Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşıq İxtiyar
Aşıq İxtiyar — Naxçıvan aşıqlarından və sazbəndlərindən biridir. == Aşığın həyat və yaradıcılığı == Seyidov İxtiyar Mircəfər oğlu tanınmış Naxçıvanın aşıqlarından və sazəndələrindəndir. O, uzun müddət Naxçıvan Aşıqlar Birliyinin sədri olmuşdur. Aşıq İxtiyar 18 dekabr 1966-cı ildə Naxçıvanın Şahbuz rayonunun Kükü kəndində ziyalı iləsində doğulmuşdur. Orta məktəbdə oxuduğu illərdə saz sənətinə xüsusi həvəs göstərmiş, bu həvəs onu musiqi alətləri düzəltməyə, onların tarixi ilə maraqlanmağa sövq etmişdir. Aşıq İxtiyar 1984-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, 1987-ci ildə hərbi xidmətini bitirmişdir. Daha sonra Naxçıvan Politexnik Texnikumuna daxil olmuş, 1989-cu ildə texnikumu bitirmişdir. Aşıq İxtiyar hərbi xidmətdən qayıtdıqdan sonra saz aləti düzəltməklə məşğul olmuş və Naxçıvan MR Estetik Tərbiyə Mərkəzində saz ixtisası üzrə müəllim işləmişdir. Bu illərdə Aşıq İxtiyar qədim musiqi alətləri düzəltmək sahəsində mükəmməl sənətkar kimi tanınmış və Naxçıvanda onun “Əl işlərinin sərgisi” təşkil edilmişdir. Qədim musiqi alətləri, o cümlədən saz aləti düzəltmək sahəsindıki bacarıq və istedadına görə Aşıq İxtiyar mükafata layiq görülmüşdür.
İlqar İxtiyar
İxtiyar Bəxtiyarlı
İxtiyar Bəxtiyarlı — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == İxtiyar Bəhram oğlu Bəxtiyarlı 17 iyun 1949-cu ildə Ağdamda anadan olmuşdur. O, 1966-cı ildə Ağdam 5 saylı orta məktəbi, 1972-ci ildə Azərbaycan Pedaqoji Universitetinin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti)Kimya fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra İxtiyar Bəxtiyarlı üç il Cəlilabad rayonunun Allar kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. İxtiyar Bəxtiyarlı 1975-ci ildə Azərbaycan EA Qeyri-üzvi və fiziki-kimya İnstitutunda aspiranturanın əyani şöbəsinə daxil olmuş­dur. O, 2303.01 - Qeyri-üzvi kimya ixtisası üzrə 1980-cı ildə “Nadir torpaq elementlərinin oksitio­qallatlarının və -indatlarının sintezi və fiziki-kim­yəvi tədqiqi” mövzusunda namizədlik, 1995-ci ildə isə “Lantano­idlərin mü­rəkkəb oksi­sulfidlərinin əmələ gəl­məsinin və faza çevrilmələrinin qu­ru­luş-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Aspirantura müddəti qurtardıqdan sonra İ.Bəxtiyarlı fasiləsiz olaraq həmin institutda işləmiş və kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildə İ.Bəxtiyarlı “Qeyri-üzvi kimya” ixtisası üzrə “Böyük el­mi işçi” attestatına və “Respublika Xalq Maarifi əlaçısı” adına layiq gö­rül­müşdür. 1999-cu ildə İ.Bəxtiyarlı Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, İn­gil­tərə) tərə­findən “XX əsrin görkəmli adamı” seçilmiş, eyni zamanda elmə ver­diyi töhfələrə gö­rə “Görkəmli Nailiyyət” diplomu və medalı ilə təltif olun­muş­dur. Mərkəz tərəfindən onun bioqrafiyası bir neçə ensik­lo­pedik nəşrdə (Dic­tionary of İnternational Biography-DİB-Twenty seventh editions – Cam­b­ridge, England-1999; Outstanding people of the 20th Century-First edition - Cambridge, England-1999 və s.) çap olunaraq dünyanın qabaqcıl ölkələrinə göndərilmişdir.
