RÖVŞƏN

прил. устар. ясный, светлый, яркий, сияющий; rövşən etmək, eləmək освещать, осветить, наполнять, наполнить светом; rövşən olmaq освещаться, осветиться (наполняться, наполниться светом)
RÖVNƏQSİZLİK
RÖVŞƏNLİK
OBASTAN VİKİ
Rövşən
Rövşən — Azərbaycanda kişilərə verilən şəxsi ad və təxəllüs. Rövşən Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rövşən Abdullaoğlu — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, psixoloq. Rövşən Rzayev Rövşən Rzayev (milli qəhrəman) — Azərbaycanın milli qəhrəmanı. Rövşən Rzayev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı. Rövşən Muradov — Rövşən Ağayev Rövşən Ağayev (yazıçı) — dramaturq. Rövşən Ağayev (aktyor) — aktyor, rejissor assistenti. Rövşən Əliyev Rövşən Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rövşən Əliyev (kriminalist) — Kriminalist, Azərbaycan Respublikası Hərbi Prokuroru (1992–1993). Rövşən Hümbətəliyev — Azərbaycanlı alim Rövşən Tağıyev (iş adamı) — Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Səfərov — Azərbaycanlı idmançı.
Pir Rövşən
Pir Rövşən (Bəyazid bin Abdillah bin Məhəmməd əl-Ənsari) — əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxs. Pir Rövşən adı ilə tanınmış Bəyazid Ənsari 1525-ci ildə Pəncabda, Burki tayfasına mənsub nüfuzlu ailələrdən birində dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən ailəsilə birlikdə Pakistanın Cənubi Vəziristan əyalətinə köçmüşdü. Atası burada əyalət qazısı vəzifəsində çalışmışdır. Gənc yaşlarından poeziyaya böyük maraq göstərmiş, puştu, ərəb və fars dillərində şeirlər yazmışdır. Dini təhsilə də yiyələndikdən sonra, həmin dövrdə geniş yayılmış sufi cəmiyyətlərilə maraqlanmış, sufi ədəbiyyatını dərindən öyrənmişdir. Bəyazid mövcud hakim dini düşüncə ilə qane olmayaraq, yeni fikirlər irəli sürmək qərarına gəlmişdir. Vəhdəti-vücud fəlsəfəsini öyrəndikdən sonra onun davamçısına çevrilmişdir. Bəyazid ailəsinin nüfuzu ilə qazandığı bəzi imtiyazların, əsasən də dini və elmi imtiyazların əleyhinə çıxmışdır. İnadkar xarakterli olduğundan qardaşı ilə arasında ciddi mübahisə yaranmış, atasının məsələyə qarışdıqdan sonra isə ya evdən getmək, ya da fikirlərindən əl çəkmək seçimi qarşısında qalmışdır.
Ramiz Rövşən
Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan) — şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019). Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
Rövşən Abbasov
Rövşən Abdullaoğlu
Rövşən Abdullaoğlu (tam adı: Rövşən Abdulla oğlu Abdullayev; 28 sentyabr 1978, Bakı) — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, təlimçi, psixoloq, teoloq; "PEN America" yazıçılar birliyinin üzvü, "Qədim Qala" nəşriyyatının təsisçisi, nəşriyyatın elmi heyətinin rəhbəri. Hazırda Azərbaycanda Rövşən Abdullaoğlunun 27 kitabı çapdan çıxmışdır, onların əksəriyyəti bestseller olmuş, ingilis, rus, özbək, ərəb və türk dillərinə tərcümə edilmişdir. Bir çox milli bestseller kitabların müəllifidir. Əsərlərində daha çox psixologiya, fəlsəfə, irfan, həyat fəlsəfəsi və teologiya sahələrinə aid mövzulara toxunur. "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016–2017-ci illərdə Azərbaycanda yerli və xarici əsərlər arasında ən çox satılan kitab olub. Ölkədə bestseller olmuş "Relslər üzərinə uzanmış adam" romanı 2020-ci ildə ABŞ-nin "Readers’ Favorite" beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb. O, həm də ictimai fəaliyyəti ilə tanınır. Məktəb və universitetlərdə, mədəniyyət mərkəzlərində psixoloji mövzularda seminarlar keçir, fəlsəfə dərsləri deyir, müxtəlif televiziya və radio verilişlərində çıxış edir. Bir sıra xeyriyyə layihələrinin təsisçisi və iştirakçısıdır. Rövşən Abdulla oğlu Abdullayev 28 sentyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Rövşən Abdullayev
Rövşən Abdullayev (16 yanvar 1969, Lerik rayonu – 13 sentyabr 1993, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, polis leytenantı, Birinci Qarabağ müharibəsi şəhidi. Rövşən Abdullayev 1969-cu il 16 yanvarda Lerik rayonunda doğulmuşdur. Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə verirlər. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət taqımın komandiri təyin edilir. Onun başçılıq etdiyi taqım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı. Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi.
