RUBL

I
сущ. рубль (в России и в Белорусии: основная денежная единица, равная 100 копейкам, введенная в обращение после распада СССР; денежный знак и монета этого достоинства)
II
прил. рублёвый. Rubl məkanı рублёвая зона (рублёвое пространство)
RUBƏRU
RUDİMENT
OBASTAN VİKİ
Rubl
Rubl (/ˈruːbəl/; rus. рубль) Rusiya iqtisadiyyatı ilə bağlı olan Şərqi Avropa ölkələrində işlədilən pul vahidi. Rubl ilk dəfə Rusiya imperiyası dövründə pul vahidi kimi yaradılmışdı. Sonra isə SSRİ-nin valyuta vahidi kimi işlədilmişdir. Dövrümüzdə Rusiyada və Belarusiyada valyuta kimi işlədilir. Habelə, Rusiyanın təsiri altında olan Abxaziya və Şimali Osetiyada da rəsmi pul vahidi kimi rubldan istifadə edilir. Bir rubl 100 qəpikə(rus. копе́йка) bərabərdir.. Belarus rublu Rusiya rublu Монеты России и СССР Historical Currency Converter Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Rəqəmsal rubl
Rəqəmsal rubl (rus. Цифровой рубль) — Rusiya Mərkəzi Bankı tərəfindən hazırlanmış mərkəzi bank rəqəmsal valyutası. Bu, artıq mövcud olan nağd və nağdsız pul formalarına əlavə olaraq, Rusiya milli valyutasının üçüncü formasıdır. Rublun bütün formaları bir-birinə ekvivalent olacaq. Rəqəmsal rubl Rusiya Bankı tərəfindən rəqəmsal formada buraxılacaq, nağd və nağdsız rublun xüsusiyyətlərini özündə birləşdirəcək. Rəqəmsal rublun rəsmi buraxılış tarixi 15 avqust 2023-cü il idi. Kriptovalyutaların inkişafı fonunda 2017-ci ilin oktyabrında "kriptorubl"un yaradılmasının texnoloji həyata keçirilməsinə dair hökumət qərar layihəsi hazırlanmışdır. 2020-ci ilin oktyabr ayında Rusiya Federasiyası Mərkəzi Bankı mərkəzi bank rəqəmsal valyutasının yaradılması haqqında hesabat təqdim etmişdir. Mərkəzi Bankın kriptovalyutaya çevrilməyəcəyi vurğulanmışdır. Buna səbəb onun Rusiya Bankı tərəfindən mərkəzləşdirilmiş qaydada buraxılacağı və bunu hesablaşmaların təhlükəsizliyinin təminatçısı olacağı idi.
Rubl abidəsi (Tomsk)
Rubla abidə (Tomsk) — iki metr hündürlükdə, 250 kiloqram çəkidə ağacdan hazırlanmış rubl abidəsi. 100:1 nisbətində hazırlanmışdır. Ağcaqayın ağacından hazırlanıb və rütubətdən qorunması üçün üstü xüsusi məhlulla örtülüb. Hal-hazırda şəffaf qutu içərisinə yerləşdirilib.
Andrey Rublyov
Andrey Rublyov (rus. Андре́й Рублёв; təxm.1370 — 17.10.1428) — Moskva ikonaçəkmə məktəbinin, XV əsr kitab və monumental rəssamlığının ən məşhur və sayılıb-seçilən ustası. O, çəkdiyi pravoslav ikona və freskalarına görə məşhurluq qazanıb və Pravoslav kilsəsinin müqəddəsləri sırasına daxil edilib. == Həyatı == Andrey Rublyovun həyatı barədə dövrümüzədək çox az məlumat çatıb. Onun Moskva knyazlığında və ya Novqorodda doğulduğu güman edilir. == Xatirəsi == 1947-ci ildə Spaso-Andronikov monastırında Andrey Rublyov adına qoruq, 1985-ci ildə isə Qədim rus mədəniyyəti və incəsənəti mərkəzi muzeyi yaradılmışdır. Muzeyin əsas girişində Andrey Rublyovun heykəltaraş Oleq Komov tərəfindən hazırlanmış heykəli yerləşir. Merkuridəki kraterlərdən biri Andrey Rublyovun şərəfinə adlandırılmışdır. Andrey Tarkovskinin "Andrey Rublyov" filmi rəssamın həyatından bəhs edir. 1961-ci ildə rəssamın xatirəsinə həsr olunmuş SSRİ poçt markası buraxılmışdır.
