Rövşən Elşən oğlu Eynullayev (14 fevral 2000, Nərimankənd, Biləsuvar rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]
Rövşən Eynullayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 fevral 2000(2000-02-14) |
Doğum yeri | |
Vəfat tarixi | 29 sentyabr 2020(2020-09-29) (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ Müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2021 |
Rövşən Eynullayev 14 fevral 2000-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Nərimankənd kənd tam orta məktəbində orta təhsilini almışdır.
Rövşən Eynullayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Rövşən Eynullayev 29 sentyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nərimankənd kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Eynullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Eynullayev ölümündən sonra Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.01.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Eynullayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[4]