Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nücum
Astrologiya (yun. ἄστρον - "ulduz", "bürc" və yun. λογία - "elm" sözündən) və ya nücum elmi — göy cisimləri, onların hərəkətləri ilə Yerdəki insanların xarakterləri, sosial əlaqələri və s. arasında əlaqəni hesablayan, təxmin edən və sistemləşdirən ənənə və təlimlərin bütünlükdə adıdır. Müasir dövrdən əvvəlki zamanlarda astrologiya ilə astronomiya tez-tez qarışdırılırdı. Astrologiya demək olar ki, astronomiya ilə birlikdə inkişaf etmişdir. Böyük astroloqlar həm də dövrlərinin böyuk astronomları idilər. Astrologiya Şərqdə "ilmi-nücum", "ulduz falı" və başqa adlarla adlandırılmışdır. Akademik mətbuatda astrologiya elm sayılmır, ona daha çox fal və batil inanc kimi baxılır. Buna baxmayaraq insanların böyük bir hissəsi ona inanmaqda davam edir.
Hücum
Hücüm - irəliləmək məqsədilə qoşunların düşmənə qarşı apardığı hərbi əməliyyat və ya həmlə. == Digər mənaları == 1 - İttihamla, yaxud qərəzlə birinin üstünə düşmə, ağır sözlərlə üzərinə həmlə etmə; 2 - Şahmat, hokkey, futbol və s. oyunlarda xal qazanmaq üçün daha fəal hərəkətə keçmə, mübarizəni gərginləşdirmə, rəqibi sıxışdırma.
Böyük hücum
=== Böyük hücum === Uzun bir hazırlıq dövründən sonra, 26 avqust, 1922-ci ildə, Mustafa Kamalın baş komandanlığında Böyük Hücum başladı. Qərb cəbhəsi qüvvələri, 30 avqust, 1922-ci ildə Dumlupınarda döyüş oldu. ==== Hazırlıq ==== Mustafa Kamal yunan ordusuna son zərbəni vurmaq üçün sürətli şəkildə hazırlıqlara başladı. Şərq və Cənub cəbhələrində təhlükəsizlik tam təmin olunduğundan buradakı qoşunlar Qərb cəbhəsinə gətirildi. Orduda olan bəzi əskikliklər təmin edildi. ==== Dumlupınar döyüşü ==== Türk hücumu 1922-ci ilin avqust ayının 25-dən 26-na keçən gecə V süvari korpusunun Kirkə aşırımı ilə yunan müdafiə xəttinin arxasına keçməyi nəticəsində başladı. Aşırım irəliləyən türk süvarilərinin asanlıqla məhv etdiyi bir qrup yunan əsgəri tərəfindən nəzarət altında saxlanılırdı. Türk süvariləri yunanların teleqraf xətlərini və dəmiryol xəttini kəsməyə nail oldu (hər ikisi 26 avqustda saat 18:00-da baş vermişdir). Beləliklə, düşmənin İzmir və Qara Hisar arasındakı əlaqələri ciddi formada kəsildi. Avqustun 26-sı səhəri Türk Birinci və İkinci orduları eyni vaxtda hücuma keçdi.
DoS-hücum
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.
DoS hücum

Hücum (1989)
== Məzmun == Film-pritçada torpaqlarımıza hücum edən ermənilərlə müdafiədə duran azərbaycanlıların arasındakı münaqişənin ilkin rüşeymləri, insanlar arasında ədavətin, düşmənçiliyin mənasız olması açılıb göstərilmişdir. == Film haqqında == Film rejissor Rövşən Almuradlının kinoda ilk işidir. Film operator İsrafil Ağazadənin quruluşçu operator kimi kinoda ilk işidir. Film rəssam Adil Azayın quruluşçu rəssam kimi kinoda ilk işidir. Film aktyor Möhsün Hüseynxanlının kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rövşən Almuradlı Ssenari müəllifi: Mövlud Süleymanlı Quruluşçu operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Quruluşçu rəssam : Adil Azayev Bəstəkar: İlyas Mirzəyev Səs operatoru: Vladimir Savin İkinci rejissor: Elman Şeydayev Filmin direktoru: Nadir Əliyev === Rollarda === Şahmar Qəribli (Şahmar Qəribov kimi) — Mürsəl Muxtar Maniyev — Dəmir kişi Möhsün Hüseynxanlı (Möhsün Hüseynov kimi) — Osman müəllim Vaqif Kərimov — çoban Məzahir Ağayev — Bilal A. Gərayev Məbud Məhərrəmov Zilli Namazov — kəndli Almaz Amanova Səhiyəddin Həsənov (S. Həsənov kimi) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Hücum (dəqiqləşdirmə)
Hücum
Hücum (şahmat)
Hücum — Şahmat termini. Şahmat görüşlərində hücumetmə, məqsədə çatma üsuludur. Hücum obyektləri müxtəlif ola bilər. Lakin əsas məqsəd rəqibin şahı üzərinə hücuma keçməkdir. Əgər hücuma qarşı hücum edilirsə, bu, əks-hücum adlanırr.