Rövşən Allahverdiyev
Rövşən Almuradlı
Rövşən Almuradlı (tam adı: Almuradlı Rövşən Əziz oğlu; 19 aprel 1954, Bakı – 2 aprel 2019, Sumqayıt) — azərbaycanlı rejissor, ssenarist, əsər müəllifi, aktyor. Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olmuşdur. 1972-1976-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlamışdır. 1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirmiş, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmişdir. Orada onun kurs rəhbəri SSRİ xalq artisti V.N.Pluçek idi. 1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaratmışdır. O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin "Vəzifə" tamaşasının quruluşçu rejissoru olmuşdur. 1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olmuşdur. Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun "Qətl günü", V. Sergeyevin "Bağlı qapı arxasında iki nəfər" əsərlərinə quruluş vermişdir.
Rövşən Atakişioğlu
Rövşən Atakişioğlu (azərb. Atakişiyev Rövşən Atakişi oğlu‎; d. 1 avqust 1957. Güləbird, Laçın rayonu, Azərbaycan SSR, SSRİ) — yazıçı, publisist, Qarabağ müharibəsi iştirakçısı, 706 saylı həbi hissənin 5-ci batalyonunun komandir müavini (1992-1993) Rövşən Atakişioğlu 1 avqust 1957-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Orta təhsilini Güləbird kənd orta məktəbində başa vuraraq, 1974-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsinə qəbul olunmuş, 1978-ci ildə həmin məktəbi Fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Laçın rayonuna göndərilmiş, doğma kəndinə ixtisası üzrə müəllim təyin edilmişdir. 1990-cı ildə ADPU-nun Şuşa filialında müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1992-ci ilin may ayının 10-dan Könüllülər dəstəsində Laçın və Qubadlı rayonlarının müdafiəsində erməni işğalçılarına qarşı döyüşmüş, 706 saylı həbi hissənin 5-ci batalyonunun komandir müavini təyin edilmişdir. 1993-cü ilin may ayında ordudan tərxis olunmuşdur. Hal-hazırda Bakı şəhərində yaşayır.
Rövşən Ağamalıyev
Rövşən Ağayev
Rövşən Ağayev (yazıçı) (1949—2015) — dramaturq. Rövşən Ağayev (aktyor) (d. 1982) — aktyor, rejissor assistenti.
Rövşən Balakişiyev
Rövşən Bayramov
Rövşən Cənnət oğlu Bayramov (7 may 1987; Bakı, Azərbaycan SSR) – Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 2004–2017-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən Rövşən Bayramov, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında gümüş medallara sahib olub. 2011-ci ildə İstanbulda Dünya Çempionatının qalibi olan Rövşən Bayramov, ümumi olaraq dörd dəfə Dünya Çempionatının medallarına sahib olub (2006 və 2015-ci illərdə gümüş, 2009-cu ildə isə bürünc medallar). Avropa Çempionatlarında isə o, 2 dəfə (2007 və 2008-ci illərdə) qalib olub. Rövşən Bayramov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 avqust 2008-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. Rövşən Bayramov 2021-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvüdür. Rövşən Bayramov 1987-ci il mayın 7-də Binəqədi rayonunda anadan olub. 1993–2004-cü illərdə Suraxanı rayonunun Əmircan qəsəbəsində Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbdə təhsil alan Rövşən Bayramov, 2004–2008-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Şəxsi məşqçisi Güləhməd Hüseynovdur. Rövşən Bayramov ailəlidir, 2 oğlu var.
