ASAM
ASANİ
OBASTAN VİKİ
ASAN Radio
ASAN Radio — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən radio. 24 dekabr 2015-ci il tarixində 100.0 MHz tezliyində Bakı və Abşeron ərazisində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır. ASAN radionun açılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıq vermişdi. 8 sentyabr 2015-ci ildə radionun açılması ilə Milli Televiziya və Radio Şurası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində Azərbaycan üzrə teleradio yayımın aparılması üçün 6 illik lisenziya verib. Oktyabr ayında televiziya və radio sahəsində böyük təcrübəsi olan Emin Musəvi ASAN Radionun direktoru təyin olundu. 2015-ci ilin sonlarında, 24 dekabr tarixində ASAN radio test yayımına başladı. Radio ilk olaraq yalnız Bakı və Abşeron rayonları ərazisində yayımlanırdı. ASAN Radionun formalaşdırılmasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi iştirak edib.
ASAN xidmət
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 27 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmisi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 70 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur.
Asan üsyanı
Asan üsyanı (qaz. Асан көтерілісі) — qazaxların məcburi kollektivləşdirməyə, ərzağın və mal qaranın yığılmasına qarşı qaldırdıqları üsyan.Üsyan 1930-cu ilin avqust sentyabr aylarında Qızılorda vilayətinin, Qazalı bölgəsində baş verib. Bu üsyan Qızılqum üsyanının davamı sayılır. 22-ci aulun D.Asanov, J.Tleubaev, A.Kaldıbaev və B.Tleuliev adlı sakinlərinin buğdaya görə vergi verməkdən boyun qaçırdıqları üçün Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən həbs olunmaları üsyanın başlamasına səbəb olur. Üsyançılar həbs olunanları güclə azad edirlər. Onlara 19, 20, 21, 23, 24, 25 nömrəli aullardan və qonşu Aral bölgəsindən də insanlar qoşuldular. Tezliklə üsyançıların sayı 1000 nəfərə çatdı. Üsyana imam Maksım Orımbetov rəhbərlik edirdi. Üsyan yatırıldıqdan sonra 98 nəfər həbs olunmuş 31 nəfər isə axtarışa verilmişdir. 19 noyabr 1930-cu ildə Jumaş Tleubaev, 20 noyabr 1930-cu ildə Abdıkalık İmbetov, 21 aprel 1931-ci ildə isə Kalımbet Edilqarayev, Abdiraman Karaqulov, Jubatxan Konısov, Pirimbet Kurekeev, Nasır Mambeteev, Mustafa Mirbekov, Ayjarık Tanatarov güllələnməyə məhkum edildilər.
ASAN İmza
ASAN İmza — Azərbaycan Vergilər Nazirliyinin "ASAN Xidmət" Mərkəzi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə yaratdığı müştəriyə mobil telefonu etibarlı elektron şəxsiyyət vəsiqəsi kimi istifadə etməyə imkan verən xidmət. Şəxsiyyət vəsiqəsi kimi elektron xidmətlərə daxil olmaq və sənədləri rəqəmsal imzalamaq üçün istifadə edilə bilər, lakin şəxsiyyət vəsiqəsi oxuyucusu tələb olunmur. Sistem müştərinin mobil telefon operatorundan tələb etdiyi ixtisaslaşdırılmış Mobile-ID SİM karta əsaslanır. Şəxsi açarlar autentifikasiya və imza üçün kiçik proqramla birlikdə mobil SİM kartda saxlanılır. Asan İmza (Mobile ID) Azərbaycanda elektron hökumət istiqamətində ilk addımdır. Bu elektron hökumətin hərtərəfli dəsti kimi nəzərdən keçirilə bilər. Şəbəkələrin, tətbiqlərin və xidmətlərin geniş əlçatanlığı sayəsində hər yerdə və istənilən vaxt müxtəlif cihazlarda mümkün olan yeni qarşılıqlı əlaqə və əməliyyat formalarını əks etdirir.
