Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəvənd
Rəvənd (lat. Rheum) — qırxbuğumkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. Tanqut rəvəndi (Rheum tanguticum Maxim.) (=Rheum palmatum L. var.) Qarağat rəvəndi (Rheum ribes L.) Qaya rəvəndi (Rheum rupestre Litv. ex Losinsk.) (=R.turcestanicum Janisch.) Türkmənistan rəvəndi (Rheum turcestanicum Janisch.) Rheum nobile Rheum officinale Rheum palaestinum Rheum rhabarbarum Rheum rhaponticum Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Aşağı Rəvənd (Urmiya)
Aşağı Rəvənd (fars. روندسفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (21 ailə).
Yuxarı Rəvənd (Urmiya)
Yuxarı Rəvənd (fars. روندعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (22 ailə).
Qarağat rəvəndi
Qarağat rəvəndi və ya bəzi bölgələrdə uşqun (lat. Rheum ribes) - Qırxbuğumkimilər— (Polygonaceae Juss.) fəsiləsi, rəvənd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. 50-100 sm hündürlüyündə çoxillik ot bitkisidir. Yarpaqları ürəkvari-dairəvi və ya dairəvi, kənarları xırda dişli, 5 qalın damarlıdır. Aşağı tərəfdə damarlar xırda tikanlıdır, alt və üst hissədə ziyillidir. Çiçək qrupu yarımşarvaridir, çiçəkləri 5-12 ədəddir. Meyvələri 17 mm uzunluqda, 14 mm enində, yumurtavari, yuxarya doğru daralan, əsasında dərin-ürəkvari, qırmızımtıl qanadlı və uzunsov-qəhvəyi fındıqcadır. Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü iyun ayına təsadüf edir. Orta dağ qurşağında quru daşlı yerlərdə və kolluqlarda rast gəlinir.
Qaya rəvəndi
Türkmənistan rəvəndi (lat. Rheum turcestanicum) - rəvənd cinsinə aid bitki növü.
Tanqut rəvəndi
Rheum tanguticum (lat. Rheum tanguticum) — rəvənd cinsinə aid bitki növü. Rheum palmatum L.- Ovucabənzər Tanqut rəvəndi var. tanguticum Maxim (Tanqut rəvəndi, rəvənd) Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5–2,5m-ə bərabərdir. Gövdəsi düzqalxan zəif budaqlanan, dolğun (4–5 sm diametrli), çılpaq, şirəli, silindrik, daxili içiboş oyuqlu olub, yuxarı hissəsi kiçik şırımlıdır. Kökətrafı yarpaqları iri, yumurtaşəkilli, 5–7 pərli, uzun saplaqlı olub, uzunluğu 1m-ə bərabərdir. Saplağı lətli olub, uzunluğu 30 sm-dir. Gövdə yarpaqları kiçik, növbəli, saplaqlı, yumurtavaridir. Çiçəkləri düzgün, kiçik, yaraşıqsız, düzqalxan, piramidal, çoxçiçəkli olmaqla, süpürgə çiçəkqrupunda toplanmışdır. Çiçək yatağı sadə, tacabənzər, 6 bölümlü, ağımtıl-çəhrayı və ya qırmızı rənglidir.
Türkmənistan rəvəndi
Türkmənistan rəvəndi (lat. Rheum turcestanicum) - rəvənd cinsinə aid bitki növü.
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Ravənd
Rheum rhabarbarum (lat. Rheum rhabarbarum) — qırxbuğumkimilər fəsiləsinin rəvənd cinsinə aid bitki növü.
Rəbənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Dəvənd (Miyanə)
Dəvənd (fars. داوند‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (39 ailə).
Dələnd
Dələnd-İranın Gülüstan ostanının Ramiyan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,732 nəfər və 1,981 ailədən ibarət idi.
Hərənd
Hərənd — İranın İsfahan ostanının İsfahan şəhristanının Colqə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,613 nəfər və 1,856 ailədən ibarət idi.
Mərənd
Mərənd — İranın Doğu Azərbaycan Bölgəsinda şəhər, Mərənd şəhristanının inzibati mərkəzi. Təbrizin şimal-qərbində yerləşir. Mərənd Şərqi Azərbaycan ostanının iri şəhərlərindən biridir. Şəhər ostanın şimal hissəsində yerləşir. Bağlı-bağatlı, saf suyu və havası, məhsuldar torpağı olan yerdir. Bu şəhər cənubdan Təbrizlə, şimaldan Zunuz, Ələmdar və Culfa vasitəsilə Arazla, qərbdən Xoy və Maku ilə, şərqdən isə Əhər şəhəri (Qaradağ mahalı) ilə həmsərhəddir. Təbii iqlim şəraitinə görə Mərəndin ərazisinin 2/3 hissəsi qeyri-hamardır. Mərənd dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdədir. Təbrizlə Mərənd arasındakı məsafə 71 km, Culfa (NMR) ilə isə 60 km-dir. Mərənd tranzit yolu üzərində yerləşir.
Navənd
Navənd (fars. ناوند‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (24 ailə).
Nəmənd
Nəmənd – yerə döşəmək üçün hazırlanan qəlibdir. Nəmənd adətən ağ və ya boz rəngli yundan hazırlanır. Üzərində at, qoç, dəvə və digər rəsmlər, həmçinin ayrı-ayrı ornamentlər işlənir. Çobanların yapıncılarıda bu cür qəlibdən hazırlanır. Yapıncı üçün hazırlanan qəlib nazik olur və üzərinə qaba kətan, yaxudda şəddə çəkilərdi. Qəlibdən hazırlanan tərlikdə çula nisbətdə nazik olur.
