REMARKA
RENTA
OBASTAN VİKİ
Renessans
İntibah dövrü və ya renessans (fr. Renaissance, it. Rinascimento — "yenidən doğulma", "dirçəlmə") — Avropa tarixinin XV və XVI əsrlərini əhatə edən, Orta əsrlərdən müasirliyə keçid dövrü. O, son orta əsrlər dövrü böhranından sonra baş vermişdir və böyük sosial dəyişikliklərlə səciyyələnir. Standart dövrləşdirməyə əlavə olaraq uzun renessans dövrü fikrini dəstəkləyənlər bu dövrün XIV əsrdə başlayıb, XVII əsrdə sonlandığını irəli sürürlər. Ənənəvi baxış renessansın daha çox erkən müasir aspektlərinə yönələrək onun keçmişdən bir qırılma olduğunu iddia etsə də, bu gün tarixçilərin əksəriyyəti bu dövrü orta əsrlər aspektindən dəyərləndirərək, renessansın orta əsrlərin davamı olduğunu düşünür. İntibah dövrünün intellektual əsası onun öz humanizm versiyasıdır. Humanizm roma mənşəli humanitas anlayışı və hər şeyin ölçüsü insandır deyən Protaqorun fəlsəfi fikirləri kimi, klassik Yunan fəlsəfəsinin yenidən kəşf edilməsindən törənmişdir. Bu yeni düşüncə incəsənət, memarlıq, siyasət, elm və ədəbiyyatda manifestə çevrildi. Dövrün ilk örnəkləri yağlı boya rəsmlərində perspektivin inkişafı və beton hazırlamadakı yenilənən biliklərdə görülür.
Renessans dövrü

Digər lüğətlərdə