Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adnan Aqanoviç
Adnan Aqanoviç (xorv. Adnan Aganović; 3 oktyabr 1987, Dubrovnik) — yarımmüdafiəçi mövqeyində çıxış edən Xorvatiya futbolçusu. Rumıniyanın "Sepsi" klubunda çıxış edir. == Karyera == 3 oktyabr 1987-ci il tarixində Xorvatiyanın Dubrovnik şəhərində anadan olan Aqanoviç, peşəkar futbol karyerasına "Dubrovnik 1919" FK, "QOİK Dubrovnik 1919" FK və "Troqir" FK kimi kiçik Xorvatiya klublarında başlamışdır. O, futbol üzrə Xorvatiya çempionatında "Mecimure" FK və "Varteks Varazdin" FK-da oynamışdır. UEFA Avropa Liqası 2011/2012 mövsümünün təsnifat mərhələsində "Varteks Varazdin", "Dinamo Buxarest" FK ilə oyun keçirmişdir. Bu oyunda Aqanoviç bir qol vurmuşdur. Aqanoviç daha sonra Sloveniyanın "Koper" FK-nun heyətinə qoşulmuşdur. O burada, Balkan yarımadasının ən yaxşı yarımmüdafiəçilərindən biri halına gəlmişdir. Növbəti mövsüm o, Xorvatiyaya geri qayıtmış və "İstra 1961" FK-nun heyətinə qoşulmuşdur.
Adnan Azar
Adnan Azar, (1956 – 10 yanvar 2014, Ankara), Türk şair. TED Qeysəriyyə Kollecini və Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi Arxeologiya ixtisasını bitirmişdir. Bir müddət Orta Doğu Texniki Universiteti`ndə Sosial Elmlər üzrə oxumuşdur. Şeirləri "E", "Göstəri", "Şeir-lik", "Yarın", "Yazko Ədəbiyyat", "Varlıq" kimi dərgilərdə dərc olunmuşdur. 1981-ci ildə "Akademiya Kittabevi Şeir Başarı Mükafatı"na layiq görülmüşdür. 10 yanvar 2014-cü ildə uzun müddət müalicə aldığı ağciyər xərçəng xəstəliyindən həyatını itirdi.
Adnan Bərəkət
Adnan Bərəkət (3 sentyabr 1982, Amsterdam) — sağ vinger mövqeyində çıxış etmiş Mərakeş əsilli Niderland futbolçusu. O, "NAK Breda", "Eyndhoven", "Kambür", "Bakı", "Den Bosx" və s. kimi klublarda çıxış etmişdir. == Karyerası == Bərəkat 2010-cu ilin yanvarında Azərbaycan Premyer Liqası təmsilçisi "Bakı" klubu ilə 2,5 illik müqavilə imzalamışdır. "Bakı"nın heyətində debütunu 2 fevral 2010-cu ildə "Turan Tovuz"a qarşı keçirilən ev oyununda etdi, həmin oyun paytaxt təmsilçisi üçün 2:1 qələbə hesabı ilə bitdi. Klub forması ilə Bərəkət ilk qolunu növbəti mövsüm 6 noyabr 2010-cu ildə 3:1 hesabı ilə bitən "Gəncə" klubuna qarşı keçirilən oyunda vurdu.2011-ci ilin noyabrında Bərəkət aylarla maaş almadan "Bakı" klubundan ayrıldı. Barakat Bakıdan getdikdən sonra 2012-ci ilin yanvarında "Muanqtonq Yunayted" ilə müqavilə imzalasa da, Bakı ilə mübahisəsi səbəbindən yeni klubunda həmən oyunlara çıxa bilmədi və klub onun qeydiyyatını dayandırdı. 2013-cü ilin iyil ayında "Muanqtonq Yunayted"i tərk etdi.
