Sərmayə Təyinatlı Malların İstehsalı

istehlak deyil, istehsal təyinatlı mallardır. Məsələn, elektrik stansiyalarının avadanlıqları.
Sərmayə Kapitalı
Sərmayəçilər Tərəfindən Verilən Aktivlər
OBASTAN VİKİ
Sərmayə
İqtisadiyyat elmində mal çıxarmaq üçün istifadə qurğu, fabrik kimi fiziki vasitələrdir. İqtisadiyyat elmindəki sərmayə anlayışı ilə maliyyə elmindəki sərmayə fərqlidir. Maliyyədə, sərmayə anlayışı, fiziki sərmayə üzərindəki mülkiyyət haqqını ifadə edər. Pula çevrilə bilən bon, səhm kimi dəyərlər də sərmayə olaraq qəbul edilir. 1. gəlir gətirmək qabiliyyəti olan hər şey və ya əmtəə xidmətlərin istehsalı üçün insanların yaratdığı resurslar; 2. istehsal vasitələri formasında hər hansı bir işə qoyulan fəaliyyətdə olan mənbə; 3. izafi dəyər, gətirən dəyər öz-özünə artan dəyərdir; 4. investorun, yaxud digər payçıların, şirkətin, müəssisənin aktivində öhdəliklər çıxılmaqla, pul ifadəsində payı; 5. fiziki və hüquqi şəxsin xalis aktivlərinin məcmusu, yəni öhdəlikləri çıxılmaqla ümumi aktivlərin məcmusu; 6.
Əmtəə istehsalı
Əmtəə istehsalı — bütün məhsulların satış üçün yaradıldığı bir təşkilat növüdür. İctimai əmək bölgüsü səbəbindən yaranır və iqtisadi cəhətdən təcrid olunmuş istehsalçılar tərəfindən həyata keçirilir. Sadə əmtəə istehsalı müstəqil özəl istehsalçı-kəndli və sənətkarlar arasında mübadilə üçün məhsul istehsalıdır. Onun əsas xüsusiyyətləri aşağıdakılardır: İctimai əmək bölgüsü əmtəə istehsalının mövcudluğunun maddi şərti kimi. İstehsal vasitələrinə və əmək məhsullarına xüsusi mülkiyyət. Mülkiyyətçinin istehsal vasitələri və ictimai ehtiyacların ödənilməsi üçün şəxsi əməyi əmək məhsullarının alqı-satqısı yolu ilə həyata keçirilir. İnsanlar arasında iqtisadi əlaqə bazar vasitəsilə həyata keçirilir, yəni sosial xarakter daşıyır. İnkişaf etmiş əmtəə istehsalı ilə təkcə bütün əmək məhsulları deyil, həm də istehsal amilləri, o cümlədən əmək əmtəəyə çevrilir. Bazar münasibətləri universal xarakter alır. Əşyalar arasında münasibətlər kimi çıxış edən bütün iqtisadi münasibətlər sisteminin refikasiyası baş verir və əmtəə fetişizmi yaranır.
