SƏLİB MÜHARİBƏLƏRİ

XI-XIII əsrlərdə Qərbi Avropa feodallarının katolik kilsəsinin təşəbbüsilə Yaxın Şərq və Pribaltika əhalisinə, habelə Şərqi Avropa slavyanlarına qarşı apardıqları işğalçılıq yürüşləri.
SƏLİB
SƏLSƏBİL
OBASTAN VİKİ
Səlib Yürüşləri
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XIIl əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Səlib yürüşü
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XIIl əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Albiqoy səlib yürüşü
Albi müharibələri və ya Albiqoy (Katar) səlib yürüşü — Lanqedok əyalətində katar təriqətinin kökündən ləğv edilməsi məqsədi ilə Roma-Katolik kilsəsinin təşəbbüsü ilə keçirilən səlib yürüşləri. Roma papası III İnnokentinin katar hərəkatının dayandırılması təşəbbüsü yerli ruhanilərə və feodallara təsir etmədikdən sonra, o silah gücünə əl atmağa qərara gəldi. 20 il çəkən bu səlib yürüşü ərzində azı 1 milyon adam öldürüldü. Albiqoy səlib yürüşü Dominikan ordeninin və inkvizisiyanın təsis olunmasında, katolik kilsəsinin bidətlə mübarizəsində güclü vasitə olmasında əsas rol oynadı. Bəzi tədqiqatçılar Albiqoy yürüşünü Avropada ilk düşünülmüş soyqırım hesab edirlər. XII əsrin sonlarından etibarən Fransada aparılan mərkəzləşdirmə siyasətinin gedişində şimal əyalətlərinin cənuba qarşı apardığı müharibə. Cənub əyalətlərinin iqtisadi cəhətdən çox güclü olması şimal əyalətlərinin cənubu iqtisadi cəhətdən asılı hala salmasına mane olurdu. Cənubda yayılmış, öz xüsusiyyətlərinə görə şəhərlilərin mənafeyini müdafiə edən Valdenslərlə Katarlar təriqətinin Papa III İnnokenti tərəfindən bidətçi elan olunması bu müharibənin başlanmasını daha da sürətləndirdi. Cənubi Fransa şəhərlərinin tərəqqi etmiş iqtisadi vəziyyəti və onların siyası müstəqilliyi bu şəhərlərdə ictimai ziddiyətlərin qüvvətlənməsinə və kəskin məfkurə mübarizəsinə səbəb oldu.Bu özünü cənub vilayətlərində valdenslər və katarların təriqətçı təlimlərinin yayılmasında büruzə verdi.Bu təlimlər anti-feoadal xüsusiyyətə malik idilər.12-ci əsrin ortalarında onları ümumi adla-“Albiqoyçular” (təriqətlərin baş şəhəri Albi şəhərinin adı ilə) adlandırmağa başladılar.Albiqoyçular bu dünyanı və katolik kilsəsinin özünü şeytan əməli hesab edirdilər , əsas kilsə ehkamlarını rədd edirdilər , kilsə iyerarxiyası , kilsə torpaq sahibliyi , və desyatinin ləgv olunmasını tələb edirdilər.Dini örtük halında şəhərlərin daha da inkişafına mane olan feodallara qarşı , ilk növbədə , katolik kilsəsinə qarşı mübarizə başlamışdı.Albiqoyçuların əsas kütləsi şəhərlilər idi.Lakin onlara xüsusilə hərəkatın əvvəlində , kilsənin torpaq sərvətinə göz dikən cəngavərlər və əyanlar da qoşulmuşdular.Tuluza qrafı Raymond da albiqoyçulara meyl edirdi. Kilsə hələ 12-ci əsrin 70-ci illərində təriqətin qarşısını almağa cəhd göstərdi.Lakin bu uğursuzluqla nəticələndi.Onun təsiri Şimalı Fransada , habelə bəzi Qərbi Avropa ölkələrində də hiss olunmağa başladı.1209-cu ildə Papa III İnnokenti albiqoyçulara qarşı Şımalı Fransa yepiskopları və onların vassallarının Papa nümayəndəsinin başçılığı altında “xaç yürüşü” təşkil edə bildi.Varlı cənub şəhərlərinin hesabına varlanmaq niyyətinə düşən Şımalı Fransa cəngavərləri yürüşdə həvəslə iştirak etdilər.Onlardan biri-Baron Simon de Monfor yürüşün hərbi başçısı oldu.Mərdliklə müqavimət göstərmələrinə baxmayaraq bir çox cənub şəhərləri (Bezye , Karkasson və s ) alındı və qarət olundu.Əhali isə qilincdan keçırıldı.Müre yaxınlığındakı vuruşmada (1213) xaçlılar həlledcı qələbə qazandılar.Tuluzalı Raymond yalnız Tuluza , Nim , Boker və Ajanı öz əlində saxlaya bildi , başqa şəhərlərdə isə Monfor hökmranlıq edirdi.O, həlak olduqdan sonra (1218) Cənubi tabe etmək etmək uğrunda müharibəyə fransa kralı VIII Ludovikin özü qarışdı.1224-cü ildə və 1226-cı illərin uğurlu yürüşləri nəticəsində o , Tuluza qraflığını və Aralıq dənizi sahil boyu torpaqların bir hissəsinin (1229) kral mülklərinə birləşdirdi.Cənub-qərb qraflıqları müstəqilliklərini saxladılar.
