Con Rolz
Con Rolz (ing. John Rawls; 21 fevral 1921[…], Baltimor, Merilend – 24 noyabr 2002[…], Leksinqton[d], Massaçusets) — Amerika filosofu.
== Həyatı ==
== Fəlsəfəsi ==
İnsan hüquqları və ədalətin prinsipləri barədə məsələ ikinci dünya müharibəsindən sonra yeni bir səslənmə əldə etmişdir. Onun müzakirəsinə mühüm töhfəni amerikan filosofu Con Rolz (John Rawls, 1921) gətirmişdir. Ədalət nəzəriyyəsi (A Theory of Justice, 1971) kitabında o, hüquq, ədalət və ədalətli bölgü ilə bağlı prinsipial məsələləri müzakirə edir. "İnsan hüquqları" və "ədalət" nəzəriyyələrinin problemlərindən biri ondadır ki, onların formulə etdiyi prinsiplər çox vaxt elə bir-birinə zidd olur. Məsələn, əgər nəzəriyyə "insanların ən böyük sayı üçün mümkün olan ən böyük xoşbəxtlik" utilitarist prinsipdən çıxış edirsə, onda o, hər bir ayrıca insani fərdin dəyərli olması prinsipi ilə asanlıqla konfliktə girə bilər. Belə ki, əgər ədalətsiz əməli törətmək (məsələn, günahsız insanı cəzalandırmaq) insanların böyük sayı üçün mümkün olan ən böyük xoşbəxtliyi və ya faydanı təmin edirsə, onda bunu etmək düzgündürmü? Əgər belə bir suala bizim cavabımız mənfidirsə, onda biz həmçinin, digər prinsipləri də nəzərdən keçirməliyik. Lakin elə onlar da bizim "əxlaqi intuisiyamız" ilə konfliktə daxil ola bilərlər.