Andrey Rublyov (film, 1966)
Andrey Rublyov (rus. Андрей Рублёв) — rejissor Andrey Tarkovskinin 1966-cı ildə çəkdiyi sovet tarixi-dram filmi. == Məzmunu == Film Moskva ikona çəkmə məktəbinin, XV əsr kitab və monumental rəssamlığının ən məşhur və sayılıb-seçilən ustası Andrey Rublyovun həyatından bəhs edir. == Rollarda == Anatoli Solonıtsin – Andrey Rublyov Nikolay Qrinko – Daniel Çornıy (Qara) Nikolay Sergeyev – Feofan Qrek Nikolay Burlyayev – Boriska İvan Lapikov – Kirill Yuri Nikulin – Patrikey Yuri Nazarov – I Vasili Rolan Bıkov – Skomorox İrma Rauş – Duroçka Mixail Kononov – Foma Nelli Snegina — Marfa Nikolay Qlazkov – Yefim Bolot Beyşenaliyev – Edigu İrina Miroşniçenko – Mariya Maqdalina == Ədəbiyyat == Bird, Robert. "Andrei Rublev". British Film Institute. 2004. ISBN 978-1-84457-038-6. Fraser, Peter. Images of the Passion: The Sacramental Mode in Film.
Andrey Rublyov (tennisçi)
Andrey Andreyeviç Rublyov (20 oktyabr 1997-ci il, Rusiya, Moskva şəhərində anadan olmuşdur) — rusiyalı tennisçi; 21 yaşadək tennisçilər arasında ATP Finalının finalçısı (2017); beş ATP turnirinin qalibi (bunlardan dördü təkdir); bir yeniyetmə Grand Slam tək turnirinin qalibi (French Open 2014); cütlüklərdə yeniyetmələrin Böyük Dəbilqə turnirinin finalçısı (Uimbldon-2014); Orange Bowl cütlük turnirinin finalçısı (2013); 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının mükafatçısı; gənclər sıralamasında dünyanın ilk birinci raketkası. == Ümumi məlumat == Andrey Rublyov idmançı ailəsində anadan olmuşdur. Atası, Andrey Rublyov, keçmiş peşəkar boksçudur. İdmandan ayrıldıqdan sonra o bizneslə məşğul olmuş və hazırda Moskvada bir restoran şəbəkəsinin sahibidir. Anası — Marina Maryenko, tennis məşqçisi, əvvəllər Anna Kournikova, Daria Gavrilova və İrina Xromacheva ilə birlikdə çalışmışdır. Kiçik Andreyi üç yaşında tennisə gətirən məhz anası olmuşdur. Bacısı Anna-Arina Marienko, tennis üzrə idman ustası və hazırda məşqçiliklə məşğuldur. Yeniyetmələr arasında ilk böyük uğurunu 2012-ci ilin dekabrında əldə etmişdir. Andrey Orange Bowl turnirinin finalında ev sahibi amerikalı Tommy Paulu məğlub etdi (16 yaşadək kateqoriyada) — 6:3, 6:4. 2013-cü ilin yayında isə idmançı 16 yaşadək Avropa çempionatında qızıl medal qazandı.