İxtiyar Bəxtiyarov
İxtiyar Bəxtiyarlı — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == İxtiyar Bəhram oğlu Bəxtiyarlı 17 iyun 1949-cu ildə Ağdamda anadan olmuşdur. O, 1966-cı ildə Ağdam 5 saylı orta məktəbi, 1972-ci ildə Azərbaycan Pedaqoji Universitetinin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti)Kimya fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra İxtiyar Bəxtiyarlı üç il Cəlilabad rayonunun Allar kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. İxtiyar Bəxtiyarlı 1975-ci ildə Azərbaycan EA Qeyri-üzvi və fiziki-kimya İnstitutunda aspiranturanın əyani şöbəsinə daxil olmuş­dur. O, 2303.01 - Qeyri-üzvi kimya ixtisası üzrə 1980-cı ildə “Nadir torpaq elementlərinin oksitio­qallatlarının və -indatlarının sintezi və fiziki-kim­yəvi tədqiqi” mövzusunda namizədlik, 1995-ci ildə isə “Lantano­idlərin mü­rəkkəb oksi­sulfidlərinin əmələ gəl­məsinin və faza çevrilmələrinin qu­ru­luş-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Aspirantura müddəti qurtardıqdan sonra İ.Bəxtiyarlı fasiləsiz olaraq həmin institutda işləmiş və kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildə İ.Bəxtiyarlı “Qeyri-üzvi kimya” ixtisası üzrə “Böyük el­mi işçi” attestatına və “Respublika Xalq Maarifi əlaçısı” adına layiq gö­rül­müşdür. 1999-cu ildə İ.Bəxtiyarlı Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, İn­gil­tərə) tərə­findən “XX əsrin görkəmli adamı” seçilmiş, eyni zamanda elmə ver­diyi töhfələrə gö­rə “Görkəmli Nailiyyət” diplomu və medalı ilə təltif olun­muş­dur. Mərkəz tərəfindən onun bioqrafiyası bir neçə ensik­lo­pedik nəşrdə (Dic­tionary of İnternational Biography-DİB-Twenty seventh editions – Cam­b­ridge, England-1999; Outstanding people of the 20th Century-First edition - Cambridge, England-1999 və s.) çap olunaraq dünyanın qabaqcıl ölkələrinə göndərilmişdir.
İxtiyar Hüseynli
İxtiyar Kərim oğlu Hüseynli (20 iyun 1977, Bakı) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "Tərəqqi" medalı təltifçisi. Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Rəsmi dövlət nəşri — "Azərbaycan" qəzetinin Baş redaktorunun müavini. == Həyatı == İxtiyar Hüseynli 1977-ci ilin iyun ayının 20-də Bakı şəhərində anadan olmuşdur. Həbibbəy Mahmudbəyov adına texniki-humanitar elmləri liseyində orta təhsil almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəykən təcrübə keçdiyi "Yeni Azərbaycan" qəzetində işə başlayan İxtiyar Hüseynli 1997-ci ilin avqust-dekabr aylarında müxbir və şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1998-ci ilin yanvar ayında — 20 yaşında hakim partiyanın qəzetində baş redaktorun müavini vəzifəsinə təyin olunmuşdur. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Fəaliyyətini 2001-ci ilin dekabrından televiziya sahəsində — "Media Holdinq"in "Lider" teleşirkətində davam etdirən İxtiyar Hüseynli burada xəbər və analitik verilişlər departamentində reportyor, həmçinin "Azərbaycan" redaksiyasında redaktor vəzifələrində çalışmış, gündəlik "Sədadan sonra" verilişinin aparıcısı olmuşdur.