Asan-Nuri Abdulla
Asan Nuri Abdulla oğlu — texnika elmləri doktoru, professor Krım vilayəti, Kuybışev rayonunun Qavro kəndində anadan olmuşdur. 1936-cı ildə "Neft-mədən işi" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1940-cı ilə qədər "Azneftlayihə" trestində mühəndis, böyük mühəndis, layihənin baş mühəndisi işləmişdir. 1940–1942-ci illərdə "Neftmaşınqayırmalayihə" institutunda (Moskva ş.) layihənin baş mühəndisi işləmişdir. 1942–1946-cı illərdə Narkomneftdə mühəndis, böyük mühəndis, texniki şöbəni xüsusi texniki qrupunda rəis müavini işləmişdir. 1946–1948-ci illərdə Şərqi neft sənayesi nazirliyinin qazıma şöbəsinin rəisi, texniki idarədə rəis müavini olub. 1946-cı ildə "Hərbi əməliyyatlarla əlaqədar Qroznı və Krasnodar rayonlarının köçürülməsi zamanı ləğv edilmiş neft quyularının bərpası" mövzusunda namizədlik, 1969-cu ildə isə "Dəniz estekada neft mədəni" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1948–1949-cu illərdə SSRİ Neft sənayesi nazirliyinin texniki şurasının sədr müavini işləyib. 1949–1950-ci illərdə "Başqərbneftverimi" trestində böyük mühəndis, dəniz mədənlərinin tikintisi şöbəsinin şöbə rəhbəri işləmişdir. 1950–1953-cü illərdə SSRİ neft sənayesi nazirliyi "Başdənizneft"də böyük mühəndis, şöbə rəisi, rəisin birinci müavini işləmişdir. 1953–1957-ci illərdə "Başqərbnefthasilatı"nın Texniki şöbəsinin rəisi, SSRİ Neft sənayesi nazirliyinin Texniki idarəsində rəis müavini olub.
ASAN Könüllüləri Gənclər Təşkilatı
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 27 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmisi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 70 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur.
“ASAN Könülləri” Gənclər Təşkilatı İctimai Birliyi
“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 27 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmisi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 70 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur.
"ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" medalı
"ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. "ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 697-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyət istiqamətləri üzrə səmərəli əməkdaşlıq edən, bu sahədə mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə həmin sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər. Maddə 2. Təltif edən orqan “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. "ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" medalının təsviri Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1.
Asano Naqasato
Asano Naqasato (d. 24 yanvar 1989) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 11 oyun keçirib, 1 qol vurub.
Asansör
Asansör (türkcə Asansör, hərfi tərcümədə “lift”, eynimənalı “ascenseur” fransız sözündən götürülmüşdür) və ya Tarihi Asansör- İzmir şəhərində (Türkiyə), Konak rayonunun Karataş məhəlləsində yerləşən tarixi tikili, içərisində ictimai lift yerləşən qala, İzmirin məşhur görməli yerlərindən biri. Dəniz sahilində yerləşən Karataş məhəlləsindən (Mithatpaşa küçəsi) təpədə yerləşən Halilrifat Paşa küçəsinə (keçmiş Yəhudi məhəlləsinin aşağısı və yuxarısı) qalxmaq üçün 1907-ci ildə tikilmişdir. Asansörün kərpic lift qalası yəhudi mənşəli bankir və xeyriyyəçi Nesim Levi Bayraklıoğlu tərəfindən 1907-ci ildə tikdirilmişdir. Asansörün tikilməsində əsas məqsəd Mithatpaşa küçəsindən Halilrifat Paşa küçəsinə keçidi asanlaşdırmaq olmuşdur. Asansörün tikintisindən əvvəl 40 metrlik hündürlük fərqi olan bu küçələri 155 pillədən ibarət pilləkan (türklər onu Karataş Merdivenleri, yəhudilər Devidasların Merdiveni adlandırırdılar) birləşdirirdi. Deyilənə görə, pilləkənin yuxarı başında Devidas ailəsinin evi, aşağı başında isə onların dostu Nesim Levinin evi yerləşirdi. Bir gün ata Devidas pilləkəndən yıxılıb ayağını sındırdıqdan sonra Nesim Levi Asansörü tikdirmək qərarına gəlir. XX əsrin 30-cu illərində Asansör qalasında kinoteatr, teatr səhnəsi və fotostudiya yerləşirdi. 1942-ci ildə tikili Şerif Remzi Reyentə satıldı. Onun ölümündən sonra Asansör vərəsəlik qaydasında onun qohumu Ayla Ökmene keçdi.
Asanthus
Asanthus (lat. Asanthus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Asanthus solidaginifolius (A.Gray) R.M.King & H.Rob. Asanthus squamulosus (A.Gray) R.M.King & H.Rob. Asanthus thyrsiflorus (A.Gray) R.M.King & H.Rob.