Azərbaycan rublu
Azərbaycan rublu (azərb. آذربايجان ربلی; Азәрбајҹан рублу‎) — 1918–1923-cü illərdə Azərbaycan ərazisində pul vahidi. == Tarixi == 19 yanvar 1918-ci ildə Bakı hökuməti "Bakı pulları" buraxmağa başladı. Bu, Zaqafqaziyada inqilabdan sonra buraxılan ilk kağız pul idi. Həmin ilin fevral ayında 1918-ci ilin sentyabrından əvvəl buraxılmış və Gürcüstan, Ermənistan və Azərbaycan arasında müqavilə əsasında bölüşdürülmüş Zaqafqaziya Komissarlığının (ilk Zaqafqaziya rublu, zakbon) qanun layihəsi işə salınıb. Bakı pulunun buraxılması 1918-ci ilin iyuluna qədər davam etdi. İyul ayında, onların əvəzinə, Bakı Soveti ilə birlikdə Şəhər Təsərrüfat Şurasına həmin ilin 14 sentyabrına qədər davam edən pul buraxmağa başladı. 1918-ci ilin oktyabrında Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Zaqafqaziyanın payından asılı olmayan pul buraxmağa başladı. 1919-cu ilin sentyabrında yaradılan Azərbaycan Dövlət Bankı 1920-ci ilin aprel ayından əvvəl buraxılmış Azərbaycan Respublikasının banknotlarının buraxılmasına başlamışdır. 1920-ci ilin aprelində Azərbaycan Sosialist Sovet Respublikasının 1923-cü il yanvar ayına qədər buraxılmış kağız pulları buraxılmağa başlayır.
Belarus rublu
Belarus rublu — Belarusun pul vahidi. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Dnestryanı rublu
Dnestryanı rublu — Dnestryanıda etibarlı olan və 100 kopek formasında olan rubldur. Dnestryanı tanınmayan və ya qismən tanınan dövlətlərdən olduğundan pulun ISO 4217 kodu yoxdur. Ancaq Aqroprombank və Qazprombank kimi bəzi rəsmi olmayan Dnestryanı təşkilatları PRB kodunu istifadə edir. Dnestryanı Respublika Bankı bəzən RUP kodundan da istifadə edir. == Birinci emissiya (1994) == Sovet pulları 1990-cı ildə Dnestryanı Moldova Respublikası qurulduqdan sonra istifadə edilməyə başlandı. Köhnə Sovet respublikaları öz pul vahidlərini istifadə etməyə başlamışkən, Dnestryanı hələ də Sovet rublundan istifadə etməyə davam edirdi. Maliyyə sistemini qorumaq üçün bir cəhd kimi 1993-cü ilin iyul ayında hökumət 1961-1992-ci il tarixli Qoznak təzyiqli Aleksandr Vasilyeviç Suvorov damğası daşıyan və o damğa qaldırıldığı Sovet və Rus rubllarını satıldı. Sovet və Rus pulları yerinə möhürlənmiş pullar istifadə edilməyə başlandı. Etiketləri daşıdığı düşünülən, tədavülə çıxmamış pullar 1994-cü ildən sonra, xüsusilə, kollektorlar üçün yaradılmışdır. == İkinci emissiya (1994-2000) == İlk müvəqqəti pullar 1994-cü ilin avqust ayında dəyişdirildi və 3 sıfır atıldı.
