RUM

клас. ист. рум (асулдай грек яз, мусурман уьлквейра яшамиш жезвай агьалидиз ва гьа агьалидикай тирбуруз ганвай тӀвар).
RULON
RUMB
OBASTAN VİKİ
Rum
Rum, rumilər və ya rumlular (ərəb. الرُّومُ‎‎, təkdə رُومِيٌّ) — romalıların və bizanslıların tarixi adı.
RUM-2MB
RUM-2MB — kiçik ölçülü radio idarəedici–Bolqar istehsalının hədəfi. lk bolqar uzaqdan idarə olunan pilotsuz uçuş aparatlarının inkişafı 1965-ci ildə baş leytenant Milcho Yordanov kiçik ölçülü təyyarələrin manevr edilə bilən hava hədəfi kimi istifadə edilməsini təklif etdi, habelə öz dizaynlı bir təyyarənin radio idarəedici modelini təqdim etdi və imkanlarını nümayiş etdirdi. Fikir komandanlıq tərəfindən təsdiqləndi, ölkənin Hava Hücumundan Müdafiə İdarəsinin rəisi general Kozarev və Hava Hücumundan Müdafiə Təlimi İdarəsinin rəisi polkovnik Dikov Plovdiv şəhərindəki zenit-raket alayında radio idarəolunan hədəflərin inkişafı üçün bir qrup yaratmaq qərarını təsdiqlədi, Xüsusi Optika və Elektronika İnstitutu və DSO Metalhim radio nəzarət cihazlarının layihələndirilməsi tapşırıldı. 1966-cı ilin may ayında bir qrup kapitan Yordanov Plovdivdəki bir təyyarə təmiri zavoduna köçürüldü və hədəf təyyarələrinin seriyası istehsalına hazırlıqlara başladı. Prototiplərin bir sıra sınaq uçuşlarından sonra RUM-1 və RUM-2 hədəf təyyarələrinin dizaynları hazırlanmışdır. 1968-ci ildə ilk 16 təyyarə qoşunlara təhvil verildi: 12 ədəd RUM-1 (1,5 km-ə qədər olan 2 kq ağırlığında monoplan) və 4 ədəd RUM-2 (2 km-ə qədər 9 kq ağırlığında monoplan) və bir dəst dəst idarəetmə TX / RX-14, 1968-ci ilin oktyabr ayında kapitan Yordanovun dizayn və inkişaf qrupu PKTG-102 adını aldı. 1969-cu ildə təkmilləşdirilmiş bir model RUM-2M hazırlanaraq qəbul edildi. 1971-ci ildə Yavor-1 analoq idarəetmə aparatlarının yeni dəstini alan RUM-2MB modeli hazırlanmışdır. RUM-2MB hədəf təyyarəsi çox uğurlu oldu, Bolqarıstan silahlı qüvvələri üçün kütləvi istehsal və uzun illər ərzində ixracat üçün cəmi 1112 ədəd bu tip hədəf təyyarəsi istehsal edildi. 1973-cü ildə, pilotsuz uçuş aparatlarının yeni modellərinin hazırlanması həvalə olunan PKTG-102 bazasında bir tədqiqat və texnoloji institut yaradıldı.
Rum Sultanlığı
Rum sultanlığı və ya Anadolu Səlcuqlu Dövləti — Səlcuqluların Anadoluda qurduğu dövlət. Qurucusu Qutalmışın oğlu Süleyman şahdır. Türklərin Anadoluya yerləşməsi 1071-ci ildəki Malazgirt müharibəsindən sonra sürətlənmişdir. 1073-cü ildə Süleyman şah Sultan-ı Rum (yəni Anadolu (Türkiyə) Səlcuqlu hökmdarı) olaraq Anadoluya getmiş və Rum sultanlığını qurmuşdur. O, 1075-ci ildə İznik və İzmiti fəth etmiş, İzniki paytaxt elan edərək 1078-ci ildə Çanaqqala boğazına qədər irəliləmiş, 1084-cü ildə Çukurova Tarsus bölgəsini və Hatayı ələ keçirmişdir. 1086-cı ildə Hələbi mühasirəyə almış, amma ələ keçirmədən vəfat etmişdir. Anadolu Səlcuqlu Dövləti bayrağı Böyük Səlcuqlu bayrağının əsasında düzəlsə də, ona çox bənzəsə də, müəyyən cəhətlərdən "original"-dan fərqlənir. Belə ki, bu bayraqda yay və ox ikibaşlı qartalın üstündə deyil, qartala "geydirilmiş" vəziyyətdədir. Fazlı Konuş, Selçuklular Bibliyografyası (Temel kaynakların Açıklaması ile Beraber), Konya 2006.