Rövşən Bağırov
Bağırov Rövşən Elmidar oğlu (1966, Bakı) — sabiq Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2007–2021). Ağsu Rayon İcra Hakimiyyətinin başçısı (2021). R. E. Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1983–1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-cü ildə əmək fəaliyyətinə başlamışdır. 1983–1985-ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında preparator, 1985–1987-ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987–1989-cu illərdə Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında laborant, 1989–1990-cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990–1991-ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991-ci ildə "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991–1992-ci illərdə "Amal" kiçik müəssisəsində baş mühasib, 1992–1994-cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995–1996-cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994–2003-cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialında şöbə müdirinin müavini, 2003–2006-cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006–2007-ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilmişdir. Ailəlidir, 3 övladı var.
Rövşən Behcət
Rövşən Behcət (13 mart 1945 – 19 avqust 2011) — xanəndə, 1969–1993-cü illərdə Gəncədəki Fikrət Əmirov adına "Göy göl" mahnı və rəqs ansamblının solisti. Rövşən Behcət 1945-ci ildə Cənubi Azərbaycanda dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul edib. Rövşən Behcət 1969-cu ildən 1993-cü ilədək "Göy göl" xalq çalğı alətləri ansamblında çalışıb. 1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb. Onun ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. "Qızıl fond"da saxlanılır. Rejissor Miri Rzayev 2007-ci ildə onun həyat və yaradıcılığından bəhs edən "Yorulmamışam" filmini ekranlaşdırıb. Rövşən Behcət uzun sürən xəstəlikdən sonra 2011-ci ilin avqust ayının 19-da dünyasını dəyişib.
Rövşən Binnətli
Rövşən Binnətli (26 dekabr 1958, Mirəşəlli, Ağdam rayonu)– idman jurnalisti və futbol şərhçisi. İdman TV-nin hazırkı direktoru, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının baş katibi. 2000-ci ildən 2012-ci ilədək "Lider" Televiziyasında şərhçilər qrupunun rəhbəri, televizyanın baş idman şərhçisi olub. 2012-ci ildən 2015-ci ilədək "Baku Post" qəzetində şöbə müdiri, ardınca qəzetin Azərbaycan dili bölməsinin redaktoru işləyib. 2015-ci ildən 2019-cu ilədək "CBC Sport" telekanalının informasiya xidmətinin şef redaktoru kimi çalışıb. Rövşən Tahir oğlu Novruzov 26 dekabr 1958-ci ildə Ağdam rayonu Mirəşəlli kəndində anadan olub. 1976-cı ildə Ağdam şəhər 8 saylı orta məktəbi bitirib. 1977–1979-cu illərdə, Moskvada Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin "jurnalistika" fakültəsini bitirərək "jurnalist" ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1976-cı ildə Ağdam rayon 43 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstədə fəhlə kimi başlayıb.
Rövşən Bədəlov
Rövşən Bəndəliyev
Rövşən Bəndəliyev (26 iyul 1974, Hacıqabul rayonu) — fizika-riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru. Bəndəliyev Rövşən Əlifağa oğlu 26 iyul 1974-cü ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuşdur. R. Ə. Bəndəliyev 1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə həmin Universitetin "Riyazi analiz" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1999-cu illərdə Bakı Dövlət Universitetində R. Ə. Bəndəliyev, AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin, f.-r.e.d., prof. B. İ. Musayevin riyazi analiz kursundan və ixtisas kursundan mühazirələrini dinləmiş, onların əməkdaşları olduqları "Riyazi analiz" kafedrasında ixtisas kursu keçmiş və bu kafedranın və Azərbaycan Respublikasının ilk magistrlərindən olmuşdur. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinə əyani aspiranturaya qəbul olmuşdur. 2000-ci ildə İnstitutun "Riyazi analiz" şöbəsinin kiçik elmi işçi vəzifəsinə (0.5 ştat) işə götürülmüşdür. 2000–2002-ci illərdə AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbərliyi altında "Banaxqiymətli funksiyalardan ibarət anizotrop çəkili Sobolev fəzasında daxilolma teoremləri" mövzusunda namizədlik dissertasiyası üzərində işləmiş və 2002-ci ildə müvəffəqiyyətlə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Rövşən Camalov
Rövşən Canıyev
Rövşən Rafiq oğlu Canıyev (rus. Ровшан Рафиг оглы Джаниев; 27 yanvar 1975, Lənkəran – 18 avqust 2016, İstanbul) — azərbaycanlı kriminal avtoritet, qanuni oğru, iş adamı. 17 yaşı olarkən polis işçisi olan atası, o zaman Azərbaycanda fəaliyyət göstərən kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən qətlə yetirilib.1996-cı ildə məhkəmə zalında atasının qatili Canıyev ailəsinin üzvlərini ölümlə təhdid edir və zalda əyləşən Rövşən Canıyev elə məhkəmə zalındaca qatili bu sözlərinə görə güllələyərək qətlə yetirib. 2000-ci ilin iyununda Rövşən Canıyev Bakıda kriminal aləmdə şöhrət qazanmış Kəramət Məmmədovu güllələyib və ağır yaralayıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə Canıyev cinayət məsuliyyətindən azad edilib. 2002-ci ildə barəsində cinayət işi təzələnib, lakin o istintaqdan qaçıb gizləndiyinə görə, barəsində 1 iyul 2002-ci ildə beynəlxalq axtarış elan olunub. 2003-cü ildə Sank-Peterburqdakı Mütəşəkkil Cinayətkar Dəstənin lideri Elçin Yevlaxskinin ölümündə təqsirli bilinib, lakin girov müqabilində azadlığa çıxa bilib. 2009-cu ilin dekabrın 3-də Ukraynada həbs olunaraq dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. 2010-cu ildə Bakıda qanunsuz silah saxlama maddəsi ilə haqqında cinayət işi açılıb. Dövlət ittihamçısı Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.
Rövşən Cavadov
Rövşən Bəxtiyar oğlu Cavadov (19 oktyabr 1951, Laçın – 17 mart 1995, Bakı) — Azərbaycan həkimi, karateçisi, hərbçisi, milliyətçisi, Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri (1992–1995), Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini (1993–1995). Rövşən Cavadov Bakıda tibb təhsili aldıqdan sonra SSRİ DİN Akademiyasında davam etdirmişdir. O, Əfqanıstan müharibəsi vaxtı cəbhəyə könüllü olmuş, lakin antikommunist fikirlərinə görə onun bu müraciəti hökumət tərəfindən qəbul edilməmişdir. Cavadov bundan sonra Azərbaycanda ilk karate məşq yerlərini açaraq fəaliyyətinə davam etmişdir. Rövşən Cavadov 1980-ci illərin axırlarında siyasi fəaliyyətə başlamış, Qara Yanvar hadisələri zamanı sovet qoşunlarına qarşı göstərdiyi müqavimətdən sonra hərbi fəaliyyətə başlamış və çox keçməmiş hökumət tərəfindən ona polkovnik rütbəsi verilmişdir. Cavadov 1991-ci ilin sonuna qədər respublika XTPD-nin komandanı olmuş, Çaykənd əməliyyatında iştirak etmişdir. O, İsgəndər Həmidov ilə müttəfiq olmuş və Əbülfəz Elçibəyin prezidentliyi dövründə XTPD-yə demək olar ki, qeyri-məhdud nəzarəti ələ keçirmişdi. Onun komandanlığı dövründə XTPD qüvvələri "Goranboy" əməliyyatı əsnasında Ağdərə şəhərinə daxil olmuşdu. 1993-cü ildə Elçibəyin devrilməsindən sonra Surət Hüseynov və Heydər Əliyev ilə müttəfiq olan Rövşən Cavadov Əfqanıstandan mücahidlərin gətirilməsində mühüm rol oynamışdır. Buna baxmayaraq, Bişkek protokolunun imzalanmasından sonra Hüseynov ilə Cavadov Əliyevə qarşı çıxmağa başlamış, 1994-cü ilin axırlarında baş verən qarşıdurmalardan sonra Hüseynov bütün siyasi və hərbi gücünü itirmişdir.