Adnan Hacızadə
Adnan Hikmət oğlu Hacızadə (13 iyul 1983, Bakı) — bloqqer. == Həyatı == Adnan Hacızadə 13 iyul 1983-cü ildə Bakı şəhərində doğulub. Bakı Avropa liseyini bitirib. 2000-ci ildə Qafqaz Universitetinə daxil olub, bir il sonra ABŞ-nin Riçmond Universitetinə transfer olub, burada siyasətşünaslıq üzrə bakalavr təhsili alıb, 2005-ci ildə Bakıya gəlib, Xəzər Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr dərəcəsi alıb. Adnan Hacızadənin Amerikadan qayıdışı Azərbaycanda Parlament seçkiləri ilə eyni dövrə düşür. Adnan müxalifətin mitinqlərində yenə də sıravi kimi iştirak edir. Həmin dövrdə "Ol!" Gənclər Hərəkatını yaratmaq ideyası müzakirə olunur. 2006-cı ildə "Ol!" yaranır. 2007-ci ldə hərbi xidmətdə olmuşdur. 2008-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra "BP" ictimayyətlə əlaqələr şöbəsində öz işini davam etdirir.
Adnan Kahveçi
Adnan Kahveci (tam adı: Adnan Kahveçi, türk. Adnan Kahveci; 20 fevral 1949, Trabzon – 5 fevral 1993, Bolu) — elektrik mühəndisliyi üzrə professor, sabiq Türkiyə deputatı, sabiq maliyyə və gömrük naziri. == Həyatı == 1949-cu ildə Trabzonun Körpübaşı mahalı Beşköy diyarının Yılmazlar kəndində anadan olmuşdur. İbtidai məktəb illərində "Milliyyət" qəzetinin keçirdiyi yarışmada birinci olmuşdur. Təhsilinə İstanbul Kabataş Liseyində davam etmişdir. 1966-cı ildə cari ilin birincisi kmii məzun olmuşdur. Universitetə qəbul imtahanında birinci olmuş və İstanbul Universitetinə daxil olmuşdur. Təhsilinə ABŞ-də İndianadakı Purdue Universitetində davam edərək elektrik mühəndisi ixtisası üzrə məzun olmuşdur. Missuri Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu universitetdə bir müddət akademik işlərinə davam etdikdən sonra Türkiyəyə qayıdaraq Boğaziçi Universitetində pedaqoji fəaliyyətə başlamışdır.
Adnan Menderes
Adnan Menderes (1899[…], Aydın, Aydın vilayəti, Osmanlı imperiyası – 17 sentyabr 1961[…], İmralı, Bursa vilayəti) — Türkiyə Respublikasının 9-cu və CXP-li olmayan ilk baş naziri (1950–1960). == Uşaqlıq və gənclik illəri == 1899-cu ildə Aydınlı torpaq sahibi varlı bir fermerin oğlu olaraq doğulmuşdur. Doğulduğu yerə aid məlumata görə Aydında doğulmuşdur, lakin şəxsiyyət vəsiqəsində İzmir yazılıb və bir çıxışında izmirlilərə dəyərli yerlilərim deyə müraciət etmişdir, lakin bunun sadəcə bir xitab şəkli olduğu da güman edilir. Kırım tatarı əsilli olan babası Hacı Əli Paşa Konyadan köç etmişdir. Atası İbrahim Etem bəy, anası Tevfika xanımdır. Ana və atasını kiçik yaşlarında itirmiş, nənəsinin himayəsində yaşamışdır. Bacısı Məlikə də kiçik yaşlarında vəfat etmişdir. Birinci Dünya Müharibəsi illərində futbolçu olmuşdur. Təhsilə İzmir İttihad və Tərəqqi Məktəbində başlayan Adnan Menderes, Qızılçulu Amerikan Kollecində oxuyarkən missionerlərlə başına dərd açdığı üçün, müxtəlif yerlərə müraciət etmişdi. Müraciət etdiyi yerlərdən birinin başında Cəlal Bayar dururdu.