Rum Ortodoks Patrikxanası
Konstantinopol Pravoslav Kilsəsi (yun. Πατριαρχεῖον Κωνσταντινουπόλεως, Patriarhion Konstandinupoleos, türk. Rum Ortodoks Patrikhanesi, İstanbul Ekümenik Patrikhanesi) — VI əsrdən etibarən Xristianlıq dünyasında mühüm rol oynamağa başlamış dini mərkəz. Konstantinopol Ortodoks Kilsəsi Şərq Ortodoks Kilsəsi məzhəbinin əsas mərkəzlərindən biri hesab olunur. 1453-cü ildə İstanbul şəhərinin fəth olunmasından sonra sultan II Mehmed şəhərdə yaşayan qeyri-müsəlman əhalinin toxunulmazlığı haqqında fərman vermişdir. Bununla da Konstantinopol Ortodoks Kilsəsi Osmanlı imperiyasının vaxtında belə rəsmi şəkildə fəaliyyət göstərmişdir. II Gennadiosun patriarx seçilməsindən sonra Kilsənin idarə mərkəzi şəhərdə ikinci böyük kilsə olsan Həvari kilsəsinə köçürülmüşdür. Həmin dövrdə Həvari kilsəsi şəhərdə olan ən qədim kilsələrdən hesab olunurdu. Min il əvvəl inşa olunmuş kilsənin bağçasında, Bizans İmperiyası imperatorlarının məzarları da vardı. Şəhərdə xristian əhalinin sayı azaldığından və təhlükəsizlik səbəbindən Konstantinopol Pravoslav Kilsəsinin idarə mərkəzi 1455-ci ildə yenidən köçürülmüşdür.
Rum Pravaslav Patrikxanası

Eyn-ül Rum (Üşnəviyyə)
Eyn-ül Rum (fars. عين الروم‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (25 ailə).
Mələki Rum Katolik Kilsəsi
Melkit Katolik Kilsəsi, və ya rəsmi adı ilə Mələki Rum Katolik Patriarxlığı (ərəb. بطريركيّة الروم الملكيّين الكاثوليك‎‎ [ərəbcədə ملكي “məlik aid olan” mənasını verər]) — Antioxiya Pravoslav Kilsəsinin rəhbərliyində daxili çəkişmələr nəticəsində XVIII əsrin əvvəllərində Roma Papasının hakimiyyətini tanıyan bir qrup rumi ortodokslardan ayrıldı.
Rum Surəsi
30-cu surə — ər-Rum (Rumlular) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir).
Rum rəqəmləri
Roma say sistemi — Qədim Romada istifadə edilən say sistemi. Sistem qədim dövrlərdən istifadə edilmiş, orta əsrlərdə müəyyən qədər dəyişdirilmiş və müasir vəziyyətə düşmüşdür. Mövqesiz say sistemi olduğu üçün bu say sistemində riyazi hesablamalar aparmaq çətindir. Bu sistemdə rəqəmləri müvafiq hərflərlə əvəz edirlər. Roma rəqəmləri əsasən nömrələnmiş siyahılarda, siferblatlarda, tarixlərin və s. yazılmasında istifadə olunur. Roma rəqəmlərinin yazılışında 7 simvoldan istifadə olunur Bu simvollar təkraralanma üsulu ilə Ərəb rəqəmlərinin yazılmasında istifadə olunur. Lakin bəzi hallarda qısalaşdırmaq üçün yerdəyişmədən də istifadə olunur. Məsələn 4 rəqəmi qısa olması üçün onu IIII yox IV kimi yazırlar; 40 rəqəmi də həmçinin XXXX yox, XL kimi yazılır. 5 milyondan yuxarı rəqəmlərin yazılışı müxtəlif cür olur.
