sümük
sün'i
OBASTAN VİKİ
Süngü
Süngü (ştık alm. stich‎ — “nizə zərbəsi”) — silahın (tüfəng, karabin, pulemyot) lüləsinə bərkidilmiş, süngü ilə döyüş zamanı nizə kimi istifadə olunmasına imkan verən soyuq deşici silah; əsgər ləvazimatının bel kəmərinə də (başqa yerdə) taxmaq olar. XVII əsrdən Birinci Dünya müharibəsinə qədər süngü piyada hücumları üçün əsas silah hesab olunurdu. Hal-hazırda süngü ikinci dərəcəli silah və ya istifadə edilən sonuncu silah sayılır. Süngünün sonrakı versiyası bıçaqlı süngüdür.
Süngün mis mədəni
Süngün mis mədəni — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Süngün kəndində yerləşir. Bu mədən Qaradağ dağlarındadır. Bu mədəndə misdən başqa molibden, qızıl, gümüş və digər mühüm elementlər yanaşı metalları ilə var.
Süngüdərəsi (Ağyaxa)
Süngüdərəsi — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Əhalisi 87 nəfərdir (2022).

Digər lüğətlərdə