Rus rublu
Rusiya rublu və ya рубль — Rusiya Federasiyasının valyutası. Həmçinin Abxaziya və Cənubi Osetiya ərazisində rəsmi valyuta kimi işlədilir. Rusiya rublunun ISO 4217 üzrə kodu — RUB, 1998-ci il denominasiyadək kodu RUR idi. Rusiya ərazisində XIII əsrdən işlədilir. Əvvəllər qrivnanın bir hissəsi idi. Информация о банкнотах и монетах на сайте Банка России (rus.) (ing.) РОССИЙСКИЙ РУБЛЬ И ПРИЗНАКИ ПОДЛИННОСТИ РОССИЙСКОГО РУБЛЯ Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine (rus.) Rusiyanın əskinasları keçmiş SSRİ əskinasları (alm.) (ing.) (fr.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Rusiya Rublu
Rusiya rublu və ya рубль — Rusiya Federasiyasının valyutası. Həmçinin Abxaziya və Cənubi Osetiya ərazisində rəsmi valyuta kimi işlədilir. Rusiya rublunun ISO 4217 üzrə kodu — RUB, 1998-ci il denominasiyadək kodu RUR idi. Rusiya ərazisində XIII əsrdən işlədilir. Əvvəllər qrivnanın bir hissəsi idi. Информация о банкнотах и монетах на сайте Банка России (rus.) (ing.) РОССИЙСКИЙ РУБЛЬ И ПРИЗНАКИ ПОДЛИННОСТИ РОССИЙСКОГО РУБЛЯ Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine (rus.) Rusiyanın əskinasları keçmiş SSRİ əskinasları (alm.) (ing.) (fr.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
SSRİ rublu
SSRİ rublu — Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 1923-cü ildən 26 dekabr 1991-ci ilədək pul vahidi. RSFSR-in birinci rublları 1919-cu ildə kredit biletləri kimi buraxılıb. SSRİ əskinazlarının çoxunun dizaynını rus qravyoru və rəssamı İvan Dubasov işləyib. SSRİ-də 1924-cü ildən 1991-ci ilədək 10 rubladək olan pul nişanları Dövlət xəzinə biletləri, 10 rubldan yuxarı nominallar isə — SSRİ Dövlət Bankı biletləri adlanırdı. 1991-ci ildən sonra isə bütün əskinazlar SSRİ Dövlət Bankı biletləri adlanmağa başladı. 1 yanvar 1961-ci ildə SSRİ-də pul islahatından sonra 1 rubl 0,987412 qram qızıla bərabər götürülürdü, ancaq bunu etmək mümkün deyildi. SSRİ-nin dağılmasından sonra rubl tədricən dövriyyədən çıxmağa başladı. SSRİ rublunu dövriyyədən çıxaran ən sonuncu ölkə Tacikistan oldu (10 may 1995-ci il). SSRİ sikkələrinin kataloq və qalereyasıArxivləşdirilib 2013-01-26 at the Wayback Machine SSRİ-nin birinci rublları (1923-cü il).
Tacikistan rublu
Tacikistan rublu yaxud rubl (tacik. rubl) — 1995-ci il 10 may tarixindən 2000-ci il 29 oktyabr tarixinə qədər Tacikistanın rəsmi valyutası. Formal olaraq 100 təngə. Keçmiş Sovet Sosialist Respublikalarında olduğu kimi Tacikistan hətta müstəqilliyinin əldə etdikdən sonra da sovet rublundan istifadəyə davam etmişdir. 1993-cü il 26 iyul tarixində rus rublunun yeni versiyası tədavülə buraxıldı və sovet pullarının Rusiya Federasiyasına axınına son qoyuldu. Tacikistanda bu pullardan 1994-cü il 8 yanvar tarixinə qədər istifadə edilmişdir. 1994-cü il 1 yanvar tarixindən başlayaraq Tacikistan hüdudlarında ödəniş vasitəsi kimi 1993-cü ildə tədavülə buraxılan rus rublu qəbul edildi. Buna qədər 1993-cü ilin noyabrında milli tacik ornamentləri ilə rus pullarının dəyişdirilməsinin mümkünlüyü məsələsinə baxıldı. 1995-ci ilin mayın 10-da rus rublu tacik rublu ilə əvəz edildi: 1 tacik rublu 100 rus rubluna bərabər idi. Başlanğıcda tacik rublundan pul kuponu kimi istifadə edilməsi təklif edilirdi.
