Sacilər
Sacilər — Ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü dövlətlərindən biri idi. Sacilər dövləti Azərbaycanı, İranı, qismən Türkiyə və İraq ərazilərini əhatə etmiş dövlətdir. Dövlətin əsasını 898-ci ildə Məhəmməd İbn Əbu Sac qoymuşdur.
Sacilər dövləti - Məhəmməd ibn Əbu Sac tərəfindən əsası qoyulmuş dövlətin paytaxtları müxtəlif vaxtlarda Marağa və Ərdəbil şəhərləri olmuşdur. Dövlət 941-ci ildə süqut etmişdir.
Sacilər dövlətini Sacilər yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən vilayətindən idilər. Azərbaycan mənbələrində onların türk mənşəli, Qərb mənbələrində isə soqd mənşəli olduğu qeyd edilir. Mənbələrin məlumatına görə, Əbu Sac Divdad Afşin titullu türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə idi. M.X.Şərifli qeyd edir ki, bu dövlətin tarixi son vaxtlaradək ətraflı öyrənilmirdi.