SAHƏ

is. [ ər. ]
1. Açıq yer, boş və geniş yer, tutulmamış yer; düzən. Geniş sahə. Qumluq sahə.
// Torpağın müəyyən məqsəd üçün istifadə edilən parçası, qismi. Həyətyanı sahə. İnşaat sahəsi. Torpaq sahəsi.
– Əkin sahəsi çaya lap yaxın olan manqabaşçısı Pəri orabura qaçır, çayın o tərəfinə keçməyə can atırdı. Ə.Vəliyev.
Müdafiə xətti keçən sahələrdən [taxıl] kəndə daşınmışdır. Ə.Əbülhəsən.
Sahə dörd tərəfdən çəkilmiş düz iplərlə əhatə olunmuşdu. H.Seyidbəyli.

2. Müəyyən məqsəd üçün ayrılan və səthi kvadrat metrlərlə ölçülən yer. Yaşayış sahəsi. Mənzilin sahəsi 2 kv. metrdir.
3. Hər hansı bir işin, yaxud elmin, fəaliyyətin ayrıca hissəsi, müstəqil şöbəsi. Elmin müxtəlif sahələri. Maarif sahəsi.
SAĞSAĞAN
SAHƏCİK

Значение слова в других словарях