rus-türk
rusca
OBASTAN VİKİ
Rus-Yapon müharibəsi
Rus-yapon müharibəsi (yap. 日露戦争 niti ro-senso;9 fevral 1904–5 sentyabr 1905) – Rusiya və Yaponiya arasında Koreya və Mancuriya üzərində hökmranlıq üçün baş vermişdir. == Zəmin == XX əsrin əvvəllərində Rusiya və Avropa dövlətlərinin Uzaq Şərqdəki maraqları Meyci inqilabından sonra sürətli inkişafa nail olan Yaponiyanın regiondakı maraqları ilə kəsişməyə başladı.Nəticədə ölkələr arasında rəqabət kəskin artdı.Bu müharibə uzaqmənzilli artilleriya,zirehli gəmi, minadaşıyan gəmi kimi yeni silahların ilk dəfə işlədilməsi ilə də tarixə düşmüşdür. Rus-yapon müharibəsi həm də bir Asiya dövlətinin müasir dövrdə ilk dəfə olaraq Avropa dövlətini məğlubiyyətə uğratması ilə əlamətdardır. İmperator II Nikolayın hakimiyyətinin ilk yarısında onun bütün Rusiya siyasətində əsas yerlərdən birini "Böyük Asiya proqramı"na əsasən Uzaq Şərq məsələsi tuturdu. Hələ Reveldə imperator II Vilhelmlə görüşü zamanı Rusiya imperatoru birbaşa, açıqca bildirmişdi ki, o Rusiyanın Şərqi Asiyada qüvvətlənməsi və təsir gücünün artmasına öz hakimiyyətinin "Əsas vəzifəsi" kimi baxır. Rusiyanın Uzaq Şərqdə üstünlüyünə ən böyük hədə Yaponiya idi. Qarşıdurmanın qaçılmaz olduğunu öncədən görən II Nikolay nəinki diplomatik yollarla, həmçinin, hərbi yollarla da müxtəlif tədbirlər görürdü. Belə ki, Avstriya ilə anlaşmanın əldə olunması və Almaniya ilə münasibətlərin yaxşılaşdırılması Rusiyanın mövqelərini möhkəmlədir və həmçinin,Sibir yollarının inşası,donanmanın gücləndirilməsi müharibə ehtimalına qarşı tədbirlərin təmin olunmasına xidmət edirdi.Məlum olduğu kimi, Rusiya və Yaponiya arasında diplomatik münasibətlər hələ 1855-ci ildə pozulmuşdur. Rusiyanın xarici işlər naziri Qorçakov Rusiyanın Yaponiya və Çinlə yaxınlaşmasında maraqlı şəxslərdən biri idi.
Yapon
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar. == Sayı və yayılması == Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar. == Dövlət == Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır.
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Yapon albalısı
Yapon andızı
Yapon andızı (lat. Inula japonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Yapon asırqalotu
Yapon asırqalotu (lat. Eupatorium japonicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Yapon ağcaqayını
Yapon ağcaqayını (lat. Acer japonicum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yapоniyadır. == Botaniki təsviri == Hündürlüyü 8-10 m-ə çatan, qırmızı-bоz budaqlı iri kоldur. Qabığı bоz, hamar оlub, çatlamır. Gözəl, yaşıl yarpaqları yumru fоrmalı,7-11 dilimlidir, kənarları dişli, diamеtri 8-15 sm, saplaqlıdır. Saplaqları tüklü, uzunluğu 3-5 sm-dir. Payızda yarpaqları sarı, narıncı-al qırmızı rəng alır. Çiçəkləri al qırmızı rəngli, diamеtri 1,5 sm-ə qədər оlub, 15-20 ədəd olmaqla sallaq hamaş çiçək qrupuna yığılmışdır. Cavan qanadcıqları tüklü оlur, sоnradan çılpaqlaşır.
Yapon balinası
Yapon balinası (lat. Eubalaena japonica) — Balinakimilər dəstəsinə Əsl balinalar fəsiləsinə(Balaenidae) aid olan növ. Bu növ əvvəllər Şimal hamar balinanın (Eubalaena glacialis) yarımnövü hesab edilirdi. Yeni texnologiyaların köməyi ilə iki fərqli növ olmaları təstiqlənir. == Görünüşü == Yapon balinası Şimaliatlantika hamar balinasından xariçi görünüş baxımından fərqlənmirlər. Ən iri fərdin uzunluğu 18,5 metr təşkil edir. Dişilər erkəklərdən iri olurlar. Bu növün nümayəndələri 80 ton çəkiyə malik olur. Tünd rəng çalarlarında olurlar. Bel üzgəcləri qısa olur.
