Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ud
Ud — əsasən Ərəbistan, Azәrbaycan, Türkiyə, İran və bir çox Şərq xalqları arasında geniş yayılmış mizrabla çalınan simli-dartımlı musiqi aləti. == Söz açımı == "Əl-ud" ərəb sözü olub, "ağac" mənasını daşıyır. Farslar iddia edirlər ki, əslində "ud" sözü rud alətinin adından törəmişdir. Ancaq həm udun, həm rudun sələfi Orta Asiyada istifadə olunan beşsimli udabənzər qopuz (qopuzi-rumi) ola bilərdi. == Tarixçə == Ud haqqında ilk dəfə Mosullu İshaq İbn İbrahimin (767–849), daha sonralar isə Əbu Nəsr Fərabinin (870–950) əsərlərində məlumat verilir. Orta əsrlərdə Yaxın Şərq mədəniyyətinin inkişafında udun çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bir çox qədim musiqi risalələrində udun qədim tarixə malik olması bildirilir və yaranması barədə rəvayətlər söylənilir. Səfiəddin Əbdülmömin Urməvinin "Kitab əl-ədvar" ("Musiqi dövrləri haqqında kitab", 1252) əsərini şərh edən Əbdülqadir Marağai ud musiqi alətinin peyğəmbərin nəvələrindən biri tərəfindən icad edildiyini bildirir. Yazılı mənbələrdə udun icadını qədim yunan filosofu Platonun adı ilə bağlayırlar. Udun təkmilləşdirilməsində, onun yeni səs düzümünün yaradılmasında Səfiəddin Urməvinin çox böyük xidməti olmuş və həm də udda məharətlə çalmışdır.
UD Almería
Almeriya və ya Almeriya İdman Birliyi (isp. Unión Deportiva Almería) — İspaniyanın Almeriya şəhərində yerləşən futbol klubu. 26 iyul 1989-cu ildə Almeriya Futbol Klubu kimi təsis edilmiş, 2001-ci ildən Almeriya İdman Birliyi adlandırılmışdır. Klub hazırda 2022-ci ildə İspaniya ikinci futbol divizionu titulunu qazandıqdan sonra İspaniya Primera Divizionunda oynayır və ev oyunlarını 15,274 yerlik Estadio de los Juegos Mediterráneosda keçirir.
Ud Ana
Ud Ana — türk, monqol və altay mifologiyasında inək ilahə. Uy Ana və ya Ut Ana da deyilir. İnək Ana təbiri də istifadə edilər. Monqollar Üne (Üneğe) Ece deyərlər. Malları qoruyar. Gücü təmsil edir. Bəzi türk tayfaları, nəsillərinin inəkdən törədiyini inanar. Məsələn qırğızlar ilk analarının bir inək olduğuna və bir mağarada yaşadığına inanırlar. Qəhrəmanlardan olan buynuz anlayışı buğadan ilhamlanmışdır. Bu boynuzlar gücü işarələr və Ayın simvoludur.
Ud Ata
Ud Ağac
Ud Ağac (fars. عوداغاج‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 15 ailədə 30 nəfəri kişilər və 33 nəfəri qadınlar olmaqla cəmi 63 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Rafi ud-Darajat
Rafi ud-Darajat — Böyük Moğol İmperiyasının XI padşahı.
Ud söyüdü
Ud söyüdü (lat. Salix udensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Nadejda Udaltsova
Nadejda Andreyevna Udaltsova (rus. Наде́жда Андре́евна Удальцо́ва; 29 dekabr 1885 (10 yanvar 1886), Oryol – 25 yanvar 1961, Moskva) — rus avanqard rəssam (suprematist, kubist). == Həyatı == Nadejda Udaltsova 1886-cı ildə Rusiyanın Oryol şəhərində anadan olub. O, Andre Seqonzak altında Parisdə, daha sonra Moskvada xüsusi sənət studiyalarında təhsil alıb. Rusiyaya qayıtdıqdan sonra Vladimir Tatlinin studiyasında işləyib. 1910-1914-cü illərdə Rəssamlar İttifaqının üzvü olub. Nadejda Udaltsova 1915-ci ildə Kazimir Moleviçin təsis etdiyi, avanqard rəssamların (Aleksandra Ekster, Lyubov Popova, İvan Puni, Kseniya Boquslavskaya, Olqa Rozanova, Nina Genke və başqaları) olduğu Supremus qrupuna qoşulub və digər suprematist rəssamlar ilə Verbovka Xalq Mərkəzində işləyib. 1920-ci ildə əri və görkəmli avanqard rəssam Aleksandr Drevinin təsiri ilə bədii sənətə dönüb. Onların oğlu görkəmli rus heykəltaraş Andrey Drevin (1921-1996) idi. 1929-1932-ci illərdə onlar Altay dağlarına səyahət ediblər və 1933-1935-ci illərdə Ermənistanda işləyiblər.
