ruter

ruter (tex.)
rustika
rutil
OBASTAN VİKİ
Ruter
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Cessi Ruterford
Cessi Ceyms Ruterford (21 avqust 1991, Nyuböri-Park (Kaliforniya), Kaliforniya) — eyni zamanda Jesse kimi də bilinən amerikalı müğənni, bəstəkar və aktyor. Alternativ rok qrupu The Neighbourhood-un ifaçısıdr. Qrup üzvləri ilə birlikdə yazdığı "Sweater Weather" mahnısı ABŞ-də Billboard hit-paradında birinci yer olmuşdur.
Ruterford Heys
Raterford Börçard Heys (ing. Rutherford Birchard Hayes; 4 oktyabr 1822[…], Delaver[d], Ohayo – 17 yanvar 1893[…], Fremont[d], Ohayo) — Amerika Birləşmiş Ştatlarının 19-cu prezidenti (1877–1881). Onun prezident seçilməsi ABŞ tarixində ən "çirkin" prezident seçkiləri nəticəsində mümkün olmuşdur. 1876-cı ilin noyabrında keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Nyu-York ştatının qubernatoru Semuel Tilden Raterford Heysi 250 min səslə üstələyərək qələbə çalır. Lakin prezident Uliss Qrant hakimiyyəti öz təmsil etdiyi partiyanın nümayəndəsinə təhvil verə bilmək üçün Semuel Tildenin qalib gəldiyi 4 ştatda – Florida, Luiziana, Şimali Karolina və Oreqonda səslərin yenidən sayılmasına nail olur. İlk üç ştata ordu hissələri yeridilir. Səslərin yenidən sayılması nəticəsində Heysin qalib gəldiyi elan edilir. Vaşinqtonda baş verən iğtişaşların qarşısını almaq üçün buraya da qoşun yeridilir.
Ruterford atom modeli
Rezerfordun atom modeli — 1911-ci ildə Ernest Rezerford tərəfindən irəli sürülmüş fiziki model.+2 yüklü alfa zərrəcikləri (+2) qızıl təbəqənin üzərinə, arxasına film çəkilmiş şəkildə yerləşdirilir. H e + 2 {\displaystyle He^{+2}} ) və şüaların lövhəyə dəydikdən sonra yolları çəkilir. Rezerford öz təcrübəsi ilə atomun diametrini çox kiçik bir sapma ilə hesabladı (22 min alfa hissəciklərindən biri kənara çıxdı).) Kənarlaşmanın səbəbi çox güman ki, o zaman daha həssas ölçmə metodunun mövcud olmamasıdır.Rezerfordun atom modeli Günəş sisteminə bənzədilir. Plakaya göndərilən şüaların çoxu birbaşa boşqabdan keçirdi. Onun protonlarla dolu bir nüvəsi var və onun ətrafında fırlanan elektronlar planetlərə bənzədilir. Təcrübə nəticəsində aşağıdakı nəticələr əldə edilmişdir: Atomda böyük dəliklər var. Şüaların kiçik bir hissəsinin sındığı, çox kiçik hissəsinin isə əks olunduğu müşahidə edilmişdir . Buradan aşağıdakılar öyrənildi: atomdakı + (müsbət) yüklər nüvə adlanan kiçik həcmdə toplanır. O, atom kütləsinin böyük hissəsinin nüvədə cəmləşdiyini bildirdi. Atomda nüvənin ətrafında müsbət yüklü hissəciklər qədər elektron var və elektronlar atom həcminin böyük hissəsini tutur.