Dağınıq suincilosu
Gövdəsi 150 sm-ə qədər uzunluqda, nazik,çılpaq olan çoxillik ot bitkisidir.
== Yarpaq ==
Yarpaqları açıq-yaşıl rənglidir,nazikdir; yarpaq ayasının uzunluğu 3-4 sm-dir,üçqat-üç hissəyə bölünmüş tükşəkilli payları vardır.
== Çiçək ==
Çiçəklərinin diametri 8-10 mm-dir.Çiçək saplağı yarpaqlardan uzun və ya ona bərabərdir. Ləçəkləri əksinəyumurta-şəkillidir,ağ rənglidir, demək olar ki, kasa
yarpaqlarından iki dəfə uzundur.
== Meyvə ==
Meyvələrinin sayı 15-30 ədəddir,yuxarı hissədə bozumtul-cod tüklüdür.
== Çiçəkləməsi ==
Aprel
== Meyvə verməsi ==
Aprel-İyul
== Azərbaycanda yayılması ==
BQ (Quba), BQ şərq, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. Oval. Ovalıqdan yuxarı dağ qurşağına qədər.
== Yaşayış mühiti ==
Durğun və yavaş axan sularda, göllərdə rast gəlinir.