Baciyan-i Rum
Baciyan-i Rum (Roma bacıları) — Anadolu tarixinin bəylik dövrünün axırlarında mövcud olmuş, qadınlardan ibarət milis təşkilatı. == Mənşə == Baciyan-i Rum termini ilk dəfə XV əsrdə yaşamış Osmanlı tarixçisi Aşıqpaşazadə tərəfindən qeyd edilmişdir. Təşkilatın sadəcə qadınlardan ibarət olması və Aşıqpaşazadənin əsərindən başqa heç bir yerdə adlarının çəkilməməsi araşdırmaçıların diqqətini cəlb etmişdir. İddiaya görə, bu, yazı xətası olmuşdur. Frans Teşner irəli sürmüşdür ki, terminin ilkin versiyası "Hacıyan-ı Rum" (Roma Həccləri) və ya "Bəxşiyan-ı Rum" (Roma məmurları) olmuşdur. Əhməd Zəki Vəlidi Toğan da bu iddianı dəstəkləmişdir. Digər tərəfdən, Mehmed Fuad Köprülü Hacı Bəktaş Vəlinin onlarla olan əlaqəsi və Bəktaşın sektasının qadın üzvlərinə adətən "bacı" ləqəbi ilə xitab edildiyini nəzərə alaraq, bildirmişdir ki, belə bir təşkilatın mövcud olması mümkündür. Bertrandon de la Brokyerin səyahətlərini təsvir edən kitab Körpülünün iddialarını dəstəkləmişdir. La Brokyer qeyd etmişdir ki, Dulkadir bəyliyində qadınlardan ibarət bir türkmən milisi mövcuddur.
Rum Səlcuqlu dövləti
Rum sultanlığı və ya Anadolu Səlcuqlu Dövləti — Səlcuqluların Anadoluda qurduğu dövlət. Qurucusu Qutalmışın oğlu Süleyman şahdır. Türklərin Anadoluya yerləşməsi 1071-ci ildəki Malazgirt müharibəsindən sonra sürətlənmişdir. 1073-cü ildə Süleyman şah Sultan-ı Rum (yəni Anadolu (Türkiyə) Səlcuqlu hökmdarı) olaraq Anadoluya getmiş və Rum sultanlığını qurmuşdur. O, 1075-ci ildə İznik və İzmiti fəth etmiş, İzniki paytaxt elan edərək 1078-ci ildə Çanaqqala boğazına qədər irəliləmiş, 1084-cü ildə Çukurova Tarsus bölgəsini və Hatayı ələ keçirmişdir. 1086-cı ildə Hələbi mühasirəyə almış, amma ələ keçirmədən vəfat etmişdir. Anadolu Səlcuqlu Dövləti bayrağı Böyük Səlcuqlu bayrağının əsasında düzəlsə də, ona çox bənzəsə də, müəyyən cəhətlərdən "original"-dan fərqlənir. Belə ki, bu bayraqda yay və ox ikibaşlı qartalın üstündə deyil, qartala "geydirilmiş" vəziyyətdədir. Fazlı Konuş, Selçuklular Bibliyografyası (Temel kaynakların Açıklaması ile Beraber), Konya 2006.
Rum sultanlarının siyahısı
Anadolu Səlcuqlu sultanlarının siyahısı — 1077-1318-ci illərdə Rum sultanlığını idarə etmiş sultanların siyahısı.
Süleyman şah (Rum sultanı)
Qutalmışoğlu Süleymanşah və yaxud qısaca Qutalmışoğlu (Ərəb əlifbası ilə: سليمان بن قتلمش (Süleyman bin Qutalmış)) (ö. 1086), Rum sultanlığının qurucusudur. Səlcuqlu soyundan gəlir və Böyük Səlcuqlu sərkərdəsi idi. Soyunun davamı bugünkü Elbeyli Türkmən elidir.
Balıklı Məryəm Rum Manastırı
Balıklı Məryəm Rum Manastırı — İstanbulun Zeytunburnu səmtinin Balıklı səmtində yerləşən Rum Ortodoks ibadət evi. Şərqi Roma İmperatoru I Yustinian tərəfindən 559-560-cı illərdə inşa edilən bina Osmanlı İmperatorluğu dövründə zədələndiyi üçün 1835-ci ildə yenidən tikilib.
Galium rumelicum
Bataqlıq qatıqotu (lat. Galium palustre) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium palustre var. genuinum Cout. Rubia palustris (L.) Baill.
Himantoglossum caprinum ssp. rumelicum
Himantoglossum caprinum (lat. Himantoglossum caprinum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. == Sinonimləri == Orchis caprina M. Bieb. (basionym) Aceras caprinum (M. Bieb.) Lindl. Loroglossum caprinum (M. Bieb.) Beck Himantoglossum hircinum ssp. caprinum (M. Bieb.) H. Sund. Himantoglossum caprinum ssp. rumelicum H. Baumann & R. Lorenz Himantoglossum caprinum ssp.
