saçın dairəvi kəsilməsi

to have one’s hair bobbed * стричься в кружок
saçın çox qısa forması
saçından-saqqalından utanmamaq
OBASTAN VİKİ
Aparat kəsilməsi
Aparat kəsilməsi (ing. Hardware interrupt) – “diqqət yetirilməsi haqqında xahiş”; kompüterin aparat vasitələri və ya proqram təminatı tərəfindən mikroprosessor üçün hazırlanıb verilən siqnal. Bəzən tələ (TRAP) də adlandırılan kəsilmə mikroprosessoru məcbur edir ki, yerinə yetirilən əməliyyatı durdursun, özünün cari durumunu yadda saxlasın və idarəetməni xüsusi prosedura – xüsusi komandalar yığınını yerinə yetirən kəsilmələr emalçısına (INTERRUPT HANDLER) versin. Kəsilmələrə çoxlu səbəblər ola bilər: bunlar qurğuların xidmət üçün sorğusu, verilənlərin emalındakı xətalar, mümkün olmayan əməllərin yerinə yetirilməsinə cəhd və (nadir hallarda) yaddaşla bağlı yaranan problemlər və ya sistemin bəzi çox vacib komponentlərinin sıradançıxma təhlükələri ola bilər. Mikroprosessor bir çox mənbədən kəsilmə haqqında sorğu aldıqda onların emal olunma ardıcıllığı “çözmə” səviyyələrinin iyerarxiyasına görə müəyyən olunur. Proqram kəsilmə mexanizmindən istifadə etməklə əməliyyat sisteminin funksiyalarına, məsələn, faylların açılması, oxunması və qapadılması funksiyalarına müraciət edə bilər. Digər tərəfdən, kəsilmə, mikroprosessor ilə kompüter sistemini əmələ gətirən başqa elementlər arasında rabitə vasitəsidir. Əgər daimi kəsilmə sorğuları axını hər hansı kritik vəzəyyətdə işi çətinləşdirir və ya əngəlləyirsə, onda proqram kəsilməni müvəqqəti olaraq bloklaya bilər ki, nəticədə lazım olan zaman müddətində mikroprosessor üzərində vahid nəzarətə nail ola bilsin. Aparat kəsilməsi ya klaviatura, disksürən və giriş-çıxış portları kimi xarici qurğular, ya da “daxildən” – mikroprosessor tərəfindən generasiya olunan kəsilmə növü. Qurğular xarici aparat kəsilmələri vasitəsilə kompüterin mikroprosessorunu onlara diqqət yetirməyə “çağırırlar”.
Cərəyanın kəsilməsi
Cərəyanın kəsilməsi(Blackout )– cərəyan şəbəkəsində gərginliyin sıfıra düşməsi halı; cərəyanın tam kəsilməsidir. Buna bir çox amillər, o cümlədən təbii fəlakətlər (qasırğa, zəlzələ) və ya elektrik cihazlarındakı (transformatorda, elektrik ötürücü xətlərdə) sıradançıxmalar səbəb ola bilər. Cərayanın kəsilməsi kompüteri korlaya bilər; bu, qəza (kəsilmə) anında kompüterin hansı vəziyyətdə olmasından asılıdır. Bu halda bütün saxlanılmamış məlumatlar biryolluq itəcək. Ən təhlükəli hal isə diskdən məlumatların oxunması və ora yazılma anında cərəyanın kəsilməsi halında yaranır. Belə arzuolunmaz hallardan qorunmağın yolu isə kəsilməz qida mənbələrindən (UNINTERRUPTIBLE POWER SUPPLY, UPS) istifadə etməkdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nəsil kəsilməsi
Nəsil kəsilməsi — bioloji və ekoloji amillər nəticəsində bir növə və ya cinsə aid məxluqun varlığına son qoyulması, biosferin "daralması". Bir növə aid son canlının ölümü həmin növün nəslinin kəsilməsi kimi qəbul edilir. Amma nəslin davam etməsi üçün bir növə aid edilən canlıların sayının kəskin azalması da onları nəsli kəsilən növlərə aid etməyə imkan verir.