Pərənd
Pərənd (fars. پرند‎) — İranın Tehran ostanınında yeni şəhər. Rubatkərim şəhərinin 10 km qərbində və Tehranın 35 km cənub qərbində yerləşir.
Qərvənd
Qərvənd — Azərbaycanın Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Ayaq Qərvənd — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Baş Qərvənd — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Orta Qərvənd — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. İmarət Qərvənd — Azərbaycanın Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Xanqərvənd — Azərbaycanın Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Rabənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Səhənd
Səhənd dağı – İranda, Təbriz şəhərinin cənub tərəfində yerləşən və vulkan mənşəli dağ. Dəniz səthindən 3700 m hündürlükdə olan Səhənd dağı və qolları olan Qaflantı, Şibli keçidi, onun Qərbində isə Liqvan yüksəkliyi Təbriz şəhərini əhatə edir. Qaranqu çayı öz başlanğıcını Səhənd dağından alır. Səhənd dağı öz əsrarəngiz gözəlliyi ilə qədim Azərbaycan şəhəri Təbrizin simvollarından biridir.
Əlvənd
Əlvənd — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Əlvənd Zərdab rayonunun çox qədim və zəngin tarixi olan kəndlərindən biridir. Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi orta əsrlərin sonlarında formalaşmışdır. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə "Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu..." Məntiqə görə Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğunu söyləmək səhv olmaz. Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır (ərazi öz arxeoloji tədqiqini gözləyir). Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir.
Vənənd
Vənənd — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Erməni tarixçisi Moisey Xorenlinin (V əsr) məlumatına görə bu oykonim ədim türkdilli bulqarlardan Vahandur Vəndin adı ilə bağlıdır. Qafqazdan şm-da və qara dəniz sahillərində yaşamış bulqarlar m.ö. II əsrdə Cənubi Qafqaz ərazisinə gəlmiş və binasını qoymuş olduqları yaşayış məntəqələri də tayfanın başçısının adı ilə bağlı olmuşdur(Vənənd). XII əsrdə Qars vilayətində Vənənd yaşayış məntəqəsi və Vənənd mahalı qeydə alınmışdır. Yaşayış məntəqəsi hələ erkən orta əsrdə oradan gəlmiş ailələrin Naxçıvanda məskunlaşması nəticəsində yaranmış və ona köhnə yurdun adı verilmişdir. Tədqiqatçıların bir qisminin ehtimalına görə toponim Azərbaycanın məhçur Əlvəndi tayfasının adından götürülmüşdür. Oykonim hər iki halda etnotoponimdir. Vənənd Azərbaycanın tarixi yaşayış məntəqələrindəndir.
Zərənd
Zərənd (Farsca: زرند, Zərənd) — İranın Kirman ostanında şəhər. Öz adını daşıyan Zərənd şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə əhalisi 54.745 nəfərdir. Kirman şəhərinin 75 km. şimal-qərbində yerləşən şəhər öz adını daşıyan Zərənd ovasında qurulmuşdur. Şəhər və çevrəsində 22 may 2005-ci il tarixində, Rixter cədvəlinə görə 6.4 şiddətində bir zəlzələ meydana gəlmiş və 250-yə yaxın insan həyatını itirmişdir.. Marsda bir kraterə bu şəhərin adı verilmişdir.
Gəvən
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Eyşabad (Mərənd)
İşoba və ya Eyşabad — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehestanında yerləşən kənd. == Coğrafiyası == Mərənddən 20 kilometr aralı, Mişov dağlarının ətəyində geniş qoz və ərik bağları arasında, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir. Kəndin yaxınlığında İşoba şəlaləsi mövcüddür. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 339 nəfərdən və 103 ailədən ibarət idi. Milli tərkibi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Levent
Levent — İstanbul şəhərində biznes rayonu.
Peyvənd
Peyvənd və ya Vaksin (fr. Vacca) — orqanizmin xəstəliklərə qarşı immun müqavimətini qüvvətləndirən bioloji maddə. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu proses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır.
Regent
Regentlik (lat. regens, "idarə edən") — monarxın yoxluğu və ya azyaşlılığı dövründə dövlət başçısı funksiyasını yerinə yetirən şəxs (regent) və ya kollegial orqan (regent şurası). İlk dəfə regentlik İngiltərədə baş verib.Kral III Georq(1738 - 1820) ruhi xəstə olduğu üçün oğlu VI Georq(1762 - 1830) taxta çıxır.Və krallığı o idarə etməyə başlayır.Onun dövründə İngiltərə daha təkmilləşmiş, incəsənət , dizayn , moda və arxitektura və texnika daha çox irəliləmişdir.
Çelvənd
Çelvənd dehestanı — İranda, Gilan ostanının Astara şəhristanının Ləvəndil bəxşində inzibati ərazi vahidi. Çelvənd (Astara, İran) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd.
Levens
Levens (fr. Levens) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turet-Levens kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Levens kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 29,85 km², əhalisi — 4427 nəfərdir (2006) artım tendensiyası ilə: 4761 nəfər (2012), əhalinin sıxlığı 159,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 4709 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 4761 nəfər.