Rövşən Eynullayev
Rövşən Eyyubov
Rövşən Hümbətəliyev
Rövşən Hümbətəliyev (tam adı:Rövşən Zülfüqar oğlu Hümbətəliyev; 6 noyabr 1970, Qubadlı) — azərbaycanlı alim. Hümbətəliyev Rövşən Zülfüqar oğlu 1970-ci il noyabrın 6-da füsünkar təbiəti və tarixi şəxsiyyətləri ilə tanınan Zəngəzur mahalının Qubadlı rayonunun Aşağı Mollu kəndində fəhlə ailəsində anadan olub. Orta təhsilinə doğma kəndində başlayan Rövşən 1978-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Sumqayıt şəhərində davam etdirmiş və 1987-ci ildə Sumqayıt şəhər 12 saylı məktəbi fərqlənmə atestatı ilə bitirmişdir. Böyük arzular sorağı ilə böyüyən gənc ali təhsil almaq üçün Sankt-Peterburq (Leninqrad) şəhərini seçir. 1987–1990-cı illərdə V. İ. Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunun elektrofizika fakültəsində təhsil alır. 1990-cı ildən Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsilini davam etdirir, 1996-cı ildə oranı "riyaziyyatçı, riyaziyyat müəllimi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirir. Elə həmin il AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz ixtisası üzrə əyani aspiranturasına qəbul olmuş, görkəmli riyaziyyatçı alim, elmdə özünün xüsusi dəst xətti olan, professor, respublikanını əməkdar müəllimi, Ukrayna Milli Elimlər Akademiyasının təsis etdiyi Boqolyubov gümüş medalçısı S. S. Mirzəyevin rəhbərliyi altında 2000-ci ildə "Bir sinif operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin həlli haqqında" mövzusunda namizədlik disser-tasiyası işini müdafiə edərək fizika-riyaziyyat elimləri namizədi alimlik dərəcəsini almışdır. 2000–2002-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Funksional analiz" şöbəsində elmi işçi, 2002–2004-cü illərdə böyük elmi işçi, 2004–2012-ci illərdə isə həmin şöbədə aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2004-cü ildə Riyazi analiz ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. Gənc alim öz elmi axtarışlarına ara vermədən 2013-cü ildə professor S. S. Mirzəyevin elmi məsləhətçisi olduğu, AMEA-nın akademiki Y. Ə. Məmmədovun və Rusiya Elimlər Akademiyasının müxbir-üzvü A. V. İliyinin openenti olduğu Diferensial tənliklər ixtisası üzrə "Yüksəktərtibli operator-diferen-sial tənliklər və bəzi spektral məsələlər" adlı doktorluq dissertasiyasiya işini müvəffə-qiyyətlə müdafiə edərək riyaziyyat üzrə elimlər doktoru adına layiq görülmüşdür.
Rövşən Hüseynli
Rövşən Rizvan oğlu Hüseynli (3 aprel 1991, Bakı) — Araz-Naxçıvan və Azərbaycan milli futzal komandasında qapıçı mövqeyində çıxış edən futzalçı. Rövşən Hüseynli 1991-ci il 3 aprel tarixində Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1997-2008-ci illərdə 167 nömrəli məktəbdə almışdır. Ali təhsili isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almış, futbol fakültəsini bitirmişdir. Atası futbolla həvəskar həm də qapıçı olaraq məşğul olub. Rövşəni də öz oyunlarına baxmağa aparırdı. Futbola olan marağı da məhz buradan yaranıb və futbolun ilk sirlərini də ona atası öyrədib. Balaca Rövşənin futbola böyük marağının olmasına baxmayaraq atası onu ilk dəfə 11 yaşında sərbəst güləşlə məşğul olmağa aparır. Güləşdə yaxşı nəticələrinə baxmayaraq inadkar Rövşən futbola olan həvəsini gizlədə bilmir və üç ay sonra güləşdən ayrılaraq futbola yazılır. Futbolda ilk müəllimi Neftçilərdə "rezinka" adlanan stadionda Adil Mahmudov olub.
