samba

samba
samarizm 2021
sambo
OBASTAN VİKİ
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Qızıl Samba
Futbol mükafatı sayılan "Qızıl Samba" Avropa qitəsində ilin ən yaxşı braziliyalı oyunçusuna təqdim olunur. Mükafat Sambafoot şirkəti tərəfindən təsis edilmişdir. İlk mükafat 2008-ci ildə öz sahibini tapmışdır. Qalib 3 mərhələlik sorğu ilə müəyyən edilir. Buraya jurnalistlər, futbolçunun yoldaşları və internet üzərindən səsvermə daxildir. 2008-ci ildə qalib Milan FKın yarımmüdafiyəçisi Kaka olmuşdur. Mançester Sitidən Robinyo və Sevilyadan Luis Fabiano ardıcıl olaraq ikinci və üçüncü yerləri tutmuşdur. Namizədlər sırasında 30 futbolçu var idi. Səsvermə dekabr ayının 1-dən 30-dək davam etmişdir. Nəticədə səslərin 25.03%-ı Kaka lehinə, 14.34% Robinyo üçün, 13.65% səs isə Luis Fabiano üçün verilmişdir.
Samba Yakob Diallo
Samba Yakob Diallo (d. 1958) — Qvineyalı boksçu. Samba Diallo Qvineyanı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. Samba Diallo birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Puerto-Rikonun nümayəndəsi Felipe Nieves ilə üz-üzə gəldi. Həmin görüşdə Samba Diallo rəqibinə 0:5 hesabı ilə uduzdu.
Salçak Samba-Lündup
Salçak Kök-Karak oğlu Samba-Lündup (tıva Салчак Көк-Карак-оглу Самба-Люндуп; 21 dekabr 1916, Tuva Xalq Respublikası – 6 fevral 1981) — Tıva şairi və redaktoru. == Həyatı == Tandı Uranhayın Daa koojunundakı Kööp-Söök kəndində anadan olmuşdur. Özü yazmağı öyənmjş və Şərq Xalqları Kommunizm Universitetini bitirmişdir. Sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. "Areve şını" qəzetində redaktor, Tıva Xalq Respublikası Məclisinin sədri, Tıva Vahid Nəşriyyatının direktoru, daha sonra isə Tıva nəşriyyatının direktoru, "Şın" qəzetinin redaktoru vəzifələrində çalışmışdır. 1937-ci ildə yaradıcılıq fəaliyyətinə başlamışdır. O, əksər şeirlərini, esselərini və "Ösküs-ool" adlı poemasını xAreve şınıx və "Şın" qəzetlərində, "Revolyustun hereli" jurnalında çap etdirmişdir. Tıva dilinə əsaslanan təhsilin ilk araşdırmalarında və redaktorluğunda iştirak etmişdir. O, Aleksandr Puşkinin "Kapitan uruu" və Nikolay Qoqolun "Revizor" əsərlərini Tıva dilinə tərcümə etmişdir. SSRİ və Tıva Muxtar Sovet Sosialist Respublikası Yazıçılar Birliyinin üzvü olmuşdur.
Jasminum sambac
Ərəb jasmini (lat. Jasminum sambac) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub və Cənub-şərqi Asiyanın yerli bitkilərindəndir. Filippinin milli gülüdür və orada "sampaguita" adlanır. Həmçinin, İndoneziyanın üç milli gülündən biridir və orada "melati putih" kimi tanınır. == Botaniki təsviri == Cəlbedici və şirincəsinə ətirli gülləri üçün geniş şəkildə becərilir. == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == Gülləri ətriyyat və çay hazırlanması üçün istifadə olunur. == Ədəbiyyat == Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Sambat
Sambat (yun. Σαμβατας) — Kiyev şəhərinin ya da qalasının adlarından biri. Birinci kəz X-cu əsrdə Konstantinos Porfirogennetos VII tərəfindən De Administrando Imperio-da (hardasa 948-ci il) sənədləşib. Sambat sözü xəzər türkçəsindən sam ("hündür, üst") ilə bat ("güclü") sözlərində yaranıb. Qərb tarix elminə görə Sambat şəhərinin qeyd edilməsi Kiyevin xəzərlər tərəfindən dikilməyini bildirir. Архипов A. A. Barədə bir qədim adı Kiyevin // tarixdən rus mədəniyyətinin. — M.: Dilləri, slavyan mədəniyyət, 2002. — S 2/1. — S. 30-46. — ISBN 5-7859-0142-0.
Sambales
Sambales — Filippinin rayonlarından biri. Luzon adasında yerləşən rayonun mərkəz şəhəri əhalisinin sayı 630 min nəfər olan İbadır.

Digər lüğətlərdə