Həsən bəy Rumlu
Həsən bəy Rumlu — mənşəcə Azərbaycan türklərindən olan XVI əsrdə yaşamış görkəmli tarixçi, məşhur çoxcildlik "Əhsən ət-təvarix" ("Tarix kitablarının ən yaxşısı") təzkirəsinin müəllifi. == Həyatı == Həsən bəy Rumlu 1530-1531-ci ildə Qum şəhərində anadan olmuşdur. Erkən yaşlarında atasını itirdiyi məlumdur. Onun atası barədə heç bir məlumat yoxdur. Özünün də xatirələrində yazdığı kimi, babası Əmir Sultan Rumlunun ailəsində tərbiyə almışdır. Onun yazdığına görə, 1536-1537-ci ildə I Şah Təhmasibin kiçik qardaşı Qəzvinə gələrkən o anası ilə Əmir Sultanın yanında yaşayırmış və qonağı şaha layiq hədiyyələr-"çadırlar, pullar, cins atlar və bahalı əşyalarla" qarşılayıblar. Buradan aydın olur ki, Rumlu tanınmış və zəngin bir ailədə tərbiyə almışdır və buna görə də yaxşı təhsil görməli idi. 1539-1540-cı ildə sevimli babasının vəfatından sonra onun sakit və qayğısız günləri də başa çatır. Öz gələcək həyatını qurmaq məcburiyyətində qalan Həsən bəy şahın süvari qvardiyasına daxil olur. Bundan sonra yeniyetmə artıq şahın bütün yürüşlərində iştirak edir və saray həyatı ilə yaxından tanış olur.
Kipr rumları
1973 ilinde Kipr adasında etnik xəritəsi sarı region Kipr rumları Kipr adasının ən böyük etnik qrupudur.
Klara Rumyanova
Klara Mixaylovna Rumyanova (8 dekabr 1929, Leninqrad – 18 sentyabr 2004, Moskva) — Sovet və rus radio və kino aktrisası, RSFSR-in əməkdar artisti. == Həyatı == Klara Mixaylovna Rumyanova 1929-cu ildə Leninqradda anadan olub.1940-cı ildə Leninqraddan Moskvaya yola düşür. Paytaxta yenicə gələn gənc qız burada ilk çətinliklərlə qarşılaşır: onun pulunu oğurlayırlar və gələcək aktrisa uzun müddət ac qalmalı olur. Hətta rejissor Sergey Gerasimovun rəhbərliyi ilə aparılan imtahan zamanı Klaranın auditoriya qarşısında acından ürəyi gedir. Məhz S. Gerasimovun göstərişi ilə K. Rumyanovaya yemək verilir və o, bu peşədə gələcək aktrisanın ilk müəllimi olur. K. Rumyanova kinoya ilk dəfə birinci kursda oxuyarkən çəkilir. O, ilk təcrübəsini isə S. Gerasimovun "Kənd həkimi" filmində keçir. Çəkiliş zamanı belə bir hadisə yaşanır: ssenariyə əsasən, filmdə körpə qışqıraraq ağlamalı idi, lakin bütün heyət nə qədər çalışsa da, "balaca aktrisa" rejissorun tələbini yerinə yetirmir. Bu zaman körpənin yerinə Klara Rumyanova "ağlayır" və bununla da məşhur səs kəşf edilir. Klara karyerasına epizodik rollarda çəkilməklə başlayır: Leonid Qaydayın "O dünyadan adaxlı" komediyasında, Mixail Şveytserin "Dirilmə" filmində kiçik rolda oynayır.
Lamium rumelicum
Ligularia rumicifolia
Ligularia rumicifolia (lat. Ligularia rumicifolia) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Mixail Rumyantsev
Rumyantsev Nikolay Petroviç (14.4.1754–15.1.1826)—rus dövlət xadimi. Müqəddəs Anna ordeni, Fəxri Legion ordeni və s. ilə təltif edilmişdir. 1807–1814-cü illərdə Rusiyanın xarici işlər naziri, 1810–1812-ci illərdə Dövlət Şurasının sədri olmuşdu.
Moldova (Rumıniyanın tarixi vilayəti)
Moldova (rum. Moldova), həmçinin Qərbi Moldova — Rumıniya şərqində vilayət. Qərbdə şərqi Karpatla şərqdə Prut çayı arasında yerləşir. İnzibati bölgüyə görə Rumıniyanın Bakeu, Vasluy, Vrança, Qalas, Nyams, Yassı judesləri və Botoşani və Suçava judeslərinin bir hissəsi daxildir.
