Sığınaq
Sığınaq, Sığınacaq və ya Bunker (alm. Bunker) — nüvə silahı, adi silahlar, bioloji və kimyəvi hərb maddələrinin təsirlərindən və təbii fəlakətlərdən insanlar tərəfindən, insanların yaşaması və ölkənin müharibə vaxtı və ya sonrası varlıqları və əşyaları qorumaq məqsədi ilə inşa edilən qorunma yərləridir.
== Məqsədinə görə sığınaq növləri ==
Sığınaqlar məqsədinə görə iki yerə ayrılır:
Özəl sığınaqlar: Evlərdə, rəsmi və özəl idarə, fabrika ve müəssəsələrin zirzəmilərində və ya baxçalarında qurulur. Buralarda oturan ailə, məmur və işçilərin qorunması üçün qurulan tikintilərdir.
Geniş sığınaqlar: Əhali və nəqliyyat çox olduğu yerlərdə xalqın qorunması üçün qurulan tikintilərdir.
== İstifadəsinə görə sığınaq növləri ==
Sığınaqlar istifafəsinə görə iki yerə ayrılırlar.
Təzyiq sığınaqları: Nüvə silahların anı (işıq, istilik, təzyiq və ilk radiasiya) və onun qalığı (radioaktiv tullantılar) təsirləriylə, adi silahların təsirlərinə, kimyəvi və bioloji hərb maddələrinə qarşı qorunmaq məqsədi ilə dövlət tərəfindən inşa edilən sığınaqlardır.
Səpinti sığınaqları: Nüvə silahların radioaktiv səpinti təsirlərinə qarşı qorunmaq məqsədi ilə inşa edilən sığınaqlardır. Bu sığınaqlar; kimyəvi və bioloji hərb maddələrinə, nüvə silahların zəifləmiş təzyiq və istilik təsirlərinə və adi silahların dəriyə tesirlərindən qorunması üçün inşa edilən sığınaqlardır.