Dədə Ömər Rövşəni
Dədə Əmir Rövşəni (1407, Osmanlı imperiyası – 1487, Təbriz) — türk mənşəli ələvi şair, XV əsr xəlvəti şeyxi və Seyid Yəhya Bakuvinin öndə gələn xəlifələrindən biri. == Həyat və fəaliyyəti == "Ləmazat" əsərində "nur əhlinin seçgini", "aləm və adəmin işığı", "can və tən əhlinin eşq sirlərinin rəhbəri", "aləm imamlarının qütbü", "sirlər aləminin eşq və sevgi nuru", "yetişdirici qütblərin məna iqliminə gedən aydınlıq yolu" deyə tövsif edilmişdir. Daha çox şeirlərində istifadə etdiyi Rövşəni məxləsi ilə tanınır. Əsl adı Əmir Əli'dir, ləqədi Dədə, künyəsi Əli ibnu binti Umur bəydir. Atası haqqında məlumat olmadığı halda ana babsı "Töhfətül-mücahid" əsərinə görə İldırım Bəyazidin əmirlərindən Qara Timuurtaş Paşanın oğlu Qazi Umur bəydir. "Ləmazat" da Aydın oğlu Umur bəy göstərilir. Şairin babasının bölgədə Osmanlılardan əvvəl hökm sürən Aydınoğulları sülaləsindən əlli il ara ilə bəylik edən iki Umur bəydən biri, böyük ehtimalla birincisi olduğu qəbul edilir. Belə ki,Ömər Rövşəni Aydın ili bölgəsinin o vaxtkı mərkəzlərindən Gözəlhisara aid Tirədən olduğunu bildirir: – demişdir. Doğulduğu il dəqiq olara bilinməsə də aparılan araşdırmalar doğum ili kimi 1407–1417-ci illər arasını göstərib. Təsəvvüfə və Bakıya gələrək Seyid Yəhya Bakuviyə bağlanmasına böyük qardaşı Əlaəddin Əli səbəb olmuşdur.
Görüntülər (Rövşən Abdullaoğlu)
Görüntülər — Rövşən Abdullaoğlunun İbn Sinanın “İşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının X fəslinə yazdığı tərcümə və şərhi. == Məzmun == “Görüntülər” İbn Sinanın irfan mövzusunda yazdığı ən dəyərli və nadir əsərlərindəndir. İrfan, kəramətlər, möcüzələr, qeybi xəbərlər, sehr, göz dəyməsi, mələklərin nazil olması, mənəvi seyr, qeybi aləmlər, yuxular, vəhy, mükaşifələr və onların xüsusiyyətləri kimi bir çox dəyərli mövzularla əlaqədar qaranlıq nöqtələr məhz bu əsərdə öz həllini tapacaqdır. == Nəşr == Kitab 2014-cü ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən 216 səhifədə 60x90 ölçüsündə çap edilib. == Həmçinin bax == Ariflərin irfani məqamları == İstinadlar == == Xarici keçidlər == "Görüntülər" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Hər bir insan hökmdardır (Rövşən Abdullaoğlu)
Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir… Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır. == Nəşr == Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub. == Satış == Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub. == Həmçinin bax == Qorxular == İstinadlar == == Xarici keçidlər == "Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)" ( (az.)). qedimqala.az. 2019-04-25 tarixində arxivləşdirilib.
O (Rövşən Abdullaoğlu)
O — Rövşən Abdullaoğlunun Molla Sədra, Fəxr Razi, Ayətullah əl-üzma Seyid Hüseyn Bürucirdi və Ayətullah Cavadi Amuliyə istinadən yazdığı, 2011-ci ildə nəşr edilən, "Hərf elmi və irfan" mövzusunda Azərbaycanın ilk kitabı. "O" kitabı hərf və irfan elmi əsasında yazılmış Azərbaycanın ilk kitabdır. Bu mövzuda bəlkə də bir çox ölkələrdə belə bir müstəqil formada yazılmış ikinci kitab yoxdur. Kitabın ərsəyə gəlməsi üçün yüzə yaxın, bəlkə də daha çox elmi mənbədən istifadə olunmuşdur. Araşdırmanın nəticəsi həddindən artıq çox idi. Lakin biz bu kitabı ümumi oxucu kütləsi üçün nəzərdə tutduğumuzdan, həmçinin yorucu olmaması üçün çox qismini ixtisar etdik. Müraciət etdiyimiz mənbələrdə, əsasən irfan-fəlsəfə zövqü olan və bu üslubda yazan alimlərin əsərlərindən faydalanmışıq. "O" kitabı əsas olaraq hərf elmi əsasında ilahi adların və məxsusən də Allahın ən əzəmətli olan "O" adının təhlil və izahından bəhs edir. Gizli elmlərə marağı olan hər bir kəsi bu kitabı oxumağa dəvət edilir. Kitab 2011-ci ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb və fars dillərindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "Hərf və irfan elmi kitabları" silsiləsindən 176 səhifədə 60x90 ölçüsündə çap edilib.