Yapon bananı
Yapon bananı, Basio bananı və ya lifli banan (lat. Senecio ladakhensis) — banankimilər fəsiləsinin banan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Yapon bananının güclü kökümsovu vardır və burada su, qida maddələrinin ehtiyatı saxlanılır.Əsl gövdəsi torpağın üzərindən 5 sm çox olmayaraq qalxır."Gövdə" hesab edilən hissə yarpaqların bir-birinə möhkəm keçmiş saplaqlarıdır. Onların az miqdarda qara xalları vardır və nazik mum qatı ilə örtülmüşdür.Yalançı gövdənin hündürlüyü 2,5 m-ə çatır, yaşıl və ya sarı-yaşıl rəngli olur, əsasən solmuş yarpaqların bünövrələri ilə örtülmüşdür.Yarpaq aylarının uzunluğu 1,5 m, eni 55-60 sm-dir, yuxarı hissəsi yaşıl, alt tərəfi açıq rənglidir.Sentyabrda çiçəkləyir.Çiçək qrupu yalançı gövdənin mərkəzindən çıxır, ucunda erkək çiçəkləri, mərkəzində ikicinsli və bünövrəsində dişi çiçəkləri vardır. Arılarla tozlanır.Meyvələrin uzunluğu 25 sm-dək olur, yaşıl rəngli meyvələri yeməli deyil.Vegetativ üsulla-kökümsovun hissələri və kök zoğları ilə çoxaldılır. == Ekologiyası == Bu bitki nəmişli, günəşli, küləkdən qorunan yerlərdə bitir.Qışda gövdəsi quru yarpaqlarla örtülür, bitkinin yuxarı hissəsi isə yarpaqlarla birgə məhv olur. == Azərbaycanda yayılması == Abşeronda, Lənkəranda, Astarada həyətyanı sahələrdə mədəni şəraitdə becərilir. == İstifadəsi == Qida əhəmiyyətlidir. Vətənində keyfiyyətinə görə lif alınır.Bu lifdən paltar tikilməsində, kitab cildini çəkməkdə və s.istifadə edilir.
Yapon bildirçini
Yapon bildirçini (lat. Coturnix japonica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin bildirçin cinsinə aid heyvan növü. Köçəri quş Mancuriya və Yaponiyanın şimal hissəsində çoxalır. Yaponiyanın cənubunda, Koreya yarımadası və Cənubi Çində qışlayır. Zahirən adi bildirçinə (Coturnix coturnix) bənzəyən yapon bildirçini Yaponiyada XIX əsrin sonu, XX əsrin əvvəllərində əhliləşdirilmişdir və bildirçin fermalarında ən çox olan növdür.
Yapon birgözü
Yapon birgözü (lat. Ligustrum japonicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya, Koreya və Çindir. == Botaniki təsviri == Hündürlüyü 3–5 m olan həmişəyaşıl koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, üzbəüz düzülüşlü, dərili, enli yumurtavari və küt ucludur. Çiçəkləri ağ rəngdə olub, ətirli və süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçək oxunun uzunluğu 5-15 sm-ə çatır. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvələrin diametri 5–6 mm olan, qara rəngli, zəhərli giləmeyvədir. Toxumları oktyabr ayında tam yetişir və yetişmiş toxumları uzun müddət bitkinin üzərində qalır.
Yapon dili
Yapon dili (yap. 日本語 ) — Yaponiyanın rəsmi dövlət dilidir. Şərq dillərindən hesab olunur. Bu dildə 125 milyon insan danışır. Əlifbası çin dilinin "kanci" xəttindən formalaşmışdır. Kanci hiraqana və katakanada istifadə olunur. Bundan başqa "imatokana" deyilən və sadəcə imperator sarayında istifadə edilən bir xətt növü də var. 2000-dən çox kanci istifadə olunur, lakin hiraqana və kataqana hərəsi 47 hərfdir. Bu xətlərə bəzi əlamətləri artırdıqda başqa səslər əmələ gəlir. Müasir yapon dilində, xüsusən şirkət adları, reklamlar və yapon dilinin kompüterə keçirilməsində romaci adı verilən latın əlifbası da işlənir.
Yapon doqquzdonu
Yapon doqquzdonu (lat. Lonicera japonica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiya, Koreya və ya Çində yayılmışdır. == Botaniki təsviri == Ətirli yarımhəmişəyaşıl lianadır. Yapon doqquzdonu çox tez böyüyür və çoxlu miqdarda zoğlar əmələ gətirir.2 ildən bir iyun-iyul aylarında bol və uzunmüddətli çiçəkləyir. Onun çiçəkləri ağ, al-qırmızı çalarlı və ətirli olur. Zərif yarpaqlı, qızılı-sarı naxışlı formaları vardır. == Ekologiyası == Quraqlığa davamlıdır, münbit torpağı sevir. == Azərbaycanda yayılması == Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir. == İstifadəsi == Yol kənarlarında istifadəsi məqsədyönlüdür.