Malların nomenklaturası cədvəli
Beynəlxalq miqyasda, mal nomenklaturasının ən məşhur nümunəsi Harmonizə Olunmuş Sistem (HS) kodlarıdır. HS kodları, Dünya Gömrük Təşkilatı (WCO) tərəfindən idarə olunur və dünya üzrə bir çox ölkə tərəfindən qəbul edilmişdir. Bu kodlar, mal və məhsulları təsnif etmək və onların beynəlxalq ticarətini asanlaşdırmaq üçün istifadə olunur. HS sistemi, mal və məhsulları altı rəqəmli kodlarla təsnif edərək, gömrük tarifləri, ticarət siyasətləri, tədqiqatlar və digər beynəlxalq təşkilatlar arasında məlumat mübadiləsi üçün bir standart təmin edir. Mal nomenklaturası, müxtəlif malların və məhsulların sistemli şəkildə təsnif edildiyi və kodlandığı bir siyahıdır. Bu sistem, həm beynəlxalq ticarətdə həm də milli iqtisadiyyat daxilində malların dövriyyəsini, gömrük rəsmiləşdirilməsini, statistik məlumat toplanmasını və vergi tətbiqlərini asanlaşdırmaq məqsədi daşıyır. Mal nomenklaturası, müxtəlif sektorlar və məhsullar üzrə detallı təsnifatı əhatə edərək, malın təsviri, menşei, tətbiqi və texniki xüsusiyyətləri kimi məlumatları standartlaşdırır. Mal nomenklaturasının tətbiqi, həmçinin milli səviyyədə müxtəlif formalar ala bilər, ölkənin öz iqtisadi və ticarət qaydalarına uyğun olaraq fərqlənə bilər. Bu, ölkələr arası ticarətdə məhsulların dəqiq təsnifatını və vergiləndirilməsini təmin etmək, eyni zamanda iqtisadi siyasətlərin və tədqiqatların həyata keçirilməsini asanlaşdırmaq üçün mühümdür Beynəlxalq Haromnizə Edilmiş sistemdə malların kodları 1–6, Kombinə Edilmiş sistemdə 1–8, Milli sistemdə isə 1–10 arası rəqəm kodlaşdırılmasında müəyyən olunur. Əlavə məlumat üçün Türkiyə Respubliksının GTİP sistemində bu kodlar 1–12 rəqəmləri ilə müəyyən olunur.
Film İstehsalı Aktı
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi. Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 ​​min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı. 1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır.
Fələstində zeytun istehsalı
Təyinatlı vəkil
Təyinatlı vəkil — məhkəmə işində iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onların maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququnun təmin edilməsi məqsədilə dövlət hesabına təyin olunmuş vəkil. Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya da daxil olmaqla bəzi Birlik dövlətlərində təyinatlı solisitorlar cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxslərə müvafiq xidmətləri göstərirlər. Kanadada belə vəkillərə təyinatlı konsullar deyilir.
Ədalət Liqası filminin istehsalı
2017-ci ildə çıxarılmış “Ədalət Liqası” filmi mürəkkəb istehsalat tarixinə malikdir. Filmin içəkilişlərinə başlamazdan əvvəl və çəkilişlər zamanı onun ssenarisində ciddi dəyişikliklər edilmiş, istehsalın ortasında isə rejissoru dəyişdirilmişdir. Bu filmin kinoteatrlarda təqdim edilmiş versiyasının pre-prodakşn və əsas çəkilişlər zamanı nəzərdə tutulduğundan ciddi fərqlənməsinə səbəb olmuşdur. Dəyişiklərin bir çoxu DC Genişləndirilmiş Kainatının (DCGK) əvvəlki filmləri olan “Betmen Supermenə qarşı: Ədalətin Şəfəqi” və “İntiharçılar dəstəsi” filmlərinin soyuq qəbul edilməsi ilə əsaslandırılmışdır. “Ədalət Liqasının” istehsalatına əsasən Zak Snayder başçılıq etmiş, lakin, 2017-ci ilin mayında filmin post-prodakşn işləri həyata keçirilərkən qızının intiharından sonra Snayder istehsalatdan uzaqlaşmış və rejissor kürsüsündə onu Coss Uidon əvəz etmişdir. Warner Bros. Şirkətinin göstərişi ilə Uidon filmin ssenarisini dəyişmiş, yenidən çəkilişlər həyata keçirmiş, filmin ümumi tonuna dəyişikliklər edərək ona daha parlaq və yumorik əhvali-ruhiyyə gətirmiş, ümumi davamlılıq müddətini isə 120 dəqiqəyə qədər azaltmışdır. “Ədalət Liqası”nın kinoteatr relizi kommersiya uğursuzluğu ilə üzləşmiş, film tənqidçilər və izləyicilərdən qarışıq rəylər almış və bundan sonra Warner Bros. DCGK-nın gələcəyinə yenidən baxmalı olmuşdur. Filmin mürəkkəb istehsalat tarixçəsinin tədricən ictimayətə açıqlanmasından sonra, bəzi insanlar Snayderin baxışını əks etdirən alternativ montaj versiyasının təqdim edilməsi ideyasını irəli sürməyə başlamışdılar.
