rus-türk

rus-türk
rus-tatar
rus-yapon
OBASTAN VİKİ
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Rus-türk müharibəsi (1676-1681)
Rusiya-Osmanlı müharibəsi (1676–1681) — Osmanlı İmperatorluğu ilə Rusiya Çarlığı arasında baş verən ilk böyük müharibədir. Bu müharibə zamanı Merzifonlu Qara Mustafa Paşa sədrəzəm olmuşdur. Qara dənizə çıxmaq üçün Rusiya imperiyası 1677-ci ildə Osmanlı imperiyası ilə müharibəyə başladı. Osmanlılar 1678-ci ildə Krım tatarlarının köməyi ilə Çigirin qalasını ruslardan aldılar. 1681-ci ildə Baxçasaray sülhünə görə Osmanlı Andrusova sülhünün şərtlərini tanıdı və Dnepr çayının sol-sahil Ukraynasının Rusiyanın tərkibinə keçdiyini qəbul etdi. Rus Çarlığı güclənməkdə olan bir hökmdarlıq idi. Rus Çarı I Aleksey (1645–1676) cənuba açılma strategiyasına uyğun olaraq öncə Polşa-Litva İttifaqı idarəsindən azad qalan Ukraynada olan kazakların əllərindəki torpaqlara gözünü dikmişdi. Ancaq Osmanlı Dövlətindən çəkinirdilər. 1667-ci ildə Rusiya Çarlığı və Polşa-Litva Birliyi kazaklarla heç məsləhətləşmədən Andrusovo Müqaviləsini imzaladılar və Dnepr çayı Sol-Ukrayna Sahilləri (Livoberezhna Ukrayina) Kazaklarını Rusiya Çarlığı idarəsinə bağladılar. Çehrin mərkəzli Sağ-Ukrayna Sahilləri (Pravoberezhna Ukrayina) kazakları Atamanı Pyotr Doroşenko isə 1669-cu ildən bəri Osmanlı himayəsi altına girməyə qərara aldı.
Rus-türk müharibəsi (1768-1774)
1768–1774-cü illər Osmanlı-Rus müharibəsi Dunay, Krım, və Cənubi Qafqaz istiqamətinə aparılırdı. Osmanlı qoşunları 1769-cu ildə Rusiyanın içərilərinə hərəkət etsə də sonrakı hərbi əməliyyatlar uğurlu alınmadı. Əsas hərbi əməliyyatlar 1770–1771-ci illərdə oldu. Rus qoşunlarının baş komandanı Rumyantsev 1770-ci ilin yayında Larqa və Kaqul çayları yaxınlığındakı döyüşlərdə qələbə qazanaraq Dunayın sağ sahilinə keçdi. Bessarabiya, Valaxiya və Moldova ruslar tərəfindən tutuldu. Rus donanması 1770-ci ilin iyununda Xios yaxınlığındakı Çeşmə buxtasında Osmanlı donanmasını məğlub etdi. Avstriya Rusiyanın Balkanlarda güclənməsini istəmirdi. Rusiyada baş verən Puqaçov üsyanı və Avropa dövlətlərinin Rusiyaya təzyiqi onu danışıqlara başlamağa məcbur etdi.1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında Bolqarıstanın Kiçik Qaynarca kəndindəsülh bağlandı. Buq və Dnepr arasındakı ərazilər, Krımdakı Kerc, Yeniqala, Kubana qədər olan torpaqlar Rusiyaya keçdi. Krım xanlığı Osmanlı asılılığından çıxaraq müstəqil oldu.(sonralar 1783-cü ildə Rusiya tərəfindən işğal olundu.
Rus-türk müharibəsi (1787-1792)
1787–1791-ci illər Osmanlı-Rus müharibəsi (Hicri təqviminə görə 1293-cü ilə uyğun olduğu üçün Osmanlı tarixində "93 Harbi" adlanır) — Rusiya imperiyasının Avstriya və Osmanlı İmperiyası ilə apardığı müharibə. Krımın Rusiyaya qatılması 1787-ci ildə Osmanlı ilə Rusiya arasında yeni müharibəyə səbəb oldu. Avstriya Reç Pospolitanın birinci bölüşdürülməsinə razı olduğu üçün Rusiyanın müttəfiqinə çevrilmişdi. Osmanlı dövləti Prussiya, Hollandiya və İngiltərə tərəfindən müdafiə olunacağına, İsveç və Polşanın da Rusiyaya müharibə edəcəyinə ümid bəsləyirdi, lakin bu ümid doğrulmadı. Fransa və başqa Avropa dövlətlərinin təhriki ilə 1787-ci ildə Osmanlı Rusiyaya yeddi tələbdən ibarət ultimatum göndərdi. Cavab almayan Osmanlı dövləti 1787-ci ilin avqustunda müharibə elan etdi. Osmanlıların Kinburn qalasına hücumu ilə başlayan müharibə Osmanlı üçün uğursuz oldu. Aleksandr Suvorovun ordusu nəinki qalanı müdafiə etdi, üstəlik Oçaqovo qalasını ələ keçirdi. 1789-cu ildə Avstriya da Osmanlıya müharibə elan etdi. Avstriya qoşunları Banat vuruşmasında darmadağın edilsə də, ruslar Fokşan və Rımnik döyüşlərində rusların köməyi ilə türkləri məğlub etdilər.