Hücum bucağı
Hücum bucağı ( α {\displaystyle \alpha } ) Aerodinamikada axın xətləri və qanad profilinin veter xətti arasındakı bucaq. Bu hərəkət istiqaməti və veter xətti arasındakı bucaqdır. Daşıyıcı qüvvə hücum bucağının böyüklüyü ilə sıx bağlıdır. Bununla birlikdə, hücum bucaqları aerodinamikanın və fizikanın əsas qaydalarına uyğun olaraq məhdud bucaqlardır və adətən (α <15 ~ 20°) arasındadırlar. Hücum bucağı artdıqca daşıyıcı qüvvə artır, lakin bu da sürüklənməni də artırır. Bu düz mütənasiblikli əlaqə saxlanma itkisi (dayaq) başlayana, yəni axın xətlərinin qanad profilindən ayrılmağa başladığı yerə qədər davam edir. Ancaq bu nöqtədən sonra ayrılma başlandığı üçün, daşıyıcı qüvvə azalmağa başlayır. Böyük bir hücum bucaqlarında uçan təyyarələr, (məsələn) çox güclü və qəfil küləyin partlamasına girdikləri zaman qəfil itkiyə məruz qala bilərlər. Ayrıca, müəyyən bir daşıyıcı qüvvənin davamlılığını təmin etmək üçün sürət azaldıqca hücum bucağı artırılmalıdır. Bu da bizə saxlanma itkisinin əsasən nəyə görə aşağı sürətlərdə baş verdiyini izah edən bir amildir.
Hücum dəstələri
SA (alm. Sturmabteilung‎ — "hücum dəstələri") — nasist partiyasının ilk hərbiləşdirilmiş qruplaşması. SA 1920-1930 -cu illərdə Adolf Hitlerin hakimiyyətə gəlməsində əhəmiyyətli rol oynamışdır. Əsas məqsədləri nasistlərin mitinq və görüşlərinin qorunmasını təmin etmək idi; qarşı tərəflərin görüşlərinin pozulması; xüsusən Almaniya Kommunist Partiyası (AKP), Almaniya Sosial Demokrat Partiyasının (SPD) Reichsbanner Schwarz-Rot-Goldun paramilitarlarına qarşı mübarizə və qaraçıların, həmkarlar ittifaqının üzvlərinin, xüsusən də yəhudilərin təqib edilməsi idi.
Hücum helikopteri
Hücum helikopteri, düşmənə məxsus olan piyadaların döyüş maşınlarını, zirehli maşınları, tanklarını, haubitsalarını məhv etmək üçün istifadə edilən silahlı helikopterdir. Əsil vəzifəsi quru qoşunlarını yaxın məsafədən havadan dəstək ilə təmin etməkdir. Hücum helikopterlərində istifadə edilən silahlar, top, pulemyot, raket, tank əleyhinə idarə ediləbilən raketlərdən ibarət olur. Bir çox hücum helikopteri, ayrıca olaraq özünü digər düşmən helikopterlərinin və təyyarələrinin hücumlarından qorumaq üçün hava-hava tipli döyüş raketi ilə təmin olunurlar.
Hücum kənarı
Hücum kənarı - hər hansı bir aerofoilin qabaq tərəfdə, axıntı ilə birinci olaraq qarşılaşdığı uc hissə.
Hücum silahı
Üstünə top və ya haubitsa yerləşdirilmiş bir motorlu nəqliyyat vasitəsinə bağlanmış və ya zirehli şassiyə hücum topu deyilir. Ən vacib vəzifəsi döyüş zamanı birbaşa düşmənlə vuruşaraq qarşıdakı piyada birliklərinə dəstək verməkdir. Tarixdə əsasən, hücum topları tank şassisinə quraşdırılmış top və ya haubitsalardan ibarət olmuşdur. Buradakı ən vacib məqsəd ucuz olmaqla birlikdə daha az mexaniki problemlər yaratması idi. Ümumi zirehinin zəif olmasına görə bu silahların qabaq hissələrinə daha qalın ön müdafiə əlavə edilərək və daha güclü silahlarla təchiz olunmuşdurlar.