Alman səlib yürüşü
Alman səlib yürüşü, həmçinin Reynland qırğınları (ivr. ‏גזירות תתנ"ו‏‎) — tarixdə Birinci səlib yürüşünün ilk mərhələsi kimi xatırlanır. Hadisə 1096-cı ildə fransız və alman kəndlilərinin cəngavərlərlə əlbir olub Avropada yəhudi icmalarına qarşı talanlara başlamasına müvafiq olaraq adlandırılmışdır. Tarixdə bu hadisə ilk antisemitizm kütləvi xalq hərəkatı kimi tanınmaqdadır. Bu hərəkat sonrakı əsrlər boyu geniş yayılaraq yekunda Holokostla nəticələnmişdir. Yəhudilər əleyhinə əhval-ruhiyə Avropada yüzilliklərlə mövcud olmuşdur. VII əsrdə katoliklər tərəfindən yəhudilərin kütləvi xristianlaşdırılması, 888-ci ildə Fransanın Meç şəhərində baş vermiş, 1000-ci ildə Miladın minillik yubileyində olan iğtişaşlar, 1066-cı ildə Trir şəhərindən yəhudilərin qovulması kimi hadisələr buna misaldır. Lakin xristian dünyası tarixçiləri tərəfindən bütün bunlar ənənəvi olaraq yəhudi icmasının qanundan kənar, hüquqsuz olması ilə izah edilir. İspaniyada VIII əsrdə Rekonkista getdiyi bir dövrdə Pireneyə gəlmiş xaçlı cəngavərlər müsəlmanlarla yanaşı, yəhudiləri də qanına qəltan edirdilər. Cəngavər özbaşınalığı elə bir həddə çatmışdı ki, 1063-cü ildə papa II Aleksandr buna — yəhudilərin öldürülməsinə, eləcə də 1007–1012-ci illərdə geniş vüsət almış, yəhudilərin Fransada kral II Robert və Almaniyada II Henrix tərəfindən məcburi xristianlaşdırılmasına qarşı çıxmağa məcbur olmuşdur.
Birinci Səlib yürüşü
Birinci səlib yürüşü Qərbi Avropa ölkələrinin Yaxın Şərqə-Qüdsü və Fələstini ələ keçirmək məqsədilə hücum etdiyi Səlib yürüşlərinin bir hissəsidir. Bu yürüş səlib yürüşlərindən birincisi olmasa belə, elmi ədəbiyyatda Birinci səlib yürüşü adını almışdır. Çünki, səlib yürüşlərinin ilki olan İlk Səlib yürüşündə hakim feodallar deyil, qara camaat aparıcı qüvvə idi. 3 il çəkən müharibələrin sonunda xristianlar Qüdsü və bir sıra digər əraziləri ələ keçirərək, burada dörd feodal dövlət qurdular.
Dördüncü Səlib Yürüşü
Dördüncü Səlib Yürüşü yaxud Dördüncü Xaç Yürüşü ― (1200-1204) Səlib yürüşü. Papa III İnnokenti Qüdsü qurtarmaq üçün bütün Avropanı səfərə çağırır və 1202-ci ildə Venesiyadan səfər başlayır. Səlibçilərin yürüşə başladıqda məqsədi məqsədi Misiri tutmaq, daha sonra isə oradan Qüdsə gedərək şəhəri "azad etmək" idi. Amma venesiyalılar bu səfərin məqsədini dəyişdirdilər. Səlibçilər İstanbulu ələ keçirdi və 1204-cü ildə burada Latın imperiyası qurdular.
I Səlib Yürüşü
Birinci səlib yürüşü Qərbi Avropa ölkələrinin Yaxın Şərqə-Qüdsü və Fələstini ələ keçirmək məqsədilə hücum etdiyi Səlib yürüşlərinin bir hissəsidir. Bu yürüş səlib yürüşlərindən birincisi olmasa belə, elmi ədəbiyyatda Birinci səlib yürüşü adını almışdır. Çünki, səlib yürüşlərinin ilki olan İlk Səlib yürüşündə hakim feodallar deyil, qara camaat aparıcı qüvvə idi. 3 il çəkən müharibələrin sonunda xristianlar Qüdsü və bir sıra digər əraziləri ələ keçirərək, burada dörd feodal dövlət qurdular.
