1. Artistin səhnədə, kinofilmdə təmsil etdiyi surət.
Molla rolunu oynayan aktyor Sona xalaya sataşmaq məqsədilə … zarafat etməyə başladı.
// Məc. mənada. Mahmud öz arvadına evdə lazımınca təlim etmişdi.
İndi burada rolunu yaxşı ifa etməyinə şübhələnməyirdi.
Yaxşı saxlaya bilmir öz rolunu yadında; Yanır, tüstüsüz yanır qısqanclığın odunda.
2. Pyesin, tamaşada iştirak edən hər bir aktyora aid olan mətni. Rolunu əzbərləmək. Rolunu oxuyub təkrarlamaq.
3. Rolunda şəklinlə – … sifətilə, bir … kimi. Müşahidəçi rolunda iştirak etmək. Vəkil rolunda çıxış etmək.
◊ Rol oynamaq – əhəmiyyəti olmaq, təsiri olmaq, hər hansı bir yolla təsir göstərmək.
Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır.
Rola girmək – başqa bir vəziyyəti, keyfiyyəti mənimsəmək, götürmək; öz vəzifəsini, vəziyyətini yaxşı mənimsəmək.
Dadaşovun dodaqları qaçdı, ağappaq, sapsağlam dişləri göründü: – Eh, Sabit müəllim, – dedi.
– Ömrümdə bircə dəfə rola girmişəm, onu da mənə çox görürsən.