saxlanılmaq
saxlanmaq
OBASTAN VİKİ
Saxlanma itkisi
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır. Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir.
Nəzarət altında saxlanma
Nəzarət altında saxlanma və ya müvəqqəti həbs cinayət törətməkdə şübhəli bilinən şəxsin həmin cinayəti törətdiyinə dair sübutların olması halında dövlət ittihamçısının qərarı ilə, ibtidai istintaqın aparılması və ya istintaqın başa çatdırılması üçün lazım gəldikdə məcburi formada, hüquq-mühafizə orqanları tərəfindən müəyyən müddətə həbsdə saxlanması prosesidir. Həbs şübhəli bilinən şəxsin dövlətin hüquq-mühafizə orqanları tərəfindən qanuni əsaslarla müvəqqəti olaraq nəzarət altında saxlanılmasıdır. Çox vaxt saxlanılan şəxs əvvəlcə təcridxanaya aparılaraq burada ifadə verir, daha sonra isə qarşısına çıxarıldığı prokuror onun azadlığa buraxılmasını və ya məhkəməyə göndərilməsini tələb edir.
Enerjinin saxlanması qanunu
Enerjinin saxlanması qanunu – təbiətdə ümumi qanunlarından biri (saxlanma prinsipləri). Qanuna görə enerji bir formadan digər formaya çevrilərkən itmir və yenidən yaradılmır. Maddi sistem bir haldan digər hala keçdikdə onun enerjisinin dəyişməsi sistem ilə qarşılıqlı təsirdə olan cisimlərin enerjisinin artmasına və ya azalmasına ciddi uyğun gəlir. Enerjinin bir formadan digər formaya çevrilməsi prosesləri müəyyən miqdari ekvivalentlər ilə tənzimlənir. Enerjinin saxlanması qanunu XX əsrin ortalarında R. Mayer, C. Coul, Helmholts və başqalarının səyi ilə kəşf edilmişdir. Bu kəşfə qədər materiya və hərəkətin saxlanması haqqında Dekart, Leybnits, Lomonosov tərəfindən söylənilmiş ideyalar mövcud olmuşdur. Bu qanunda maddi dünyanın vəhdəti özünü göstərir. Onun kəşfi ilə təbiətdə bütün fəaliyyətin vəhdəti mülahizəsi fəlsəfi mühakimədən çıxaraq elmi fakta çevrilmişdir.
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin reallıqla hesablaşaraq, qəbul etdiyi müvəqqəti qərarlardan biri. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətə başladığı dövrdə dövlət quruluşunun, bütövlükdə, siyasi sistemin dəyişdirilməsi yeni qanunların qəbulunu zəruri edirdi. Lakin bunun üçün müvafiq təşkilati tədbirlər və qanunvericilik prosesi tələb olunurdu. Buna görə də, çıxış yolu kimi müvəqqəti olaraq köhnə qanunvericilik sistemi saxlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu məqsədlə 1918-ci il 23 iyun tarixli qərarı ilə idarəetmə və məhkəmənin bütün sahələri üzrə mövcud olan qanunları, həmin qanunlar hökumət tərəfindən ləğv olunana və ya dəyişdirilənədək qüvvədə saxlanıldı. Eyni zamanda, Milli Şura, Parlament və Hökumət qanunvericilik sahəsində gərgin çalışaraq, bu qanunlann xeyli hissəsini ləğv etməyə və yenilərini qəbul etməyə nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, B., 1998; Азербаиджанская Демократическая Республика (1918-1920). 3aкондательные акты (сборник документов), Б., 1998.

Digər lüğətlərdə