Uşaqların Səlib Yürüşü
Uşaqların Səlib Yürüşü — 1212-ci ildə əsasən dini təbəqələr tərəfindən müsəlmanlara qarşı qızışdırılan, qarşı çıxarılan hərbi səfərdir. Burada məqsəd müsəlmanların əlində olan Qüds və ətrafındakı müqəddəs torpaqları yenidən azad edib xristianlara qaytarmaqdır. Bu səfər Dördüncü Səlib Yürüşü ilə Beşinci Səlib Yürüşü arasındakı vaxtda Almaniya və Fransada əsasən uşaqlardan ibarət ordu qruplarının Avropanın Aralıq dənizi sahillərinə qədər piyada irəliləməsidir. Almaniyada 20.000 uşaqla "Nikolas" adlı uşağın başçılığı ilə Fransada 30.000 uşaqla "Stephen" adlı uşağın başçılığı ilə uşaqlardan ibarət ordu quru yolu ilə Avropanın Aralıq dənizi sahillərinə qədər gedirlər; sahildə Musa peyğəmbər kimi dənizin yarılıb Qüdsə yol açılmasını gözləyirlər, amma dəniz yarılmır və uşaqların bir qismi ordakı xristian ailələrlə qalırlar, bir qismi yolda aclıqdan ölür, bir qismi gəmiylə aparılarkən qəzada ölürlər və bir qismi də venesiyalı tacirlər tərəfindən Şimali Afrika sahillərinə aparılaraq qul bazarlarında satılırlar. Alman uşaq səlib yürüşünü təşkil edən "Nikolas" adında çoban uşaq idi. Bu çoban Rhinelandın bir kəndində böyümüşdü. 1212-ci ilin Paskal həftəsindən sonra Köln şəhərinin "üç Krallar" adlı yerində vaazlar verməyə başlayır. O, vaazlarında yuxusunda bir mələyin gəldiyini və müqəddəs xristian məzarlarını müsəlmanların əlindən xilas edəcəklərini, eyni zamanda Musa peyğəmbər kimi dənizin aralanacağını və onların qısa yolla Qüdsə gedəcəklərini və ordakı müsəlman ərəbləri xristian edə biləcək qabiliyyətlərinin olduğunu deyir. Tezliklə onun vaazlarına çox sayda uşaq yığılır. Nikolas 20.000 uşaq ilə yola çıxır.
Üçüncü Səlib yürüşü
Üçüncü Səlib yürüşü, 1189-1192-ci illər arasında baş vermiş Səlib yürüşüdür.Səlahəddin Əyyubi Qüdsü Səlibçilərdən aldıqdan sonra Avropada yeni bir Səlib yürüşü təşkil edildi. Üçüncü Səlib yürüşü (1189-1192) Böyük xristian liderlərinin (İngiltərə, Fransa və Müqəddəs Roma İmperiyası) 1187-ci ildə Səlahəddin tərəfindən Qüdsü zəbt etməsindən sonra müqəddəs torpağı yenidən alma cəhdi idi. Akre və Yaffa'nın ən əhəmiyyətli şəhərlərini geri alması və Səlahəddin fəthlərinin əksəriyyətini geri alması qismən müvəffəq oldu, lakin Səlib yürüşünün və dini diqqətinin əsas hədəfi olan Qüdsü geri ala bilmədi. Alman imperatoru təxminən yüz min nəfərlik ordusu ilə Anadoluya girdi. Gözlənilməz bir müdafiə ilə qarşılaşan və ağır itkilər verən Alman imperatoru I Fridrix Barbarossa Silifkedə boğulduqda ordusu dağıldı. Dəniz yolu ilə hərəkət edən Fransız və İngilis səlibçiləri Səlahəddin Əyyubini məğlub edə bilməyib geri döndülər. Qüdsün itirilməsi xəbəri bütün Avropada şok təsiri oyatmışdı. Kilsə dərhal hökmdarları səfərə çağırsa da, onlar müxtəlif səbəblər üzündən bunu gecikdirdilər. Nəhayət, Almaniya imperatoru Fridrix Barbarossa 1189-cu ildə səfərə çıxdı. Ancaq imperatorun Qüdsə çatmadan, indiki Mərsin şəhərinin yaxınlığında çayda boğulması ilə başsız qalan ordunun qalıqları güclə Fələstinə gəlib çatdı.