Dairəvi iqtisadiyyat
Dairəvi iqtisadiyyat (ing. circular economy) — ümumi mənada bu, resursların yenilənməsinə əsaslanan iqtisadiyyatdır, ənənəvi xətti iqtisadiyyata alternativdir (tullantıların meydana gəlməsi, istifadəsi, utilizasiyası). == Xüsusiyyətlər == Dairəvi iqtisadiyyat tullantıları və digər çirklənmə növlərini minimuma endirən məhsul və xidmətlərə diqqət yetirməklə klassik xətti istehsal modelini dəyişdirmək üçün nəzərdə tutulmuşdur. Dairəvi iqtisadiyyatın əsas prinsipləri resursların yenilənməsinə, ikinci dərəcəli xammalın təkrar emalına, qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrindən istifadəyə keçidə əsaslanır. Həmçinin bu tip iqtisadiyyat dördüncü sənaye inqilabının tərkib hissəsi hesab olunur ki, bunun nəticəsində təbii resurslar da daxil olmaqla ehtiyatlardan rasional istifadə ümumən artacaq, iqtisadiyyat daha şəffaf, proqnozlaşdırıla bilən olacaq, onun inkişafı sürətli və sistemli olacaqdır. == Yayılma == Çin dairəvi iqtisadiyyatı inkişaf etdirmək üçün qanun qəbul edir; Cənubi Koreya oxşar Yaşıl İnkişaf Strategiyasını tətbiq edir; Yaponiyada "Düzgün Material Dövrü üçün Cəmiyyət" qurulur. Oxşar proqramlar Almaniya və İsveçrədə də mövcuddur. Milli inkişafın bu yeni konsepsiyaları tullantıların idarə olunması sistemlərində əsaslı dəyişiklikləri nəzərdə tutur, diqqəti tullantılardan ikinci dərəcəli resursların maksimum çıxarılmasına və təbii minerallar əvəzinə sənaye istehsalında istifadəsinə yönəldir. == Cəmiyyətə təsir == Dairəvi iqtisadiyyat insanın hər hansı hərəkətinin, təfəkkürünün, istehlak vərdişlərinin fərqli qavranılması sistemini, daha rasional istehsal və istifadəni nəzərdə tutur. Dünya İqtisadi Forumu, Ellen MacArthur Fondu və McKinsey & Company konsaltinq firmasının 2014-cü il hesabatına görə, istehsal dövriyyəsi hər il qlobal iqtisadiyyata 1 trilyon dollar əlavə edə bilər.
Dairəvi məbəd
Dairəvi məbəd, Nuxa Üçmüqəddəs kilsəsi (rus. Нухинская трехсвятительская церковь) və ya Nuxa Müqəddəs kilsəsi" (rus. Нухинская Святительская церковь) — Şəki şəhərindəki Nuxa qalasında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi. Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir. == Haqqında == Dairəvi məbədin əsas hisəsinin (artırmalarsız) üstü günbəzlə tamamlanır və bu ilkin hissə memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Həmin səbəbdən də bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər. Lakin XX əsrin ortalarında mütəxəssislər Nuxa qalası ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərazini əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir. Dairəvi məbəd XIX əsrin ən geci 1853-cü ildən XX əsrin əvvəllərinə qədər indiki Şəki şəhərində fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi idi. Kilsə binası təmiz yonulmuş əhəngdaşı ilə əvvəl dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar isə ona üç tərəfdən çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmiş və o xaç formasına (yuxarıdan baxdıqda) salınmışdır.
Dairəvi sistem
Dairəvi sistem — idman yarışlarında mübarizə sistemi. Bu sistemlə keçirilən yarışlarda hər bir iştirakçı, bir-bir turnirin digər iştirakçıları ilə qarşılaşır. İdmanın populyar növləri (futbol, voleybol, basketbol), xüsusilə, mülli çempionatlar, dünya, yaxud kontintent çempionatlarının seçmə mərhələləri bu sistemlə keçirilir.
Dairəvi şəhər
Dairəvi şəhər (Əl-Mansur şəhəri də adlandırılır: sülh şəhəri)— 762-767-ci illərdə tikilmiş İraqın Bağdad şəhərində qədim şəhər.