Rus-türk müharibəsi (1806-1812)
Rusiya-Osmanlı müharibəsi (1806–1812) — Napoleonun apardığı işğalçı müharibələr Osmanlı imperiyası ilə Rusiya imperiyasını yaxınlaşdırdı. 1805-ci ildə imzalanmış müqaviləyə görə, rus hərbi gəmiləri Bosfor və Dardanel boğazlarından keçmək hüququ aldı, lakin rusların Valaxiya və Moldovada, ingilislərin isə Misir və Suriyada fəallaşması Austrelis döyüşündən sonra III Səlimi Fransa ilə yaxınlaşdırdı. 1806-cı ildə rus qoşunlarının Valaxiya və Moldovanı tutması Osmanlının Rusiyaya müharibə elan etməsinə səbəb oldu. Osmanlıların Fransanın köməyi ilə Krımı qaytarmaq cəhdi alınmadı. 1812-ci il mayın 16-da Buxarest sülh müqaviləsi bağlandı. Sülhün şərtlərinə görə Bessarabiya Rusiyaya keçdi. Dunay çayında rus gəmilərinin üzmə hüququ təsdiq edildi. Moldova və Valaxiya Osmanlıya qaldı, Serbiyaya isə özünüidarəetmə hüququ verildi.
Rus-türk müharibəsi (1877-1878)
1877–1878-ci illər Osmanlı-Rus müharibəsi (bolq. Руско-турска освободителна война, rus. Русско-турецкая война (1877—1878 гг.), osman. ۹۳ حربی, Doksan Üç Harbi, türk. 93 Harbi və ya 1877–78 Osmanlı-Rus Savaşı) — Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələndi. San-Stefano sülh müqaviləsinə (1878 ) əsasən, Rusiya Türkiyənin ermənilər yaşayan bir neçə bölgəsini özünə birləşdirdi. Türkiyə həmin əraziləri (Qars, Ərdəhan və s.) yalnız 1918-ci ildə geri ala bildi. Təxminən 1 il davam edən müharibədə Osmanlı orduları müdafiə döyüşü keçirdi. Qərb dövlətləri isə bitərəf qaldılar və müharibəni bitirmək üçün vasitəçilik etdilər.
Türk
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 196 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
Rus-türk müharibələrində ermənilərin iştirakı (kitab)
Kitab AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuşdur. "Azərbaycanlıların soyqırımı haqqında" Respublika prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı əsasında hazırlanmışdır. Elmi məsləhətçi: Yaqub Mahmudov əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Redaktorları: Cəbi Bəhramov (t.ü. fəlsəfə doktoru) Hacı Həsənov (t.ü. fəlsəfə doktoru) Kitabda "Böyük Rusiya" uğrunda rusların, "Böyük Ermənistan" uğrunda ermənilərin birgə qüvvələrlə türk torpaqlarında apardıqları qanlı müharibələrdən, türklərə qarşı törətdikləri dəhşət və vəhşətlərdən bəhs edilir. Məmmədov İsrafil Süleyman oğlu. Rus-türk müharibələrində ermənilərin iştirakı. Səbəb və nəticələr. Баkı, "Elm və təhsil", 2011. – 272 səh.
Kösəli Rus
Kösəli Rus (qaq. Köseli Rus) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Kənd 735 nəfərdən ibarətdir, həmçinin 185 qaqauzdan.
Rus (dəqiqləşdirmə)
Rus (xalq)
Rus (xalq)
Qədim ruslar – qədim xalq (və ya sosial qrup). Müasir rusların ilk əcdadları. Onlar skandinav, türk və slavyanların qarışmasından yaranmışlar Şərq slavyanlarının ilk dövləti olan Rus dövlətinın (müasir elmi ədəbiyyatda Kiyev Rus dövləti) adı bu xalq ilə bağlıdır. Qədim Rus dövlətinin qurucuları olmuşlar. Entnik mənsubiyyətləri mübahisəlidir. Tarixçilərin əksəriyyəti onların varyaqlar (vikinqlər) olduğunu düşünür. Bəzi rus tarixçilər isə slavyan xalqlarından biri hesab edirlər. Dəfələrlə peçeneqlər və başqa türk tayfaları ilə vuruşmuş, Bizansa, İdil bulqarlarına, Xəzər xaqanlığına və Qafqaz ərazisinə uzaq səfər yürüşləri etmişlər.