İkinci Səlib yürüşü
İkinci Səlib yürüşü — Avropada başlayan ikinci əsas xaç yürüşü. İkinci səlib yürüşü 1144-cü ildə Zəngi qüvvələrinin Edessa əyalətini işğal etməsinə cavab olaraq başlandı. Əyalət 1098-ci ildə Birinci Səlib yürüşü ərəfəsində (1096-1099) Kral Boluqne Baldvin tərəfindən əsası qoyulmuşdur. Baxmayaraq ki ilk yaranan səlib dövləti idi, həmçinin ilk dağılan səlib dövləti oldu. İkinci Xaç yürüşü Papa III Yugin tərəfindən elan olundu və Avropa krallarının (Fransa kralı VII Luis, Almaniya kralı III Konrad və bir çox başqa Avropa zadəganları) başçılıq etdiyi ilk yürüş oldu. Hər iki kralın ordusu Avropa boyu nizamla irəliləməyə başladı. Bizans ərazisindən Anadoluya keçəndə ordular ayrı-ayrılıqda Səlcuq türkləri tərəfindən məğlub edildilər. Əsas qərbi xristian mənbəsi Deuil Odoya və Suriya xristian mənbələrinə görə Bizans imperatoru I Manuel Komnenos gizlicə səlibçilərin yürüşlərinə xüsusilə Anadolu bölgəsində maneələr törətdi, iddia edilir ki, türklərin səlibçilər üzərinə hücuma keçməsini məhz imperator göstəriş vermişdi. Krallar Luis, Konrad və ordunun qalan hissəsi Yerusəlimə çatdılar və 1148-ci ildə Dəməşq üzərinə müvəffəqiyyətsiz hücuma keçdilər. Yürüş şərqdə uğursuzluğa uğradı və müsəlmanlar qalib gəldilər.
Səlib əl-Türkmən
Səlib əl-Türkmən (türk. Sılayip Türkmen, ərəb. صليب تركمان‎ və ya ərəb. صليب التركمان‎) Suriyanın şimal-qərbində, inzibati cəhətdən Əl-Laziqiyyə mühafəzəsinin tabeliyində yerləşən Əl-Laziqiyyənin şimalında yerləşən kənddir. Yaxınlıqdakı yerlərə cənubda Əl-Şamiyyə və Burc İslam, şərqdə Ayn əl-Bayda, əl-Bəhluliya və əl-Şəbatliyah daxildir. Suriya Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2004-cü il siyahıyaalınmasında Səlib əl-Türkmənin əhalisi 3466 nəfərdən ibarət idi. Sakinləri əsasən türkdilli Suriya türkmənləridir və sünni-hənəfi müsəlmanlardırlar.
Hindi müharibələri
Hindu müharibələri (ing. American Indian Wars) — Şimali Amerikanın yerli əhalisi ABŞ-də yerli amerikalılar ilə Avropadan gəlmiş miqrantların nəsillərindən olan amerikalılar arasında 1622–1924-cü illərdə fasilələrlə davam etmiş silahlı toqquşmalar silsiləsi. Bu toqquşmalar ABŞ İstiqlal müharibəsindən iki əsr əvvəl başlamış və müharibə bitəndəndən sonra belə bir neçə əsr davam etmişdir. Nəticədə on milyonlarla yerli əhali avropalılar tərəfindən qəsdən və amansızcasına məhv edilmişdir. Müharibənin əsas səbəbi Amerika qitəsini şərqdən işğal etməyə başlayan avropalıların sürətli şəkildə artması və bunun nəticəsində yerli əhali olan hinduların qərb istiqamətində sıxışdırılması olmuşdur. Bu müharibə nəticəsində hindu soyqırımları da baş vermişdir. 1894-cü ildəki hesablamalara əsasən ABŞ və hindular arasında 40-dan çox döyüş baş vermiş, nəticədə 30,000 hindu və 19,000 müstəmləkəçi həlak olmuşdur. 2010-cu il hesablamalarına əsasən ABŞ əhalisinin yalnız 0,9%-i ABŞ hindularından (Alyaska yerliləri) ibarətdir. Amerika qitəsinin kəşfindən əvvəl isə burada nə qədər hindunun yaşadığı barədə isə dəqiq məlumat yoxdur. Hinduların immun sisteminə yad olan Avropa mənşəli yoluxucu xəstəliklər, qəbilə arası müharibələr, Avropa müstəmləkəçilərinə qarşı müharibələr, Kanada və Meksikaya köç və assimilyasiyanın təbii nəticəsi olaraq ABŞ hindularının sayı XIX əsrdə bir milyonun altına düşmüşdür.
Makedoniya müharibələri
Makedon müharibələri (e.ə III–II əsrlər) — Roma ilə Makedoniya arasında Yunanıstan üzərində heqemoniya uğrunda gedən və Makedoniyanın darmadağın olunması ilə bitən üç müharibə. Kanna döyüşündən sonra Makedoniya çarı V Filipp Makedoniyalı Romaya qarşı Hanniballa ittifaqa daxil oldu. Makedoniya İliriya üzərində heqemonluğunu qurmaq, Adriatika sahillərinə çıxmaq və Kiçik Asiyada öz ərazilərini genişləndirmək istəyirdi. Romalıların əsas qüvvələri İtaliyada Hanniballa məşğul olduqları üçün, Balkanlardakı əməliyatlara kiçik qoşun ayrılmışdı. Lakin say üstünlüyünə malik makedoniyalılar qətiyətsiz hərəkət edirdilər; romalılar isə kifayət qədər qüvvələrinin olmamasından, ellinistik aləmdə baş verən Makedoniya əleyhinə çıxışları hər cürə dəstəkləyirdilər. E.ə 205-ci ildə müharibə sülhlə bitdi, lakin Roma ilə Makedoniya arasındaki münasibətlər tənzimlənməmiş qaldı. Buna baxmayaraq Roma Yunanıstana öz təsirini artıra bildi. İkinci Punik müharibəsindəki (e.ə 218–201) qələbəsindən sonra, Roma Balkanlarda öz işğalçı siyasətini fəallaşdırdı və Makedoniyanı, Karfagenlə əlaqələrdə, önun müttəfiqlərinə hucumlarda və beləliklə müqaviləni pozmaqda suçladı. Bu vaxt ərzində Makedoniyanın daxili qüvvələri tükənmişdi, ölkənin daxilində çara qarşı müxalifət artırdı, Roma ilə müharibə populyar deyildi. V Filippin Roma ilə anlaşmaq cəhdləri boşa çıxdı.
