RUQİYYƏ BİNT MƏHƏMMƏD

(2/624-cü ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin Xədicə ilə evliliyindən doğulan qızlarından biridir. Rəvayətlərə görə Məhəmmədin peyğəmbərliyindən qabaq Ruqiyyə İslam düşməni Əbu Ləhəbin oğlu Ütbə ilə nişanlanmışdır. Ancaq, Məhəmmədin peyğəmbərliyi başladıqdan sonra nişan geri qaytarılmışdır. Bundan sonra Məhəmməd peyğəmbər Ruqiyyəni Osman ibn Əffanla evləndirmişdir. Ruqiyyə əri ilə birlikdə inanclarına görə təqib olunub Həbəşistana hicrət edənlərdən biri idi. Orada onun Abdullah adlı oğlu doğulmuşdur. Ancaq o, altı yaşında vəfat etmişdir. Sonra Ruqiyyə başqa müsəlmanlarla birlikdə Məkkəyə qayıtmış və Mədinəyə hicrət etmişdir. Bədr döyüşündən öncə o, ağır xəstələnmiş, az sonra isə vəfat etmişdir. Ruqiyyə Məscidün-Nəbəvinin yaxınlığında yerləşən Bəqi məzarlığında dəfn edilmişdir.
RUHÜL-QÜDS
RUMİ MÖVLANƏ CƏLALƏDDİN
OBASTAN VİKİ
Fatimə bint Məhəmməd
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Ruqiyyə Zərbəliyeva
Ruqiyyə Hacıağa qızı Zərbəliyeva — Azərbaycanda, Qafqazda, həmçinin bütün Yaxın Şərqdə ilk qadın qırıcı təyyarəçi.[mənbə göstərin] == Həyatı == Ruqiyyə Hacıağa qızı Zərbəliyeva sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu XX əsrin 30-cu illərinin sonlarında yerinə yetirmişdir. Ruqiyyə Zərbəliyeva ilk azərbaycanlı qırıcı təyyarəçi olmuşdur. Həyat yoldaşı Baba İbrahim oğlu Talıbov İkinci dünya müharibəsinə getmiş və həlak olmuşdur. Rauf adlı oğlu ilə tək qalan Ruqiyyə Zərbəliyeva sonralar Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirərək uşaq həkimi olmuş, Qusarda və Bakıda uşaq həkimi kimi çalışmışdır. Ruqiyyə Zərbəliyeva Bakıda yaradılmış "Səfa" müsəlman cəmiyyətinin fəallarından olan Kərbəlayı Abdulla Zərbəliyevin nəvəsidir. "Baku" qəzetinin 1914-cü il yanvar tarixli 5-ci sayında yazdığına görə Kərbəlayı Abdulla Zərbəliyev Bakıda yaradılmış “Səfa” müsəlman cəmiyyətinin yaradıcılarından və xəzinədarı, habelə Bakı Şəhər Dumasının üzvü olmuşdur. Ruqiyyə Zərbəliyevanın oğlu Rauf Baba oğlu Talıbov Azərbaycan Politexnik İnstitutunda müəllim və Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. == İstinadlar == == Ədəbiyyat == Cəfərov N. Qırıcı aeroplan pilotu (Ruqiyyə Zərbəliyeva haqqında) // "Kommunist" qəzeti, 1940. 8 mart Şimşinov A. Qanadlı qız (Gənc pilot Ruqiyyə Zərbəliyeva haqqında) // "Gənc işçi" qəzeti, 1941. 7 mart.
Ruqiyyə Çobanzadə
Çobanzadə Ruqiyyə Gəray qızı 1904-cü ildə Ulyanovski şəhərində anadan olmuşdur. Bakıda konservatoriyanı bitirdikdən sonra M.F.Axundov adına Opera və Balet Teatrında işləmişdir. Həyat yoldaşı Çobanzadə Bəkir Vahab oğlu Azərbaycan SSRİ XDİK tərəfindən 2 fevral 1937-ci ildə vətən xaini kimi həbs edilmiş və 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Səyyar Sessiyası tərəfindən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas götürülərək Çobanzadə Ruqiyyə Gəray qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 11 oktyabr 1937-ci il qərarı ilə həbs edilmiş və 8 il müddətinə sürgünə göndərilmişdir. 1945-ci ildə sürgündən qayıdan Ruqiyyə xanım məcburiyyət üzündən Şamaxıda yaşamalı olub. 13 dekabr 1955-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı Çobanzadə Ruqiyyə Gəray qızına bəraət vermişdir. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Bint Cubeyl
Bint Cubeyl (ərəb. بنت جبيل‎) — Livanın Nəbtiyyə bölgəsində yerləşən yaşayış sahəsidir. == Haqqında == Bu şəhər 9,10 kvadrat kilometr əraziyə və 30 min əhaliyə malikdir.