Adnan Okla
Adnan Okla (ərəb. عدنان عقلة‎) (1950, Qüneytirə, İsrail şimal dairəsi – təq. 1982) — Suriya radikal islamçısı, Mübariz avanqardın lideri. Təşkilat Suriyada uğursuz islamçı qiyamda iştirak edən Müsəlman qardaşlığına bağlı sünni silahlı qruplaşma idi. O, xüsusilə də Mübarizə avanqardının ən xarizmatik və nüfuzlu siması kimi tanınır. == Erkən həyatı == Atası çörəkçi olan Adnan Okla 5 yanvar 1951-ci ildə Suriyada, Qüneytirə mühafəzəsində orta təbəqə bir ailədə anadan olmuşdur. əyalətində orta səviyyəli ailədə anadan olmuşdur. Okla inşaat mühəndisliyi üzrə təhsil almış, həmçinin Suriya Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. == Suriyada islamçı qiyamı == Adnan Okla 1979-cu ildə Hələb Artilleriya Məktəbi qırğınının planlaşdırılmasında əsas rol oynamışdır.Okla 1981-ci ilin yanvarında Mübariz avanqardın Müsəlman qardaşlığından ayrı bir təşkilat olduğu elan etmiş və Suriya hökumətinə qarşı mübarizəni davam etdirdiyini iddia etmişdir.Okla Suriya hökumətinə qarşı ümumi üsyanın başlanacağını gözləyərək Həmaya getmişdir.Müsəlman qardaşlığı ilə əlaqələrini kəsməsinə baxmayaraq, Okla yalnız 1982-ci ilin aprelində Həma qırğınından sonra Mübariz avanqardın lideri vəzifəsindən rəsmi olaraq uzaqlaşdırılmışdır. Müsəlman qardaşlığının siyasi qanadının bir çox liderləri İraqa qaçmışdır.
Adnan Oktar
Adnan Oktar (2 fevral 1956, Ankara; təxəllüsü: Harun Yəhya, türk. Harun Yahya) — Türkiyədə Adnan xoca kimi tanınan kult (təriqət) lideri. Oktar, adını verdiyi və Mehdi inancına dayanan kult hərəkatının qurucusu və lideridir. 1980-ci illərdə xalq tərəfindən tanınmağa başladı və cinsi istismar, şantaj və təhdid kimi cinayətlərin yanında zəngin uşaqları valideynlərindən ayırmaqla gündəmə gəldi. == Həyatı == Adnan Oktar 1956-cı il fevralın 2-də Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Atası Yusif Oktar Arslan, anası isə Mədiha Oktar Aslanoğludur. === Təhsili === Orta təhsilini Ankarada bitirir. 1979-cu ildə Memar Sinan Gözəl Sənətlər Universiteti incəsənət fakültəsinə daxil olur. == Elmi-dini fəaliyyəti == Düşünülür ki hələ universitetdə oxuyarkən elmi-dini fəaliyyətlə məşğul olmağa başlamış və təkamül, materiyalizm, komunizm, massonluq, sionizm kimi ateist fəlsəfi nəzəriyyələrinə qarşı çıxmış və bu sahələrə qarşı, əksfikirli əsərlər yazmağa başlamışdır. Bundan başqa yazıçı dini mövzulu: Quran və Mehdiçilik mövzusunda da kitablar yazmışdır.
Adnan Paçaçı
Adnan Müzahim Əmin Paçaçı (ərəb. عدنان الباجه جي‎; 14 may 1923, Bağdad – 17 noyabr 2019, Əbu-Dabi) — İraq siyasətçisi, keçmiş nazir və diplomat. == Həyatı == Adnan Paçaçı 14 may 1923-cü ildə İraqın Bağdad şəhərində anadan olmuşdur. O, İraq və İsrail arasında altıgünlük müharibə zamanı, 1959–1965-ci illərdə İraqın Birləşmiş Millətlər Təşkilatında daimi nümayəndəsi və 1965–1967-ci illərdə İraqın Xarici İşlər Naziri olmuşdur. == Vəfatı == Adnan Paçaçı 17 noyabr 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində, 96 yaşında vəfat etmişdir.
