səngi

tib. is. éruption f

səngərlənmək
səpələmə
OBASTAN VİKİ
Səngi Muğan
Muğan Daşı (Səngi Muğan) — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Dilimizdə Səngi Muğan (farsca səngi daş deməkdir, Muğan isə toponimdir. Farsca ada Səngi Müzəffər, rusca Svinoy adlandırılıb. Sahildən 16 km aralıda yerləşir. Ümumi uzunluğu 1,1 km, eni 0,9 km təşkil edir. Ən hündür yeri 21,7 m-dir. Cənub hissəsində Buxta yerləşir. Sahəsi 0.5 km² təşkil edir. Svinoy (свиной) adının donuzla heç bir əlaqəsi yoxdur. Svinoy yəni günahkar quldurların məskəni.
Səngi Muğan mayakı
Səngi Muğan mayakı . — Bakı arxipelaqına daxil olan Səngi Muğan adasında quraşdırılmış mayak. Azərbaycanda unimal formaya malik az saylı mayaklardan biridir. Səngi-Muğan adasındakı mayak 1891-ci ildə Fransada fransız mühəndis, memar və metal strukturlar ustası olan Qüstav Eyfelin hesablamalarına və çertyojlarına əsasən hazırlanmışdır. Mayak təxminən 50 metr hündürlüyü olan çuqun borudan ibarət idi. Ancaq adadakı palçıq vulkanlarından birinin püskürməsi zamanı alov 150 metr hündürlüyə fontan vurdu və mayakın çuqun borusu əridi. Sonradan burada yeni elektron mayak quraşdırıldır.
Səngi Muğan ada döyüşü
Səngi Muğan ada döyüşü — 1669-cu ilin iyul ayında Xəzər dənizində Stepan Razinin kazakları ilə Səfəvi donanması arasında baş vermişdir. Bu döyüş rusların XVII əsrdəki dəniz döyüşlərində ən böyük qələbəsidir. Rusların Svinoy adlandırdığı ada hazırda Bakı arxipelaqına daxil olan Səngi Muğan adasıdır. Ada Bakıdan bir qədər aralıda cənubda yerləşir. Ancaq mənbələrdə adanın yeri olaraq Lənkəran olaraq göstərilir. Ola bilsin ki, kazaklar "Svimın" adlandırdıqları ada çağdaş Sarı yarımadasıdır. 1668-ci ildən Xəzər dənizində Stepan Razinin başçılığı ilə böyük bir (1000–1200 nəf.) "quldur" kazak dəstəsi fəaliyyət göstərirdi. Dənizdə hakim mövge tutaraq Səfəvi imperiyasının Xəzər dənizi sahil zonalarına hücumlar təşkil edərək talançılıqla məşgul olurdular. Yazda onlar Türkmənistan sahillərinə istiqamətlənmişdilər. Sonradan isə Səfəvilərin mülkiyyəti olan Səngi Muğan adasına yerləşirlər.
Səngilaci
Seyid Məhəmməd Təbatəbai (tam adı: Seyid Məhəmməd Seyid Əbdülkərim oğlu Təbatəbai, fars. میرزا سید محمد طباطبائی‎; ləqəbi: Səngilaci (fars. سنگلجی‎; 22 dekabr 1842, Kərbəla – 28 yanvar 1920, Tehran) — İran Məşrutə hərəkatının dini rəhbərlərindən biri. Seyid Məhəmməd Seyid Əbdülkərim oğlu Təbatəbai 1842-ci ildə Kərbəla şəhərində doğulmuşdu. Böyük müctəhidlərdən Hacı Seyid İsmayıl Behbəhani, Seyid Məhəmmədsadıq Səngələci, sonra Hacı Şeyx Hadı Nəcmabadi, daha sonra Seyid Məhəmməd Təbatəbai və başqaları "Adəmiyyət cəmiyyəti"nə yardım göstərmiş və bəzi ruhanilər cəmiyyətin sıralarında fəaliyyət göstərmişlər. Mütləqiyyətlə ruhanilər arasında olan mənafe toqquşmaları bu cəmiyyətin tədbirləri nəticəsində tədriclə şiddətlənmiş, bu iki mühüm qüvvə arasında olan fasilə getdikcə dərinləşərək və 1891-ci il "Tənbəki üsyanı"nda özünün yüksək mərhələsinə çatdırılmışdır. Bu mühüm məsələnin—mütləqiyyətlə ruhanilər arasında ziddiyyətin kəsginləşməsinin gələcək tarixi hadisələr üçün xüsusilə məşrutə inqilabı üçün faydalı nəticələri olmuşdur. Məşrutə inqilabının başlandığı vaxtda hərəkət başçılarından Seyid Məhəmməd Təbatəbainin kütlələrə təsir göstərən nitqləri və fəaliyyəti mütləqiyyəti təşvişə salmışdı. Hökumət tərkibində nazir vəzifəsində iştirak edən Naserülmülk Təbatəbaini inqilabi hərəkatdan çəkindirmək məqsədilə 1906-cı ilin iyul ayında ona yazdığı məktubda özünü məşrutə hərəkatı tərəfdarları kimi qələmə verərək, eyni zamanda məşrutə üsuli-idarəsinin İran xalqları üçün hələ vaxtı gəlib çatmamasından, məktəblərin sayını artırmağın, savadlı adamlar hazırlamağın faydalı nəticələr verəcəyindən uzun bəhs etmişdir. Qeyd etmək lazımdır ki, Təbatəbai özü də framason cərəyanına mənsub idi, lakin o, framason cərəyanından xalqın oyanması və azadlıq mübarizəsinə qoşulması xeyrinə istifadə etməyə çalışırdı.
Sənginabad (Qürvə)
Sənginabad (fars. سنگين آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 734 nəfər yaşayır (148 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Səngin (Bicar)
Çeşmə Səngin (fars. چشمه سنگين‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 125 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.