İxtiyar Qasımov
İxtiyar Qasım oğlu Qasımov (22 mart 1970, Salahlı Kəngərli, Ağdam rayonu – 14 iyul 1992, Canyataq, Ağdərə rayonu[d]) — Azərbaycanın Milli Qəhrəmanı; Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 mart 1970-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Salahlı kənd orta məktəbinə getmiş və səkkizinci sinfə qədər burada təhsil almışdır. 1985-ci ildlə Bakıya gələrək təhsilini burada davam etdirir. 1992-ci ildə könüllü olaraq hərbi komissarlığa müraciət edərək döyüşlərə göndərilməsini xahiş edir. == Döyüşlərdə iştirakı == İxtiyarı "N" saylı hərbi hissəyə təhkim edirlər. O, ilk günlərdən özünə ad-sad qazanmışdı seçdiyi düzgün qərarın nəticəsi olaraq Qazançı kəndində ermənilərin üç PDM-si, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edildi. 1992-ci il 14 iyul tarixdə ermənilər Canyataq kəndinə hücuma keçdilər, burada bir neçə döyüşçü yaralanır onların erməni qəsbkarlarının əlinə keçməməsi üçün İxtiyar özünü qabağa ataraq əks hücumun qarşısını almağa çalışır. Yaralıları xilas edirlər İxtiyar özü isə qəhrəmancasına həlak olur. == Ailəsi == Subay idi.
İxtiyar Şirin
İxtiyar Əlibala oğlu Şirinov (İxtiyar Şirin) (23 iyul 1952, Dünyamalılar, Jdanov rayonu – 14 noyabr 2022) — Azərbaycan Respublikasının Baş Prokuroru (1992–1993), Azərbaycanın ilk həqiqi dövlət ədliyyə müşaviri (1992–1993). == Həyatı == 23 iyul 1952-ci ildə hazırkı Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 16 oktyabr 1992-ci ildə İxtiyar Şirinova həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilib. 14 sentyabr 1993-cü ildə isə bu rütbədən məhrum edilib. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb. 14 noyabr 2022-ci il tarixində vəfat etmişdir. == Siyasi fəaliyyəti == 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. İstiqlalçı deputat olaraq 1991-ci ildə, parlamentdə məhz həmin 43 deputatlardan biri olaraq Azərbaycan xalqının müstəqillik istəyinə səs vermişdi.
İxtiyar Şirinov
İxtiyar Əlibala oğlu Şirinov (İxtiyar Şirin) (23 iyul 1952, Dünyamalılar, Jdanov rayonu – 14 noyabr 2022) — Azərbaycan Respublikasının Baş Prokuroru (1992–1993), Azərbaycanın ilk həqiqi dövlət ədliyyə müşaviri (1992–1993). == Həyatı == 23 iyul 1952-ci ildə hazırkı Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 16 oktyabr 1992-ci ildə İxtiyar Şirinova həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilib. 14 sentyabr 1993-cü ildə isə bu rütbədən məhrum edilib. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb. 14 noyabr 2022-ci il tarixində vəfat etmişdir. == Siyasi fəaliyyəti == 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. İstiqlalçı deputat olaraq 1991-ci ildə, parlamentdə məhz həmin 43 deputatlardan biri olaraq Azərbaycan xalqının müstəqillik istəyinə səs vermişdi.
İxtiyar Əliyev
Qışlaq-i Ağaxan-i İxtiyar (Biləsuvar)
Qışlaq-i Ağaxan-i İxtiyar (fars. قشلاق اقاخان اختيار‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (5 ailə).
İlqar İxtiyaroğlu
İxtiyarabad
İxtiyarabad— İranın Kirman ostanının Kirman şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,513 nəfər və 1,827 ailədən ibarət idi.
İxtiyarati-qəvaidi-külliyyə
Əbri Xacə ibn Adilinin nücum elminə (astronomiya və astrologiya) dair “İxtiyarati-qəvaidi-külliyyə” (“Ümumi qaydaların seçkisi”) əsəri 1459-cu ildə Azərbaycan türkçəsində yazılmışdır. Əvvəldən və sondan tam, mükəmməldir. Bu nüsxənin katibi, köçürüldüyü il və yer göstərilməmişdir. Aydın nəsx xətti ilə köçürülmüş əlyazma hərəkələrlə verilib. Paleoqrafik, qrafik və orfoqrafik xüsusiyyətlərinə görə nüsxəni XVI əsrə aid etmək olar. London muzeyində, Konyadakı Mövlana muzeyində, İstanbuldakı Topqapı sarayında bu əsərin nüsxələri mühafizə olunur. Əsər 7 babdan (fəsildən) ibarətdir. Əsərin dili sadə və aydındır. Zəngin leksik tərkibə malikdir, nəxslə dilimizdə yazılmış orta əsrlərə aid elmi əsər nümunəsi kimi olduqca dəyərlidir. Xalq dilindən gələn söz və ifədələr abidənin dilində böyük yer tutur.