Qorxular (Rövşən Abdullaoğlu)
Qorxular — Rövşən Abdullaoğlunun yazdığı və 2015-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. Qorxu hissi insan təbiətinə xas olan narahatedici psixoloji duyğuların ən əzabvericisidir. Bu kitab qorxularından bezmiş və nəhayət qorxularından azad olmaq istəyən insanlara ünvanlanmışdır. Qorxularını yenməyən insan bir ömür qul həyatı yaşamağa məhkumdur. Belə birisi bütün həyatını əlil biri kimi yaşayacaq, inkişaf etməsi mümkünsüz olacaqdır. Qorxularından agah olan və bu barədə lazımi məlumatlarla silahlanmış insan qorxularını istiqamətləndirə və nəticədə onlara qalib gələ bilər. Bu kitabın mütaliəsi qorxu zindanında məhkum olan birinin əzablarından qurtulması üçün atılmış ilk və mühüm addımdır. Əsər ilk dəfə Qədim Qala Nəşriyyat Evi tərəfindən Bakıda "Emosiyalar psixologiyası" silsiləsində 208 səhifədə 2015-ci ildə, 2-ci dəfə 2017-ci ildə, 3-cü dəfə isə 2020-ci ildə təkrar nəşr olunmuşdur. Üsyan Əsarət "Qorxusu olanlar üçün "Qorxular" kitabı - FOTO" ( (az.)). modern.az.
Rövşən Abdullaoğlunun biblioqrafiyası
Rövşən Abdullaoğlunun biblioqrafiyası — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, psixoloq Rövşən Abdullaoğlunun biblioqrafiyası. Arxadakı körpüləri yandırın Abaddon Bu şəhərdə kimsə yoxdur Çətin olsa da, həyat davam edir Əsarət Hər bir insan hökmdardır Həyatın imzası Koramal Qorxular Ləpirçi: Mən yeməli deyiləm Nəfsi təzkiyyənin elmi əsasları Ölülərin hakimiyyəti Relslər üzərinə uzanmış adam Üsyan Zamanı necə yeyək? Ariflərin irfani məqamları Bəla və Səbir Görüntülər Hidayət risaləsi Hikmətin əvvəli İnsan dünyadan əvvəl İnsan dünyadan sonra İnsan dünyadan sonradan sonra Mərifət O İlk Kitab Xüsusiyyətlər Rövşen ABDULLAHOĞLU. "SEM Sendromu veya "Ortak Ekmek" konusu" ( (türk.)). bendeyazarim.com. 2015-04-04. 2016-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24. Rövşen Abdullaoğlu. "Başarı" ( (türk.)). yazarcizer.net.
Rövşən Abdullayev (milli qəhrəman)
Rövşən Abdullayev (16 yanvar 1969, Lerik rayonu – 13 sentyabr 1993, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, polis leytenantı, Birinci Qarabağ müharibəsi şəhidi. Rövşən Abdullayev 1969-cu il 16 yanvarda Lerik rayonunda doğulmuşdur. Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə verirlər. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət taqımın komandiri təyin edilir. Onun başçılıq etdiyi taqım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı. Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi.
Rövşən Abdullayev (əsgər)
Rövşən Ağayev (II)
Rövşən Ağayev (18 avqust 1982, Bakı) — aktyor, rejissor assistenti. Rövşən Ağayev 1982-ci il avqustun 18-də Bakıda anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. 2003-cü ildən kinostudiyada işləyir. Sirat körpüsü (film, 2007) Hökmdarın taleyi (film, 2008) 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) Günaydın, mələyim!
Rövşən Ağayev (aktyor)
Rövşən Ağayev (18 avqust 1982, Bakı) — aktyor, rejissor assistenti. Rövşən Ağayev 1982-ci il avqustun 18-də Bakıda anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. 2003-cü ildən kinostudiyada işləyir. Sirat körpüsü (film, 2007) Hökmdarın taleyi (film, 2008) 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) Günaydın, mələyim!
