rumın

is. 1) Roumain m, -e f ; 2) roumain, -e ; de Roumanie ; ~lar top. les Roumains ; ~ dili le roumain, la langue roumaine

rulon
rumınca
OBASTAN VİKİ
Rumın
Rumınlar — roman dilli xalqlardan biri, Rumıniya Respublikasının əsas əhalisidir. Moldovan dili daxil olmaqla rumın dilində danışanların sayı təxminən 23,500,000 nəfərdir.
Rumın dili
Rumın dili — roman dillərindən biri. Rumınların ana dili.
Rumın Pravoslav Kilsəsi
Rumın Pravoslav Kilsəsi (rum. Biserica Ortodoxă Română) — Rumıniyada avtokefal pravoslav kilsə. Mərkəzi Buxarest şəhərindədir.
Rumın tatar dili
Rumıniya tatar dili (tatarşa, tatar tĭlĭ) Krım-tatar dilinin bir variantıdır. Qıpçaq qolundan və qıpçaq-noqay yarımqrupuna daxil olan türk dilidir. Ona görə də dil qazax dili ilə bağlıdır. Dil həmçinin rumın dilindən bir çox sözləri birləşdirir. Bu dil əsasən Rumıniyanın Dobruca bölgəsində danışılır, lakin Bolqarıstan və Türkiyədə də danışanlar var. Rumıniyada tatarların istifadə etdiyi əlifba.
Moldova (Rumıniyanın tarixi vilayəti)
Moldova (rum. Moldova), həmçinin Qərbi Moldova — Rumıniya şərqində vilayət. Qərbdə şərqi Karpatla şərqdə Prut çayı arasında yerləşir. İnzibati bölgüyə görə Rumıniyanın Bakeu, Vasluy, Vrança, Qalas, Nyams, Yassı judesləri və Botoşani və Suçava judeslərinin bir hissəsi daxildir.
Qazaxıstan–Rumıniya münasibətləri
Qazaxıstan–Rumıniya münasibətləri — Rumıniya Respublikası ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Qazaxıstan Respublikası ilə Rumıniya arasında diplomatik əlaqələr 15 iyul 1992-ci ildə qurulmuşdur. 1993-cü ilin noyabrında Rumıniyanın Qazaxıstan Respublikasındakı səfirliyi açılmışdır. 2003-cü ilin sentyabrında Qazaxıstan Respublikasının Rumıniyadakı Diplomatik Nümayəndəliyi açılır. 2012-ci ilin mart ayında Diplomatik Nümayəndəliyin Qazaxıstan Respublikasının Rumıniyadakı səfirliyinə çevrilməsinə dair Qazaxıstan Respublikası Prezidentinin Fərmanı imzalanır. Qısa tarixi dövrdə iki dövlət ikitərəfli əməkdaşlığın bütün sahələrində, o cümlədən siyasi, ticari-iqtisadi, mədəni və humanitar sahələrdə, habelə çoxtərəfli qarşılıqlı fəaliyyət sahəsində ciddi irəliləyişlər əldə etdilər. Qazaxıstan və Rumıniya müntəzəm siyasi dialoqlar aparır. Hər iki ölkənin parlamentlərində Dostluq Qrupları fəaliyyət göstərir. İki ölkənin millət vəkillərinin illik görüşləri keçirilir. İki ölkənin xarici işlər nazirlikləri arasında hər il siyasi məsləhətləşmələr baş tutur.
Roman (Rumıniya)
Roman — Rumıniyada şəhər.
Rumınca
Rumın dili — roman dillərindən biri. Rumınların ana dili.
Rumınca Vikipediya
Rumınca Vikipediya — Vikipediyanın rumın dilində olan bölməsidir.
Rumıniya
Rumıniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Rumıniya 2015 Avropa Oyunlarında
Rumıniya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Rumıniya ümumilikdə 147 idmançı ilə təmsil olunub.