Fatimə bint Əsəd
Fatimə bint Əsəd (az:Fatimə Əsəd qızı),(ər:فاطمه بنت اسد) — Əbu Talibin zövcəsi, Əli bin Əbu Talibin anası. == Həyatı == Fatimə bint Əsəd bin Haşim bin Əbdimənaf Qureyşi, Əbu Talib bin Əbdülmüttəlib bin Haşimin əmiqizisi və bircə zövcəsidir ki, onlardan dörd oğlan – Talib, Əqil, Cəfər, Əli və iki qız – ümmü Hani və Cəmanə yadigar qalıb. Fatimə islama iman gətirən ikinci xanım və 11-ci şəxsdir. peyğəmbər Mədinəyə hicrətindən bir az sonra Fatimə bint Məhəmməd və oğlu Əli ilə Mədinəyə yola düşüb, Quba adlı yerdə Əlinin yolunu gözləyən Peyğəmbərlə birləşmişlər. O, Mədinədəki qohumları arasında yaşadı, Əli və Fatimənin toyu, iki nəvəsi Həsən və Hüseyni görüb. Hicrətin III və ya IV ilində bəzi sənədlərə görə 60, yaxud 65 yaşında dünyasını dəyişib. Bəqi qəbiristanında dəfn olunmuşdur. == Əlini dünyaya gətirməsi == Əli bin Əbu Talib-ə hamilə olduğu zaman Kəbə təvafına çıxıb orada doğum sancısı onu bürümüşdür. Kəbə Allahını çağırıb və ondan yardım istədi, birdən Kəbə divarı ayrıldı və Fatimə kəbənin içinə keçib Əlini orada dünyaya gətirdi. == İslam peyğəmbəri == Məhəmməd peyğəmbərin ata və anasının vəfatından sonra babası Əbdülmüttəlib onun qəyyumluğunu üzərinə götürdü onunda vəfatından sonra Əbu Talib və Fatimə binti Əsəd Peyğəmbərin qəyyumluğunu üzərlərinə götürdülər.
Fövziyyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Fövziyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Zeynəb bint Hüzeymə
Zeynəb bint Hüzeymə (ərəb. زينب بنت خزيمة‎; 595, Məkkə – 625, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. == Bioqrafiyası == Zeynəb bint Hüzeymə Bəni-Amir ibn Sasa qəbiləsinin Hilaloğulları qolundandır. O, İslamdan əvvəl və sonra yoxsullara kömək etdiyi üçün “Ümmül-məsakin” (kimsəsizlərin anası) adı ilə çağırıldı. Atası Hüzeymə ibn Haris, anası Hind bint Avfdır. Hindin 9 qızının hamısı müsəlman olmuşdur. Rəsulullah onları “mömin bacılar” adlandırırdı. Hind qızlarından ikisini – Zeynəb və Meymunəni Rəsulullaha ərə vermişdir. Onun ilk əri Tufeyl ibn Haris olmuşdur. Zeynəb Tufeyldən boşandıqdan sonra onun qardaşı Übeydə ibn Harislə evlənir [3].Bədr döyüşündə həlak olan 624-cü ildə Əmir ibn Sasa qəbiləsi Məhəmməd peyğəmbərin nümayəndələrini öldürür, buna görə də bu qəbilənin müsəlmanlarla münasibətləri kəskin şəkildə pisləşir.
Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Haya bint əl-Hüseyn
Haya bint əl-Hüseyn — İordaniya şahzadəsi. == Həyatı == Haya bint əl-Hüseyn 1974-cü il mayın 3-də anadan olub. Haya İordaniya kralı I Hüseynin qızı və Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziri, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biridir. O, təhsilini Britaniyada qızlar üçün Bristol badminton məktəbində, daha sonra St. Hilda kolleci və fəlsəfə, politologiya və iqtisadiyyat üzrə bitirdiyi Oksford universitetində təhsil alıb. 2004-cü il aprelin 10-da Dubay qanunları ilə Şeyx Məhəmməd bin Rəşid əl-Maktumla ailə həyatı qurub. 2007-ci il dekabrın 2-də onun ilk övladı, qızı Cəlilə bint Məhəmməd bin Rəşid əl-Maktum anadan olub. == İstinadlar == == Xarici keçidlər == Birinci xanımlar fotolarda – Haya bin al Hüseyn.