Hücum topu

Hücum təyyarəsi
Hücum təyyarəsi, birinci olaraq bombardmançı təyyarələrdən daha böyük hava hücumu təşkil etmək qabiliyyətinə sahib olan hərbi təyyarə növüdür. Hücum təyyarələri ilk dəfə olaraq İkinci dünya müharibəsi zamanı istifadə edilmişdirlər. Dünyada hal-hazırda ən çox tanınan hücum təyyarələri keçmiş SSRİ, hal-hazırkı Rusiya istehsalı olan Suxoy Su-25 və onun əsas rəqibi olaraq qiymətləndirilən ABŞ istehsalı olan A-10 Thunderbolt II təyyarələridir.
Kiber-hücum
Kiberhücum (ing. cyberattack) — kiber-insident yaratmaq üçün informasiya sistemlərinə qarşı kiber-silahın və ya kiber-silah kimi istifadə edilə bilən sistemin qəsdən istifadəsidir. Kompüterlərdə və kompüter şəbəkələrində hücum, aktivin icazəsiz istifadəsi, dəyişdirilməsi, aradan qaldırılması, məhv edilməsi, oğurlanması və ya əldə edilməsi üçün edilən hər hansı bir cəhddir. Kiberhücum, kompüter məlumat sistemlərini, infrastrukturları, kompüter şəbəkələrini və ya fərdi kompüter cihazlarını hədəf alan hər hansı bir hücum manevridir. Təcavüzkar, potensial zərər niyyəti ilə, icazəsi olmadan məlumat, funksiya və ya sistemin digər məhdud ərazilərinə daxil olmağa çalışan bir şəxs və ya bir prosesdir. Kontekstdən asılı olaraq kiber proqramlar kiberhücum və ya kiberterrorizmin bir hissəsi ola bilər. Kiberhücum suveren dövlətlər, fərdlər, qruplar, cəmiyyət və ya təşkilatlar tərəfindən istifadə edilə bilər və anonim bir mənbədən qaynaqlana bilər. Kiberhücumu asanlaşdıran məhsula bəzən kiber-silah deyilir. Kiberhücum həssas bir sistemi hack edərək müəyyən edilmiş hədəfi oğurlaya, dəyişdirə və ya məhv edə bilər. Kiberhücumlar şəxsi kompüterə casus proqramların quraşdırılmasından bütöv xalqların infrastrukturunu məhv etmək cəhdlərinə qədər ola bilər.
Yuxarıdan hücum
Yuxarıdan hücum mexanizmləri, zirehli maşınların zəif nöqtələri olan üst və ya arxa nöqtələrə hücum etməyi hədəfləyən sistemlərdir. Zireh zərbəsi effekti ən çox 90 dərəcə zərbə bucağı ilə əldə edilir. Bu cür sistem ümumiyyətlə raketlərdə (kasset raketi) və top mərmilərində istifadə olunur. Kumulyativ effekt xüsusiyyətinə malik mərmilər ən çox istifadə edilən tipidir.
Məhəlləyə hücum
Məhəlləyə hücum (ing. Attack the Block) — 2011-ci il istehsalı Böyük Britaniya komediya filmi. Londonda yaşayan bir qrup gənc oğlan məhəllərini təhdid edən yad planetlilərə qarşı mübarizə aparır. John Boyega Jodie Whittaker Alex Esmail Franz Drameh Leeon Jones Simon Howard Nick Frost Məhəlləyə hücum — Internet Movie Database saytında.