Yapon qarabatdağı
Yapon qarabatdağı (lat. Phalacrocorax capillatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü. == Xarici görünüş == Xariçi görünüşünə və ölçülərinə görə böyük qarabatdağı xatırlatsa da, dimdikdəki sarı nöqtə ağız küncündə deyil. Bədənininin uzunluğu 84 sm, qanadları arasında məsafə 152 sm təşkil edir. Bir qanadının uzunluğu 32-33,2 sm, dimdiyinin uzunluğu 6,1-6,7 sm təşkil edir. Quyruğu dairəvidir və burada 14 lələk vardır. Göz kölgəsi, göz ətrafında həlqə, arxa boşluq və aşağı çənənin yan tərəflərı çılpaqdır. Böyük qarabatdaqlara nisbətdə alt çənənin çılpaq hissəsi daha az sahə tutur. Lələklərin parlaqlığı aşağı və irəli yönəlir. Bu növə daxil olan quş balalarını böyük qarabatdaqların balalarından fərqləndirmək asan deyildir.
Yapon qaratoyuğu
Yapon qaratoyuğu (lat. Turdus cardis) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Yapon qaraçöhrəsi
Yapon qaraçöhrəsi (lat. Taxus cuspidata) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü. Bu növə Uzaq Şərq qaraçöhrəsi deyilir. Hündürlüyü 20 m-ə çatan, ortaboylu ağac və ya koldur, çətirləri dairəvi olub, gövdəsinin diametri 1,5 m-ə çatır. Gövdəsi qırmızımtıl rənglidir, üzərində növə xas olan sarımtıl-ağ ləkələri var, yarpaqları lələkvarıdır. Yarpaqlarının uzunluğu 1,2-2,6 sm-ə, eni 2-3,5 mm-ə çatır, yumşaq, hamar, ucu biz, üstdən tünd-yaşıl, altı-dan solğun-yaşıldır, budaqlarda 4-6 il qalır. Toxumları qozalarda << qozagiləmeyvə >> adlanan al qırmız rəngli, ətli hissə ilə örtülmüşdür. Uzunömürlüdür 1500 ilə kimi yaşayır. İtiuclu qaraçöhrə şaxtaya ( -30 C ), kölgəyə davamlıdır. Humus qatı qalın olan torpaqlarda yaxşı bitir, turş mühitli və bataqlıq torpaqlarda inkişaf etmir.
Yapon qırğısı
Yapon qırğısı (lat. Accipiter gularis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Yapon qızılağacı
Yapon qızılağacı (lat. Alnus japonica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Yapon qızılsarmaşığı
Yapon qızılsarmaşığı (lat. Cuscuta japonica) - qızılsarmaşıq cinsinə aid bitki növü.
Yapon riyaziyyatı
Yapon riyaziyyatı və ya vasan (和算) – Edo dövründə ortaya çıxmış və Meyci islahatına qədər Yaponiyada istifadə olunmuş ənənəvi riyazi sistem. Meyci islahatından sonra Avropadan Yaponiyaya gətirilmiş riyazi sistem isə yosan (洋算) adlanır. Abak və bir neçə termindən başqa vasan hazırda Yaponiyada sadəcə tarixi mövzu hesab olunur. == Tarixi == === XIX əsrə qədər === Formal riyaziyyat Yaponiyaya ilk dəfə VII-VIII əsrlərdə Çindən gəlib. Lakin vurma cədvəli kimi sadəcə riyazi vasitələr istisna olmaqla, bu biliklərin çoxu unudulub. XVI əsrdə yaponlar Çindən gələn və arifmetika formasında olan yeni riyazi biliklərlə tanış olublar. Bu yeni riyaziyyatın faydalı olacağını düşünən samuray və tacir siniflərinin dəstəyi ilə Yaponiyaya xas olan yeni riyazi sistem inkişaf etmişdir. Yapon riyaziyyatı haqqında olan və dövrümüzə qədər gəlib çatmış ən köhnə traktat 1620-ci ildə Mori Şiqeyoşi tərəfindən nəşr olunmuş "Bölmə haqqında yazılar" əsəridir. Onun tələbəsi olan Yoşida Mitsuyoşi tərəfindən 1627-ci ildə nəşr olunmuş "Cindoki" əsəri isə praktiki hesablamalarda geniş istifadə olunmuş, uzun müddət arifmetika dərsliklərinin başlıqları üçün termin olaraq işlədilmişdir. Həmin dövrdə Çindən gələn, çubuqlarla hesablama metodu olan tenqencutsu metodu sayəsində bir məchulu olan cəbri bərabərlikləri hesablamaq mümkün olmasa da, eynivaxtlı bərabərlikləri həll etmək üçün yorucu metod idi.