Rumıniya 2018 Qış Olimpiya Oyunlarında
Rumıniya 2018 Qış Olimpiya Oyunlarında 4 idman növü üzrə 20 idmançı ilə təmsil olunacaqdır. Olimpiya Lisenziyalarının böyük qismi 2016/2017 Biatlon üzrə dünya kuboku əsasında müəyyən edilmişdir. Rumıniyanın kişilərdən ibarət yığması 14-cı yeri tutmuşdur. Kişilər qadınlar Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Rumıniya «A» kateqoriyası üzrə 2 idmançı kvotası əldə etmişdir. Kişilər Qadınlar Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər.
Rumıniya Avroviziya Mahnı Müsabiqəsində
Rumıniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə indiyədək heç vaxt müsabiqədə birincilik əldə etməmiş olsa da, Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Rumıniyanın indiyədək müsabiqədə qazandığı ən yaxşı nəticə 2005-ci ildə Luminitsa Anqel və Sistem qrupunun ifa etdiyi "Let Me Try" və 2010-cu ildə Paula Selinq və Ovi duetinin ifa etdiyi "Playing with Fire" mahnıları ilə əldə etdikləri 3-cü yerdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Rumıniya hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2018-ci ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur. Avroviziyada 17 illik iştirakının ardınca 2016-cı ildə Avropa Yayım İttifaqı tərəfindən Rumıniyanın müsabiqədə iştirakı dayandırılmışdır. Rumıniya Ovidiu Antonun ifa etdiyi "Moment of Silence" mahnısı ilə 12 may tarixində keçirilən Avroviziya 2016-nın ikinci yarımfinalında təmsil olunmalı idi. Lakin 19 aprel 2016 tarixində müsabiqəni ölkədə yayımlama hüququ olan TVR telekanalının AYİ-nə 2007-ci ilin yanvar ayından bəri üst-üstə yığılan və toplamda 14.56 milyon€ təşkil edən borc səbəbi ilə ölkənin son anda müsabiqədən uzaqlaşdırıla biləcəyinin mümkün olduğu açıqlanmışdır. AYİ Rumıniya dövlətinə 20 aprel tarixinədək borcun ödənilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticə görülməmişdir və 22 aprel tarixində ölkə rəsmi olaraq 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirakdan azad olunmuşdur. Məsələ həllini tapdıqdan sonra Rumıniya 2017-ci ildə müsabiqəyə geri dönmüş və finalda 7-ci yerdə qərarlaşmışdır. QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Rumıniya Dövlət Televiziyası
TVR (Televiziune Română) Rumıniyanın rəsmi dövlət kanalı. Bu kanalda milli yarışlar və beynəlxalq xəbərlərdə göstərilir. Kanalın mərkəzi Buxarest şəhərində yerləşir.
Rumıniya Kommunist Partiyası
8 May 1921-ci ildə yaradılmış olan kommunist partiyadır. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər Birliyi adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olub. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.
Rumıniya Komunist Partiya
8 May 1921-ci ildə yaradılmış olan kommunist partiyadır. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər Birliyi adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olub. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.
Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası
Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională a Sindicatelor Libere din România-Frăția və ya qısaca rum. CNSLR-Frăția) — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. 1993-cü ildə yaradılmışdır. Konfederasiya öz üzvlərinin əsas peşə, sosial, iqtisadi və mədəni hüquqlarını təmsil və müdafiə edir. Həmkarlar ittifaqı üzvlərinin iqtisadi, sosial və peşə fəaliyyəti ilə əlaqədar olan qanunvericilik aktlarının işlənib hazırlanması və onlara dəyişikliklər edilməsi barədə kollektiv danışıqlarda tərəfdaş və nümayəndə qismində çıxış edir. Ədalət və sülh məsələləri ilə məşğul olan müxtəlif milli və beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlığa, həmrəyliyə imkan yaradır. Bu konfederasiya siyasi partiyalardan, dövlətdən və işəgötürənlərdən asılı olmayan, ali statusa malik milli həmkarlar ittifaqı təşkilatıdır. Hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən 40 həmkarlar ittifaqı federasiyasını – sahə birliklərini özündə birləşdirir.