Adnan Qəhvəci
Adnan Kahveci (tam adı: Adnan Kahveçi, türk. Adnan Kahveci; 20 fevral 1949, Trabzon – 5 fevral 1993, Bolu) — elektrik mühəndisliyi üzrə professor, sabiq Türkiyə deputatı, sabiq maliyyə və gömrük naziri. == Həyatı == 1949-cu ildə Trabzonun Körpübaşı mahalı Beşköy diyarının Yılmazlar kəndində anadan olmuşdur. İbtidai məktəb illərində "Milliyyət" qəzetinin keçirdiyi yarışmada birinci olmuşdur. Təhsilinə İstanbul Kabataş Liseyində davam etmişdir. 1966-cı ildə cari ilin birincisi kmii məzun olmuşdur. Universitetə qəbul imtahanında birinci olmuş və İstanbul Universitetinə daxil olmuşdur. Təhsilinə ABŞ-də İndianadakı Purdue Universitetində davam edərək elektrik mühəndisi ixtisası üzrə məzun olmuşdur. Missuri Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu universitetdə bir müddət akademik işlərinə davam etdikdən sonra Türkiyəyə qayıdaraq Boğaziçi Universitetində pedaqoji fəaliyyətə başlamışdır.
Adnan Sami
Adnan Sami (urdu عدنان سمیع‎); (doğ.15 avqust 1973) — Pakistan müğənnisi. == Həyatı == Adnan Sami 15 avqust 1973-cü ildə London şəhərində doğulub.
Adnan Yalım
Adnan Yalım (25 fevral 1957, Nevşəhər) — türkiyəli rəssam. == Həyatı == 1957-ci ildə Nevşehdə doğulub. Atası müəllim olduğu üçün ibtidai və orta təhsilini müxtəlif bölgə və kəndlərdə almışdır. 1979-cu ildə İstanbul Dövlət İncəsənət Akademiyasına daxil olmuş, 1984-cü ildə magistr dərəcəsi ilə məzun olmuşdur. Həmin il Parisə gedərək tədqiqat və araşdırmalarda iştirak etdi. Parisdən qayıtdıqdan sonra Malatya İnönü Universitetində məruzəçi olaraq işə başladı. 1989-cu ildə sənətində dərəcə aldı. 1990-cı ildə yenidən xaricə getdi və Paris, Amsterdam və Venesiyada tədqiqatlarda iştirak etmişdir. Sənətkarın 13 şəxsi və çoxsaylı ölkə və beynəlxalq səviyyədə sərgilərdə iştirak edib.
Adnan Yücel
Adnan Yücel (27 mart 1953, Elazığ – 24 iyul 2002) — Türkiyəli şair. Diyarbakır Eğtim İnstitutunun Türk Dili və Ədəbiyyatı Bölümü və Ankara Universiteti Eğtim Fakültəsi Gözəl Sənətlər Eğtim Bölümünü bitirdi. Bir müddət müxtəlif orta təhsil müəssisələrində müəllim olaraq işlədikdən sonra Çukurova Universitetində müəllim olaraq işlədi. Şiirleri, Ədəbiyyat 81, Universal Mədəniyyət, Petek, İncəsənət Əməyi, Somut, Söylem, Yapıt,, və Yeni Hadisə kimi jurnallarda nəşr olundu. == Şeir kitabları == Döyüşlərə deyilən sevgi Masamdakı Kaval Səs Bir həsrət, bir şeir Ağrılara səbəb olmur Yer sevginin üzü olanadək Küləklə Bir Od və Günəşin uşaqları Çukurova diversifikasiyası Sular şahiddir Eşqimizə Ağrının rəngidir Acıya Kurşun İşlemez Ayın işığında == Haqqında yazılıb == Özer, Mehmet (derleyen) (2003). Aşkın ve Başkaldırının Şairi: Adnan Yücel. Ankara: Yurt Kitap-Yayın. ISBN 975-7076-67-8.