Məhəmməd Daud Məhəmməd
Məhəmməd Daud Məhəmməd (d. 1 mart 1996) — Somalini təmsil edən yüngül atlet. Məhəmməd Daud Məhəmməd Somalini 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məhəmməd Daud Məhəmməd birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında Daud Məhəmməd 14:57.84 saniyə nəticəyə imza atdı və 24-cü yeri tutdu. Məhəmməd Daud Məhəmməd həm də Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Somalinin dövlət bayrağını apardı.
Moza bint Nasir əl-Misnəd
Şeyxa Moza bint Nasir əl-Misnəd (ərəb. موزا بنت ناصر المسند‎; 8 avqust 1959) — Qətərin birinci xanımı. Şeyxa Moza bint Nasir əl-Misnəd 1958/1959-cu ildə Qətərin Əl Khor şəhərində anadan olub. O, 1977-ci ildə Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Sani ilə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri olub. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. Forbes jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib.
Həzrət Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Keçəçioğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. == Həyatı == Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Molla Məhəmməd
Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; d. 1950, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 23 fevral, 2010, Maştağa, Bakı, Azərbaycan) — azərbaycanlı meyxanaçı. == Həyatı == === Erkən illəri === 1950-ci ildə Bakının Maştağa kəndində doğulub. Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib. 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb. 15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib. Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. === Yaradıcılığı === === Həbs olunması === 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır.
Məhəmməd Bədi
Məhəmməd Bədi (ərəb. محمد بديع‎; 7 avqust 1943, Əl-Məhəllə əl-Kübra, Misir krallığı[d]) — Misirli siyasətçi. == Həyatı == Məhəmməd Bədi 7 avqust 1943-cü ildə Misirdə anadan olub.Qahirə universitetini bitirib.1965-ci ildə “Müsəlman qardaşlar” hərəkatının üzvü olduğu üçün həbs edilib. “Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Bədi 2014-cü ildə avqustun 20-nə keçən Misirin paytaxtı Qahirədə həbs olunub. Məhəmməd Bədi iyulun 24-dən axtarışda idi.
Məhəmməd Dahalane
Məhəmməd Dandamayev
Məhəmməd Əbdülqədiroviç Dandamayev; (2 sentyabr 1928, Lak rayonu – 28 avqust 2017, Sankt-Peterburq) — sovet və rus tarixçisi, Qədim İran və Mesopotomiya tarixi üzrə mütəxəssis. Tarix elmləri doktoru, professor, REA-nın müxbir üzvü (1997). == Həyatı == Məhəmməd Əbdülqədiroviç Dandamayev 2 sentyabr 1928-ci ildə Dağıstanın Lak rayonunun Unçukatl kəndində anadan olmuşdu. 1937-ci ildən 1947-ci ilədək doğma kəndlərində oxumuşdu. 1948-ci ildən Leninqrad Pedoqoji institutunda oxumuşdu. 1952-ci ildən 1954-cü ilədək Dağıstanda tarix müəllimi işləmişdi. 1954-cü ildən 1958-ci ilədək SSRİ EA-nın Tarix institutunun aspiranturasında oxumuşdu. Akademik Vasili Struvenin yetirməsidir. Onun müəllimləri arasında Vasili Abayev, Lev Lipin, İqor Dyakonov və başqaları vardı. Məhəmməd Dandamayev 28 avqust 2017-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində vəfat edib.
Məhəmməd Diarra
Məhəmməd Lamine Diarra, əslən Qvineyalı olan və Qazaxıstan futbol çempionatında mübarizə aparan Taraz klubunun müdafiəçisi olan peşəkar futbolçu.
Məhəmməd Dib
Məhəmməd Dib (21 iyul 1920[…] – 2 may 2003[…]) — Əlcəzairin görkəmli yazıçılarından biri 1920-ci ildə Əlcəzairin Tlemsen şəhərində anadan olub. Yazıçılıq fəaliyyətinə başlamazdan əvvəl müəllimlik edib, daha sonra isə jurnalist işləyib. Dib hələ gənc ikən Əlcəzair, İsveçrə və Fransa qəzetlərində yazılar çap etdirirdi. Fransanın həftəlis "Letr fransez" qəzeti də onun bir neçə şeir və novellasını çap etmişdi. 1952-ci ildən başlayaraq Məhəmməd Dib "Əlcəzair" adı altında bir silsilə roman çap etdirib. Bu romanlardan biri ("Böyük ev") 1953-cü ildə Fransada Feneon mükafatına layiq görülüb. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 85–86.