Xüsusi Təyinatlı Bölük
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri — Azərbaycana məxsus Ələkbər Cahangirovun komandanlıq etdiyi xüsusi təyinatlı hərbi birləşmə. Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelində qurulmuşdur. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. 29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilmişdir. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik etmişdir. 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirildi, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak etdi. İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etmişdir. 8 noyabrda İlham Əliyev Hikmət Mirzəyevi "Şuşanın azad edilməsi" münasibətilə təbrik etmişdir.
Xüsusi Təyinatlı Dəstə
İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başladılar. Müxtəlif əməliyyatlarda iştirak edərək özünü bu və ya digər formada göstərən xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. Türkiyədə «Kommando», «Bordo bereli» «SAT-SAS», ABŞ-də «Reyncer», «Delta forçe», Rusiyada «Alfa», «Vımpel», «Delta», İsraildə «Amor», Böyük Britaniyada «Kommandos», «Skorpion», Finlandiyada «Yeger», Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group «A»), Azərbaycanda «Yarasa», «Qartal», «Şahin», «Vaşaq», «Əqrəb» və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. Bu gün dünyada “Kommandos”, “Bordo Bereli”, “SAT/SAS”, “Reyncer”, “Delta Forçe”, “Alfa”, “Vımpel”, “Amor”, “Skorpion”, “Yeger”, “Group A”, və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. “Hər əsgər komando ola bilməz” Təhlükəsizlik və polis qüvvələrinin analoji birliklərindən fərqli olaraq, xüsusi təyinatlılar tam fərqli situasiyalar üçün hazırlanır. Çətin şəraitlərdə, ölkə sərhədləri daxilində və kənarda hərbi əməliyyatlar apara bilir, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər. Çətin şəraitlərdə əməliyyatlara hazırlanan xüsusi təyinatlıların seçimi və hazırlığı böyük vaxt və tədris tələb edir. Ordu xüsusi təyinatlıları əsasən müddətli və müqavilə əsasında hərbi xidmətə çağrılmış şəxslərdən formalaşdırılır.
Xüsusi Təyinatlı Dəstələr
İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başladılar. Müxtəlif əməliyyatlarda iştirak edərək özünü bu və ya digər formada göstərən xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. Türkiyədə «Kommando», «Bordo bereli» «SAT-SAS», ABŞ-də «Reyncer», «Delta forçe», Rusiyada «Alfa», «Vımpel», «Delta», İsraildə «Amor», Böyük Britaniyada «Kommandos», «Skorpion», Finlandiyada «Yeger», Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group «A»), Azərbaycanda «Yarasa», «Qartal», «Şahin», «Vaşaq», «Əqrəb» və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. Bu gün dünyada “Kommandos”, “Bordo Bereli”, “SAT/SAS”, “Reyncer”, “Delta Forçe”, “Alfa”, “Vımpel”, “Amor”, “Skorpion”, “Yeger”, “Group A”, və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. “Hər əsgər komando ola bilməz” Təhlükəsizlik və polis qüvvələrinin analoji birliklərindən fərqli olaraq, xüsusi təyinatlılar tam fərqli situasiyalar üçün hazırlanır. Çətin şəraitlərdə, ölkə sərhədləri daxilində və kənarda hərbi əməliyyatlar apara bilir, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər. Çətin şəraitlərdə əməliyyatlara hazırlanan xüsusi təyinatlıların seçimi və hazırlığı böyük vaxt və tədris tələb edir. Ordu xüsusi təyinatlıları əsasən müddətli və müqavilə əsasında hərbi xidmətə çağrılmış şəxslərdən formalaşdırılır.
Xüsusi Təyinatlı Kəşfiyyat
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri — Azərbaycana məxsus Ələkbər Cahangirovun komandanlıq etdiyi xüsusi təyinatlı hərbi birləşmə. Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelində qurulmuşdur. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. 29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilmişdir. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik etmişdir. 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirildi, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak etdi. İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etmişdir. 8 noyabrda İlham Əliyev Hikmət Mirzəyevi "Şuşanın azad edilməsi" münasibətilə təbrik etmişdir.