Adnan Şənsəs
Adnan Şenses (türk. Adnan Şenses, 21 avqust 1935, Bursa — 25 dekabr 2013, İstanbul) — Türk sənət musiqisi müğənnisi, musiqiçi bəstəkar, kino aktyoru. == Həyatı == Adnan Şenses 21 avqust 1935-ci ildə Türkiyənin Bursa şəhərində doğulub. İbtidai məktəbə Ankara İsmət İnönü ibtidai məktəbində başlayan Adnan Şenses, təhsilini İstanbula köçdükləri üçün Karagümrük orta məktəbində davam etdirib və həmin məktəbdə də başa vurub. Ailəsinin istəyi ilə dülgərliklə məşğul olan Şenses, 1956-cı ildə öz istəyi əsasında musiqi sənəti ilə maraqlanamağa başlayır və ilk musiqi dərslərini Suzan Yakar Rutkaydan alır. 16 il Ankara radiosunda işləyən Şenses sonradan məşhur kazinolarda işləməyə başlayır. Bundan başqa o, 47 filmdə müxtəlif rollarda oynayıb və bir çox albom çıxarıb. 2013-ci ildə Sezen Aksunun hədiyyə etdiyi "Bekleyemedinmi" və "Kaybolan Yıllar" adlı mahnılarının da olduğu "Adnan Şenses bir əfsanədir" albomunu buraxdırır. Albomda Sezen Aksudan başqa, Selami Şahin və Səlcuq Tekay kimi adların da mahnıları var. Uzun müddətdir ki, ağır xəstəlikdən Okmeydanı xəstəxanasında müalicə olunan tanınmış müğənni Adnan Şenses 25 dekabr 2013-cü ildə Türkiyə vaxtı ilə saat 20:30 radələrində vəfat edib.
Adnan Ərsöz
Adnan Ərsöz (türk. Adnan Ersöz; 1917, Kadıköy, İstanbul ili – 13 oktyabr 1991, Göztəpə[d], İstanbul ili) — Türk generalı, Milli Kəşfiyyat Təşkilatı] rəhbəri. == Həyatı == 1936-cı ildə Hərb Məktəbindən Kiçik leytenant olaraq məzun oldu. Türkiyə Silahlı Qüvvələrində müxtəlif addımlarda vəzifə yerinə yetirdikdən sonra 1963–1965 illəri arasında Tuğgeneral, 1965–1969-cu illər arasında Tümgeneral, 1969–1973-cü illər arasında General-leytenant, 1973–1977-ci illər arasında General rütbəsiylə xidmət gördü. Dövrün Quru Qoşunları Komandiri General Namiq Kamal Ərsun zərbə hazırlıqları içərisində olmaq səbəbiylə şəxsən Süleyman Dəmirəl tərəfindən təqaüdə göndərildi. Yerinə keçəcək komandir üçün Süleyman Dəmirəlin namizədi 3-cü Ordu komandiri Əli Fəthi Əsənər, Fəxri Korutürkün namizədi 1-ci Ordu komandiri Adnan Ersöz idi. 30 Avqusta qədər Adnan Ərsöz vəzifəyə vəkalət etmiş yerini Kənan Evrene təhvil vermişdir. Təqaüdə çıxdıqdan sonra, 13 iyul 1978-ci il tarixində Milli İstihbarat Təşkilatı rəhbəri vəzifəsinə təyin edildi. 19 noyabr 1979-cu il tarixində vəzifəsindən istefa verdi. Məsləhətləşmə Məclisi Milli Təhlükəsizlik Şurası tərəfindən Seçilən Üzvü (5 yanvar 1982 – 6 dekabr 1983) olaraq vəzifə yerinə yetirdi.
Arsan Dolay
Arsan Dolay — türk və yakut mifologiyasında acgözlük tanrısı. Dulay xan və ya Doğulay xan olaraq da bilinir. Sərhədsiz sərvətə malikdir. Şər ruhların bir qisiminin rəhbəri mövqesindədir. Buynuzlu və saqqallıdır. Kölgəsi yoxdur. Arvadı və yeddi oğulu vardır. Şeytanı güclərlə əlaqəsinin bir simvolu olaraq, buynuzlu və saqqallı düşünülən və hesabsız sərvətə sahib olan Arsan Dolay Xan, yeraltı dünyasının ən dərin qatında yaşayan bir varlıqdır. Özünün diqqətinin çəkilməsindən qorxulduğu üçün adının deyilməsindən çəkinilər. Oğullarından hər biri, bir pis ruh komandasının başında olur.