İstiyar (Heris)
İstiyar (fars. استيار‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 266 nəfər yaşayır (55 ailə).
Bəxtiyar
Bəxtiyar — Azərbaycanlı kişi adı. Bəxtiyar Vahabzadə — Azərbaycan şairi. Bəxtiyar Siracov — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi. Bəxtiyar Yaqubov — professor, İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti. Bəxtiyar İskəndərzadə — kikboksinq üzrə ikiqat dünya çempionu. Bəxtiyar Nəbiyev (general-mayor) — Lotu Bəxtiyar — qanuni oğru.
İntihar
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. == Anlayışlar == == Risk faktorları == === Psixi xəstəliklər === === Əvvəlki cəhdlər və özünə zərər === Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. === Maddə istifadəsi === === Qumarbazlıq === Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
İntizar
İntizar — həsrət içərisində, səbirsizliklə birini ya da birilərini gözləmə mənasına gələn söz. Həmçinin bu mənalara da gələ bilər: İntizar (müğənni) — Türkiyə müğənnisi "İntizar" — Azərbaycan müğənnisi Elmira Rəhimovanın mahnısı "İntizar" — Türkiyə müğənnisi Nilufərin Sensiz Olmaz adlı albomunda yer alan bir parça.
İtxiyarı
Adi dəlixiyar (lat. Ecballium elaterium) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-50 sm olan çoxillik ot bitkisidir. Bir neçə qısa gövdə əmələ gətirir. Yarpaqları iri, yumurtavari-ürəkvari, zəif dilimlidir. Bütövlüklə cod nahamardır. Tacı kifayət qədər böyük, açıq sarı rəngdədir. Meyvəsi uzunsov, ovalvari, toxunduqda sürətlə sıçrayıb şirə buraxır. May-avqust aylarında çiçəkləyir, iyun-noyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi dəlixiyar kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir.
İxtisas
İxtisas müəyyən bilik sahəsi üzrə bölmələr; sənət, peşə; elm sahəsi; əmək hüququnda iş ixtisası və ayrı-ayrı işçilərin ixtisası fərqləndirilir. İş ixtisası iş növünün mürəkkəblik, dəqiqlik və məsuliyyət dərəcəsi ilə müəyyən edilir. insanın əmək fəaliyyətinin növü. Hər hansı istehsalat sahəsində məşğul olmağa imkan yaradan bilik və əməli vərdişlər kompleksi. İctimai əmək bölgüsünün geniş yayılmış növü olan ixtisas elmin, texnikanın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi kimi peşə daxilində formalaşır. Peşə və ixtisas insanın yaşaması və inkişafı üçün maddi imkan yaradır. O bu baxımdan hobbidən fərqlənir. İxtisas peşə daxilində formalaşır və peşə bir və ya bir neçə ixtisası əhatə edə bilər. Məsələn, müəllimlik peşəsi fizika müəllimi, kimya müəllimi, tarix müəllimi və s., mühəndislik peşəsi tikinti mühəndisi, elektrik mühəndisi və s. ixtisasları əhatə edir.
İxtira
İxtira keçmişdə məlum olmayan yeni bir şeyin yaradılması; elmin, texnikanın müxtəlif sahələrində texniki həllinə görə fərqlənən və iqtisadi səmərə verən yenilik; bu yeniliyin aşkar edilməsi; yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf, icad etmə, naməlum olan, yenilik əldə etmə; yaratma; Məsələn, yeni maşın ixtira etmək. məcazi mənada uydurma, qondarma, yalan. Məsələn, bu söz sənin ixtirandır; xalq təssərrüfatının, sosial və mədəni quruculuğun və ya müdafiəsinin hər hansı sahəsində məsələnin müsbət səmərə verməklə yeni və mühüm fərqlərlə texniki həlli; məhsulun texniki səviyyəsinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, texnologiyanın təkmilləşdirilməsini, əmək səmərəliliyinin qaldırılmasını və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasını mümkün edən texniki yenilik; sözün geniş mənasında – texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həlli. Məhdud mənada ixtira dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq mühafizə etdiyi texniki nəticədir. mövcud olmayan materiya konstruksiyası və ya yeni xüsusi üsul olub, təsərrüfat üçün əhəmiyyətə malikdir. Yeniliyi tapanlara ixtiraçılar deyilir. İxtiraçı adını almaq üçün verilmiş problem həllinin ixtiraçılıq səviyyəsi olmalıdır. İxtira kimi qurğu, üsul, əşya, bitkilərin və heyvanların hüceyrələrinin quruluşlarının təsviri göstərilə bilər. İxtira sənaye mülkiyyəti sayılır. İxtiraçılıq hüququ patentlə müdafiə olunur.