Napoleon müharibələri
Napoleon müharibələri — adı altında noyabr 1799 (1798)-cu ildən başlayaraq iyun 1815-ci ilə qədər I Napoleonun birinci konsulluq və imperatorluğu dövründə Fransanın digər Avropa ölkə və imperiyalarına qarşı apardığı müharibələr nəzərdə tutulur. Geniş mənada bura Napoleonun İtalya kompaniyası (1796–1797) və onun Misir ekspedisiyası (1798–1799), Fransız inqilabı müharibəsi daxildirlər. 18 brümer çevrilişi (9 noyabr 1799 cu il) Fransada hakimiyyəti hədsiz ehtiras və qabiliyyətə malik bir sərkərdəyə Napoleona tapşırmış olur. Bu vaxt məhz Avropada qatma-qarışıqlıq, hərcmərclik höküm sürürdü. Avropanı bürüyən inqilab dalğası yeni qayda qanun tələb edirdi ki, mövcud hakimiyyətlər buna qabil deyildirlər. Bu özünü həm idarəetmədə, həm maliyədə və həm də ordu idarəçiliyində özünü göstərməkdə idi. Məhz bu şəraiti düzgün qiymətləndirə bilən Napoleon getdikcə Avropanın hakiminə çevrilməyə başlayırdı. Hələ brümer çevrilişindən əvvəl İtaliya ordusunun ali komandanı olan zaman Avropa sərhədlərini çızmağa başlamışdır. Misir ekspedisiyası zamanı isə şərq planlarını cızırdı. Birinci konsul olduqda arzu edirdi ki Rusiya imperiyası ilə birlikdə ingilisləri Hindistandan sıxışdırıb çıxartsın.
Pun müharibələri
Pun müharibələri (e.ə. 264–146, adı punlardan, yəni karfagenlilərdən gəlir) — Karfagenlə Qədim Roma arasında əvvəlcə Siciliyada, sonra Aralıq dənizinin bütün qərb sahilində hökmranlıq uğrunda müharibələr. 1-ci Pun müharibəsi (e.ə. 264–241) Siciliya uğrunda aparılırdı. Romalılar dənizdə bir sıra qələbələr (e.ə. 260, 256, 251, 241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı (Sirakuza və ətrafından başqa) və bəzi adaları, sonra isə Sardiniya və Korsikanı ələ keçirdi. 2-ci Pun müharibəsi (e.ə. 218–201) Karfagenin qisas cəhdindən doğmuşdu.
Qunduz müharibələri
17-ci əsrdə baş verən Qunduz müharibələri, Müqəddəs Lavrenti və daha aşağı Böyük Göllər bölgəsində iqtisadi rifah uğrunda müharibə idi. Müharibələrdə İrokezlər, Huronlar, şimal Alqonkinləri və onların Fransız müttəfiqləri, xəz ticarətini nəzarət altına almağa çalışırdılar. Avropalılar orta əsrlərdən etibarən Rusiya və Skandinaviyadan xəz əldə edirdilər. Bu qəbilələrin hərbi gücü və diplomatik bacarıqları, on yeddinci əsrin sonlarından on səkkizinci əsrin sonlarına doğru Avropa-Hindu əlaqələrində böyük rol oynadı. İrokezlər , torpaqlarını genişləndirmək və xəz ticarətini və Avropa bazarları ilə Qərbi Böyük Göllər bölgəsinin qəbilələri arasındakı ticarəti özəlləşdirməyə çalışırdılar. Onlar 5 Konfederasiyadan -Mohauk, Oneida, Onondaqa, Kayuqa və Senekadan ibarət idi. (Konfederasiya, daha sonra Tuskaroranın 18-ci əsrdə qəbul edildiyindən sonra 6 xalqdan ibarət oldu.) Vaşinqton və Ottavadakı hökumət səlahiyyətliləri, İrokez suverenliyini yalnız fərdi tayfa hökumətləri varlığında gördülər. Suveren Mohauk başçılığındakı İrokez Konfederasiyası, Böyük Göllər bölgəsinin böyük Alqonkin dilində danışan qəbilələrinə qarşı hərəkətə keçdi. İrokezlər, Holland və İngilis ticarət tərəfdaşları tərəfindən silahlandırıldı. Alqonkinlər isə, əsas ticarət ortağı olan Fransızlar tərəfindən dəstəkləndi.