Dairəvi qala
Zindan qalası və ya Dairəvi qala — XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsi. Dairəvi qala və ona bənzəyən ikinci tikili Lənkəran mayakıdır. Bu iki tikili Lənkəran qala sisteminin cənub və şimal dayaq məntəqələri olublar. Rus işğalından sonra isə Lənkəran qalası dağıdılmış və qalanın dayaq məntəqləri də bir birindən aralı qalmışdır. 1869-cu ildə şimal dayaq məntəqəsi olan qalanın başına fanar quraşdırılır və binadan mayak kimi istifadə edilməyə başlanılır. Hazırda həmin mayak Xəzər Dəniz Gəmiçiliyinin tabeliyindədir. Cənub dayaq məntəqəsi olan Zindan qala isə 1869-cu ildən 1959-cu ildə qədər, həbsxana kimi istifadə olunub. Burada hətta 1903–1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu qala memarlıq abidələri siyahısına daxil edilərək dövlət tərəfindən mühafizə olunur. == Ümumi məlumat == Dairəvi qala Lənkəran qalası ilə eyni vaxtda XVIII əsrdə inşa edilib.
Dairəvi Günbəd Türbəsi
Dairəvi Günbəz türbəsi
Dairəvi günbəz türbəsi — Marağa şəhərində yerləşən Səlcuqlar dövrünə aid abidədir. Abidə Göy Günbəz türbəsi ilə 10 metrlik məsafədə yerləşir. Abidənin üzərində kufi xətti ilə onun tikilmə tarixi hicri 563-cü il göstərilsə də, içəridə yerləşən qəbirlə bağlı heç bir məlumat verilməmişdir. Binanın tikilişi zamanı işlənmiş müxtəlif rəngli kaşılar, naxış və ornament növləri o dövrdə kaşı ilə işləmə sənətinin inkişaf etdiyini göstərməklə yanaşı, türbənin ümumi görüşünə xüsusi rəng qatmışdır. == Memarlıq xüsusiyyətləri == Abidə dairəvi formalı, sadə və üzəri ikitərəfli günbəzlə örtülmüş fasada malik türbədir. Lakin zamanla abidənin tavanı və günbəzi dağılaraq tarixə qovuşmuşdur. Türbənin qeyd edilən iki hissəsi dağıldıqdan sonra isə binanın digər hissələrini qoruyub-saxlamaq üçün köhnə günbəzin yerində çardaq formalı dam tikilmişdir. Dairəvi türbə giriş qapısını əhatə edən çərçivə və aypara şəkilli tağlarla bəzədilmişdir. Tağın aşağı və yuxarı hissəsində isə kərpic və firuzəyi kaşılarla bəzədilmiş mürəkkəb naxışlara malik kufi xəttlə yazılmış kitabələr memarlıq-üslub baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Abidə öz tikildiyi tarix ilə Qırmızı Günbəd türbəsinin tikildiyi tarix arasındakı qısa zamanda öz fasad quruluşunun keçdiyi böyük inkişaf və təkamül yolunu göstərdiyi üçün xüsusi əhəmiyyət kəsb edir.
Dairəvi Mərdəkan qalası
Dairəvi Mərdəkan qəsri və ya Kiçik Mərdəkan qəsri— Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. Qəsrin inşasında əhəng məhlulu və yerli əhəngdaşından istifadə edilmişdir. Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir. Qüllənin xarici diametri 7,6 metr, divarların qalınlığı isə 2 metrdir. Daxildə qüllə üç yarusa bölünmüş və yarusların hər biri daş günbəzlərlə örtülmüşdür. Üçüncü mərtəbənin divarında xaricə çıxan yola malik sanitar niş vardır. == Tarixi == Dairəvi Mərdəkan qəsri, bir zamanlar bu ərazidə olmuş və dövrümüzə çatmamış qala kompleksinin bir hissəsi olmuşdur.Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. == Memarlıq xüsusiyyətləri == XII-XV əsrlər Ön və Orta Asiya şəhərləri üçün xarakterik memarlıq planına malik olan Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir.Qala divarları hər tərəfdən 25 metr uzunluğa malikdir.