Xüsusi təyinatlı orqanoidlər
Xüsusi təyinatlı yağlar
Xüsusi təyinatlı yağlar qrupuna — tətbiqi sahəsi dar olan və spesifik şəraitdə istifadə edilən neft və sintetik aşqarlı yağlar daxildir. Bu qrupa vakuum, konservasiya və s. yağlar aiddir Vakuum yağları- vakuum yaradan avadanlıqlarda işlək maddə kimi istifadə olunur. Təyinatından asılı olaraq BM-3, BM-4, BM-5, BM-11yağları istehsal olunur. Konservasiya yağları (KM) – mineral və sintetik yağlar əsaslı, tərkibində əhəmiyyətli dərəcədə çox korroziya inhibitorları olan, korroziya əleyhinə olan müvəqqəti müdafiə vasitələridir. Konservasiya yağları: K-17, НГ-203Р, Kormin və s. Metal məmulatlarının müxtəlif şəraitdə saxlanılması və yaxud nəqli zamanı onların daxildən və xaricdən konservasiyası üçün istifadə olunur. (İstismar üçün tətbiq olunmur.) ekstil avadalığı üçün yağlar (рус.И-Л-С, И-Л-Д) – aşqar kompozisiyalı neft distillat yağlarıdır. Tikiş və toxuma maşın alətləri, trikotaj avtomatlarında və s. sürtkü yağı kimi istifadə olunur.
Ümumi təyinatlı registr
Ümumi təyinatlı registr — (ingiliscə general-purpose register, rusca регистр общего назначения — çoxamaclı registr, ümumi təyinatlı registr – müxtəlif məqsədli istifadə üçün nəzərdə tutulmuş registr və ya əməliyyat sistemi tərəfindən hər hansı konkret məqsəd üçün ayrılmamış registr. (registr – mikroprosessorda saxlanma yeri kimi istifadə olunan çox da böyük olmayan yüksək sürətli sxem). İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Peçenyenin Fasiləsiz, Mexanikləşdirilmiş İstehsalı (1989)
Qeyri-metal mineral maddələrin istehsalı
Qeyri-metal mineral maddələrin istehsalı — bu sahədə sement, yığma dəmir-beton konstruksiyalar, hörmə üçün hazır beton qarışığı, tikinti şüşəsi, asfalt, tikinti kərpici və s. materialların istehsalı ilə məşğul olan, 6,6 min nəfərin çalışdığı 227 müəssisə fəaliyyət göstərir və sahənin əsasını tikinti materialları istehsalı təşkil edir. 1913-cü ildə sənayenin ümumi məhsulunda tikinti materiallarının xüsusi çəkisi 0.24% id',. Bu dövrdə Bakıdakı bütün tikililərin 90%-i Abşerondakı karxanalardan çıxarılan mişar daşından inşa olunuıdu. 1912-ci ildə 220-yə qədər xırda miiəssisə 0,2 mln. ədəd kərpic istehsal etmişdi. Neft sənayesinin dəgüclü inkişafı sementə tələbatı xeyli artırırdı. 1906 ildə Bakının Keşlə kəndi yaxmlığında Cənubi Qafqazda ilk sement zavodu istifadəyə verildi. Mişar daşı, kərpic, sement istehsal edən müssisələrlə yanaşı. Bakıda “Gipsolit” » zavodu (1890), asbest-sement piltə zavodu(“Eternit", 1910), taxta-şalban müəssəsi (1898) fəaliyyət göstərsə də, Azərbaycanın tikinti materiallarına olan ehtiyacı ödənmirdi.