Poco's Udon World
Poco's Udon World (azərb. Pokonun udon dünyası‎), Yaponiyada tanınan adı ilə Udon no Kuni no Kiniro Kemari (うどんの国の金色毛鞠, azərb. Udon ölkəsinin qızıl tük yumurcağı‎) və ya qısaca Udonnokuni — Nodoka Şinomaru tərəfindən yazılan manqa seriyası. 2012-ci ilin iyununda Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır və 15 fevral 2019-cu ildə kimi 12 tankobon cildi buraxılmışdır. Liden Films studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 9 oktyabr 2016-cı ildə yayımlanmağa başlamışdır. == Məzmun == Sota Tavara Tokioda işləyən veb-dizaynerdir. Bir gün boya-başa çatdığı Kaqavada ailəsinə məxsus udon restoranını ziyarət etdiyində kiçik oğlan uşağı ilə rastlaşır. Lakin tezliklə onun tanuki (Yaponiya yenotu) olduğunu, sehr vasitəsilə özünü oğlan kimi maskaladığını kəşf edir. Əvvəlcə qarşılaşdığı vəziyyəti qəbul etməkdə çətinlik çəkən Sota sonda onun qayğısına qalmağa qərar verir və ona Poko adını verir. Manqa bu ikilinin başına gələn gündəlik macəralardan bəhs edir.
Qoy vuki udsun
Vuki (Wookiee) — "Ulduz müharibələri" kosmik opera franşizasında, əslən ağaclarla əhatələnmiş Kaşiik planetindən olan uydurma irq. Giqantik, hirsutik görünüşləri və fiziki gücləri onları insanlardan fərqləndirir. Ən məşhur vuki ən yaxın dostu Han Solo ilə birlikdə "Millenium Falcon" kosmik gəmisinin pilotlarından Çubakkadır. == İlham == Franşizanın yaradıcısı Corc Lukas bir müsahibəsində vukinin yaradılmasında öz iti İndianadan ilham aldığını qeyd etmişdir. "THX 1138" (1971) filminin klimaktik səhnəsində aktyor Terri MakQovern tərəfindən səsləndirilən robot polislərdən biri bir "vukini vurduğu"nu deyir və beləliklə, həmin söz yaranır. Bu ad Terrinin dostu Ralf Vukidən gəlirdi və o, filmdə onun adından istifadə etməyin gülməli olacağını düşünmüşdü. == Qoy vuki udsun == "Yeni ümid" filmində Çubakka R2-D2-ya qarşı dejarikdə məğlub olacağını anladıqdan sonra qəzəblənir. Han Solo deyir ki, "bir vukini incitmək ağılsızlıqdır", çünki vukilər "uduzduqları zaman insanların əllərini oynaqlarından qoparmaqları ilə tanınır". Cavab olaraq C-3PO R2-yə "Qoy vuki udsun" (ing. Let the Wookiee win) deyir.