Dairəvi bina (Taqanroq)
Dairəvi bina — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşın yaşayış binadı. Bina bürü SSRİ ərazisində ilk dairəvi bina olmuşdur. Binanın yerləşdiyi adresı: Aleksandrovskaya küçəsi, ev 107. == Layihənin müəllifi == Uzun illər ərzində binanın layihə müəllifi hasısa Boqoblyudov hesab edilirdi. 2000-ci illərdə binaya olan marağın artması ilə əlaqədar binatın layihə müəllifi axtarılmağa başlanılmışdır. Nəticədə bina layihəsinin müəllifi məşhur rodtovlu arxitektor Mixail Nikolsyeviç Kondratev olması müəyyənləşmişdir. Sonradan Artur Qeorqeviç Tokarevin apardığı araşdırmalar nəticədində binanın layihəsinin İvan Qeorqieviç Taranova mənsub olması müəyyən edilmişdir. Layihə hələ öz dövründə hazırlandıqdan sonra Sənaye və mülki tikililər jurnalında dərc edilərək müzakirə edilmişdir. == Binanın tarixi == Dairəvi binanın tikintisinə Taqanroqda 1929-cu ildə başlanıılmışdır. 1932-ci ildə isə tikinti işləri başa çatmışdır.
Dairəvi türbə (Marağa)
Dairəvi günbəz türbəsi — Marağa şəhərində yerləşən Səlcuqlar dövrünə aid abidədir. Abidə Göy Günbəz türbəsi ilə 10 metrlik məsafədə yerləşir. Abidənin üzərində kufi xətti ilə onun tikilmə tarixi hicri 563-cü il göstərilsə də, içəridə yerləşən qəbirlə bağlı heç bir məlumat verilməmişdir. Binanın tikilişi zamanı işlənmiş müxtəlif rəngli kaşılar, naxış və ornament növləri o dövrdə kaşı ilə işləmə sənətinin inkişaf etdiyini göstərməklə yanaşı, türbənin ümumi görüşünə xüsusi rəng qatmışdır. == Memarlıq xüsusiyyətləri == Abidə dairəvi formalı, sadə və üzəri ikitərəfli günbəzlə örtülmüş fasada malik türbədir. Lakin zamanla abidənin tavanı və günbəzi dağılaraq tarixə qovuşmuşdur. Türbənin qeyd edilən iki hissəsi dağıldıqdan sonra isə binanın digər hissələrini qoruyub-saxlamaq üçün köhnə günbəzin yerində çardaq formalı dam tikilmişdir. Dairəvi türbə giriş qapısını əhatə edən çərçivə və aypara şəkilli tağlarla bəzədilmişdir. Tağın aşağı və yuxarı hissəsində isə kərpic və firuzəyi kaşılarla bəzədilmiş mürəkkəb naxışlara malik kufi xəttlə yazılmış kitabələr memarlıq-üslub baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Abidə öz tikildiyi tarix ilə Qırmızı Günbəd türbəsinin tikildiyi tarix arasındakı qısa zamanda öz fasad quruluşunun keçdiyi böyük inkişaf və təkamül yolunu göstərdiyi üçün xüsusi əhəmiyyət kəsb edir.
Dairəvi türbə (Urmiya)
İranın Urmiya şəhərindəki 1184-cü il tarixli Dairəvi türbə öz ümumi quruluşu etibarilə Marağadakı dairəvi türbəni xatırlatsa da, bu abidə daxili planı etibarilə Marağadakı türbədən fərqlidir. Türbənin daxili dördbucaqlı günbəzlə örtülü türbələrdən gələn bir quruluşdadır.türbənin daxilinin belə həll edilməsi görünür ki, günbəzli türbələrdən gələn ənənəvi təsirin nəticəsidir. Bu təsir özünü türbənin xarici görünüşündə də göstərir.burada türbənin giriş portalı türbənin daxili həcminə tabe deyil. Həm hündürlüyü, həm eni, əm də dərinliyi etibarilə türbənin kompozisiyasında baştağ özü əsas yer tutur. Türbənin silindrik gövdəsi bürcvari xüsusiyyətini itirmişdir.
