejissorlar zaman-zaman rejissorluq etdikləri filmlərin ssenarilərini də yazırlar.

Digər lüğətlərdə