saqilik
saqqa 2021
OBASTAN VİKİ
Saqinamə
Saqinamə ən'ənəvi Azərbaycan musiqisində, dəstgah muğamlarda — "dəraməd", "təsnif", "diringə" və "rənglər"lə yanaşı "saqinamə" janrı da özünə məxsus yer tutur. "Saqinamə" ərəb və fars sözlərindən əmələ gəlmişdir. Qədim şairlərin saqiyə xitabən yazdıqları qəsidə, mənzumə və sair şeirlər "saqinamə" formasında öz əksini tapmışdır. Bundan başqa klassik Şərq ədəbiyyatında da "saqinamə" adətən poemaların əvvəlində verilir və əsərin proloqu mahiyyətini daşıyır. Nizami, Şeyx Iraqi, Əmir Xosrov Dəhləvi, Xacə Kirmani, Xacə Hafiz Şirazi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli, Əlişir Nəvai və başqa məşhur Şərq şairləri "saqinamə"lərin klassik nümunələrini qələmə almışlar. XII əsrdən e'tibarən fars, ərəb, türk dilli ədəbiyyatda "saqinamə"lərə geniş təsadüf edirik. "Saqinamə"lərin ilk ən gözəl nümunələrini Nizamidə tapırıq. Adətən "saqinamə"lər ayrı-ayrı məsnəvilərin əvvəllərində verilir. "Təzkireyi-meyxanə"də XII–XIX əsrlərdə yaşamış onlarca şairin saqinaməsi toplanmışdır. "Saqinamə"lər əruz vəzninin ən müxtəlif bəhrələrində, eləcə də müxtəlif poetik formalarda yazılırdı: məsnəvi, qəzəl, qit'ə, rübai və sair formalarda.
Klassik ədəbiyyatda saqinamə

Digər lüğətlərdə