Böyük dairəvi xətt
Böyük dairəvi xətt (rus. Большая кольцевая линия) Moskva Metropoliteninin 11-ci (xronoloji ardıcıllıqla onuncu) və dünyanın ən uzun metro xəttidir. Xəttin birinci hissəsi 26 fevral 2018-ci ildə açılıb. Son 9 stansiya isə 1 mart 2023-cü ildə sərnişinlərin istifadəsinə verildi. Xəttin ümumi uzunluğu 57.5 kilometrdir və 31 stansiyadan ibarətdir. Xəttin beş stansiyasında 5G texnologiyası sınaqdan keçirilir.Xətt sxemdə firuzəyi(bəzən qara) rəng ilə işarə olunur. == Təsvir == Xəttin uzunluğu 58,5 kilometrdir, lakin bəzi mənbələrdə 70 kilomterdən artıq olduğu qeyd olunur. Xəttdə 252 eskalator fəaliyyət göstərir. Sayca ən çox (17) eskalator Peçatniki (rus. Печатники) stansiyasında yerləşir.
Abşeron dairəvi dəmir yolu
Abşeron dairəvi dəmir yolu (əvvəlki adı Bakı dairəvi xətti) və ya Bakı şəhərətrafı dəmir yolu — Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli elektrikli dəmiryolu xəttidir. Bu dəmiryolu xətti 2 hissədən ibarətdir: Bakı sərnişin — Biləcəri — Sumqayıt və Bakı sərnişin — Sabunçu — Sumqayıt. Hazırda Bakı sərnişin — Biləcəri — Sumqayıt xətti üzrə Biləcəri, Xırdalan və Sumqayıt stansiya və dayanacaqları mövcuddur. Gələcək planda Keşlə, Dərnəgül, Binəqədi və Güzdək dayanacaqlarının da inşası nəzərdə tutulub. Bakı sərnişin — Sabunçu — Sumqayıt xətti üzrə Nərimanov, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Gorədil, Novxanı və Sumqayıt stansiya və dayanacaqları mövcuddur. Gələcəkdə Nərimanov dayanacağında da qatarların dayanması nəzərdə tutulub. Bakı şəhərinin baş planına əsasən, gələcəkdə Zabrat 2 stansiyasından Maştağa Albalılıq Zağulba istiqamətində, Bakıxanov dayanacağından Suraxanı, Qala, Zirə, Hövsan istiqamətində xətlərin yenilənməsi, Yeni Suraxanı — Hava limanı istiqamətində xəttin çəkilməsi planlaşdırılıb. Bundan əlavə Bakının Baş planına əsasən 2027-ci ilədək 28 may və Biləcəri stansiyaları arasında 4 yeni dayanacağın (Dərnəgül, Binəqədi Cənub, N. Nərimanov) yaradılması, Lökbatandan 28 maya (Lökbatan, Heybat, Xocahəsən, Biləcəri, Binəqədi, Dərnəgül, Keşlə, N. Nərimanov, 28 may) şəhərətrafı qatarların hərəkəti, 2040-cı ilədək Bakı sərnişin — Keşlə — Dərnəgül — Binəqədi — Binəqədi Şərq — Binəqədi Şimal — Mehdiabad — Fatmayı xəttinin inşası planlaşdırılır. == Tarixi == Bakı və Abşeron ərazisində ilk dəmir yolu xətti olan Bakı — Sabunçu — Suraxanı xətti 1880-ci ilin yanvar ayında istifadəyə verilmişdir. 1883-cü ildən Bakı — Tiflis — Batum, 1890-cı ildən isə Biləcəri — Dərbənd magistral xəttlərinin inşası ilə dəmiryolu xətti tədricən daha şaxəli formaya malik olur.
