Rəşad Ələkbərov (azərb. Ələkbərov Rəşad İlqar oğlu;15 sentyabr 1997, Gəncə – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi
Rəşad Ələkbərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Şuşa-Laçın yolu |
Dəfn yeri | Gəncə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 20202020 |
Ələkbərov Rəşad İlqar oğlu 1997-ci il 15 sentyabrda, Gəncə şəhərində anadan olmuşdur. Əslən Gədəbəy rayonundandır[1] Gəncə şəhəri 44 saylı orta məktəbi bitirmişdir.
Anası Nailə Ələkbərova Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ müharibəsi veteranıdır. Dayısı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, ehtiyatda olan zabit Faiq Ələkbərlidir [2]
2016-ci iyulundan 2018-ci ilin yanvarınadək Ağcabədi, Füzuli, Beyləqan rayonlarında hərbi xidmətdə olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Şuşa işğaldan azad olduqdan sonra ordumuzun Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı noyabrın 9-da şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilmişdir[3].