Rhynchocyon udzungwensis
Bozsifət xortumlu itiyəz (lat. Rhynchocyon udzungwensis) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Salix udensis
Ud söyüdü (lat. Salix udensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
TCP və UDP port nömrələrinin siyahısı
TCP və UDP port nömrələrinin siyahısı — Bu, şəbəkə tətbiqlərinin işləməsi üçün protokolların istifadə edildiyi TCP və UDP port nömrələrinin siyahısıdır. TCP və UDP-nin iki istiqamətli trafik üçün yalnız bir porta ehtiyacı var. Əgər varsa, müvafiq TCP və ya UDP tətbiqinin xidmətlərinə uyğun port nömrələrindən istifadə edirlər. İnternet Təyin edilmiş Nömrələr Təşkilatı (IANA), xüsusi istifadə üçün liman nömrələrinin rəsmi təyinatlarının saxlanmasından məsuldur. Bununla birlikdə, həm tanınmış, həm də qeydiyyatdan keçmiş liman nömrələrinin bir çox qeyri-rəsmi istifadəsi praktikada baş verir. Eynilə, bir çox rəsmi tapşırıq heç vaxt istifadə edilməyən və ya artıq istifadə edilməyən protokollara aiddir.
Torpağın udma qabiliyyəti
Torpağın udma qabiliyyəti— müxtəlif maddələrin ion və molekullarının torpaq tərəfindən udulub saxlanması, onun bərk fazası ilə təmasda olan müxtəlif maddələri torpağın özündə saxlamaq xassəsi. K. K. Hedroyss torpağın udma qabiliyyətini bioloji, mexaniki, fiziki, kimyəvi və fiziki-kimyəvi xassələrə ayırmışdır. == Bioloji udma qabiliyyəti == Torpağın bioloji udma qabiliyyəti bitki köklərinin və mikroorqanizmlərin maddələri toplamaq qabiliyyətidir. Bioloji udma qabiliyyətinin torpaqmələgəlmədə böyük əhəmiyyəti vardır. == Mexaniki udma qabiliyyəti == Torpağın mexaniki udma qabiliyyəti torpaq məsamələrinin yüksək dispersli hissəcikləri udmasıdır. == Fiziki udma qabiliyyəti == Torpağın fiziki udma qabiliyyəti torpağın çox xırda hissəciklərinin maddələri özünə cəlb etməsidir. == Kimyəvi udma qabiliyyəti == Torpağın kimyəvi udma qabiliyyəti torpaqda gedən kimyəvi reaksiya nəticəsində pis həll olan və çöküntü verərək torpağın bərk hissəsi ilə qarışmasıdır. == Fiziki-kimyəvi udma qabiliyyəti == Torpağın fiziki-kimyəvi udma qabiliyyəti torpağın bərk hissəsi ilə torpaq məhlulu kationları arasındakı mübadilədir. Torpağın bu udma qabiliyyəti dağ süxurlarının aşınmasında, torpağın yuyulmasında əsas rol oynayır, bütün torpaq proseslərinə təsir edir, torpağın məhsuldarlığı ilə sıx əlaqədardır.
UDRP
UDRP- (eng.Uniform Domain Name Dispute Resolution Policy) – domen adları ilə bağlı mübahisələrin həlli üçün məhkəmədən xaric prosedur və siyasət. Bəzi yuxarı səviyyəli domen zonası – bütün ümumi domenlər (.biz, .com, .info, .name, .net, .org və s.), eləcə də bəzi milli domenlər (.hk, .in və s.) üçün tətbiq olunur. Bu prosedur 1999-cu ildə ICANN tərəfindən qəbul olunub. Uyğun qaydalar müəyyən olunan yuxarı səviyyəli domenlərin bütün qeydiyyatçıları və onların bütün müştəriləri müqavilələrində mübahisələri həll etmək üçün mütləq UDRP-dən istifadə etmək öhdəliyi götürürlər; başqa sözlə, UDRP domen adlarının qeydiyyat müqaviləsinin bir hissəsi olur. == Həmçinin bax == Domen adı DNS URL Kiberskvottinq Domen ICANN == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Uda körfəzi
Uda körfəzi — Oxot dənizində, Xabarovsk diyarı sahillərində yerləşən körfəz. Sahil xəttinin uzunluğu 100 km, uzunluğu 100 km, eni 83 km, maksimal dərinliyi 36 metr təşkil edir. Qabarmalar günlük xarakter daşıyır. Oktyabrdan iyuna kimi buzla örtülü olur. Körfəzə Uda çayı çayı tökülür. Sahilində Çukiman limanı yerləşir.