Bakı dairəvi avtomobil yolu
Bakı dairəvi avtomobil yolu — Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması, ağır tonnajlı yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinin təmin edilməsi üşün nəzərdə tutulmuş yol. 8 noyabr 2010-cu ildə təhvil verilib. BDAY şimal-cənub beynəlxalq nəqliyyat dəhlizini Böyük İpək Yolu ilə əlaqələndirərək, Bakı şəhərində tıxacların əhəmiyyətli dərəcədə azalmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verir. Bu yol sayı sürətlə artan nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edir. Birinci dərəcəli əsas yolun uzunluğu 21,5 kilometrdir. İki istiqamətli yerli yolun uzunluğu 4,8 kilometrdir. Yol nəqliyyat vasitələrinin əsas magistrala daxil olmadan digər istiqamətlərə hərəkətini istiqamətləndirir. Burada, həmçinin əhalinin rahatlığı təmin etmək üçün səsboğucu baryerlər quraşdırılmışdır. 27 yanaşma yolunun ümumi uzunluğu 11,7 kilometr, əsas yolun hərəkət hissəsinin eni 22,5 metrdir. Dairəvi yol hər iki istiqamətdə üç hərəkət zolağı olmaqla, altı hərəkət zolağından ibarətdir.
Xarici dairəvi pardaqlama dəzgahı
Xarici dairəvi pardaqlama dəzgahı maşın hissələrinin silindrik xarici səthlərinin təmiz emalında istifadə olunur. Proses fasiləsiz olaraq pardaq dairəsinin doğuranı ilə hissə boyunca aparılır. Dəzgahda pəstah mərkəzlər arasında və ya patronda yeləşdirilib, bərkidilir. Pəstah pardaq dairəsinə nisbətən aşağı dövrlər sayında fırladılır. Dəzgahların konstruksiyası emal olunan hissələrin ölçüsündən asılı olur. Kiçik hissələr üçün nəzərdə tutulmuş dəzgahlarda, üzərində hissə bərkidlimiş stol uzununa hərəkəti icra edir. Pardaq dairəsi bərkidilmiş başlıq isə yalnız eninə veriş alır. Böyük (uzun) hissələrin emalında isə kinematik bölgü əksinə olur. Alət uzununa veriş, hissə bərkidilmiş stol isə eninə verişə malik olur. Dəzgahın əsas təşkiledici düyümləri pəstahın tutulub hərəkət etdirilməsi üçün patron qutusu, hissənin mərkəzləşdirilməsi və hərəkətini tənzimləyən dal aşıqdan ibarətdir.
2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi
2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi — iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycanın ən böyük elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda partlayış nəticəsində baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb. Hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Hadisə Azərbaycanda Sovet İttifaqının 1991-ci ilin dağılmasından bəri ən kütləvi elektrik kəsilməsidir. Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi Bakı metropoliteninin işinə mənfi təsir edib, qatarlar tuneldə qalıb, sərnişinlər təxliyə olunub. == Reaksiyalar == Gecə saat 02:22-də president.az saytında Prezidentin Mətbuat Xidmətinin bu məzmunda məlumatı dərc edilmişdir: Prezident İlham Əliyev hadisədən dərhal sonra "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın araşdırılması ilə əlaqədar nazir və hökumət adamlarından ibarət Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. İqtisadçı Natiq Cəfərli deyir ki, bütün ölkədə elektrik təchizatının kəsilməsi hər şeydən əvvəl, təhlükəsizlik məsələsidir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana görə, Azərbaycan üzrə elektrik gücün 46 faizi Abşeronda toplansa da, Mingəçevirdə qəza olanda Bakıda işıq sönür və bu enerji düzgün paylanmaması ilə əlaqədardır. Sosial şəbəkələrdə ən çox verilən suallardan biri də ölkəyə elektrik enerjisinin verilməsinin bir əldən asılı olmaması, bir qəza ilə ölkənin tam olaraq işıqsız qalmaması üçün hansı tədbirlərin görülməsinin vacibliyi barədə olub.
Qax rayonunun Ləkit kəndindəki dairəvi məbəd
Ləkit məbədi — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban məbədi. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Məbədin dairəvi divarları xaricdən pilyastrlar vasitəsilə 28 hissəyə bölünür. Ləkit kilsəsində daxili məkanın təşkili də xüsusi diqqət cəlb edir. Bu pilonlar günbəz və barabanı saxlamaqla yanaşı, həm də tetrakonxun Hər eksedrası üç sütun vasitəsiylə formalaşdırılmış künclərini vurğulayır. Bu sütunlar kvadrat formalı özüllər (interkolumni 120 sm) üzərində durmaqla hər biri bir metr diametrə malik olmuşdur. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüştü məbədi əsasında yaradılmışdır.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.