Quta hücum
Quta hücum və ya İkinci Qut döyüşü — Birinci Dünya müharibəsi zamanı 1917-ci il fevral ayının 23-də Mesopotamiya cəbhəsində baş vermiş olandöyüşdür. Birinci Əl-Küt müharibəsində Osmanlı qüvvələri tərəfindən böyük bir məğlubiyyətə düçar edilən ingilislər bu döyüşdə Əl-Kütü ələ keçirməyə nail olmuşdurlar. 1916-cı ilin dekabr ayında baş vermiş olan müharibə, iki korpus halında döyüşən 50.000 nəfərdən ibarət Britaniya qüvvələrinin (əsasən Britaniya Hindistanından gətirilmiş olan qüvvələr) Bağdad istiqamətində hücumunun bir hissəsi idi. Frederik Stenli Maudun rəhbərliyi altında olan ingilis diviziyası şəhəri geri ala bilmiş, lakin Osmanlı qarnizonu şəhərdə qalmamışdır (Əl-Kütün birinci mühasirəsində İngilis diviziyasının başına gəldiyi kimi): Kazım Qarabəkir Dəclə çayı boyu ingilis donanması tərəfindən mütəmadi olaraq izlənilən təxminən 2500 əsgərdən ibarət olan Osmanlı ordusunu nizami bir formada geri çəkməyə nail olmuşdur. İngilislərin hücumu fevral ayın 27-də Kütdən təxminən 100 kilometr aralıda yerləşən Əziziyyədə dayanmışdır. Üç günlük ərzaq ehtiyatı yığıldıqdan sonra general Maudun rəhbərlik etdiyi ingilis ordusu Bağdad istiqamətində hücumuna davam etmişdir.
Hücum (film, 1989)
== Məzmun == Film-pritçada torpaqlarımıza hücum edən ermənilərlə müdafiədə duran azərbaycanlıların arasındakı münaqişənin ilkin rüşeymləri, insanlar arasında ədavətin, düşmənçiliyin mənasız olması açılıb göstərilmişdir. == Film haqqında == Film rejissor Rövşən Almuradlının kinoda ilk işidir. Film operator İsrafil Ağazadənin quruluşçu operator kimi kinoda ilk işidir. Film rəssam Adil Azayın quruluşçu rəssam kimi kinoda ilk işidir. Film aktyor Möhsün Hüseynxanlının kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rövşən Almuradlı Ssenari müəllifi: Mövlud Süleymanlı Quruluşçu operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Quruluşçu rəssam : Adil Azayev Bəstəkar: İlyas Mirzəyev Səs operatoru: Vladimir Savin İkinci rejissor: Elman Şeydayev Filmin direktoru: Nadir Əliyev === Rollarda === Şahmar Qəribli (Şahmar Qəribov kimi) — Mürsəl Muxtar Maniyev — Dəmir kişi Möhsün Hüseynxanlı (Möhsün Hüseynov kimi) — Osman müəllim Vaqif Kərimov — çoban Məzahir Ağayev — Bilal A. Gərayev Məbud Məhərrəmov Zilli Namazov — kəndli Almaz Amanova Səhiyəddin Həsənov (S. Həsənov kimi) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Kiyevə hücum (2022)
Kiyevə hücum - Rusiyanın Ukraynanı istila etməsi kampaniyası çərcivəsində Rusiya Silahlı Qüvvələrinin Belarus üzərindən Kiyev vilayətinin və Ukraynanın paytaxt şəhəri Kiyevə doğru irəliləməsi əməliyyatı. Rusiyanın əsas məqsədi Kiyev şəhərinə tam nəzarəti ələ keçirməkdir. == Xronologiya == === 24 fevral === Fevralın 24-də səhər tezdən Rusiya Silahlı Qüvvələri Kiyev vilayətindəki hədəflərə, o cümlədən Kiyevin əsas hava limanı olan Borispol Beynəlxalq Hava Limanına artilleriya və raket zərbələri endirməyə başlayıb. Ümumi hücum əməliyyatından bir necə saat əvvəl ölkənin şimalında, Belarusla sərhəddə cəmlənmiş rus qoşunları qəfildən sərhəddi keçərək Kiyev vilayətinə daxil olublar. Tərəflər arasındakı ilk böyük toqquşma Çernobıl Atom Elektrik Stansiyasının inzibati ərazisində baş verib və bir necə saatlıq döyüşdən sonra AES, rus tərəfinin nəzarətinə keçib. Axşama yaxın rus paraşütçüləri Qostomel hava limanına eniş edərək hava limanını ələ keçirməyə cəhd ediblər. İlk başlarda hava limanı ələ keçirilsə də, sonradan tərəflər arasında gərgin döyüşlər baş verib. Ukrayna rəsmilərinin bildirdiyinə görə, rus paraşütçülərin növbəti hücumu dəf edilib. Hava limanı üzərində döyüşlərin getdiyi bir vaxtda, bir digər paraşütçü dəstə Kiyev su anbarı və ətrafına eniş edərək su anbarı uğrunda gərgin döyüş əməliyyatlarına başlayıblar. 24 fevralın gecəsi Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, təxribatçı qruplar Kiyevə doğru irəliləyir.