Mövlana Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Mövlanə Cəlaləddin Rumi

Nadejda Rumyanseva
Nadejda Vasilyevna Rumyanseva (rus. Наде́жда Васи́льевна Румя́нцева, 9 sentyabr, 1930, Potapovo, Smolensk vilayəti - 8 aprel, 2008, Moskva) — Rusiya aktrisası. Nadejda Rumyanseva 1930-cu il sentyabrın 9-da Smolensk vilayətinin Potapova kəndində anadan olub, ailələri bir il sonra Javoronki qəsəbəsinə köçüb. Nadya və Volodyanın uşaqlığı burada keçib. Nadejdanın atası qatar bələdçisi işləyirdi, İkinci Dünya müharibəsindən əlil qayıtmışdı. Ailənin kiçiyi olsa da, Nadejda çox diribaş uşaq idi. Orta məktəbdə əlaçı olmaqla yanaşı, gimnastika ilə məşğul olur, xorda oxuyurdu, məktəbi də qızıl medalla bitirmişdi. Sənətə böyük maraq göstərən Nadya əvvəlcə Mərkəzi Uşaq Teatrının nəzdindəki studiyada, sonra Lunaçarski adına Teatr İnstitutunda oxuyur. 1955-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirir. Bir çox rolları ilə tamaşaçı sevgisi qazanan aktrisa, 1959-cu ildə rejissor Yuri Çulyukinin "Təslim olmayanlar" kinokomediyasında Nadya Berestova roluna çəkilir.
Phaius rumphii
Spathoglottis plicata (lat. Spathoglottis plicata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin spathoglottis cinsinə aid bitki növü.
Pyotr Rumyantsev
Pyotr Aleksandroviç Rumyantsev (rus. Пётр Александрович Румянцев-Задунайский; d. 4 yanvar 1725, Moskva - ö. 8 dekabr 1796, Taşan, Rusiya) — Çariça II Yekaterinanın ordu generalı. Pyotr Aleksandroviç Rumyantsev 4 yanvar 1725-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdu. Yeddiillik müharibə sırasında Gross-Jägersdorf (30 avqust 1757) və Kundersdorf çarpışmalarında Prusiyalıların yenilgiyə uğradılmasında önəmli rol oynadı. 16 dekabr 1761-ci ildə Pomeranyadakı Kolberg (Kolobrzeg) qalasını və liman şəhərini ələ keçirdi. Noyabr 1764-cü ildə gətirildiyi Ukrayna baş valiliyi sırasında bölgənin Rusiyayla bütünləşdirilməsinə çalışmışdır. Osmanlı-Rus savaşlarında Boqdandakı (Moldavya) Larqa və Kaqula müharibələrində Osmanlı qüvvətləri qarşısında mütləq zəfərlər qazandı (1770). Dunay çayını keçərək Bolqarıstana daxil oldu və Kozluca (Suvorovo) çarpışmasını (20 iyun 1774) qazanaraq osmanlıları barış istəmək məcburiyyətində buraxdı.
Qazaxıstan–Rumıniya münasibətləri
Qazaxıstan–Rumıniya münasibətləri — Rumıniya Respublikası ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Qazaxıstan Respublikası ilə Rumıniya arasında diplomatik əlaqələr 15 iyul 1992-ci ildə qurulmuşdur. 1993-cü ilin noyabrında Rumıniyanın Qazaxıstan Respublikasındakı səfirliyi açılmışdır. 2003-cü ilin sentyabrında Qazaxıstan Respublikasının Rumıniyadakı Diplomatik Nümayəndəliyi açılır. 2012-ci ilin mart ayında Diplomatik Nümayəndəliyin Qazaxıstan Respublikasının Rumıniyadakı səfirliyinə çevrilməsinə dair Qazaxıstan Respublikası Prezidentinin Fərmanı imzalanır. Qısa tarixi dövrdə iki dövlət ikitərəfli əməkdaşlığın bütün sahələrində, o cümlədən siyasi, ticari-iqtisadi, mədəni və humanitar sahələrdə, habelə çoxtərəfli qarşılıqlı fəaliyyət sahəsində ciddi irəliləyişlər əldə etdilər. Qazaxıstan və Rumıniya müntəzəm siyasi dialoqlar aparır. Hər iki ölkənin parlamentlərində Dostluq Qrupları fəaliyyət göstərir. İki ölkənin millət vəkillərinin illik görüşləri keçirilir. İki ölkənin xarici işlər nazirlikləri arasında hər il siyasi məsləhətləşmələr baş tutur.
Quercus appenina var. rumelica
Quercus rumelica
Roman (Rumıniya)
Roman — Rumıniyada şəhər.

Digər lüğətlərdə