sancmaq
saniyə
OBASTAN VİKİ
Sandıq (1982)
Film sehrli sandıqla bağlı maraqlı əhvalatdan bəhs edir. Film şair Yuri Yakovlevin şeri əsasında çəkilmişdir. Film rejissor Vahid Talıbovun diplom işidir. Əsərin müəllifi: Yuri Yakovlev (titrlərdə yoxdur) Ssenari müəllifi: Yuri Koval Quruluşçu rejissor: Vahid Talıbov Quruluşçu rəssam: Teymur Məmmədov Quruluşçu operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Mahnı ifa edən: Oleq Anofriyev Emalatxana: R.Kaçanov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Sandıq (film, 1982)

Sandıqabad (Qürvə)
Sandıqabad (fars. صندوق آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 760 nəfər yaşayır (176 ailə). Əhalisini kürdlər təşkil edir.
Sandıqlı (Sərab)
Sandıqlı (fars. صندوقلو‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Sandıqlı çölü
Sandıqlı çölü (türkməncə: Sandykly çöli, özbəkcə: Sandiqli choʻli)— Orta Asiyada, Türkmənistanın cənub-şərqindəki Ləbab vilayəti ilə Özbəkistanın cənub-qərbindəki Qaşqadərya və Buxara vilayətlərində yerləşən səhra. Qızılqum səhrasının cənubi davamı sayılır. Şimalında Qaragöl vahəsi (oazisi), şimal-şərqi və şərqində Qarşı çölü və Qaşqadərya vadisi, qərbində isə Amudərya çayı yerləşir. Özbəkistan-Türkmənistan ölkələri arasında sərhəddə qərarlaşır.
Sandıqtəpə
Sandıqtəpə yaşayış yeri - arxeoloji abidə. Sandıqtəpə yaşayış yeri Quba şəhərinin cənub-şərq kənarında, Ağçayın yüksək sahilində yerləşir. Yaşayış məskəni erkən orta əsrlərdə çox böyük olmuş, bir neçə təpə üzərində yerləş mişdi. İnkişaf etmiş orta əsrlərə aid mədəni təbəqə isə yalnız bir təpədə, erkən orta əsrlərdə narınqalanın yerləşdiyi, sıldırımlı yamacları olan təpədə qeydə alınmışdır. Üstünün sahəsi 1600 kv.m, hündürlüyü şimal-qərbdə 11 m, cənub-şərqdə, çay yatağı tərəfdə 24 m-ə çatan bu təpə üç tərəfdən dərin xəndək, bir tərəfdən isə Ağçayın dərin yatağı ilə hüdudlanır. 1300 kv.m sahədə, yəni təpənin 4/5 hissəsində aparılmış arxeoloji qazıntılar mədəni təbəqə yatımının qalınlığının 2-2,4 m olduğunu, onun 1,5 m-ə çatan üst mədəni təbəqəsinin inkişaf etmiş orta əsrlərə, 0,9-1 m qalınlıqda alt mədəni təbəqəsinin isə erkən orta əsrlərə mənsubluğunu təsdiqləmişdir. Üst mədəni təbəqədə iki inşaat qatı müəyyən olunmuşdur. Təpənin şimal-qərbində IX-X əsrlərə aid inşaat qatında yaşayış evinin bünövrəsi, təsərrüfat quyuları, məişət ocaqları aşkar edilib təmizlənmişdir, XI-XIII əsrlərə aid inşaat qatında iki-üç otaqlı yaşayış evləri komplekslərinin qalıqları, çoxlu çaydaşı töküntüləri aşkarlanıb tədqiq edilmişdir. Üst mədəni təbəqədə yanğın izlərinin qeydə alınması XI-XIII əsrlər ərzində yaşayış məskənində iki dəfə güclü yanğın baş verdiyini ehtimal etməyə əsas verir. İnkişaf etmiş orta əsrlərə aid təbəqədən xeyli şirli və şirsiz saxsı qablar, şüşə məmulat, silah nümunələri, sümük alətlər tapılmışdır.
Sandıqtəpə yaşayış yeri

Digər lüğətlərdə