Cəmil Fərəcov
Cəmil Əliqulu oğlu Fərəcov (13 fevral 1946, Bakı – 1 avqust 2023) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989).
Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1974).
1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 1997–2002-ci illərdə "Yaddaş" sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru, 2002–2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri, 2006–2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb. Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var idi.
Cəmil Fərəcov Fərəcov 1 avqust 2023-cü ildə vəfat edib. "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Arvadım Mənim, Uşaqlarım Mənim (1978)
"Azərbaycan" dünyanı gəzir (film, 1984)
"Azərbaycan"da dəniz səyahəti (film, 1976)
Ağır şkaf (film, 1971)
Axırıncı maqın sonu (film, 1974)
Ayna və Həmid (film, 1990)
Azərbaycan kinosu-80 (film, 1996)
Azərbaycan məktəbi yüksəlişdə (film, 1972)
Azərbaycan və Nobel qardaşları (film, 1991)
Başdan ayağa (film, 1973)
Bəhrə (film, 1984)
Bir səfərin izilə (film, 1980)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Çay daşının göz yaşı...