relyativ

relyativ
relyasiya
relyativist
OBASTAN VİKİ
Relyativist mexanika
Relyativist mexanika — nəzəri fizikanın bölmələrindən biri. İşıq sürətinə yaxın sürətlərdə ( v ≈ c {\displaystyle v\approx c} ) cismin hissəciklərinin klassik hərəkət qanunlarını öyrənir. Relyativist mexanika nisbilik nəzəriyyəsinə əsaslanır. Nyutonun ikinci qanunun relyativist ümumiləşdirilməsi və enerjinin saxlanması qanunu relyativist mexanikanın əsas tənliklərindəndir. v<<c olarsa relyativist mexanika Nyuton mexanikasına çevrilir. Nyuton mexanikasını isə Nyutonun 3 əsas qanunu təşkil edir.
Relyativizm
Relyativizm (lat. relativus-nisbi) — insan idrakının nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist cərəyan. Relyativizm fiziki idealizmin qnoseoloji mənbələrindən biri olmuşdur. Bu məlumat nisbiliyi anlayışıdır. İnsandan insana dəyişməyən obyektiv həqiqətin, hər kəsə aid olan mütləq həqiqətlərin olmadığını, həqiqətin və ya doğruların fərdlərə, çağlara və cəmiyyətlərə nisbi olduğunu müdafiə edən anlayışdır. Subyekt-obyekt münasibətində əlaqənin müəyyənedicisinin insan olduğunu iddia edən nisbilik nəzəriyyəsinə görə, biz “reallıq” haqqında “mütləq həqiqətlərə” malik ola bilmərik. Çünki insanın özündə reallıq yox, zehnində yaratdığı təsirlər var. Bu təsirlərdən məlumat kimi istifadə edərək, ağıl bilik yaradır və buna görə də bütün həqiqət iddiaları subyektivdir. Bir şeyin mənalı olması üçün korrelyasiya çərçivəsində nəzərdən keçirilməsinin zəruriliyini göstərir. Mədəni relativizmin bu çərçivədə insan hüquqlarının universallığını şübhə altına aldığı 1947-ci il tarixli "İnsan Hüquqları Bəyannaməsi"ndən başlayaraq, insan hüquqlarının hər bir mədəniyyətin öz əlaqəsi daxilində mənalı ola biləcəyini iddia edir.
Linqvistik relyativizm fərziyyəsi
Linqvistik relyativizm fərziyyəsi və ya Sapir–Vorf hipotezi — bir dilin quruluşunun onun danışanlarının dünyagörüşünə və baxışlarına, habelə onların idrak proseslərinə təsir etdiyini iddia edən fərziyyə. Bu fərziyyənin iki forması var: Sərt versiya: dil təfəkkürü müəyyən edir, buna uyğun olaraq linqvistik kateqoriyalar koqnitiv kateqoriyaları məhdudlaşdırır və müəyyən edir. Yumşaq versiya: dil yalnız təfəkkürə təsir edir, linqvistik kateqoriyalarla yanaşı, təfəkkürə ənənələr və bəzi qeyri-linqvistik davranış növləri də təsir edir. "Sapir–Vorf hipotezi" termini əslində yanlış adlandırmadır, çünki Edvard Sepir və Bencamin Vorf heç vaxt həmmüəllif olmayıblar və heç vaxt öz fikirlərini elmi fərziyyə kimi iddia etməyiblər. Fərziyyənin sərt və yumşaq variantlarının ortaya çıxması da sonrakı dövrlərə aiddir. Sepir və Vorf heç vaxt qəsdən belə fərqləndirmə etməsələr də, onların əsərlərində linqvistik relyativizm prinsipinin həm sərt, həm də yumşaq təsvirlərinə rast gəlmək mümkündür. Bəzi tədqiqatçıların fikrinə görə, fərziyyənin ilk müəllifi Sepir olmuşdur. Buna görə də hipotezin adlandırmasında onun adı birinci qeyd edilir. Linqvistik relyativizm prinsipi, həmçinin dil və düşüncə arasındakı əlaqə fəlsəfədən tutmuş psixologiya və antropologiyaya qədər müxtəlif elm sahələrinin marağına səbəb olmuş, ədəbi əsərlər və süni dillərin yaradılması üçün ilham mənbəyi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Бородай С. Ю. Язык и познание: введение в пострелятивизм Arxiv surəti 3 yanvar 2020 tarixindən Wayback Machine saytında.