Kraystçerç məscidlərinə hücum
Kraytsçerç məscidinin (eng. Christchurch Mosque) - 15 mart 2019-cu ildə müsəlmanların cümə namazı zamanı saldırıya uğradığı hadisədir. Kraystçerç şəhərində ardıcıl olaraq, Kristofor qəsəbəsində Əl-Nur Məscidində və Linvud İslam Mərkəzində terror hücumu baş verib. Ümumilikdə bu terrorda 50 nəfər həlak olub, verilən ilkin məlumatlara görə isə 50 nəfər yaralanıb. Təqsirləndirilən günhakar, Avstraliyalı Brenton Tarrant həbs olunub. Şübhəli terrorist öz terror aktını Facebook Live üzərindən canlı yayım edib. == Hücumlar == Hücumlar saat 15 mart 2019-cu ildə saat 13:40-dan başlayaraq ardıcıl olaraq, Əl Nur Məscidi və Linvud İslam Mərkəzində həyata keçirilib. İlkin məlumatlara görə bütün məscidlərdə eyni vaxtı baş verildiyi irəli sürüldü, lakin sonradan hər iki məsciddə "planlaşdırılan" cinayətə görə bir şübhəli saxlanılıb. === Əl-Nur Məscidi === Ağır silahlar daşıyan terrorçu saat 13:40 radələrində Deans prospektində, Rikkartondaki Əl-Nur məscidində ibadət etməyə başlayan müsəlmanların üzərinə silahla hücum çəkməyə başladı. Silahlı şəxs, hücumunun ilk 17 dəqiqəsini, Facebook Live üzərindən birbaşa efir olaraq yayımladı.
Osmanlı Bankına hücum
Osmanlı Bakına hücum (ing. Ottoman Bank Takeover, erm. Բանկ Օտոմանի գրավում) 1896-cı ildə Daşnaksütun tərəfindən təşkil edilmiş, silahlı hücum. Hücum 26 avqust 1896-cı ildə saat 13:00 da baş vermişdir. Hücumun məqsədi, Avropa ölkələrinin və Rusiyanın diqqətini Osmanlı imperiyasında baş verən daxili qarşıdurmalara yönəltmək olmuşdur. Silahlı hücumu məşhur erməni terrorçusu Armen Qaro təşkil etmişdir. Armen Qaro bununla, maliyyə baxımdan yaxşı vəziyyətdə olan Osmanlı imperiyasını daxildən sarıtmaq istəyirdi. Silahlı hücumda Armen Qarodan başqa daha 25 terrorçu iştirak etmişdir. Əl bombaları, dinamit və tapançalarla silahlanan terrorçulardan 9 nəfəri, bankın mühafizə xidmətinin işçiləri tərəfindən öldürülmüşdür. Öldürülənlər arasında, hadisələrin təşkil edilməsində, böyük rolu olan Papken Siunidə vardı.
Pörl-Harbora hücum
Pörl-Harbora hücum, yapon mənbələrində Havay əməliyyatı — Yaponiya İmperiyası silahlı qüvvələrinin Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il tarixli gözlənilməz hücumu. Hücumun məqsədi ABŞ donanmasından gələn potensial təhlükəni aradan qaldırmaq və Yaponiya ordusuna bölgədə Böyük Britaniyaya və Niderlanda qarşı əməliyyatlarda fəaliyyət sərbəstliyi qazandırmaq idi. Hücum nəticəsində ABŞ-nin 12 döyüş gəmisi ciddi şəkildə zədələndi və ya batırıldı, 188 qırıcı təyyarəsi məhv edildi, 2403 ABŞ əsgəri və 68 mülki vətəndaş öldü. Buna baxmayaraq, Sakit Okean Donanmasının üç təyyarə daşıyıcı gəmisi, əsas tankerlər, sualtı qayıqlar və bazanın zavod gəmiləri limanda deyildi və heç biri zərər görmədi. Meiji bərpasından sonra Yaponiya İmperiyası Avropa və Şimali Amerikanın gücləri ilə ayaqlaşmaq üçün "Fukoku Kyōhei" (Zəngin ölkə və güclü əsgər) siyasətini həyata keçirdi. Bu sürətli böyümə siyasətini həyata keçirmək üçün torpaqları genişləndirmək və təbii sərvətlər əldə etmək lazım idi. Bu səbəbdən Yaponiya İmperiyası bir sıra hərbi əməliyyatlar həyata keçirdi. 1894-cü ildə Yaponların Tayvan üzərində nəzarəti ələ aldığı Birinci Çin-yapon müharibəsi və Yaponların Çin və Koreya yarımadasında torpaq qazanmasına səbəb olan 1904-cü ildə baş verən Rus-yapon müharibəsi bu əməliyyatların bir hissəsidir. Birinci Dünya müharibəsindən sonra Millətlər Liqası Yaponiyaya Uzaq Şərq və Sakit okean sularında Alman imperiyasının müstəmləkələri və koloniyaları ilə məşğul olmaq tapşırığını verdi. 1931-ci ildə Yaponiya mancurların vətəni olan Mancuda Mancuriyanı qurdu.