Rövşən Ağayev (kinossenarist)
Rövşən Azər oğlu Ağayev (31 mart 1949, Kirovabad – 9 mart 2015, Bakı) — kinossenarist, dramaturq, musiqiçi Rövşən Ağayev 1949-cu il martın 19-nda o zamankı Azərbaycan SSR-nin Gəncə şəhərində dünyaya gəlmişdir. Ali təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda alır. Ali təhsil illərində şəxsi təşəbbüsü ilə oxuduğu institutun nəzdində kino şöbəsi yaradır və bu şöbəni lazımi avadanlıqlarla təmin edir. Beləcə o, institutda təhsil almaqla yanaşı qısa metrajlı filmlər də çəkməyə başlayır. 1973-cü ildə həmin institutunun elektrifikasiya fakültəsinin energetika mühəndisi şöbəsini bitirir. İncəsənətə meyilli olduğu üçün sonrakı fəaliyyəti daha çox incəsənətlə bağlı olmuşdur. 1980–81-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının bir illik ssenaristlər kursunu bitirməklə yanaşı tam metrajlı bədii filmin ssenarisinin yazılması üçün kinostudiya ilə müqavilə bağlamışdır və həmin ssenari "Azərbaycanfilm" tərəfindən alınmışdır. Bundan sonra onunla "Azərbaycanfilm" kinostudiyası arasında daha iki tam metrajlı bədii filmin yazılışı üçün müqavilə bağlanmışdır. Həmin ssenarilər yazıldıqdan sonra kinostudiya tərəfindən alınmışdır. 1988-ci ildə "Mosfilm" kinostudiyası (Moskva) ilə "Azərbaycanfilm" kinostudiyasının birgə istehsalı olan, Rövşən Ağayevin ssenarisi əsasında "Lətifə" bədii filmi çəkilmişdir və həmin film keçmiş SSRİ ərazisində olan kinoteatrlarla yanaşı həm də Avropa ölkələrində göstərilməklə sosialist məkandan kənara çıxa bilən azsaylı filmlərimizdən olmuşdur.
Rövşən Ağayev (yazıçı)
Rövşən Azər oğlu Ağayev (31 mart 1949, Kirovabad – 9 mart 2015, Bakı) — kinossenarist, dramaturq, musiqiçi Rövşən Ağayev 1949-cu il martın 19-nda o zamankı Azərbaycan SSR-nin Gəncə şəhərində dünyaya gəlmişdir. Ali təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda alır. Ali təhsil illərində şəxsi təşəbbüsü ilə oxuduğu institutun nəzdində kino şöbəsi yaradır və bu şöbəni lazımi avadanlıqlarla təmin edir. Beləcə o, institutda təhsil almaqla yanaşı qısa metrajlı filmlər də çəkməyə başlayır. 1973-cü ildə həmin institutunun elektrifikasiya fakültəsinin energetika mühəndisi şöbəsini bitirir. İncəsənətə meyilli olduğu üçün sonrakı fəaliyyəti daha çox incəsənətlə bağlı olmuşdur. 1980–81-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının bir illik ssenaristlər kursunu bitirməklə yanaşı tam metrajlı bədii filmin ssenarisinin yazılması üçün kinostudiya ilə müqavilə bağlamışdır və həmin ssenari "Azərbaycanfilm" tərəfindən alınmışdır. Bundan sonra onunla "Azərbaycanfilm" kinostudiyası arasında daha iki tam metrajlı bədii filmin yazılışı üçün müqavilə bağlanmışdır. Həmin ssenarilər yazıldıqdan sonra kinostudiya tərəfindən alınmışdır. 1988-ci ildə "Mosfilm" kinostudiyası (Moskva) ilə "Azərbaycanfilm" kinostudiyasının birgə istehsalı olan, Rövşən Ağayevin ssenarisi əsasında "Lətifə" bədii filmi çəkilmişdir və həmin film keçmiş SSRİ ərazisində olan kinoteatrlarla yanaşı həm də Avropa ölkələrində göstərilməklə sosialist məkandan kənara çıxa bilən azsaylı filmlərimizdən olmuşdur.

Значение слова в других словарях