ruspərəst

ruspərəst
rusofobiya
ruspərəstlik
OBASTAN VİKİ
Ruspərəstlik
Ruspərəstlik (rus. русофильство - русо və q.yun. φιλέω — sevirəm) — Rusiyaya, rus mədəniyyətinə, adamlarına və ya tarixinə ehtiram və sevgi. Slavyan ölkələrdən yanaşı, Avropanın başqa ölkələrində mövcud olan ruspərəstlik kütləvi mədəniyyət tərəfindən yaradılmış steriotiplərindən ("ənənəvi rus qonaqpərvərliyi", "rus incəliyi", və s.) gəlir. Rus mentaliteti haqqında kitab müaəllifi olan, Robert Aleksandr deyib ki, sitat: Mən rusları onların dramatik, emosional xarakerlərinə görə sevirəm. Onlar sevməkdən qorxmurlar, zərər almaqdan qorxmurlar, şişirtməkdən və ya impulsiv şəkildə hərəkət etməkdən qorxmurlar. Fransa və Böyük Britaniyadaki mədəni ruspərəstlik 1917-ci ilin inqlabından əvvəl başlamışdı. Onun mənbəyi Çar və ya Sovyet Rusiyasının siyasi reallıqları yox, Fyodor Dostoyevski və Anton Çexov kimi yazıçıların tərəfindən təsvir edilmiş "rus ruhu" idi. Britaniyada bu ruspərəstlik 1912 və 1922 illərin arasında mövcud idi və Roberta Rubenştein fikirinə görə o, Britaniya modernizminə və özəlliklə Virciniya Vulf kimi yazarlara təsir etmiş. Yunanıstanda XIX əsrin sonundan başlayaraq mövcud olan ruspərəstlik rusların pravoslavlığı ilə bağlıdır.

Digər lüğətlərdə