Ulduz müharibələri
Ulduz müharibələri (ing. Star Wars)—Corc Lukas tərəfindən hazırlanmış, əvvəlcə filmləriylə tanınmış, sonrakı illərdə cizgi roman, kompüter və konsol oyunları, televiziya istehsalları və s. budaqlarda ününü inkişaf etdirmiş uydurulmuş kainat və markadır. Film ardıcıllığının ilki 25 may 1977-ci ildə "20th Century Fox" kinokompaniyası tərəfindən "Star Wars" (Ulduz müharibələri) adıyla nəşr olunmuş və dünya səviyyəsində bir məşhur mədəniyyət fenomeni olmuşdur. Üç il arayla iki davam filmi nəşr olunmuşdur. Orijinal üçləmənin son filminin nəşr olunmasının 16 il ardından, "öncül" üçləmənin ilk filmi nəşr olunmuşdur və təkrar üç il arayla, digər iki film də nəşr olunaraq, bütün ardıcıllıq 19 May 2005-ci ildə tamamlanmışdır. 2008-ci ilin məlumatlarına görə altı "Ulduz müharibələri" filminin cəmi hasilatı təxminən olaraq 4.41 milyard dollardır. Bu hasilatla "Ulduz müharibələri" ardıcıllığı, Ceyms Bond və Harri Potter film seriyalarının ardından ən çox hasilat edilmiş üçüncü film ardıcıllığı olmuşdur. Corc Lukas filmləri, kitablar, televiziya serialları, video oyunları və cizgi romanlar kimi bir çox fərqli sahədə nəşrlərin ortaya çıxmasına vəsilə olmuşdur. Üçləmədə təsvir edilən fantastikaya xeyli çox yenilik gətirən bu yan məhsullar, seriyanın təqibçiləri tərəfindən genişlədilmiş Kainat adıyla bilinən uydurulmuş kainatın meydana gəlməsinə imkan yaradılmışdır.
Yuqoslaviya müharibələri
Yuqoslaviya müharibələri dedikdə Yuqoslaviya dövlətinin dağılmasına səbəb olan 1991-ci ildən 2001-ci ilə qədər davam edən, keçmiş Yuqoslaviyada baş verən müstəqil, lakin əlaqəli etnik münaqişələr, müstəqillik müharibələri və üsyanlar nəzərdə tutulur. Yeni ölkələrdə etnik azlıqlar arasındakı həll edilməmiş gərginliyə baxmayaraq, müharibələrə təkan verən yeni respublikalar yarandı. Döyüşlərin əksəriyyəti yeni dövlətlərin tam şəkildə beynəlxalq tanınması ilə, sülh razılaşmaları ilə nəticələndi, lakin bölgədə ciddi insan itkisi yarandı və iqtisadi ziyan vurdu. Əvvəlcə Yuqoslaviya Xalq Ordusu (JNA), separatçı hökumətləri əzməklə bütün Yuqoslaviyanın birliyini qorumağa çalışdı, lakin getdikcə serb millətçi ritorikasını oyadan və Serblərin bir dövlət olaraq birləşməsi üçün Yuqoslav məsələsini istifadə etmək istəyən Slobodan Miloşeviçin rəhbərlik etdiyi Serbiya hökumətinin təsiri altına düşdü. Nəticədə JNA, Slovenləri, Xorvatları, Kosova Albanlarını, Bosniyalıları və Etnik Makedoniyalıları itirməyə başladı və nəticədə Serb ordusuna çevrildi. Birləşmiş Millətlər Təşkilatının 1994-cü il tarixli hesabatına görə Serb tərəfinin Yuqoslaviyanı bərpa etmək məqsədi yox idi, lakin Xorvatiya və Bosniyanın bir hissəsindən olan "Böyük Serbiya" yaratmaq istəyirdi. Digər irredentist hərəkatlar da "Böyük Albaniya" (Beynəlxalq diplomatiyadan sonra tərk edilsə də, Kosovanın ərazisindən ibarət) və "Böyük Xorvatiya" (1994-cü ilədək, Vaşinqton Sazişi sona çatana qədər, Herseqovinanın ərazilərindən ibarət) kimi müharibələrlə əlaqələndirilmişdir. Adətən İkinci Dünya müharibəsindən sonra Avropanın ən ölümcül müharibələri olaraq qəbul edilən bu münaqişələr, bir çox müharibə , o cümlədən soyqırım, insanlığa qarşı cinayət və təcavüz hadisələri ilə qeydə alınmışdır. Bosniya soyqırımı İkinci Dünya müharibəsindən bəri rəsmi olaraq soyqırım kimi xarakterizə edilən Avropa qeydə alınan ilk cinayət idi və bunun bir çox əsas fərdi iştirakçıları müharibə cinayətləri ilə ittiham edildi. BMT tərəfindən bu cinayətlərə görə məhkəmə işinə baxmaq məqsədilə keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Məhkəməsi (BCM) təsis edilmişdir.Qeyri-stasionar məsələlərlə bağlı Beynəlxalq Mərkəzin məlumatına görə Yuqoslaviya müharibələri 140.000 insanın ölümü ilə nəticələndi.