Məhəmməd Dünyamalıyev
Dünyamalıyev Məhəmməd Ağamirzə oğlu — texnika elmləri doktoru, professor. == Həyatı == Dünyamalıyev Məhəmməd Ağamirzə oğlu 1938-ci ildə Ermənistanın Əzizbəyov rayonunda anadan olmuşdur. 1962-ci ildə riyaziyyat ixtisası üzrə ADU-nin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra APİ-nun Ali riyaziyyat kafedrasında assistent, böyük müəllim işləmişdir. 1964-1969-cu illərdə Azərbaycan EA Neft və qaz yataqlarının işlənilməsi institutunun aspirantı olmuşdur. 1970-ci ildə "Mayenin süzülməsinin və quyuların rasional yerləşməsinin bəzi məsələləri" mövzusunda namizədlik, 1990-cı ildə isə "Dərinlikdə yerləşən neft və qaz yataqlarının işlənilməsi zamanı relaksasiya proseslərinin hesabat nəzəriyyəsi və üsulları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1991-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun aparıcı elmi işçisi, 2003-2006-cı illərdə - Azərbaycan MEA Geologiya institutunun "Neft yataqlarının işlənilməsi və neft və qaz hasilatının proqnozlaşdırılması" şöbəsində baş elmi işçidir. 2006-cı ildən bu günə qədər ATU-nin "Riyaziyyat" kafedrasının professorudur. == Elmi fəaliyyəti == Dünyamalıyev M.A. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqat sahəsi: neft və qaz yataqlarının işlənilməsi zamanı relaksasiya effektlərinin və dağ süxurlarının sürüşməsinin öyrənilməsi.
Məhəmməd Dəmir
Məhəmməd Dəmir (orijinal adı: türk. Muhammet Demir; d. 10 yanvar 1992; Trabzon, Türkiyə) — Türk futbolçudur. Hal-hazırda Sivasspor komandasında oynayır. == Klub karyerası == === Qaradənizspor === Dəmir futbol oynamağa uşaqlıqdan başlayıb. Məktəb komandasında olan peşəkarlığı ilə əlaqədar 12 yaşında Qaradənizspora dəvət edildi. 2005-ci ildə komanda çempionu olan Dəmir, Türk çempionatlarına qoşuldu. Burada peşəkar olan Dəmir, bir çox komandadan transfer təklifi aldı. === Bursaspor === 2005-ci ildə Bursaspora transfer oldu. Bir neçə kiçik oyunlardan sonra, 2008-09 mövsümündə 15 yaşında peşəkar müqavilə imzaladı.
Məhəmməd Dərgahi
Məhəmməd Dərgahi (1890–1953)— İran ordusunun generalı. == Həyatı == Məhəmməd Dərgahi 1890-cı ildə anadan olmuşdu. Hərbi məktəbi bitirəndən sonra leytenant rütbəsi ilə orduya qatılmışdı. Mayor rütbəsi daşıyarkən qala komendantının müavini olmuşdu. Məhəmməd Dərgahi 1953-cü ildə vəfat edib.
Məhəmməd Eissavi
Məhəmməd Eldaroğlu
Məhəmməd Eldar oğlu — Usta Eldaroğlu Məhəmməd kimi taninan XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış görkəmli memar. == Həyatı == Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. Həyatı haqqında səhih məlumatlar qalmasa da onun Azərbaycanın müxtgəlif bölgələrində (Şəki-Zaqatala, Gəncəbasar və Qarabağ mahallarında) inşasına rəhbərlik etdiyi onlarla məscid, mədrəsə binası və xüsusi sifarişli fərdi evlər bu gün də öz memarlıq üslubu və davamlılığı ilə seçilir. Məhəmməd Eldaroğlunun 1920-ci ildə Gəncə şəhər Xeyriyyə Cəmiyyətinin dəvətilə Gəncədəki məşhur Şah Abbas məscidinin bərpasını apardığı da məlumdur. Məhəmməd Eldaroğlunun həyatı haqqında geniş məlumatımız olmasa da Azərbaycanın el sənətkarı aşıq Molla Cümənin ona ithaf etdiyi Usta rədifli qoşması məlumdur.