Xiyar
Xiyar (lat. Cucumis) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Xiyarın sarılqan xüsusiyyətli incə quruluşlu, buğumlu 5 tinli gövdəsi, 3-5 loplu tüklü yarpaqları və yarpağın qoltuğundan çıxan tək eşeyli sarı çiçəkləri var. Bəzən tikanlı, parlaq yaşıl rəngli qabıqla örtülü incə uzun və silindir formasında meyvələrin içində çoxlu toxum olur. Bu bitki hər cürə iqlimdə yetişə bilər Lakin Tundrada yetişə bilməz. Bol su sevən bu bitki quraqlıq yerlərdə yetişmir. Gübrə vasitəsi ilə məhsuldarlığı daha da artırılır. Əgər aqrar dərman istifadəsi təbiət və bitki üçün zərərlidirsə, bu halda tövsiyə olunmur.
Kütləvi intihar
Kütləvi intihar – çoxlu sayda insanın birlikdə və ya eyni səbəbdən ayrı-ayrı yerlərdə kütləvi formada intihar etməsi. Kütləvi intihar hallarına tarixdə nadir hallarda rast gəlinsə də, bir çox nümunəsi mövcuddur. == Önəmli kütləvi intihar nümunələri == Eramızdan əvvəl 133-cü ilə baş vermiş Numantiya mühasirəsi zamanı, numantiyalılar təslim olmağın əvəzinə kütləvi intihar etmək yolunu seçmişdir. 1336-cı ildə Litvada yerləşən Pilenayi qalası Tevton ordeninin cəngavərləri tərəfindən mühasirəyə alınmışdır. Knyaz Margiris özünü və adamlarını müdafiə edə bilməyəcəyini başa düşəndə, düşmənin əlinə heç bir şeyin keçməməsi məqsədilə qalanı oda vermiş, özü və əsgərləri ilə birlikdə kütləvi intihar etmişdir. 1945-ci ilin aprel və may aylarında Almaniyanın şimalında yerləşən Demmin şəhərində yaşayan 900 nəfərə yaxın sakin Sovet ordunsunun əlinə keçməmək məqsədilə kütləvi intihar etmişdir. 1978-ci ildə Qayananın şimalında Cim Cons rəhbərliyindəki Xalqlar məbədi tərəfindən yaradılmış Constaun şəhərciyindəki 918 nəfər dini baxışları səbəbindən kütləvi intihar etmişdir.
Lotu Bəxtiyar
Lotu Bəxtiyar (21 mart 1959, Novxanı – 6 aprel 1998, Bakı) — qanuni oğru, kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava ləqəbləriylə tanınır. == Həyatı == Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanıda anadan olub. 1976-cı il iyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına etap edilib (köçürülüb). Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki "Vladimirski Tsentral" türməsinə (qapalı rejim) etap olunub. 1982-ci ildə "Vladimirski Tsentral" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını alıb. 1983-cü ildə azadlığa buraxılıb. İkinci dəfə 1985-ci il iyun ayının 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunub.. 1987-ci ildə azadlığa buraxılıb. Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Marion Kotiyar
Marion Koliyyar (fr. Marion Cotillard; 30 sentyabr 1975[…]) — fransız teatr, televiziya və kino aktrisası. == Həyatı == === Uşaqlığı === Marion Koliyyar 30 sentyabr 1975-ci ildə Parisdə doğulmuşdur. Anası teatr aktrisası, atası — Jan-Klod- teatr aktyoru, rejissor, "Kotiyyar" teatr qrupunun yaradıcısı və aktyor sənəti məktəbinin müəllimidir. Marionun özündən kiçik iki əkiz qardaşı — Kventin və Qiyom var. Kventin rəssam- heykəltəşar, Qiyom isə yazıçıdır. Həm fransız, həm də xarici filmlərdə çəkilir. "Uzun müddətli nikah" filminə görə "ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Sezar" mükafatına layiq görülmüşdür. 2008-ci ildə "Çəhrayı həyat" filmində yaratdığı Edit Piaf roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülmüşdür. Marion Koliyyar xarici dildə çəkilmiş filmdə oynadığı rola görə Oskara layiq görülmüş ikinci aktrisa olmuşdur.
