Lansetəbənzər sorucu
Lansetəbənzər sorucu (lat. Dicrocoelium lanceatum) insanda və heyvanlarda dikrosellioz xəstəliyinin törədicisidir.
== Quruluşu ==
Uzunluğu 0,5-1,2 sm, eni isə 1,5- 2,5 mm-dir. Bədənin forması qaraciyər sorucusuna oxşasa da, özünün ölçüsü, bağırsağın, cinsiyyət orqanlarının quruluşu, sormaclarının quruluşu və sormaclarının bir-birinə yaxın yerləşməsinə görə fərqlənir.
Ağız sormacı qısa udlağa açılır. Başlanğıcını udlaqdan götürmüş bağırsaq sistemi iki şaxəyə ayrılaraq bədənin yan tərəfləri ilə bir-birinə paralel, arxaya doğru uzanır və ucları kor qurtarır. Bağırsağın ucu bədənin arxa ucuna çatmır.
Parazitin ifrazat sistemi qaraciyər sorucusunun ifrazat sisteminə uyğundur. Əsas toplayıcı kanallar protonefridilər və ifrazat qovuqcuğundan ibarətdir.
Qarın sormacının arxasında qismən köndələn yerləşmiş iki toxumluq vardır.