İran Təyyarə İstehsalı Sənayesi Şirkəti
İran Təyyarə İstehsalı Sənayesi Şirkəti (ing. Iran Aircraft Manufacturing Industrial Company (IAMI); fars. شرکت صنایع هواپیماسازی ایران - هسا‎, Farsca qısaltması — HESA) İranın 1976-cı ildə qurulmuş təyyarə istehsalı müəssisəsidir. İran Aviasiya Sənayesi Təşkilatı tərəfindən idarə olunur və Şahinşəhr (İsfahan) şəhərində yerləşir. Şirkətin qurulduğu təxminən 2 milyon kvadratmetr və ya 500 hektarlıq ərazi yerli olaraq tanınan və hörmətli Boroumand ailəsi (qardaşlar: Abdolghaffar, Abdolrahman, Abdolrahim, Abdolkarim, Abdolrashid və Abdollah) tərəfindən hədiyyə edilmişdir. Şirkət minlərlə kvadratmetrlik istifadəyə hazır ərazisi mövcuddur və 250.000 kvadratmetrlik sahəsi mağaza və hanqarlara, həmçinin A/C hissələrinin istehsalı (klima istehsalı), birləşdirilməsi, laboratoriyalar, uçuş sınaq obyektləri və istehsal üçün hazırlıq sexlərinə ayrılmışdır. Şahinşəhr zavodunun inşasına Amerikanın Textron şirkəti başlamışdır. Yeni müəssisə, İranda bir neçə yüz helikopter istehsalı və texnologiyasının ötürülməsini əhatə edən bir müqaviləyə uyğun olaraq müxtəlif konfiqurasiyalı Bell 214 helikopterləri istehsal etməyi planlaşdırırdı. Müqavilənin o qədər böyük olduğu bildirildi ki, Textron, İran proyektini icra etmək üçün general-mayor Delk M. Audenin rəhbərlik etdiyi yeni bir ştat yaratdı. Amerika şirkəti, İran inqilabı və ondan sonrakı İrana qarşı sanksiyalar səbəbiylə layihədən çəkilmək məcburiyyətində qaldı.
Gürcüstan Xüsusi Təyinatlı Qüvvələri
Gürcüstan Xüsusi Təyinatlı Qüvvələri (gürc. სპეციალური ოპერაციების ძალები) – Gürcüstanda bir neçə dövlət struktrunun xüsusi təyinatlı qüvvələri mövcuddur. Müdafiə Nazirliyinin xüsusi təyinatlı qoşunlarına şəxsi heyəti 1500 nəfər olan Xüsusi əməliyyatlar Qrupu, 1-ci piyada briqadasının şəxsi heyəti 600 nəfər olan 12-ci batalyonu (kommondos), Hərbi Dəniz Qüvvələrinin 50 nəfərlik xüsusi təyinatlı qüvvələri, DİN-in Antiterror Mərkəzinin «Omeqa» xüsusi təyinatlı dəstəsi, DİN-in xüsusi əməliyyatlar Departamentinin «Qiya Qulua», keçmiş Qiya Quluaçılardan ibarət xüsusi operativ departamentinin xüsusi təyinatlı qrupu, DİN-in sərhəd polisinin 250 nəfərlik xüsusi təyinatlıları, həmçinin OMON xüsusi təyinatlıları var. Müdafiə Nazirliyinin Kocordidə yerləşən Xüsusi Əməliyyatlar Qrupu komandanlıq, qərargah, qərargah bölüyü, 3 xüsusi əməliyyat və 3 kəşfiyyat, rabitə və təchizat bölüyündən ibarətdir. Kocoridəki xüsusi təyinatlı tabor 3 bölükdən ibarətdir və şəxsi heyəti 250 nəfərdir. Bundan başqa batalyona qərargah bölüyü və 6 xüsusi dəstə daxildir. Operativ dəstələrdə (A kod adlı) 12-14 nəfər təmsil olunur. Onlar silah, atıcılıq, mühəndis hazırlığı, tibbi hazırlıq, rabitə, kəşfiyyat, paraşütlə tullanma və s. hazırlıqları keçirlər. Operativ dəstələr istənilən şəraitdə quruda və dənizdə əməliyyat keçirmək qabilyyətinə malikdir.
Gürzə (xüsusi təyinatlı dəstə)
"Gürzə" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli Cavid Tağıyevdir. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı həmçinin Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 7 nəfər şəhid olmuşdur, 28 nəfər isə yaralanmışdır.
