Çalınmış qatıq tam tutmamışsa, ona südlü-sümən deyirlər. Dilimizdə yaxşı yetişməmiş qarğıdalı, taxıl sünbülü və s. sütül adlanır. Zənn edirəm ki, sütül “su” sözü ilə kökdaşdır, “sulu” (suyu çox) deməkdir. Sümən komponenti сырой mənasında işlədilmiş süllük (sül kimi də işlədilib) kəlməsi ilə qohumdur. Südlü-sümən sözü sinonimlər birləşməsidir (sütül və süllük kəlmələri sinonim olub, südlü-sümən də sütül-süllük formasında işlədilib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)