Qazaxıstanda intihar
Qazaxıstanda intihar — ölkədə qeyri-təbii ölümün ümumi səbəbi və uzun müddətli bir sosial problemdir. Ümumdünya Səhiyyə Təşkilatının 2011-ci il hesabatına görə, dünyada hər il intihar səbəbindən ölənlərin sayının 3.23% -i Qazaxıstana aiddir. Yeniyetmə və gənc yaşlıların intiharı ölkədə böyük bir problemdir. Qazaxıstanda bütün ölümlərin 12,2% -ni intihar təşkil edir. == Ümumi məlumat == Qazaxıstandakı Psixoanalistlər Assosiasiyasının prezidenti Anna Kudiyarova deyir ki, əksər hallarda kişilər özünü asaraq öldürürlər. Qadınlarda, dərman həbləri apteklərdə mövcud olduğu üçün ilk növbədə gəlir. Silahlı intihar hərbçilər və polislər arasında geniş yayılmışdır . Tez-tez orduda intihar səbəbi təhlükəlidir. == Statistika == 15 yaşdan 19 yaşa qədər qızlar arasında ölkədə qeydə alınan intiharların sayı ən yüksəkdir və oğlanlar üçün bu, Rusiyadan sonra ikinci ən yüksəkdir. UNİCEF-in 2009-cu il hesabatında 1999-2008-ci illər arasında ölkə gəncləri arasında intihar hadisələrinin sayının 23% artdığı göstərilir.
Zümrüd Bəxtiyar
Zümrüd Bəxtiyar qızı Qasımova (23 mart 1982, Qusar) — Azərbaycanın tanınmış teatr və kino aktrisası,aparıcı.Azərbaycan Dövlət Yuğ Teatrının aktrisası. == Həyatı == Zümrüd Bəxtiyar qızı Qasımova 23 mart 1982-ci ildə Qusar rayonunda anadan olub. Orta təhsilini 1989-1999-cu illərdə 24 nömrəli məktəbdə aldıqdan sonra, 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "teatr və kino aktyoru" fakültəsində oxuyub. 2001-ci ildən "Yuğ" Dövlət Teatrında aktrisa kimi çalışır. Zümrüd Qasımova teatr və kino sahəsi ilə yanaşı 2003-cü ildən bu günə kimi Telekanalarda və radioda mütəmadi olaraq verlişlərə aparıcılıq edir.2018-ci il Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət işçisi” döş nişanına layiq görülüb. Zümrüd Qasımova fəaliyyəti dövründə Misir Ərəb Respublikasının paytaxtı Qahirə,Türkiyə Respublikası Mersin və Konya,Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərlərində keçirilən teatr festivallarında iştirak edib.2008-ci ilə qədər 50-dən çox məqaləsi müxtəlif yerlərdə çap olunub. Bir sıra jurnallarda haqqında məlumatlar dərc olunub.Kinoda ən böyük işi Şamil Nəcəfzadənin "Qala" filmi olmuşdur. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Aparıcı olduğu verlişlər == ANS TV Televiziya Şirkəti "Gecə yarı"(2007), "Krossvord" (2007) "Qoy oturmuşuq" (2008) "Çatlama"(2008) "İkinci həyat" (2012) "Kanal–S" Televiziya Şirkəti(Şəki)(2013) "Gəlin, danışaq"(2013) "El tv" Televiziya Şirkəti(Yevlax) (2014) "Elin adamı" ARB Televiziya Şirkəti (2016) "Gəlin danışaq" Space TV Televiziya Şirkəti (2017) "Suat və Zümrüd şou" Antenn Radio 101 FM "Avto Club" radio verliş Xəzər TV "Donə bilsəm" (2020-2021) == Teatr səhnəsində oynadığı rollar == === Azərbaycan Dövlət Yuğ Teatrı === === Mingəçevir Dövlət Dram Teatrı === === "M-Teatr" Müstəqil Teatrı === === "OYUN" müstəqil-inklüziv teatrı === == Filmoqrafiya == Labirint (film, 2003) Məkanın melodiyası (film, 2004) Ərazi (film, 2005) - pozğun qadın Gecə yarı (veriliş, 2007) - aparıcı Qızlar (film, 2007) - Sevda Qala (film, 2008) Seçilən (film, 2008) Tək olanda qorxma...
