RƏVAYƏT

[ər.] сущ. риваят, гвечӀи мах, кьиса, гьикая; // rəvayət etmək риваят авун, лугьун, рахун, ахъаюн (мес. са ихтилат); rəvayətə görə риваятдиз килигай, лугьунриз килигай, рахунриз килигай.
RƏVANLIQ
RƏY
OBASTAN VİKİ
Rəvayət
Rəvayət — bir hadisə, əhvalat haqqında nəsillərdən nəsillərə ağızda dolaşan, mövzusu çox zaman fövqəladə xarakter daşıyan qısa nağıl, hekayə. Rəvayətlərdə uzaq və yaxın dövrün tarixi həqiqətləri özünəməxsusluğu qorumaqla bədii təfəkkürə məxsus konkretliyi qoruyub saxlayır. Rəvayətlər konkret bir hadisəni, faktı əhatə edir və ibrətamiz bir sonluqla bitir. == Növləri == Rəvayətlər 2 cür olur: Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlər. Toponimlərlə (coğrafi ərazilərlə) bağlı rəvayətlər. Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlərə Nuh peğəmbər, Süleyman peyğəmbər, Astiaq, Tomris, Nadir şah, Makedoniyalı İsgəndər, Əmir Teymur və başqa ədəbi-tarixi şəxsiyyətlərin həyatına dair rəvayətləri misal göstərmək olar. Toponimlərlə bağlı "Şuşa", "Qırxqız", "Bayandur", "Qız qalası", "Dadməlik dağı", "Qarı dağı", "Sınıq körpü", "Bibiheybət", "Şuşa", "Xatun arxı" rəvayətləri isə yer adları ilə bağlı yaranmış rəvayətlərdir. Yazıçı və şairlərimiz yaradıcılığında bir çox hekayə, nağıl və poemalarda rəvayətlərdən yararlanmışlar. Cəfər Cabbarlı "Qız qalası", Mikayıl Müşfiq "Çoban", Səməd Vurğun "Aslan qayası" poemalarının, İlyas Əfəndiyev "Qarı dağı" hekayəsinin mövzusunu xalq rəvayətlərindən götürmüşdür. Rəvayətlər nə vaxtsa həqiqətən baş vermiş, lakin ağızdan-ağıza keçərkən ilkin dəqiqliyini, təfərrüatını itirmiş söhbətlərdir.
Azərbaycan rəvayətləri
Azərbaycan rəvayətləri — Azərbaycan xalq nəsrinin formalaşmasında xüsusi yeri olan janrlardan biridir. Azərbaycan ədəbiyyatının bizə gəlib çatmış qədim nümunələri hələ yazıdan xeyli əvvəl, ümumi bədii inkişafın "nisbətən aşağı pillədə", kainat, yaradılmış, həyat haqqında ibtidaimifolji mərhələdə olduğu zamanlarda əsasən şifahi surətdə meydana çıxmışdır.Bu nümunələri əsrlər boyu toplanıb yazıya köçürülməmiş, şifahi şəkildə ağızdan-ağıza nəsildən-nəslə keçərək yaşamışdır. Azərbaycan ədəbiyyatında belə nümunələrdən biri də rəvayətlərdir. Azərbaycan rəvayətləri üç yerə bölünür: Əxlaqi-ibrətamiz rəvayətlər. Toponomik rəvayətlər. Dini rəvayətlər Birinci qrup rəvayətlərdə əsas məqsəd əxlaqi-ibrətamiz keyfiyyətlər aşılamaqdır. İkinci qrup rəvayətlər əsasən yer-yurd (kənd, şəhər, çay, dağ və s.) adları ilə bağlı meydana gələn rəvayətlərdir. Üçüncü qrup rəvayətlərdə də ibrətamiz yekun nəzərə çapdırılır.
Rəvayətçi
Rəvayətçi — ədəbiyyat mətnləri, kino, teatr, teleserial və s. kimi sahələrdə sözügedən hadisələri təsvir edən xəyali bir varlıqdır. Rəvayətçilərin hadisələrin gedişatında müxtəlif funksiyaları vardır: ya onlar hadisələri şərh edirlər, ya oxucuları (izləyiciləri) hadisələr ilə tanış edirlər, ya da hadisələrin gedişatına şahidlik edirlər. Ədəbiyyat növləri (roman, hekayə və s.) əsasən bir rəvayətçi tərəfindən nəql edilir. Rəvayətçilərin insan olmadıqları ədəbiyyat əsərləri nümunələri də vardır. Məsələn, məşhur ABŞ yazıçısı olan Mark Tvenin “Mikroblarla üç min il” əsərində rəvayətçi insan yox, vəba mikrobudur. Bəzi ədəbi əsərlərdə isə rəvayətçi bir deyil, birdən çoxdur. Məsələn, Orxan Pamukun yazmış olduğu “Mənim adım qırmızı” romanında müxtəlif rəvayətçilər vardır. Ət-Tayyib Əs-Salihin yazmış olduğu “Mövsümül-Hicrə iləş-Şimal” romanındakı rəvayətçi isə adı əsər boyu açıqlanmayan bir personajdır. Bununla belə, bu adı məlum olmayan rəvayətçinin müəllifin digər kitablarında rast gəlinən Mühəymid adlı personajla eyni olduğu fikri irəli sürülmüşdür.

Digər lüğətlərdə