Nur Aysan
Asiye Nur Fettahoğlu (12 noyabr 1980, Duysburq, Şimali Reyn-Vestfaliya) — Türkiyə aktrisası, model. == Həyatı == Nur Fettahoğlu 12 noyabr 1980-ci ildə Almaniyanın Duysburq şəhərində doğuldu. Sinan və Fatma Fettahoğlu cütlüyünün 3 qızından biridir. Bir qardaşı var. Bacılarının və qardaşının adları Rəmziyyə, Səlvinaz və Məhəmməd Mustafadır. Beşiktaş Liseyində (indiki adıyla Beşiktaş Anadolu Liseyi) lisey təhsilini tamamladıqdan sonra işləməyə başladı. Müxtəlif banklarda vəzifə aldıqdan sonra Sky Türkdə birja spikerliyi etməyə başladı. Fettahoğlu aktrisalığa "Məndən ata olmaz" filmi ilə başladı, ardınca "Könül yelləncəyi"ndə rol aldı və Aşk-ı Memnudakı Feyker Yöreoğlu rolu ilə karyerasında uğur əldə etdi. Bundan başqa Atasay, Dove, Luna kimi firmaların reklam filmlərində oynadı. Qurdlar Vadisi: Fələstin filmində Necati Şaşmazla baş rolu paylaşdı.
Sergey Adyan
Sergey İvanoviç Adyan (erm. Սերգեյ Հովհաննեսի Ադյան, rus. Серге́й Ива́нович Адя́н; 1 yanvar 1931, Quşçu, Dəstəfur rayonu – 5 may 2020, Moskva) — erməni əsilli Rusiya riyaziyyatçı, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2000-ci ildən, 1991-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü). Riyazi məntiq, alqoritmlər nəzəriyyəsi və onların cəbrə tətbiqi üzərində işləmişdir. Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülmüşdür. == Müfakatlar == SSRİ Elmlər Akademiyasının Pafnuti Çebışev mükafatı (1963). Rusiya Federasiyasının Dövlət mükafatı (1999). "Şərəf" ordeni (2011). "Riyaziyyata həsr olunmuş həyat" adlı "Dinastiya" fondu mükafatı (2014). == İstinadlar == == Xarici keçidlər == Профиль С. И. Адяна на официальном сайте РАН С. И. Адян к 75-летию со дня рождения Биография (англ.) в проекте Mac Tutor History of Mathematics archive Фотопортрет С. И. Адяна в галерее выдающихся учёных МГУ «Портрет интеллекта», созданной в 2005 г.
Adnan Əhmədzadə
Adnan Əhmədzadə (24 yanvar 1978) — azərbaycanlı iş adamı. == Həyatı == Adnan Əhmədzadə 24 yanvar 1978-ci ildə anadan olub. === Şəxsi həyat === Ailəlidir, dörd övladı var. === Karyera === 1998-2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində (2003-cü ildən Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi) İxrac əməliyyatları idarəsində ekspert vəzifəsində çalışıb. 2005-2006-cı illərdə “Azərtrans” MMC-nin baş direktoru vəzifəsində çalışıb; 2006-2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində aşağıdakı vəzifələrdə çalışıb; 2006 – 2007 Nəqliyyat və Ekspedisiya İdarəsinin rəis müavini; 2007 – 2008 Ticarət əməliyyatlarında kommersiya riskləri şöbəsinin müdiri; 2008 – 2010 İqtisadi əməliyyatlar şöbəsinin rəis müavini; 2010 – 2019 SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin baş meneceri. 2018-ci ildə SOCAR Trading-in icraçı direktoru vəzifəsinə təyin edilib. 2019-cu ildə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib. 2023-cü ildən ABDA Invest Holding-in təsisçisi və sədridir. 2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidentidir. == Mükafatları == Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif olunub.