İftixar Abbasov
İftixar Piriyev
İftixar Fərhad oğlu Piriyev (7 sentyabr 1960, Düzəyrəm, Kaxetiya) — Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru və ssenaristi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru (2000-ci ildən), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2007). == Həyatı == İftixar Piriyev 1960-cı ildə Gürcüstan Respublikasının Qaraçöp mahalında (Saqareco rayonu, Düzəyrəm kəndi) anadan olub. 1977-ci ildə Qaraçöpdə orta məktəbi bitirib. Həmin ildən keçmiş M. A. Əliyev, indiki Ə. Hüseynzadə adına Mədəniyyət və İncəsənət universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. İ. Piriyev 1981-ci ildə Dövlət İncəsənət Universitetinin "Dram və Kino aktyorluğu" fakültəsini bitirmişdir. Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. Burada o, müxtəlif səpgili və xarakterli 30-dan çox obraz yaratmışdır. İ. Piriyevin Akademik Teatrın səhnəsində yaratdığı Edqar (V. Şekspir, "Kral Lir"), Əlibəy (S. Vurğun, "Vaqif"), Niftalı (V. Səmədoğlu, "Yayda qartopu oyunu"), Vəliqulu (Anar, "Sizi deyib gəlmişəm"), Əkbər, Xəzər (N. Xəzri, "Mirzə Şəfi Vazeh", "Gecə döyülən qapılar"), Bayandur (İ. Əfəndiyev, "Büllur sarayda"), bədii film və televiziya tamaşalarında Sərvər (Ə. Əylisli, "Ürək yaman şeydir"), Əsgər (S. Budaqlı, "Közərən evin işıqları"), Əbdül (Ə. Hacızadə, "İtkin gəlin"), Vədad (R. N. Güntəkin, "Dodaqdan qəlbə"), Aslan (B. Vahabzadə, "Yağışdan sonra"), Nofəl (A. Rəhimov, "Canavar balası"), Şef (A. Rəhimov, "Qırmızı qar") kimi obrazlar aktyorun yaradıcılıq bioqrafiyasını təşkil edir. O, müxtəlif ədəbi-bədii verilişlərdə çıxış etmiş, "Ozan" folklor toplusunun aparıcısı olmuşdur. İ. Piriyev 1990-cı ildə özəl Azərbaycan Milli "Dastan" Teatrını yaratmış, onun direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərmişdir.
İmtiyaz medalı
"İmtiyaz" medalı və ya "İmtiyaz" nişanı (Osmanlı türkcəsi: ‏امتياز نشانی) — Sultan II Əbdülhəmid dövründən 1882-ci ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medal. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarət olmuşdur. Qızıl medal müharibələrdə ən yüksək cəsarət göstərən Osmanlı hərbçilərinə verilirdi. I Dünya müharibəsi zamanı verilən medallarda çarpaz qılınc və üzərində verildiyi ilin yazıldığı sancaq olurdu. Məcidiyyə nişanında olan Sədaqət, Hamiyyət, Qayrət və Şücaət kəlimələri bu medalda da var idi. Medal xarici hərbçilərə verilməmişdir. Lakin bunun tək istisnası I Dünya müharibəsi zamanı alman hərbçilərə verilməsidir. Medal birbaşa Sultan və ya onun adından hər hansısa yüksək vəzifəli dövlət rəsmisi tərəfindən verilirdi. Sahibinin ölümündən sonra medal sahibinin varislərinə keçə bilməzdi.