Rumıniya Milli Həmkarlar İttifaqları Bloku
Rumıniya Milli Həmkarlar İttifaqları Bloku (rum. Blocul Național Sindical və ya qısaca BNS) — Rumıniyanın ən iri və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Buxarest şəhərində yerləşir. Blok 1991-ci ildə yaradılmışdır. Təşkilatın əsas fəaliyyət istiqamətləri piket və mitinqlərin təşkili üzrə müxtəlif tədbirlərin, müəssisələrdə həmrəylik aksiyalarının, qurultayların, seminarların və kampaniyaların mütəmadi olaraq keçirilməsi, üzv təşkilatların və onların fəaliyyətinin əlaqələndirilməsidir. Bloku dövlət və eləcə də özəl sektorda fəaliyyət göstərən müəssisələrdə çalışan işçiləri birləşdirir və 350.000 üzvü var. Təşkilata Dumitru Kostin rəhbərlik edir. Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir. Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası ICTUR et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing.
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională Sindicală) və ya qısaca "ALFA karteli" (rum. "Cartel ALFA") — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. "ALFA karteli" 1990-cı ildə işçilərin əsl etibarlı təmsilçiliyinin qurulması məqsədilə yaradılmışdır. Təşkilatın əsas məqsədi ictimai ədaləti və işçilərin maraqlarını qorumaq, müdafiə etmək və Rumıniyada demokratiyanı gücləndirməkdir. Konfederasiya işçilərin maraqlarını müdafiə etməsi ilə Rumıniyada həmkarlar ittifaqı hərəkatının formalaşmasında əhəmiyyətli rol oynayır. Konfederasiya daimi iş yerlərinin yaradılması, öz üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi dirçəliş və stabillik, düzgün əməkhaqqı siyasəti üçün mübarizə aparır. Konfederasiya yerli və milli səviyyədə kollektiv əmək müqavilələrinin bağlanması, sosial dialoqun və sosial tərəfdaşlığın inkişaf etdirilməsində də müxtəlif səviyyələrdə fəaliyyət göstərir. Öz maraqlarını və mövqelərini müdafiə etmək üçün təşkilat piketlər, nümayişlər, yürüşlər keçirir.
Rumıniya Pravoslav Kilsəsi
Rumın Pravoslav Kilsəsi (rum. Biserica Ortodoxă Română) — Rumıniyada avtokefal pravoslav kilsə. Mərkəzi Buxarest şəhərindədir.
Rumıniya Sosialist Respublikası
Rumıniya Sosialist Respublikası — müasir Rumıniya ərazisində 1947-ci ildən 1989-cu ilə qədər mövcud olmuş dövlət. 1947-ci ilin 30 dekabrından 1965-ci ilin 21 avqustuna qədər adı Rumıniya Xalq Respublikası (rum. Republica Populară Română) olub. 21 avqust 1965-ci ildən 1989-cu ilə qədər isə ölkə Rumıniya Sosialist Respublikası (rum. Republica Socialistă România) adlanıb. 1989-cu ilin dekabr ayında baş vermiş inqilab zamanı Nikolae Çauşeskunun diktaturası ləğv edilmiş və bununla da Rumıniya Sosialist Respublikasının mövcudluğuna son qoyulmuşdur. İon Antoneskunun hakimiyyəti zamanı kommunistlərin təqib edilməsinin miqyası çox böyük ölçülər aldı. 1944-cü ilə qədər Rumıniya Kommunist Partiyasının bütün liderləri ya həbsxanada idilər, ya da baş götürüb Moskvaya qaçmışdılar. Bununla da üzvlərinin sayı onsuz da az olan zəif partiya rəhbərliyini də itirmişdi. Buna görə də o Rumıniyanın siyasi arenasında əhəmiyyətli rol oynaya bilmirdi.
Rumıniya Xarici İşlər Nazirliyi
Rumıniya Xarici İşlər Nazirliyi (rum. Ministerul Afacerilor Externe) — Rumıniya hökumətinin xarici işlərindən məsul olan nazirlik.