İnformasiya müharibələri
İnformasiya müharibəsi (ing. information warfare) — informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən informasiya əməliyyatı. Bu tip informasiya əməliyyatlarına qarşı tərəfə məxsus informasiyaya, informasiyaya əsaslamış poseslərə və informasiya sistemlərinə zərər yetirməkdən ibarət fəaliyyət daxildir. Yaxın gələcəkdə düşmən üzərində üstünlük informasiyaların alınması, onlara operativ reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulmasi ilə əldə olunacaq. Elm və texnikanın inkişaf etdiyi hazırkı dövrdə hərbi əməliyyatlar ərəfəsində vuruşan tərəflər bir birinin silahlı qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrindən istifadəyə üstünlük verirlər. Bu təsir vasitələri arasında isə ən çox diqqət ayrılanı artıq bəzi inkişaf etmiş ölkələrin hərbi doktrinasında da öz əksini tapmış, informasiya təsirləridir. Məhz bu təsirləri qiymətləndirən bəzi dövlətlər özlərinin «informasiya müharibələri» strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından fərqli olaraq informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur. Hərbi analtiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir. Bununla yanaşı informasiya texnologiyalarının fiziki məhvi də vacib məqamlardan sayılır.
Qall müharibələri
Qall müharibələri (lat. Bellum Gallicum) — Roma Respublikasının qall tayfaları ilə e.ə. 58–50-ci illərdə bir neçə mərhələdə davam edən qarşıdurması. Müharibələr sonuncuların fəthi ilə başa çatdırmışdır. Yerli tayfaların dəvəti ilə Qalliyaya daxil olan Qay Yuli Sezar onların bütün torpaqlarını tədricən özünə tabe etmiş, bir sıra azadlıq üsyanlarını, o cümlədən e.ə. 52-ci ildə qalların ümumi üsynanı yatırtmışdır. Bundan başqa, o, cəza, fəth və nümayiş məqsədləri ilə iki dəfə Germaniya və Britaniyaya yürüşlər etmişdir. Daim qalların üstün qüvvələri ilə qarşılaşan Sezar dəfələrlə taktiki fəndlərdən və hiylələrdən, mürəkkəb mühəndis quruluşlarından istifadə etmiş, müharibənin kulminasiya əməliyyatında – Aleziyanın mühasirəsində şəhərin müdafiəçilərini və onların köməyinə gələn əlavə qüvvələri eyni zamanda məğlub etmişdir. Müharibə nəticəsində bir neçə milyon insanın yaşadığı 500 min kvadrat kilometr ərazi Roma Respublikasına birləşdirilmişdir. Qələbələri sayəsində Sezar Romada populyarlıq qazanmış və böyük sərvət toplayaraq e.ə.
Valyuta müharibələri
Valyuta müharibələri və ya rəqib devalvasiyası — öz ixrac həcmlərini artırmaq və idxalını artırmaq üçün bir sıra ölkələrin hökumətlərin və mərkəzi banklarının ardıcıl qəsdən hərəkətləri. İxrac həcmində artım, daxili ixracat müəssisələrinin istehsalının xarici valyutasının azalması və ixracatçıların qiymətini azaltmaq qabiliyyətinin azalması səbəbindən baş verir. Yerli valyuta dəyərsizləşməsi ilə idxal daha bahalı olur və buna görə yerli istehsalçılar üçün rəqabət üstünlükləri yaradan azalır. Son vaxtlara qədər xarici valyuta müharibələrinin fenomeni olduqca nadir idi. Epizodlardan birinin 1930-cu ildə baş verdiyi hadisənin, bəzi ölkələrin xarici ticarətinin həcmini yatırmaq üçün bəzi dövlətlərin satış valyutası olduqda, 1930-cu ildə hadisənin hadisəsidir. 2 oktyabr 2010-cu ildə, BVF Dominik Stross-Kan, Çində vəziyyətə istinadən və Braziliya Maliyyə Nazirliyinin dünya pul müharibəsinin başlaması ilə əlaqədar bəyanat, xarici valyuta müharibələrinin yeni başlaması yenidən mümkündür. Kaliforniya Universitetinin professoru Berkley Barri Eyxenqrin hesab edir ki, milli valyutaların zəifləməsinin nəticəsi pul siyasətinin liberallaşdırılmasını qismən əlaqələndiriləcəkdir.