Udabno monastırı
Udabno monastırı (gürc. უდაბნოს მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Abidə, David Qareci lavrasının cənub-qərbində, böyük qayanın enişində yerləşir. == Təsviri == Udabno monastırı bir neçə mağara kilsəsindən ibarətdir. Kompleksin əsas tikilisi hündür və geniş zala malik olan Tanrı anası kilsəsidir. Kilsənin şimal tərəfində yerləşən girişi üç tağlı monumental arkada ilə vurğulanmışdır. Kompleksə həm də bir-birinin yanında yerləşən mağara sovmələr daxildir. Udabno mağarasının interyerlərini bəzəyən freskalar silsiləsində ilk dəfə ardıcıllıqla David Qarecinin həyatını əks etdirən səhnələr yer almışdır. Kilsə freskalarının ən alt qatı X əsrin II yarısına aid edilir. Lakin, bu tarix yalnız freskaların tarixinə aid edilməklə, monastırın özünün daha əvvəlki dövrə aid olması qeyd edilir.
Udacity
Udacity — əsası Sebastian Trun, Devid Stivens və Mayk Sokolski tərəfindən qoyulan şəxsi təhsil müəssəsidir. Təhsil onlayn verilir. Hal-hazırda (15 sentyabr 2013) 28 aktiv mövzu üzrə dərslər keçirilir. 2012-ci ilin yayında udacity dərslərinə 203 müxtəlif ölkədən tələbə qeydiyyatdan keçmişdir.
Udaqava Yoan
Udaqava Yoan (宇田川 榕菴, 9 mart 1798, Edo[d] – 22 iyun 1846 və ya 1846, Edo[d]) – Yaponiya alimi və həkimi. Qərb elmlərini öyrənmişdir. O, "Yaponiya botanikasının atası" hesab olunur. == Həyatı və karyerası == Udaqava Yoan 1798-ci ildə Yaponiyanın Oqaki hanında doğulmuşdur. Atası Ezava Yoci həkim idi. O, kiçik yaşlardan etibarən təbiətşünaslığa maraq göstərməyə başlamışdır. Atasının etirazlarına baxmayaraq, Tokuqava şoqunluğunun tərcüməçisi Baba Sacurodan holland dili dərsləri almışdır. 1811-ci ildə Qərb tibbi üzrə həkim Udaqava Şinsay tərəfindən övladlığa götürülmüşdür. Babanın ölümündən sonra holland dili dərslərinə Yoşio Çuciro ilə davam etmişdir. Udaqava 1817-ci ildə Tsuyama klanının rəsmi həkimi postunu qəbul etmişdir.
Uday Çopra
Uday Çopra (5 yanvar 1973, Bombey) — Bollivud aktyoru, prodüseri və rejissor köməkçisi. O mərhum Yaş Çopranın oğlu və Aditya Çopranın qardaşıdır. Atası və qardaşı kimi o da filmlərdə Yash Raj Films şirkətinin adı altında rol alıb və fəaliyyət göstərib. 1994-cü ildə Akşay Kumar, Kacol və Saif Əli Xanın rol aldığı Sevgiylə zarafat etmirlər (Yeh Dillagi) adlı filmdə prodüserlik edən Uday Çopra aktyorluq karyerasında isə "Aşiqlər" filmi ilə debüt etmişdir.
Udaydihu
Şanyü Udaydihu heç bir il də hakimiyyətdə qalmadı. Taxta qardaşı Panu keçdi.
Udegey dili
Udegey (udey) dili — udegeylərin dili, digər amur dilləri ilə birlikdə Tunqus-mancur dilləri dil ailəsinin tunqus qrupunun amur yarımqrupunu təşkil edir. Oroç dilinə yaxındır. Rusiyanın Primorsk və Xabarovsk diyarlarının bir neçə kənd rayonlarında yayılıb. Ərazi ruplarının danışığında müəyyən fərqlər vardır. Sayları — 103 nəfərdir (2010, siyahıya alınma). 2002-ci ildə udegey dilində 227 nəfər danışırdı. Udegey dilində əsasən yaşlı nəsil məişətdə istifadə edir ( 70 yaşdan yuxarı). Bütün udegeylər rus dilində sərbəst danışır, bəziləri oroç və nanay dillərini yaxşı bilirlər. Doğma dil kimi udegeylərin 24,3 %, rus dilində, 17,6 %Rusiyanın digər dillərində sərbəst danışır. == İstinadlar == == Ədəbiyyat == Суник О. П. Удэгейский язык // Языки мира: Монгольские языки.