Kobra (xüsusi təyinatlı dəstə)
"Kobra" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Kobra" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Kobra" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyevdir. "Kobra" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 9 nəfər (baş leytenant Kamran Kazımov, baş çavuşlar Əsgər Əhmədov və Vüqar Cəfərov, çavuşlar Ceyhun Rzayev, Elvin Məmmədov, Hilal İmanzadə, Mikayıl Mikayılzadə, Orxan Ömərov və Tərlan Eyniyev) şəhid olmuşdur, 30 nəfər isə yaralanmışdır.
Kobra Xüsusi Təyinatlı Dəstə
Kobra (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi. Kobra (ilan) — sürünənlər fəsiləsinə aid heyvan. Kobra (film, 1986) — Silvestr Stallonenin baş rolda çəkildiyi filmlərindən biridir. Kobra (Mortal Kombat) — Mortal Kombat oyun seriyasının personajlarından biridir.
Ukrayna Xüsusi Təyinatlı Qüvvələri
Digər bütün postsovet ölkələrində olduğu kimi Ukrayna xüsusi təyinatlıları (Spetsnaz) da keçmiş Sovet Silahlı Qüvvələrinin qalıqlarıdır. Ukraynanın hazırkı xüsusi təyinatlıları Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin tabeliyi altında fəaliyyət göstərir. Ukrayna Təhlükəsizlik Xidmətinin isə ayrıca xüsusi təyinatlıları var və onlar Alfa qrupu adlanır. "Alfa" Rusiya, Belarus, Qazaxıstan kimi bir sıra digər postsovet ölkələrində də keçmiş SSRİ-nin Alfa qrupunun əsasında yaradılıb. 2014-cü ildə Ukraynada baş verən hadisələr zamanı Berkut xüsusi təyinatlı polis dəstəsi hökumət tərəfindən ölkədə baş verənləri yatızdırmaq üçün istifadə olunan əsas qüvvələrdən biri hesab olunur. Ukrayna Spetsnazları kəşfiyyat məlumatları toplama, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, terrorizmə qarşı mübarizə və bir çox digər məsələlərə görə cavabdehdir. Spetsnaz qüvvələri 2014-cü ildə ölkədə baş verən Maydan hərəkatını yatırmaq üçün Yanukoviç hökuməti tərəfindən aktiv istifadə olunmuşdur. Lakin, Krım böhranı və Donbass müharibəsi ərzində yeni hökumət xüsusi təyinatlılardan əvvəlki hakimiyyət qədər aktiv istifadə etməyə tərəddüd etdi. Sonradan bir çox Spetsnaz üzvləri döyüşlərdə iştirak etmək üçün Ərazi müdafiə batalyonlarına və ya Milli Qvardiyaya qoşuldu. Rusyönümlü separatçılar bəzi əraziləri ələ keçirməyə başladıqdan sonra, nəhayət Spetsnaz qüvvələri də döyüş əməliyyatlarına cəlb olundu.
Xüsusi Təyinatlı Milis Dəstəsi
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990–1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi. OMON-a Rövşən Cavadov rəhbərlik edirdi. Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi. Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi. İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir.
Xüsusi Təyinatlı Polis Dəstəsi
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990–1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi. OMON-a Rövşən Cavadov rəhbərlik edirdi. Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi. Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi. İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir.
Yarasa (xüsusi təyinatlı dəstə)
"Yarasa" — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) xüsusi təyinatlı dəstəsi. Azərbaycan Prezidenti İlham Əliyev 14.12.2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. Xarici Kəşfiyyat Xidmətinə tabe olan ən gizli xüsusi bölmə "Yarasa" Xüsusi Təyinatlı Dəstəsidir. "Yarasa" Xüsusi Təyinatlı Dəstəsi Azərbaycan Ordusunun elit və ən gizli xüsusi bölməsi hesab olunur. Komandirlərin adları belə gizli saxlanılır. "Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Bölmənin əsas fəaliyyəti Ermənistan Ordusunun arxa cəbhəsində olmuşdur. 10.12.2020-ci ildə baş tutan Zəfər Paradı zamanı "Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin mövcudluğu barədə birinci dəfə ictimaiyyətə məlumat verilmişdir.