ASTMA
ASTRONAVTİKA
OBASTAN VİKİ
Astronavt
Kosmonavt (ABŞ-də astronavt, Çində taykunavt) — kosmik uçuşlar zamanı kosmik texnikanın sınağını və istifadəsini həyata keçirən şəxs. Kosmik uçuş anlayışı ölkələrə görə fərqlənir. Beynəlxalq Aeronavtika Federasiyasının (FAI) təsnifatına görə yüksəkliyi 100 km-dən, ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) təsnifatına görə isə yüksəkliyi 50 mildən (80 km 467 m) artıq olan uçuşlar kosmik uçuş adlandırılır. Rusiyada yalnız orbital uçuşlar, yəni kosmik aparatın Yerin ətrafında ən azı bir tam dövr etdiyi uçuş kosmik uçuş hesab edilir. Bu səbəbdən, müxtəlif mənbələrdə kosmonavtların ümumi sayı bir-birindən fərqlənir. 20 iyun 2011-ci il tarixinə 38 ölkədən 523 nəfər kosmik uçuşda olublar. Ballistik trayektoriya üzrə 100 km-dən artıq yüksəkliyə qalxmış 4 nəfər (FAI-nin təsnifatı) və ballistik trayektoriya üzrə 50 mildən artıq, lakin 100 km-dən aşağı yüksəkliyə qalxmış 6 nəfər (ABŞ HHQ-nin təsnifatı) vardır. Kosmonavtlar arasında 55 qadın var.
Beynəlxalq Astronavtika Konqresi
Beynəlxalq Astronavtika Konqresi — Hər il Beynəlxalq Astronavtika Federasiyası, Beynəlxalq Astronavtika Akademiyasının və Beynəlxalq Kosmik Hüquq İnstitutunun (IISL) dəstəyi ilə Beynəlxalq Astronavtika Federasiyası milli cəmiyyətinin üzvlərindən birinin ev sahibliyi etdiyi konqresdir. == Qurucu təşkilatlar == Argentina: Sociedad Argentina Interplanetaria (Argentina Planetlərarası Cəmiyyəti) Avstriya: Österreichische Gesellschaft für Weltraumforschung (Avstriya Kosmik Tədqiqatlar Cəmiyyəti) Fransa: Groupement Astronautique Français (Fransız Astronavtika Qrupu) Almaniya: Gesellschaft für Weltraumforschung Stuttgart (Ştutqart Kosmik Tədqiqatlar Cəmiyyəti), Gesellschaft für Weltraumforschung Hamburg (Hamburq Kosmik Tədqiqatlar Cəmiyyəti) İtaliya: Associazione Italiana Razzi (İtalyan Raket Assosiasiyası) İspaniya: Asociación Española de Astronáutica (İspan Astronavtika Assosiasiyası) İsveç: Svenska Interplanetariska Sällskapet (İsveç Planetlərarası Cəmiyyəti) İsveçrə: Schweizerische Astronautische Arbeitsgemeinschaft (İsveçrə Astronavtika Assosiasiyası) Birləşmiş Krallıq: İngilis Planetlərarası Cəmiyyəti Amerika Birləşmiş Ştatları: Amerikan Raket Cəmiyyəti, Detroyt Raket Cəmiyyəti, Pasifik Raket Cəmiyyəti, Reaksiya Araşdırma Cəmiyyəti == Beynəlxalq Astronavtika Federasiyasının İdarəetməsi == Beynəlxalq Astronavtika Federasiyası, 1951-ci ildə yaradılmış qeyri-kommersiya qeyri-hökumət təşkilatıdır. Fransa qanunlarına əsasən, BAF Baş Assambleyanın qərarların qəbuluna cavabdeh olduğu üzv təşkilatların federasiyası kimi müəyyən edilir.

Значение слова в других словарях

бессчётно объе́здка помеша́ться человекове́дение экзекьютив электромонта́ж эмалирова́ться гелиотерапевти́ческий на халя́ву ро́зга чего сто́ит дежня порча aulophyte Babbitt-metal frugivore health food Hollantide misuser mortarboard peridotite prosecute reciprocity выламываться трёхгодовалый