repo

repo (iqt.)
replikasiya
report
OBASTAN VİKİ
Repo
Repo müqaviləsi (ing. Repurchase agreement) — qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür. Bu cür müqavilələr hələ orta əsrlərdən — italyan bankirlərinin veksellərlə əməliyyatlar keçirdiyi vaxtlardan mövcuddur Repo zəmanəti verən avtomobil dileri öhdəsinə götürür ki, satdığı avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalır. Məsələn, diler −10 Repo zəmanəti verirsə, bu o deməkdir ki, o, 1 il ərzində satdığı avtomobili əvvəlki dəyərindən 10% çıxaraq geri satın almağı öhdəsinə götürür. Və hər növbəti il onun qiyməti daha 10% aşağı düşür. Beləliklə, diler avtomobil alıcısının avtomobilə sahib olma zamanı itirəcək maksimal məbləğə zəmanət verir. Repo zəmanəti adətən müəyyən müddət (3–5 il) ərzində qüvvədə qalır.
Ağ-qara reportaj (film, 2006)
Ağ-qara reportaj qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər. == Məzmun == Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər. Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. Onun Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.
Kent Music Report
Kent Music Report — David Kent tərəfindən 1974 - cü ildə yaradaılmış nüfuzlu Avstraliya hit paradı.
Report.az
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir. "Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır. "Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir. "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
Report İnformasiya Agentliyi

Reportaj
Reportaj - bir televiziya və jurnalistika qoludur. İngilis dilindən tərcümədə "to report" yəni "məlumat vermək" deməkdir. Mark Tven psevdanimi ilə məşhurlaşmış Semuyel Klemens öz bədii yaradıcılığına gündəlik reportaj hazırlamaqla başlamışdı. O şəxsən şahidi olduğu hadisələr haqda yazırdı. Müxbirlər öz reportajlarında hadisə yerindən qaynar xəbərlər çatdırırlar. Reportaj jurnalistikanın bir janrı kimi müəllifdən şəxsi münasibət tələb edir. Reportaj şahidin vacib və aktual hadisə barədə hekayəsidir. Repartyor üçün əsas hamıdan birinci hadisə haqqında məlumat çatdırmaqdır. Reportaj təkcə faktların sadalanması deyil həmçinin şəxsi analiz deməkdir. Xüsusi ilə informasiyanın operativliyi və həqiqiliyi vacibdir.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (ing. The Institute for Reporters’ Freedom and Safety) və ya qısaca RATİ (ing. IRFS) — Azərbaycanda söz azadlığının təşviqi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı. RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür. 2014-cü ilin avqustunda təşkilatın Azərbaycandakı hüquqi fəaliyyəti dayandırılıb. Mehman Hüseynov Obyektiv TV Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu. Rasim Əliyevin Üstü Açılmamış Qətli (PDF). 2016. 29.
Senecio repollensis
Senecio repollensis (lat. Senecio repollensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sərhədsiz reportyorlar
Sərhədsiz reportyorlar (fr. Reporters Sans Frontières) — Fransanın Paris şəhərində yerləşən beynəlxalq qeyri-hökumət təşkilatıdır.
The Hollywood Reporter
The Hollywood Reporter (tərc. Hollivud müxbiri) — ABŞ film sənayesindəki inkişafları izləyən aparıcı Amerika jurnalı. Həftədə bir dəfə nəşr olunur. Variety ilə birlikdə son on ildə Amerikanın ən böyük iki film jurnalından biri olub. Əsası Vilyam Vilkerson tərəfindən qoyulmuş jurnalın ilk nömrəsi 1930-cu ilin sentyabrında çıxmışdır. Jurnal hazırda Prometheus Global Media-a məxsusdur və qərargahı Los-Ancelesdə yerləşir. 2010-cu ildə Cenis Min (ing. Janice Min) nəşrin baş redaktoru oldu. 2012-ci ilin martından 2018-ci ilin noyabr ayına qədər jurnalın rusdilli versiyası nəşr olundu. 73 buraxılış verilib.
U.S. News & World Report
U.S. News & World Report — Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda dərc edilən xəbər jurnalı. Həftəlik dərc olunur və ümumiyyətlə, siyasət, təhsil, yeni hadisələr və iqtisadi hadisələr ilə bağlı xəbərlər yayımlanır. ABŞ-dakı universitetlər ilə bağlı dərc etdiyi reytinqlər ilə məşhurdur.
Reporters Without Borders
Sərhədsiz reportyorlar (fr. Reporters Sans Frontières) — Fransanın Paris şəhərində yerləşən beynəlxalq qeyri-hökumət təşkilatıdır.
Reportyor
Reportyo — qəzet. Alban dilində nəşr olunub ."Reporteri" 20 oktyabr 1993-cü ildə Tirana Universitetinin jurnalistika fakültəsinin tələbələri tərəfindən nəşr olunub. Aylıq tələbə qəzetidir. Onun əsası Kolumbiya Universitetinin üç ABŞ jurnalistika məzunu qoyub. Onun yaradılmasına BVF və Soros Fondu maliyyə yardımı göstərmişdir. Qəzetin ilk baş redaktoru Uliana Kociu idi. Qəzetin birinci nömrəsiReporteri-nin məqsədi "siyasi və ya ideoloji ləkələr olmadan obyektiv və balanslaşdırılmış məlumat vermək" idi. Korrupsiya, fahişəlik, qaçaqmalçılıq, azlıqların mövqeyi, yeni vergi sistemi və çirklənmə kimi mövzuları əks etdirən ilk nömrənin nəşrindən sonra qəzet universitet rəhbərliyi tərəfindən dayandırıldı. Daha sonra qəzet Soros Fondu tərəfindən yenidən nəşr olundu. 1995-ci ilin payızında universitetə yeni dekanın təyin edildikdən sonra yenidən əvvəlki yerinə ​​köçürüldü.

Digər lüğətlərdə