Pörl Harbora hücum

Nücü
Nücü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 922 nəfərdir. Tədqiqatlarda belə güman edilir ki, yaşayış məntəqəsi eyniadlı arxın kənarında salındığı üçün belə adlanmışdır. Arxın adı talış dilindəki nii (yeni, təzə) və cıt (arx) sözlərindən ibarət olub, “yeni, təzə arx” mənasındadır.
Küçüm xan
Küçüm, Küçüm xan, Kuçum (كوچم) — Sibir xanı olan türk dövlət xadimi. Şeybani, İbək xanın nəvəsi — Tümen və Böyük ordanın xanı. == Həyatı == Həyatının ilk illəri haqqında məlumat yoxdur. Əbülqazi Bahadır xan əsərində onu Murtaza xan oğlu olaraq tanıdıb Cuçi xanın oğlu Şeyban vasitəsiyla soyunu Çingiz xana bağlayır. == Ailəsi == Küçüm xan Soltanım xanım, Söyüdəcan xanım, Yandövlət xanım, Aktulum xanım, Ağsüyrün xanım, Şevləl xanım, Kubul xanım və Çepşan xanımla ailəqurmuşdu. Oğlanları Əli xan — Sibir xanı (1600–1607). 1607-ci ildə əsir düşdü. Rusiyada Sibir çarı kimi tanınırdı. Yaroslavlda yaşamışdı. 1641-ci ildə Qasımov köçdü və orda vəfat etdi.
Nomen nudum
Nomen nudum — növün elmi jurnalda çap edilmədiyi üçün elmi ad sayılmayan adıdır.
Viburnum nudum
Viburnum nudum (lat. Viburnum nudum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Gnaphalium nudum
Bataqlıq qurucası (lat. Gnaphalium uliginosum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin quruca cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik bitkidir. Kökləri nazik və mildir. Gövdəsi nazik (1 mm) hündürlüyü 5-15 (30) sm, adətən əsasından budaqlanan, azca qalxan, topaşəkilli, keçəyəbənzər sarımtıl tükcüklüdür. Yarpaqları sarımtıl tükcüklü, növbəli, kürəkşəkilli-xətti olub, əsası daralmışdır. Səbət çiçək qrupunda toplanmaqla, uzunluğu 4 mm, eşilmiş möhkəm dəstələrdən ibarət olub, budağın sonunda yerləşmişdir. Burulmuş yarpaqları qonur, kənarları pərdəyəbənzər haşiyəlidir. Bütün çiçəkləri borulu, sarımtıl olub, 8-10 səbətdən ibarətdir. Zəif iyli olub, şortəhər dadlıdır.
Nükur
Nükur (fr. Nucourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 779 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 22 km şimal-qərbdə yerləşir.
Rüsum
Rüsum (ərəb. "rəsm", "vergi", "gömrük", "kirayə haqqı") — orta əsrlərdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda, ümumiyyətlə vergi, gömrük mənasında işlədilmiş termin. Bəzən rüsumat da adlandırılmışdır.
Vücud
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
Güyüm
Güyüm — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Güyüm kəndi Diyallı kəndinin yaxınlığında yerləşir. Təhlükəli sürüşmə zonasında yerləşir. Kənd 4 bir tərəfdən təbiətin gözəllikləri ilə əhatə olunub. == Əhalisi == Əhalisi 173 nəfərdir ki onunda 85 nəfəri kişi, 88 nəfəri qadındır.