Yapon serousu
Yapon serousu (lat. Capricornis crispus) — məməlilərin boşbuynuzlular fəsiləsinə aid Yaponiyaya məxsus endemik növ. İlk dəfə Honşu adasıbın meşəlik sahələrində aşkarlanmışdır. == Xüsusiyyətləri == Yapon serousu ortalama 35–38 kq çəkiyə malik olurlar. Bəzi fərdlər vardır ki, onların çəkisi 130 kq olmuşdur. Hündürlüləri 60–90 sm (orta hündürlük 73 sm) arasında dəyişir. Erkəklər dişilərə nisbətdə iri olurlar. Rəng baxımından qara, qara rəngli üzəri ağ ləkələr və tünd qəhvəyi olur. İstər dişi istər sə erkəklərdə buynuz vardır. Buynuzların uzunluğu 10 sm, diametri isə 3 sm təşkil edir.
Yapon sezalpiniyası
Biancaea decapetala (lat. Biancaea decapetala) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biancaea cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Yaponiyada, mədəni halda Cənubi Avropada, Qafqazın Qara dəniz sahillərində əkilib, becərilir. == Botaniki təsviri == Yarpağı tökülən, qollu-budaqlı, çox tez böyüyən koldur. Budaqları uzun, nazik olub, aşağıya doğru əyilir, üzərində möhkəm tikanları yerləşir. Yarpaqları mürəkkəb lələkvaridir. Əsas yarpaq oxu tikanlı, 3-8 cüt budaqlıdır. Hər yarpaq saplağının üzərində 10-20 ədəd yarpaqcıqlar düzülmüşdür. Yarpaqcıqlar 1,5-2 sm uzunluğunda, uzunsov, ucu küt, qaidədən dəyirmi, üstdən çılpaq, aşağıdan isə tüklüdür. Yarpaqaltlığı xırda, töküləndir.
Yapon sincabı
Yapon sincabı (lat. Sciurus lis) — Gəmiricilər dəstəsinin Sincablar fəsiləsinə aid növ. Yaponiyanın endemik canlısı. Yapon sincabları əsasən elədə yüksək olmayan dağ meşələrində yayılırlar. Yaponiyanın Honşu və Şikoku adalarında sayları daha çoxdur. Üstəlik Kyuşu adasındada onlara sart gəlmək olar. Bu növün nümayəndələri il ərzində üç bala verir. Tumlar, yarpaqlar və cücülərlə qidalanır. Payızda torpaqda yuva qazır və bütün qışı orada yaşayır. == İstinadlar == == Ədəbiyyat == Baillie, J. 1996.
Yapon əntəri
Yapon əntəri (lat. Macaca fuscata) — Əntərlər cinsinə aid olan meymun növü. Yakuşima adasında yaşayan əntərlər qısa xəzə malik olmaları ilə yanaşı özünü aparma mədəni xüsusiyyətlərinin formalaşması ilə seçilirlər. Bu səbəbdən onlar ayrı yarımnöv (Macaca fuscata yakui) hesab edilir == Xariçi görünüşü == Erkəklərin hündürlüyü 80–95 sm, kutleləri 12–14 kq, dişilər istər ölçü istərsə çəki baxımından erkəklərdən geri qalır. Meymunlar qırmızı dəriyə və tünd boz xəzə malik olurlar. Bədəni burun və əllər istisna olmaqla qəhvəyi ləkələrlə örtülüdür. Quyruqları qısa olur və 10 santımetri keçmir. Boğazlıq dövrü 170–180 gün davam edir. Yeni doğulan körpə 500 q çəkiyə malik olur. İki və daha artıq balanın doğulması nadir hallarda baş verir.
Yapon əzgili
Yapon əzgili (lat. Eriobotrya japonica – Yapon eriobotriyası) — eriobotriya cinsinə aid bitki növü. Gülçiçəklilər (lat. Rosaceae) fəsiləsindən həmişəyaşıl subtropik bitkidir. Bu ekzotik ağacın bir neçə adı var. Azərbaycan dilində ən geniş yayılmış adı yapon əzgilidir. Eyni zamanda muşmula da adlandırılır. Həmçinin, Malta əriyi və yeni dünya meyvəsi də adlandırılır. Botanik adı isə latınca "Eriobotrya japonica"dır. Çünki eriobotriya cinsinə aid bitki növüdür.