Asan üsyanı
Asan üsyanı (qaz. Асан көтерілісі) — qazaxların məcburi kollektivləşdirməyə, ərzağın və mal qaranın yığılmasına qarşı qaldırdıqları üsyan.Üsyan 1930-cu ilin avqust sentyabr aylarında Qızılorda vilayətinin, Qazalı bölgəsində baş verib. Bu üsyan Qızılqum üsyanının davamı sayılır. 22-ci aulun D.Asanov, J.Tleubaev, A.Kaldıbaev və B.Tleuliev adlı sakinlərinin buğdaya görə vergi verməkdən boyun qaçırdıqları üçün Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən həbs olunmaları üsyanın başlamasına səbəb olur. Üsyançılar həbs olunanları güclə azad edirlər. Onlara 19, 20, 21, 23, 24, 25 nömrəli aullardan və qonşu Aral bölgəsindən də insanlar qoşuldular. Tezliklə üsyançıların sayı 1000 nəfərə çatdı. Üsyana imam Maksım Orımbetov rəhbərlik edirdi. Üsyan yatırıldıqdan sonra 98 nəfər həbs olunmuş 31 nəfər isə axtarışa verilmişdir. 19 noyabr 1930-cu ildə Jumaş Tleubaev, 20 noyabr 1930-cu ildə Abdıkalık İmbetov, 21 aprel 1931-ci ildə isə Kalımbet Edilqarayev, Abdiraman Karaqulov, Jubatxan Konısov, Pirimbet Kurekeev, Nasır Mambeteev, Mustafa Mirbekov, Ayjarık Tanatarov güllələnməyə məhkum edildilər.
ASAN Radio
ASAN Radio — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən radio. 24 dekabr 2015-ci il tarixində 100.0 MHz tezliyində Bakı və Abşeron ərazisində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır. == Yaradılması == ASAN radionun açılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıq vermişdi. 8 sentyabr 2015-ci ildə radionun açılması ilə Milli Televiziya və Radio Şurası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində Azərbaycan üzrə teleradio yayımın aparılması üçün 6 illik lisenziya verib. Oktyabr ayında televiziya və radio sahəsində böyük təcrübəsi olan Emin Musəvi ASAN Radionun direktoru təyin olundu. 2015-ci ilin sonlarında, 24 dekabr tarixində ASAN radio test yayımına başladı. Radio ilk olaraq yalnız Bakı və Abşeron rayonları ərazisində yayımlanırdı. ASAN Radionun formalaşdırılmasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi iştirak edib.
ASAN xidmət
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər.> ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 25 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, on səkkizi sə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 60 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.
Adolf Adan
Adolf Adan (fr. Adolphe Adam; 24 iyul 1803[…], Paris – 3 may 1856[…], Paris) — Fransalı bəstakar.
Fartuun Adan
Fartuun Adan (somali Fartuun Aadan, ərəb. فارتوون عدن‎; 1969, Moqadişo) — somalili ictimai fəal. == Həyatı == Somalidə anadan olmuşdur. == Ailəsi == Elman Əli Əhməd ilə evli idi. Bu evlilikdən onların Almas, İlvad və İman adlı övladları olmuşdur.
ASAN İmza
ASAN İmza — Azərbaycan Vergilər Nazirliyinin "ASAN Xidmət" Mərkəzi və Rabitə və Texnologiyalar Nazirliyi ilə birgə yaratdığı müştəriyə mobil telefonu etibarlı elektron şəxsiyyət vəsiqəsi kimi istifadə etməyə imkan verən xidmət. Şəxsiyyət vəsiqəsi kimi elektron xidmətlərə daxil olmaq və sənədləri rəqəmsal imzalamaq üçün istifadə edilə bilər, lakin şəxsiyyət vəsiqəsi oxuyucusu tələb olunmur. Sistem müştərinin mobil telefon operatorundan tələb etdiyi ixtisaslaşdırılmış Mobile-ID SİM karta əsaslanır. Şəxsi açarlar autentifikasiya və imza üçün kiçik proqramla birlikdə mobil SİM kartda saxlanılır. Asan İmza (Mobile ID) Azərbaycanda elektron hökumət istiqamətində ilk addımdır. Bu elektron hökumətin hərtərəfli dəsti kimi nəzərdən keçirilə bilər. Şəbəkələrin, tətbiqlərin və xidmətlərin geniş əlçatanlığı sayəsində hər yerdə və istənilən vaxt müxtəlif cihazlarda mümkün olan yeni qarşılıqlı əlaqə və əməliyyat formalarını əks etdirir.
