Muhammad Mazen oğlu Eissavi (18 fevral 2002, Bakı – 9 noyabr 2020, Xocavənd rayonu) — Ərəb (fələstinli[1]) əsilli Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[2]
Muhammad Eissavi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 fevral 2002(2002-02-18) |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 2020(2020-11-09) (18 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Bakı, Suraxanı rayonu, Hövsan qəsəbəsi. |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 |
Muhammad Eissavi 2002-ci il fevralın 18-də anadan olub. Milliyyətcə fələstinli-ərəb idi. Subay idi. 76 nömrəli tam orta məktəbi bitirib. 1 ildir ki məktəbdə məzun olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Muhammad Eissavi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Muhammad Eissavi noyabr ayının 9-da Ağdam ətrafındakı döyüşlərdə[3] şəhid olub.
Suraxanı rayonu Hövsan qəsəbəsində dəfn olunub.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Muhammad Eissavi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Muhammad Eissavi ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
2021-ci ilin fevralında Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı tərəfindən şəhidin ailəsinə anım lövhəsi təqdim olunub.[8]
Xatirəsi 2021-ci ilin mayında Myanmarın Arakan bölgəsində əbədiləşdirilib. Azərbaycan ordusunun ərəb əsilli əsgərinin adına Arakanda su bulağı açılıb.[9][10]