"Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı

"Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikasının prezidentinin qərarı ilə, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 429-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş dövlət təltifi.[1]

"Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı
“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı

Ölkə
Tip medal
Statistika
Təsis tarixi 14 dekabr 2021
Ardıcıllıq
Yüksək mükafat "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medalı
Aşağı mükafat "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı

"Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə müdafiə sənayesi sahəsində səmərəli əməkdaşlığa, mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka, habelə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.

Təltif edilən şəxslər

[redaktə | mənbəni redaktə et]

"Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə müdafiə sənayesi sahəsində səmərəli əməkdaşlığa, mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka, habelə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.

Təltif edən orqan

[redaktə | mənbəni redaktə et]

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təltif edilir.

Taxılma qaydası

[redaktə | mənbəni redaktə et]

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Medalın təsviri

[redaktə | mənbəni redaktə et]

Medalın ümumi təsviri

[redaktə | mənbəni redaktə et]

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı qızılı rəngli, hamar şüalı və səkkizguşəli ulduz formalı, diametri 38 mm olan metal lövhədən ibarətdir.

Medalın ön tərəfi

[redaktə | mənbəni redaktə et]
  • Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Daxili çevrənin xaricində zeytun rəngli minalı fonda yuxarı qövs boyunca AZƏRBAYCAN RESPUBLİKASI sözləri, aşağı qövs boyunca MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin sol və sağ tərəfində səkkizguşəli ulduz təsvir olunmuşdur. Yazılar və ulduzlar qızılı rəngdədir.
  • Daxili çevrənin üzərində qızılı rəngli fonda üç sətrə bölünməklə MÜDAFİƏ SƏNAYESİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA GÖRƏ sözləri yazılmış və sözlərin altında snayper tüfəngi təsvir edilmişdir. Yazı və tüfəng fonunda Azərbaycan Respublikasının xəritəsinin konturları təsvir edilmişdir.
  • Bütün təsvirlər və yazılar relyeflidir, qızılı rəngdədir.

Medalın arxa tərəfi

[redaktə | mənbəni redaktə et]
  • Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində dörd sətrə bölünməklə qızılı rənglə AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ sözləri həkk olunmuşdur.
  • Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Medalın elementləri

[redaktə | mənbəni redaktə et]
  • Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst hissəsinə 40 mm x 5.5 mm ölçüdə qızılı rəngli metal lövhə bərkidilmiş 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
  • Xara lentin üzərində mərkəzdə 15 mm enində qızılı rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 5 mm enində zeytun rəngli, 2 mm enində qızılı rəngli və 4 mm enində zeytun rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
  • Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.
  1. ""Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalının və "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.