Zaqafqaziya rublu
Zaqafqaziya rublu (zakdenznak) — 1923-1924-cü illərdə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının pul vahidi. 1922-ci ilin martında Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası quruldu. İttifaq Şurası bu respublikanın ali idarəedici orqanı oldu. Bu orqanın ilk dekretlərindən biri vahid pul sisteminin yaradılmasını nəzərdə tuturdu. Zaqafqaziya üçün vahid əskinasın buraxılışı (zakdenznak) əsas məsələ oldu. Bu vaxta qədər Sovet respublikalarının hər biri öz əskinaslarını buraxırdılar: Azərbaycan rublu, Ermənistan rublu və Gürcüstan rublu. Hər üç respublikada RSFSR-nin (sovznaklar, daha sonra çervonlar) əskinasları da dövriyyədə istifadə edilirdi. Bundan əlavə 1918-ci ildə buraxılan Zaqafqaziya Komissarlığının pulları da Azərbaycan və Gürcüstanda dövriyyədə idi (Ermənistanda 1922-ci ildə dövriyyədən çıxarılmışdı).. 1923-cü il yanvarın 10-da respublikalarda pul islahatı və pul dövriyyəsinin birləşdirilməsi başladı. Azərbaycan, Ermənistan və Gürcüstanın ayrıca emissiyaları dayandırılırdı.
Ermənistan rublu
Ermənistan rublu (erm. ռուբլի, rubli) — 1919-cu ildən 1923-cü ilə qədərki dövrdə Ermənistan Demokratik Respublikası və Ermənistan Sovet Sosialist Respublikasının müstəqil pul vahidi. Əvvəlcə paralel dövriyyədə olan Zaqafqaziya komissarlığı rublu əvəzinə dövriyyəyə buraxılmış, Ermənistan Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasına birləşdirildikdən sonra dövriyyədə Zaqafqaziya rublu ilə əvəz edilmişdir. Valyutanın dəyişmə vahidləri yox idi, yalnız əsginas şəklində buraxılırdı. == Tarixi == 5 fevral 1918-ci ildə Cənubi Qafqazda koalisiya hökuməti olan Zaqafqaziya Komissarlığı əsginasların buraxılmasına başlamışdır. Onun buraxdığı Zaqafqaziya Komissarlığının bonları (zakbonları) Azərbaycan, Ermənistan və Gürcüstan arasında müqavilə əsasında paylanmış və əvvəllər buraxılmış əsginaslarla paralel dövriyyədə olmuşdur. 1918-ci ilin mayında Gürcüstan, daha sonra Azərbaycan və Ermənistan müstəqilliklərini elan etmiş, həmin ilin sentyabrında zakbon məsələsi dayandırılmışdır. Ermənistan 1918-ci ilin avqustunda öz əsginaslarını buraxmağa başlamışdır. Dövlət Bankının İrəvan filialının daşıyıcısına çeklər ("ordu çekləri") dövriyyəyə buraxılmışdır. Zakbonlar dövriyyədən çıxarılmamışdır.
Lyudmila Rublevskaya
Lyudmila İvanovna Rublevskaya (belar. Людміла Іванаўна Рублеўская; 5 iyul 1965, Minsk) — Sovet və Belarus şairəsi, publisist, ədəbiyyat tənqidçisi, Belarus Yazıçılar İttifaqının üzvü. == Həyatı == Lyudmila Rublevskaya ilk şeirini 1983-cü ildə Belarusun "Gənclik bayrağı" qəzetində dərc etdirib. 1984-cü ildə o, Minsk Memarlıq və İnşaat Kollecini bitirmişdir. "Gorizont" proqram təminatının dizayn bürosunda memarlıq üzrə texnik kimi çalışıb. Lyudmila Rublevskaya 1986-1987-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil alıb. Sonra 1994-cü ildə bitirdiyi Belarus Dövlət Universitetinin Filologiya fakültəsinin Belarus şöbəsində təhsili davam etdirib. Lyudmila Rublevskaya “Bizim söz”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Pershatsvet” jurnalında çalışıb. “Ədəbiyyat və incəsənət” (belarusca: “Literature i Mastatstva”) qəzetində tənqid şöbəsinin redaktoru vəzifəsində çalışıb. 2003-cü ildən 2020-ci ilə qədər - "Belarus Today" qəzetinin mədəniyyət şöbəsinin ədəbi köşə yazarı olub.

Digər lüğətlərdə