Udegeylər
Udegeylər, удэге́ (1956 ilə qədər— Udexeyç', həmçinin Ydexe) — Rusiya Federasiyasında Uzaq şərq bölgəsində yayılmış yerli xalq. Monqoloid irqinə mənsubdurlar. Dil — Udegey dili Tunqus-mancur dillərinin amur qrupunda danışırlar. Oroçi dilinə yaxınlığı ilə seçilir. Hazırda əhalinin böyük əksəriyyəti rus dilində danışır. == Sayları == 2002-ci ilə olan məlumata əsasən udegeylərin əraziyə görə sayları Primorsk diyarı: Kerasnıy Yar kəndi - 378 nəf Aqzu kəndi - 120 Xabarovsk diyarı: Qvasyoqi kəndi - 146 2002-ci il məlumatına əsasən Rusiya ərazisində 1657, Ukraynad isə 2001 ilə olan məlumata əsasən 41 nəfər udegey müəyyənləşmişdir. Sorğu nəticəsində 42 nəfərdən cəmi 8 (19 %) udegey dilini doğma dili hesab etmişdir. Altı nəfər doğma dillərinin ukrayn, yerdə qalanlar isə rus dili olduğunu bildirmişlər. Bununla da Rusiya və Ukraynada olan udegeylərin ümumi sayı 1,7 min nəfər təşkil etmişdir. SSRİ/Rusiyada sayları == Tarixi == Udegeylər əsasən Primorsk diyarı ərazisinfə yayılmışlar.
Ulan-Ude
Ulan-Ude — Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2016-cı ildə şəhər əhalisi 430.000 nəfər olmuşdur. Əhalinin 62 faizi rus, 32 faizi buryatlardan ibarətdir.
Ulan-Ude Aviasiya Zavodu
Ulan-Ude Aviasiya Zavodu (rus: Улан-Удэнский авиационный завод, Ulan-Udėnskij aviacionný zavod) Rusiyada Buratiya Respublikasının Ulan-Ude şəhərində yerləşir. Təyyarə və helikopter istehsalı üzrə ixtisaslaşmışdır. Zavod 1939-cu ildə I-16 döyüş və Tupolev SB bombardmançı təyyarələrini istehsal etmək məqsədilə yaradılıb. II Dünya müharibəsi ərzində bu zavod La-5 və La-7 döyüş təyyarələrini istehsal etmişdir. 1956-cı ildən etibarən zavod helikopter istehsalına başlamış, 1970-ci ildən isə Mil Mi-8 helikopterlərinin istehsalını həyata keçirmişdir. Burada ümumilikdə 4000-dən çox Mi-8 helikopteri istehsal olunub. 2009-cu il hesablamalarına əsasən zavodun istehsalının əsas hissəsini Mi-8T, Mi-171 helikopterləri və Su-25UB, Su-39 hücumçu təyyarələri təşkil etmişdir.
Ulan Ude
Ulan-Ude — Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2016-cı ildə şəhər əhalisi 430.000 nəfər olmuşdur. Əhalinin 62 faizi rus, 32 faizi buryatlardan ibarətdir.