Rus Amerikası
Rus Amerikası (rus. Русская Америка, Russkaya Amerika) 1799-cu ildə ABŞ-nin Alyaska ştatının ərazisində yaradılan və Rusiya imperiyası tərəfindən idarə olunan tarixi dövlət. Rus Amerikasının idarə olunmasında Rusiya-Amerika şirkətinin (RAC) rolu daha böyük olub. Rusiya İmperiyasının keçirdiyi daxili böhran və xərclərin cox olması, ərazinin 1867-ci ildə ABŞ-yə 7.2 milyon dollara satılması ilə nəticələnmiş, bu şəkildə dövlət fəaliyyətini dayandırmışdır. Alyaskaya ilk dəfə ruslar gəlmişlər. 1648-ci ildə Semyon Dejnyov Sibirdə yerləşən Kolıma çayının mənsəbindən səfərə başlamış və 14 gün sonra Şimal Buzlu okeanda yerləşən Anadır çayının məsəbinə çatmışdır. Bir sıra ehtimallara görə ekipajda olan bəzi dənizçilər yolda azmış və Alyaskaya Semyon Dejnyovdan daha tez çatmışdır. Ancaq bunu sübut edə biləçək bir dəlilil yoxdur. 1741-ci ilin iyununda Kamçatkaya səfərə çıxan Vitus Berinqin Bosmanı olan Aleksey Çirkov indi ki Alyaska ilə Kanadanın yaxınlığında yerləşən ərazidən sahilə çıxmışdır. Alyaska ərazisinin kəşf olunması,xəbəri daha çox Rusiyada kürk ticarəti ilə məşğul olan tacirləri sevindirdi.
Rus Borisi
Rus Borisi — Azərbaycan Respublikasının Goranboy rayonunun Rus Borisi kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi əhalisi 1893-cü ildə bura Rusiya çarı tərəfindən köçürülmüş rus kolonistlərindən ibarət olub. Sovet dövründə kənd xeyli böyümüş, kəndin əhalisi təxminən 2.000 nəfərə yaxın olub. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra rusların bir çoxu kimi, bu kəndin də əhalisi Azərbaycanı tərk etməyə başladılar. Boş qalmış evlərdə əsasən Xocalıdan olan azərbaycanlılar məskunlaşıb. Rus Borisi kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1842-ci ildə Çar hökumətinin ucqarlara köçürdüyü Tambov və Saratov quberniyalarından olan duxobor və malakan ailələri salmışdır. Yaşayış məntəqəsi o zaman Paris adlanan kəndin yaxınlığında yerləşdiyinə görə Rus Parisi, sonralar təhrif olunaraq Rus Borisi adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 251 nəfər əhali yaşayır.. Hal-hazırda kəndin 500 nəfərə yaxın əhalisi var, bunun 80%-ni azərbaycanlılar təşkil edir.
Rus Cəngavərləri
Rus Cəngavərləri (rus. Русские витязи) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Eskadron 1991-ci il 5 aprel tarixində yaradılmışdır. Tək və qrup halında pilotaj fiqurları yerinə yetmək üçün çoxməqsədli yüksək manevr qabiliyyətinə malik Su-27 təyyarələrindən istifadə olunurdu. 2016-cı ildə komanda Su-30 təyyarələri əldə etdi. 2019–2020-ci illərdə Su-35 təyyarlərləri komandanın ixtiyarına verildi. Hal-hazırda komanda hər 3 model təyyarəyə sahibdir. 1991-ci ilin əvvəllərində 6 təyyarədən ibarət komanda formalaşdı və həmin il aprelin 5-də "Rus Cəngavərləri" aerobatika komandası quruldu. Uçuşlar üçün istifadə olunan təyyarələr Rusiyanın dövlət bayrağının rənglərinə boyanıb. Əvvəlcə aviasiya qrupu "Mavi Şimşəklər" adlanırdı, lakin sonradan məlum oldu ki, Yaponiya Hərbi Hava Qüvvələrinin aerobatika komandası "Mavi İmpuls" adlanır.
Rus Gərgəri
Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A.S.Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bеzabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının еtnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks еtdirir.