Anşan
Anşan – Çinin şimal-şərqində, Lyaonin əyalətində şəhər. == Ümumi məlumat == Əhalisi 1,2 mln., aqlomerasiyada – 3,44 mln. (2005). Şərqi Mancuriya dağlarının ətəklərində, Anşan çayı sahilindədir. Nəqliyyat qovşağı. 1911-ci ilədək kiçik kənd olmuş Anşan yaxınlığındakı dəmir filizi yatağının istismarı ilə əlaqədar olaraq böyümüş və şəhər statusu almışdır. Mühüm ağır sənaye mərkəzlərindəndir. Ölkənin ən iri metallurgiya kombinatı Anşandadır. Maşınqayırma, kimya, sement, neft emalı sənayesi müəssisələri var.
Aşan
Aşan (Marağa) — İranda kənd. Aşan — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Aşandağ — Xocavənd rayonu ərazisində dağ.
Adsız adası
Adsız adası — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Heç bir yaşayış əlaməti yoxdur. Maksimum uzunluğu 0,1 km təşkil edir. Sahildən 17,5 km uzaqlıqda yerləşir Ada Səngi-muğan və İqnat daşı (Daşlı adası) adasının arasında yerləşir.
Andrey Alşan
Andrey Alşan (rus. Андре́й Альша́н; 18 mart 1960) — Sovet qılıncoynadanı, Olimpiya oyunlarının gümüş mükafatçısı, altıqat dünya çempionu. SSRİ-nin Əməkdar İdman Ustası, "Şərəf nişanı" ordeni laureatı. == Karyerası == Andrey Alşan Seulda keçirilən XXIV Yay Olimpiya Oyunlarında Sablya ilə komanda yarışında Sergey Mindirqasov, Mixail Burtsev, Georgi Poqosov və Sergey Koryajkin ilə birlikdə gümüş medala sahib olub. Sablya ilə fərdi yarışda isə 9-cu olub.Sablya ilə komanda yarışında altıqat dünya və ikiqat SSRİ çempionudur. "Drujba-84" yarışlarının çempionu və gümüş mükafatçısıdır.1994-cü ildən 2004-cü ilədək qılıncoynatma üzrə İtaliya milli yığmasının məşqçisi olub. 2004-cü ildən 2010-cu ilədək qılıncoynatma üzrə Rusiyanın qadınlardan ibarət yığmasına rəhbərlik edib. Beynəlxalq dərəcəli hakimdir. 2010-cu ildən Lobnya şəhərinin uşaq-gənclər idman məktəbində işləyir.
Anşan (Fars)
Anşan (şum. 𒀭𒍝𒀭), müasir Təll Malyan (fars. تل ملیان‎), qədim fars şəhəri. İranın cənub-qərbindəki Zaqros dağlarında, Şirazdan təxminən 46 kilometr (29 mil) şimalda və Fars ostanında Beyza/Ramcird düzənliyində Persepolisdən 43 kilometr (27 mil) qərbdə yerləşirdi. Onun yerləşdiyi yer Elam tədqiqatları üçün əlamətdardır. Bu, mövcud olan ən erkən şəhər dövlətlərindən biri və eramızdan əvvəl 4-cü minilliyin sonlarından Elamın ən erkən paytaxtlarından biri idi. Eramızdan əvvəl 7-ci əsrdə farsların hakimiyyəti altına düşdü və sonra Farsın ilk paytaxtlarından birinə çevrildi. Anşan haqqında məlum olanların əksəriyyəti Tall-e Malyanda arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim artefaktlar və erkən Elam mətnlərindəki keçidlər vasitəsilə aşkar edilmişdir. == Tarixi == Anşan dünyanın ən qədim məlum sivilizasiyalarından biri hesab olunur. Eramızdan əvvəl 4000-ci ildən eramızdan əvvəl 1000-ci ilə qədər ardıcıl olaraq işğal edilmiş və siyasi cəhətdən Suzıdakı elamlılarla, eləcə də mesopotamiyalıların hakimiyyəti altında olmuşdur.
Adsız adası (Laptevlər dənizi)
Adsız adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elədə böyük olmayan ada. Taymır yarımadasının Pyotr boğazı, Şimal adasından isə Omulev boğazı ilə ayrılır. Adanın şərqində 11 metr olan ən hündür nöqtəsi yerləşir. Pyotr adaları qrupunun tərkibinə daxildir.
Aşan (Marağa)
Aşan (fars. آشان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,268 nəfər yaşayır (300 ailə).