BD
Blu-ray Disc və ya qısaca BD (ing. blue-ray göy şüa və disc — disk; blue yerinə blu yazılır) — yüksək sıxlığa və dəqiqliyə malik yazı, video və digər rəqəmsal məlumatların saxlanılması üçün istifadə edilən optik daşıyıcı formatı. Blu-ray standartı BDA konsorsiumu ilə birgə hazırlanmışdı. Yeni daşıyıcının ilk prototipi 2000-ci ilin oktyabrında təqdim edilmişdi. Müasir variantı isə 2006-cı ilin yanvarında keçirilən Consumer Electronics Show (CES) - istehlak elektronikasının beynəlxalq sərgisində təqdim edilmişdir. Blu-ray formatı bazara 2006-cı ilin yazında çıxarılmışdır. Blu-ray (mənası "göy şüa") - adı, yazılış və oxuma üçün istifadə edilən qısadalğalı (405 nm) göy (texniki olaraq göy-bənövşəyi) lazerə uyğun adlandırılmışdır. "e" hərfi qəsdən "blue" sözündən çıxarılmışdır, çünki "blue ray" ifadəsi tez-tez istifadə ediləndir və əmtəə nişanı olaraq qeydə alınması ehtimalı böyükdür. Daha böyük məsafələrdə daha qısa fokus uzunluğu vacibdir. Harda ki DVD drayver obyektivləri təxminən 40 dəfə böyükdür, CD drayver obyektivləri 20 dəfə daha çox böyükdür.
Bud
Bud — insan vücudunun bud-çanaq oynağı ilə diz arasındakı hissəsidir. Bu hissədə olan yeganə sümük femur adı ilə tanınır. Bu sümük çox qalın və sağlam quruluşa malikdir.
HD
Yüksək Dəqiqlikli Televiziya ing. High Definition Television(qısaca HDTV) — ənənəvi TV yayım standartlarından (PAL, SECAM, NTSC) daha yüksək dəqiqlik təmin edənyayım standartı. == Tarixçə == 1983-cü ildə, ITU (International Telecommunication Union) altındakı radiokomunikasya sektoru (ITU-R) bünyəsində tək bir beynəlxalq nəşr standartı inkişaf etdirmək üzrə bir iş qrupu (IWP11 / 6) quruldu. Standart heç bir zaman sonuçlandırılamamış olmaqla birlikdə ITU-R BT.709–2 ("Rec. 709") nömrəli ITU-R tövsiyəsi 16:9 şəkil nisbəti ilə birlikdə 1080i (1,080 sətir-interlaced) və 1080p (1,080 sətir-progressive) formatlarını təyin . Ancaq standartın təyin olunması dərhal həyata keçirilməsinə gətirmədi. İlk ticarət HDTV sınaqları standart-keyfiyyətli nəşrlərin 4 qatı band-genişliyi tələb edirdi. Band-genişliyini SDTV (Standard Definition TV) 'nin 2 qatına salan səylər belə onun peyk xaricində bir mühitdə istifadə təmin edə bilmədi. Əlavə olaraq HDTV nəşrlərin çıxarılması və qeyd edilməsi də ilk zamanlar texniki baxımdan meydan oxumaydı. 2000-ci illərdə sıxışdırma alqoritmləri üçün ehtiyac duyulan prosessor güclərinin və yığma qabiliyyətlərinin artmasıyla HDTV ticari olaraq tətbiq oluna bilər və qar gətirən bir hal almışdır.
HUD
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Mud
Mud — İranın Cənubi Xorasan ostanının Sərbişə şəhristanının Mud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,451 nəfər və 695 ailədən ibarət idi.
Od
Od — mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən ikinci mühüm amildir. Əski inanışlarda odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirdilər. Ulularımız ona Dan ("dan yeri sökülür" deyimində indi də işlədilir) da deyirdilər. == Odun insan həyatında rolu == Odun temperaturu yanğını yaradan materialın növündən və havanın təzyiqindən, odun rəngi isə yanan materialın qarışığından asılıdır. Dörd ünsürün qədim Şərq təqvimlərində qəzalar kimi xarakterizə edilməsinin əsasında onların ikili mahiyyətinə (həm yaradılışa, həm də məhvə xidmət etmələri) inam dayanır. Belə ki, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi tək göstərilməklə yanaşı, həm də yarananları yandırıb kül edir, fəlakətlərin mənbəyinə çevrilir. Təsəvvürlərdə odun xeyirxahlığına, yoxsa şərinə, ziyanlarına birinci inanıldığını müəyyənləşdirmək çətindir. Miflərdə tez-tez üstünlük birindən digərinə ötürülür. Məsələn, "Munisnamə"də göstərilir ki, Allah ilk olaraq cəhənnəmi yaratmışdır. Onun göstərişi ilə cəhənnəmin palçığı min il qaynadıldığından qıpqırmızı qızarmış, sonra təkrar min il də qaynadılmışdır ki, közərməsi ağarsın.
Pud
Pud — çəki ölçü vahidi. Metrik ölçü sistemindən əvvəl işlədilmiş, 16,4 kq-a bərabər ağırlıq ölçüsü. == Ümumi məlumat == Pud Azərbaycan xalqının məişətinə çox qədimlərdən daxil olmuş, el arasında bu gün də işlənən çəki vahididir. 40 girvənkə və yaxud 2 batman 1 pud deməkdir. 16,4 kq-lıq çəki daşlarına da pudluq daş deyilir. Bəzi ədəbiyyatlarda puddan Azərbaycan xalqının məişətində Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra istifadə olunduğu göstərilir. Lakin XV–XVI əsrlərdə yaranmış "Koroğlu" dastanında pud sözünə rast gəlinməsi bu fikri şübhə altında qoyur. Pəhləvanlar ən cox pudluq daşlarla oynayırlar. Azərbaycanda cox əski cağlardan geniş yayılmış zorxana tamaşalarında pəhləvanlar oz guclərini gostərmək ucun pudluq və iki pudluq daşları (və ya mildən) gah bir-bir, gah iki-iki əllərində tutub goyə qaldırır, onları atıb sinələri, çiyinləri və kürəkləri ilə itələyirdilər. Pudluq və iki pudluq daşların dişlə qaldırılması pəhləvanlardan daha cox bacarıq və guc tələb edirdi.
Rud
Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib çatıb. == Tarixi == Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. "Rud" farsca "bağırsaq" anlamına gəlir. Nizami Gəncəvi Əflatunun (Platon) ərğanunu ruda istinadən icad etdiyi haqqda bilgi verir. Deməli, Əflatunnun yaşadığı dövrdə, e. ə. V əsrdə rud aləti mövcud idi. == Rud klassiklərin əsrlərində == Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur: Müğənni, çal rudu, gəl dadıma çat,Məni bu amansız yuxudan oyat.
U2
U2 - Dublin mənşəli İrlandiya rok qrupu. 1976-cı ildə Dublində yaradılan qrup Bono (vokal və gitara), The Edge (gitara, piano və vokal), Adam Clayton (bass gitara), və Larry Mullen, Jr. (zərb alətləri və perkussiya) ibarətdir. İlk olaraq post-punk janrından qaynaqlanan U2 musiqisi sonradan pop musiqinin müxtəlif janrlarından bəhrələndi. Qrup fəaliyyətli dövrü ərzində melodik alətlər üzərində qurulan öz musiqi tərzlərini qoruyub saxlayıblar. Musiqilərində ilk olaraq, The Edge'in gitarasının səsi və Bono-nun fərqli vokalı diqqəti cəlb edir. Onların mətnləri, çox vaxt mənəvi, şəxsi və siyasi-sosial problemlərə həsr olunur. U2 qrupu üzvlərinin yeniyetmə çağlarında Mount Temple Comprehensive School adlanan məktəbdə yaradılmışdır. O vaxtı üzvlərin musiqi biliyi məhdud idi. 4 ildən sonra Island Records-la müqavilə imzalayıb, Boy adlanan debut albomlarını reliz ediblər.
UN
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Ued
Ued (rus. уед, ing. ued) — Saxarada və Ərəbistan yarımadasında ilin çox vaxtı quru olan, müvəqqəti axarlı dərə. Uzunluğu bir neçə yüz km-ə çatır.
İd
İd, ID
Hud
Hud — ilahi peyğəmbərlərdən biri. Yüksək mənəvi dərəcə və insani keyfiyyətlərə sahib olması və zahiri gözəlliyi onu zəmanəsinin insanlarından fərqləndirirdi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Yunus, Məhəmməd və Hud) biridir. Hud peyğəmbəri bir çox peyğəmbərdən fərqləndirən xüsusiyyət odur ki, onun haqqında nə yəhudilikdə, nə də xristianlıqda məlumat var. Onun haqqında məlumatlar ancaq islam mənbələrində var. Quran rəvayətlərindən məlum olur ki, Hud peyğəmbər azğın, nadan və cahil qövmünü düz yola hidayət etmək üçün nə qədər çətinliklərlə üzləşmiş və bunlara səbir etmişdir. Hud peyğəmbərin qəbri İraqda Nəcəf şəhərində yerləşir == Hudun peyğəmbər seçilməsi == Hud 40 yaşına yetişdikdə Allah tərəfindən bir peyğəmbər kimi öz qövmünü tövhidə, pis adətləri tərk etməyə və axirətin dəhşətli əzabından qorxmağa dəvət etmək üçün təyin olundu. Rəvayətlərdə qeyd olunur ki, Hudun qövmü 13 qəbilə idi və bu qəbilələrin nəsilləri Nuh peyğəmbərin kötücəsi olan Ad ibni Ovsa çatırdı. Buna görə də həmin qövm Ad qövmü adını almışdı. Onların yaşadığı yerin adı Əhqaf idi.
MUD
Çox istifadəçili zindan (MUD /mʌd/; ing. Multi-User Dungeon, rus. многопользовательский мир) — İnternet üzərindən mətn mesajları vasitəsilə oynanan fantezi rollu kompüter oyunlarının ümumi adı. Tipik MUD oyununda elflər, əjdahalar və bənzəri əfsanəvi varlıqlarla yanaşı savaşçılar, oğrular və maqlar kimi insani xarakterlər də mövcud olur. Oyunçular virtual dünya ilə uzaq serverə komanda sətrli interfeys vasitəsilə göndərilən mətn komandalarının köməyilə qarşılıqlı əlaqədə olurlar. Cavabında onlara otaqların, əşyaların, hadisələrin, başqa oyunçuların personajlarının, virtual aləmin cürbəcür başqa elementlərinin təsviri göndərilir. Oyunçular, adətən, adi danışıq dilində ünsiyyətdə olurlar. Son illər İnternet üzərindən oynanan qrafik dəstəkli proqramların inkişafı və İnternet bağlantı sürətlərinin artması ilə əlaqədar olaraq MUD oyunları, demək olar ki, sıradan çıxmışdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Un
Un — taxılın üyüdülməsi yolu ilə əldə edilən incə toza verilən addır. Başda çörək və xəmir məmulatları olmaqla bir çox qidanın əsas tərkib hissəsidir. Ümumiyyətlə buğdadan əldə edilən toza yalnız un deyilir. Arpa, ot, çovdar, qarğıdalı, noxud kimi bitkilərdən əldə edilən un isə, məşhur olaraq o taxıl adıyla birlikdə qarğıdalı unu, arpa unu formasında adlandırılar. == Fiziki göstəriciləri == Makaron ununun sıxlığı 650 və ya 700 kq/m³. Buğda ununun sıxlığı 550 və ya 600 kq/m³. == Un növləri == Buğda unu Çovdar unu Düyü unu Şabalıd unu Noxud unu Yer fındığı unu Tanq unu (tanq: bir növ mamır) Qarabuğda, soya, kartof, ararot, kulkas, palıd palamudu və dənəsiz məhsulların da unları əldə edilebilmeketdir. == Undan edilən məhsullar == Çörək, tort, kraker lər, keks lər, börəklər undan edilən bəzi məhsullardır. Bunların xaricində, həmçinin bəzi souslar və pudinq istehsalında da un istifadə edilir.
.ad
.ad — Andorranın internet kodu
.bd
.bd — Banqladeşin internet kodu.
.cd
.cd — Konqo Demokratik Respublikasının internet kodu.
Süd
Süd — qida məhsulu. == İnsan orqanizmi üçün südün əhəmiyyəti == Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib. Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.
ÜDM
Ümumi daxili məhsul (ing. gross domestic product) — verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir. ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq. ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir. == Nominal və real ÜDM == Nominal ÜDM – hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür.
Üç
Üç — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. İkidən sonra, dörddən əvvəl gəlir.