Rus Lavale
Rus Lavale (12 iyul 1974) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Rus Lavale Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Rus Lavale Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Rus Lavale Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Rus Ordusu
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
Rus Pişiyi
Rus Pişiyi dili — dil Çukot Muxtar Dairəsi ərazisində, Klinovstryon buxtasını Anadır limanından ayırır. Dil ilk dəfə 1651-ci ildə Semyon Dejnyov tərəfindən kəşf edilmiş bə adlandırılmışdır. Rus dənizçiləri Koşka sözünü dil mənasında işlədilirdi. Dil şimal-şərqdən cənub-qərbə 16 km məsafədə uzanır. Eni 2 km, hündürlüyü 2-3 metr arasında dəyişir. Dil ərazisinin böyük hissəsi bataqlıqlaşmışdır. Güçlü fırtınalar zamanı dalğalar onu bir sahiiindən digərinə keçirlər. Qabarmanın hündürlüyü bir metrdir. Sıldırımlı sahil hissəsində Klinovstrom körfəzi yerləşir. Dilin qutaracağına yaxın Protoçnoe gölü yerləşir.
Rus alçası
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Rus alçasıkimilər
Motmotukimilər (lat. Grossulariaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Rus boşnyakiyası
Rus dağçətiri
Rus dağçətiri (lat. Peucedanum ruthenicum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü. Çoxillik, hündürlüyü 50–80 (150) sm, ensiz, silindrvari, nazik qabırğalı, aşağı hissələri qəhvəyi liflərlə örtülmüş, yaşıl, çılpaq, yoğun köklü bitkidir. Kökyanı yarpaqları və aşağı gövdə yarpaqları uzun saplaqlıdır, 3–4 dəfə üç hissələrə bölünmüşdür. Yarpaqları enli üçkünc, iri, ucları uzun və dar xətli, 1,5–4 sm uzunluqda və 1–2 (3) mm endə, cod, iti ucludur. Orta yarpaqlar xırda, yuxarıdakılar uzunsovdur. Çətirlər 2,5–6 sm uzunluqda, 13–24 qeyri-bərabər şüalıdır. Sarğısı və sarğıcığının yarpaqları 5–7 sayda, xətvaribizvaridir. Kasacığın dişləri qısa, ləçəkləri 1–1,5 mm uzunluqda, açıq sarı rəngdədir. Yarım meyvəcikləri 6–7,5 mm uzunluqda və 3–4 mm enində, ellipsvari, beli qabırğalıdır.
Rus dili
Rus dili (rus. русский язык) — Hind-Avropa dillərinin Baltik-slavyan dilləri qrupuna aid şərqi slavyan dili. Dünyanın ən çoxyayılmış dillərindən biri — ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizincidir. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun ikinci dövlət dili. Ən çox vətəni olan Rusiyada danışılır. SSRİ-nin rəsmi dili olduğundan bu birliyə daxil olan ölkələrdə hələ də çox işləkdir. Keçmiş SSRİ ölkələrinin bəzilərində rus dili rəsmi deyilsə də, hamısında rus dilli məktəblər var, yaxud rus dili tədris olunur. Rus dilində vurğunun yeri sabit deyildir. Rus əlifbasında 33 hərf 42 səs var. Kiril əlifbasından istifadə olunur.
Rus düzənliyi
Şərqi Avropa düzənliyi və ya Rus düzənliyi — Şərqi Avropada geniş düzənlik, Avropa düzənliyinin bir hissəsi. Düzənlik Baltik dənizi sahillərindən Ural dağlarına, Barens və Ağ dənizlərdən Qara, Azov və Xəzər dənizlərinə qədər uzanır. Şimal-qərbdə Skandinaviya dağları, cənub-qərbdə Sudet və Mərkəzi Avropanın digər dağları, cənub-şərqdə Qafqaz, qərbdə isə Visla çayı düzənliyin şərti sərhəddi rolunu daşıyır. Dünyanın ən böyük düzənliklərindən biridir. Şimaldan cənuba düzənliyin ümumi uzunluğu 2,5 min kilometrdən çox, qərbdən şərqə isə 1 min kilometrdir. Belarus, Latviya, Litva, Estoniya və Moldova tamamilə, Rusiya, Qazaxıstan, Ukrayna, Finlandiya, Polşa və Rumıniya isə qismən düzənlik ərazisində yerləşir. Şərqi Avropa düzənliyi platforma bünövrəsi üzərində qədim düzənlikdir. Şimal-qərbində qədim buzlaşma izləri qalmışdır. Şimalda tundra, cənub-şərqində səhra və yarımsəhra var. Meşə və çöl landşaftı üstündür.
Rus görüşü
Rus görüşü — şahmatda e4, e5 Af3 Af6 gedişləri ilə başlanan debüt. Şahmat termini Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır.