SƏMA
SƏMƏND
OBASTAN VİKİ
Səmavi Mələkə
Səmavi Mələkə (lat. Regina Caeli) əsasən Katolik Kilsəsinin xristianları və daha az dərəcədə Anqlikanizm, Lüteranizm, və Şərqi Pravoslavlıqda xristianlar tərəfindən Bakirə Məryəmə verilən ünvandır. . Bu mövzuya dair katolik təlimi 1954-cü ildə Papa XII Pius tərəfindən nəşr edilmiş Ad Caeli Reginam ensiklopediyasında ifadə edilir. Məryəmin oğlu İsa Məsih İsrailin və İsrailin padşahı, eyni zaman da səmavi kral olduğuna görə Məryəmin də Cənnət Kraliçası adlandırıldığını bildirir. Həqiqətən də, İsrailin Davud ənənəsi padşahın anasını İsrailin Ana Kraliçası kimi tanıyırdı. "Səmavi Mələkə" titulu uzun müddətdir ki, katolik ənənəsi olub, dualara və sədaqət ədəbiyyatına daxil edilib və Qərb sənətində yüksək orta əsrlərdən Məryəmin tacqoyma mərasimi, ona kilisə tərəfindən rəsmi tərif statusu verilməmişdən çox əvvəl görülürdü. Səmavi Mələkə (lat. Regina Caeli) İsanın anası Məryəmin istifadə etdiyi bir çox Kraliça titullarından biridir. Bu titul qismən qədim katolik təlimindən irəli gəlir ki, Məryəm yer üzündəki həyatının sonunda bədən və ruhən cənnətə qəbul edilib və orada Kraliça kimi şərəfləndirilib. Pius XII 13 may 1946-cı ildə Fatimaya radio mesajında Kraliça titulunun teoloji səbəblərini izah etdi, Bendito seja :O, Allahın Oğlu, səmavi Anası üzərində Onun padşahlığının izzətini, əzəmətini və hökmranlığını əks etdirir, çünki insan Qurtuluş işində Şəhidlər Padşahı ilə … Ana və əməkdaşlıq edən kimi iştirak edərək, o, qalır.
Səmavi Qusarlar
Səmavi Qusarlar (rus. Небесные Гусары) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. 1989-cu ildə qurulmuşdur. 1991-ci ildə ağ, qırmızı və göy rənglərdən ibarət xüsusi dizaynını aldı və Su-25 təyyarələri ilə uçuşalr həyata keçirməyə başladı. Qrup hücum təyyarələri ilə pilotaj göstərən ilk komandalardan biridir. 1995-ci ildə komanda təyyarələrdənm məhrum oldu. 2000-ci ildə yeni pilotlar L-39 Albatros təyyarələri ilə təlimlərə başladılar. 2003-cü ildə komanda MiQ-29 təyyarələri əldə etdi. 2005-ci ildə eskadron ləğv olundu.
Vüsal Səmavi
Vüsal Rzayev (Vüsal Səmavi) (d. 2 fevral 1968, Naxçıvan) — Azərbaycan aktyoru, teatr rejissoru,dramaturq. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti. Vüsal Səmavi 1968-ci il, fevralın 2-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, ziyalı ailəsində anadan olub. 1975-ci ildə Şahbuz qəsəbə orta məktəbinin 1-ci sinfinə getmiş, 1985-ci ildə isə orta təhsilini başa vurmuşdur. 1986-1988-ci illərdə Ukraynanın Kiyev şəhərində hərbi xidmətdə olmuşdur. 1989-cu ildə Azərbaycan Dölət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyoru” fakültəsinə qəbul olmuş, 1994-cü ildə isə “Dram teatrı və kino aktyoru” ixtisası üzrə tam təhsilini başa vurmuşdur. 1993-cü ildə ailə həyatı qurmuşdur. İki övladı var. Eyni Universitetdə təhsil aldığı həyat yoldaşı da təhsilini bitirdikdən sonra, 1997-ci ildə ailəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikasına köçmüş və 1999-cu ildən etibarən həyat yoldaşı ilə birlikdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor vəzifəsində çalışmağa başlamışdır.
Səmavi Əyicə
Mustafa Səmavi Əyicə (türk. Semavi Eyice; 9 dekabr 1922, Kadıköy, İstanbul ili – 28 may 2018, İstanbul) — Türk incəsənət tarixçisi, tarix, mədəniyyət, din, elm, siyasət və iqtisadiyyat da daxil olmaqla, demək olar ki, hər sahədə Bizans imperiyasını araşdırmış elm adamı. Bizans və Osmanlı incəsənəti ilə bağlı araşdırmaları ilə tanınan alimdir. Məqalələri, ensiklopedik məqalə və araşdırmaları mindən çox kitabda çap olunmuş Əyicə Bizans incəsənətinin Türkiyədə tanınmasında böyük rol oynamışdır. O, "İstanbul aşiqi" kimi tanınır. Onun İstanbulun itirilmiş tarixi abidələri ilə bağlı məqalələri bu mövzuda ən mühüm araşdırma mənbəyidir. Mədəni və Təbii İrsin Qorunması üzrə Ali Şuradakı vəzifəsi sayəsində bir çox tarixi binanı dağılmaqdan xilas edib; O, xilas edə bilmədiklərinin də qeydə alınmasını təmin edib. İstanbulun tarixi abidələri ilə bağlı araşdırmaları ilə yanaşı, Balkan ölkələrində Tavr dağlarındakı arxeoloji ərazilər və Osmanlı abidələri ilə bağlı araşdırmaları vardır. Səmavi Əyicə, 1922-ci ildə İstanbulda anadan olub. Amasranın köklü dənizçi ailələrindən olan Əyicəoğullarına mənsubdur.
Məhəmməd Ticani Səmavi
Məhəmməd Ticani Səmavi (2 fevral 1943) — Tunisli İslam tədqiqatçısı, şiəliyi seçən Maliki alimi. O, 1936-cı ildə Tunisin Kafsa şəhərində əslən iraqlı ailədə anadan olmuşdur. Babası İraqın Səmave şəhərində yaşamış və Abbasilər dövründə həyatını qorumaq üçün digər vətəndaşları ilə birlikdə Afrikaya köçmüşdür. Məhəmməd ibtidai təhsilini Zeytunə Universitetinin filiallarından birində bitirmişdir. Tunisin müstəqillik əldə etməsindən və Zeytun Universitetinin bağlanmasından sonra o, fransız-ərəb məktəblərində oxuyub. Bitirdikdən sonra orta məktəbə getdi və kursunu bitirdi. Məhəmməd 17 il dosent vəzifəsində çalışıb. Təhsilini davam etdirmək üçün Fransanın Sorbonna Universitetinə daxil olur və 8 il dinlərlə bağlı araşdırmalar apararaq oranı bitirir. Sonra fəlsəfə və İslam tarixi və məzhəblərini öyrənərək doktorluq dərəcəsini aldı. 10 yaşında Quranın yarısını əzbər bilirdi.

Значение слова в других словарях