Rumıniya albanları
Rumıniya albanları (rum. Albanezi) — Rumıniya ərazisində yaşayan etnik qrup. Rumıniyanın etnik azlıqları siyahısına daxildir. Bu səbəbdən onların hüüuqlarının ifadəçisi olaraq Rumıniya Deputatlar palatasında bir nümayəndəyə sahibdirlər. 2002-ci ildə Rumıniyada aparılan siyahıya alınmağa görə burada 520 nəfər alban olmasını bildirmişdir. Onlardan 484 nəfəri doğma dilinin alban olmasını birdirmişdir. Ancaq qeyri-rəsmi məlumata görə ölkədə 10 000 alban yaşayır. Onlar əsasən Buxarestdə cəmləşmişdir. Onlar həmdə ölkənin digər iri şəhərlərində belə yaşayırlar - Timişoara, Yassi, Kondtansa və Kluj-Napoka. Burada yaşayan alban ailələrinin böyük qismi provaslavdır.
Rumıniya antikommunist müqavimət hərəkatı
Rumıniya antikommunist müqavimət hərəkatı 1940-cı illərin sonlarından 1950-ci illərin ortalarına qədər aktiv olmuş, ayrı-ayrı fərdi döyüşçülər 1960-ci illərin əvvəllərinə qədər mübarizəni davam etdirmişdir. Bu, kommunist rejimə qarşı ilk və ən planlı formada olan silahlı müqavimət idi. Döyüşçülər bandit olaraq görülürdülər. 1989-cu ilin sonlarında Nikolae Çauşesku devrilməyincə, "anti-kommunist silahlı müqavimət" adlandırılanların təfərrüatları ictimaiyyətə açıqlandı. Yalnız bundan sonra ictimaiyyət bəzən özlərini "hayduk" adlandıran bir neçə kiçik silahlı dəstə haqqında, hansı ki, bəziləri on il hakimiyyətdən gizlədildiyi Karpat dağlarına sığınan bir neçə kiçik silahlı dəstə haqqında məlumat aldılar. Son döyüşçü 1962-ci ildə Banat dağlarında aradan qaldırıldı. Hərəkətin dərəcəsi və təsiri postkommunist Rumıniya mediasında, sağ qalanların xatirələrində və hətta tarixşünaslıqda avtoritar, antisemitizm və / və ya ksenofobik olduğu halda çox vaxt şişirdilir. Qrupların bir hissəsinin ideologiyası ümumiyyətlə gözdən yayınır və ya minimuma endirilir. Rumıniya müqavimətinin bəzən keçmiş Sovet blokunda ən uzun sürən silahlı hərəkatlardan biri olduğu deyilir. 1944-cü ilin mart ayında Qızıl Ordu, Bukovinaya, nasist Almaniyasının müttəfiqi olan Rumıniya ərazisinə doğru irəliləyir.
Rumıniya bayrağı
Rumıniya bayrağı — Rumıniyanın Dövlət bayrağı.
Rumıniya gerbi
Rumıniya Respublikasının Dövlət Gerbi - Rumıniya parlamenti tərəfindən 10 sentyabr 1992-ci ildə qəbul edilib. Bu gerb Rumıniya krallığının kiçik gerbinə əsaslanır (1922—1947-ci illərdə istifadə edilib). Gerbin əsas elementi — dimdiyində xaç, caynaqlarında skeptron və qılınc tutan qızıl rəngdə qartaldır. Gerbin əsas rəngləri Rumıniya bayrağındakı əks etdirən qırmızı rəng, sarı rəng və göy rənglərdir. Qartalın sinəsində yerləşən lövhə Rumıniyanın beş vilayətinin tarixi rəmzləri verilib. Qızıl qartal — Valaxiyanın rəmzi. İbtidai öküz — Moldovanın rəmzi. Şir və körpü — Olteniya və Banatın rəmzi. Qara qartal, yeddi qəsr, günəş və ay — Transilvaniyanın rəmzi. Delfinlər — Dobrucanın simvolu.

Digər lüğətlərdə