Markoman müharibələri
Markoman müharibələri (lat. bellum Germanicum et Sarmaticum "German və Sarmat müharibəsi") — Roma imperiyası ilə german və sarmat tayfalarının mərkəzi Dunayda (indiki Moraviya, Slovakiya, Macarıstan və Rumıniya) apardıqları müharibələrə verilən ümumi addır. Bu müharibələr eramızın 166-cı ilindən 180-ci ilinə qədər Mark Avrelinin hakimiyyəti dövründə davam etmişdir. Bu günə qədər gəlib çatan qədim mənbələrdə müharibə "expeditio Germanica prima et secunda" adı ilə xatırlanır. Bundan başqa, eramızın 182-ci ildə Kommodun başa vurduğu və qədim mənbələrdə "expeditio Burica" adlandırılan müharibə 3-cü Markoman müharibəsi adlanır. Germanlara və sarmatlara qarşı mübarizə Roma imperatoru Mark Avreli hakimiyyətinin əsas mübarizələrindən biri idi, o, məhz onlara qarşı yürüşləri zamanı “Özümə”(yun. Τὰ εἰς ἑαυτόν) adlı fəlsəfi əsərini yazmağa başlayıb. Hakimiyyətə yüksəldikdən uzun illər sonra belə Roma imperatoru Antonin Piy İtaliyanı heç vaxt tərk etmədi; o, əhəmiyyətli fəthlərə başlamasa belə, əyalət legatlarına öz legionlarına tam komandanlıq etməyə icazə verdi. Tarixçi Adrian Goldsvors, Piyin hakimiyyəti dövründə təcavüzkar hərbi əməliyyatlar etməməsini, Parfiya ərazinə olan iddiaları ilə bağlayır. Parfiya ilə Roma arasında nəticələnən müharibə eramızın 161-ci ildən 166-cı ilə qədər davam etdi (Mark Avreli və Lusi Ver birgə hakimiyyəti altında.
Ezopus müharibələri
Ezopus müharibələri — XVII əsrin ikinci yarısında Nyu-Yorkun Olster dairəsində Lenape hindilərinin (delavarlar) Ezopus qəbiləsi ilə Yeni Niderland kolonistləri arasında baş tutmuş iki münaqişə. İlk müharibə mühacirlər tərəfindən qızışdırılmış, ikinci müharibə Exopus qəbiləsinin kininin davamı idi. Avropa müstəmləkəçiliyindən əvvəl Kinqston bölgəsində 1600-cü ilə qədər kiçik kənd icmalarında, delavarlardan hesab edilən təxminən 10,000 nəfərlik Ezopus qəbiləsi yaşayırdı. 1609-cu ildə Henri Hudzon onun adını daşıyan çayı tədqiq etmiş və bu, ezopuslar xalqı ilə avropalılar arasında ilk əlaqəyə səbəb olmuşdur. Holland mühacirlər 1614-cü ildə Nyu-Yorkun Kinqston şəhərində ticarət məntəqəsi tikmişdilər. Ezopus tayfası torpaqdan əkinçilik üçün istifadə etmiş və onlar postu dağıdıb məskunlaşanları cənuba qovmuşdular. Kolonistlər 1652-ci ildə Kinqstonda yeni qəsəbə qurmuş, lakin Ezopus onları yenidən qovmuşdur. Onlar kəndi müdafiə etmək üçün kiçik müdafiə qurğusu tikmişdilər. Atışmalar davam etmiş, lakin ezopuslar mühacirləri dəf edə bilməmiş və sonda torpağı onlara vermişdilər.
Karnatika müharibələri
Karnatika müharibələri — XVIII əsrin ortalarında Moğol imperiyasının xarabalıqlarından yaranan Hindustanın Karnatika bölgəsi dövlətləri arasında Britaniya və Fransa Ost-Hind şirkətləri şəklində avropalı müstəmləkəçilərin dəstəklədiyi və idarə etdiyi bir sıra hərbi münaqişələr. Münaqişələrə Moğol hakimiyyətinin süqutundan sonra Hindustanda çoxlu nominal müstəqil hökmdarlar və onların vassalları arasında hökmranlıq uğrunda mübarizə səbəb olmuşdu. Ost-Hind şirkətləri ölkədə öz səlahiyyətlərinin təsirini genişləndirmək üçün yerli hökmdarlar arasında intriqalarda fəal iştirak edirdilər. Karnatika müharibələri, ilk növbədə, Heydərabad nizamı tərəfindən idarə olunan Qodavari deltasının üstündəki ərazidə aparılmışdır.
Qarabağ müharibələri
Qarabağ müharibəsi yaxud Qarabağ müharibələri — 1988–2023 illərdə Azərbaycan–Ermənistan arasında Qarabağ münaqişəsi çərçivəsində baş vermiş müharibələr və döyüşlər.