Dadaş Asanov
Dadaş Mirzə oğlu Asanov (15 yanvar 1930, Culfa, Naxçıvan MSSR) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri (1989–1993), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1982–1989), Azərbaycan SSR kənd tikintisi naziri (1978–1982), Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri (1973–1978), Azərbaycan SSR əməkdar mühəndisi. Dadaş Mirzə oğlu Asanov 1930-cu il yanvarın 15-də Naxçıvan MSSR Culfa şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Bakıdakı 171 saylı orta bitirdikdən sonra Moskva Polad İnstitutuna daxil olmuş və öz istəyi ilə 1952-ci ildə Moskva Yeyinti Sənayesinin Texnologiya İnstitutuna köçürülmüşdür. 1955-ci ildə həmin institutunun tikinti şöbəsini bitirərək inşaatçı-mühəndis ixtisasına yiyələnmişdir. Dadaş Asanov əmək fəaliyyətinə 1955-ci ilin əvvəllərində Bakıdakı 4 saylı tikinti trestinin 41 nömrəli tikinti idarəsində briqadirlikdən başlamışdır. 4 il ərzində briqadir, iş icraçısı, baş iş icraçısı işləmiş, 1959-cu ilin mart ayında həmin trestin 4 nömrəli Dəmir-Beton Məmulatları Zavodunun baş mühəndisi vəzifəsinə təyin edilmişdir. 1962-ci ilin yanvar ayından Dəmir-Beton Məmulatları trestinin baş mühəndisi olmuşdur. Dadaş Asanov 1966-cı ilin iyun ayından 1973-cü ilin noyabr ayınadək Azərbaycan SSR kənd tikintisi nazirinin müavini və birinci müavini olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri, 1978–1982-ci illərdə Azərbaycan SSR kənd tikintisi naziri vəzifələrində işləmişdir. 1982-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə çalışmışdır.
Dzaybatsu Asano
Dzaybatsu Asano (yap. 浅野財閥) — ümummilli ikinci dərəcəli dzaybatsunun ən böyüyü və beləliklə Yaponiyada beşinci ən böyük dzaybatsu idi. 1940-cı ildə Asano dzaybatsunun 64 şirkəti var idi ; və 1943-cü ildə - 94 şirkət. Bu dövrdə Asano Yaponiyada sement sənayesini praktik olaraq inhisara almışdı. Asano dzaybatsunun mənşəyi, tacir ailələrinin və ya ailələrin mədənçiliyinin siyasi işlərindən irəli getmədiyi üçün digər dzaybatsulardan xeyli fərqlidir. Dzaybatsunun qurucusu Asano Soitiro Toyama prefekturasından Tokioya gəldi və şəkər suyu tacirindən müxtəlif kiçik pərakəndə satış sahələrinin sahibinə: odun, ağac və daş kömürü. Bu dövrdə kömürdən istifadənin əsas yollarından biri işıqlandırma cihazlarında istifadə olunan ondan kok sobası qazının alınması idi. Qaz istehsalında, kömür oksigen əldə etmədən yüksək bir temperaturda qızdırılır və nəticədə kok meydana gəlir. Kok, qiymətli bir yanacaqdır və dəmir və polad sənayesində lazımdır, ancaq o dövrdə kok başqa bir yerdə istifadə edilmirdi.
Erik Asanbayev
Erik Asanbayev (qaz. Ерік Мағзұмұлы Асанбаев; 10 mart 1936 – 23 avqust 2004, Almatı) — Qazaxıstanın dövlət xadimi, Qazaxıstan Respublikasının vitse-prezidenti (1991–1996) 10 Mart 1936-cı ildə Kostanay vilayətinin Amangeldi rayonunun Bayqabul kəndində (2 saylı kənd) anadan olmuşdur. 1958-ci ildə Qazaxıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 1960–1963-cü illərdə Moskva Maliyyə İnstitutunun aspiranturasında oxudu və 1963-cü ildə "Qara metallurgiyada dövriyyə vəsaitlərinin təşkili və istifadəsi" mövzusunda iqtisad elmləri namizədi tezisini müdafiə etdi. İqtisad elmləri doktoru olub. 1959–1967-ci illərdə — Moskva və Almatıda tədris və tədqiqat işləri, 1963-cü ildə — Qazaxıstan SSR Dövlət Plan Komitəsi yanında Tədqiqat İqtisadi Tədqiqatlar İnstitutunun maliyyə planlaşdırması və sahələrarası balans şöbəsinin müdiri. 1967–1986-cı illərdə — Qazaxıstan SSR Nazirlər Sovetinin və Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında. 1986–1988 — Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri. 1988–1989 — Qazaxıstan SSR Nazirlər Sovetinin sədr müavini. 1989–1990 — Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü.
Nadjib Asanbayev
Nadjib Asanbayev (tam adı: Nikolay Vasilyeviç Asanbayev; başq. Нәҗип Асанбаев; d. 7 noyabr 1921, Axmanovo, Bakalinsk, Başqırdıstan – ö. 28 mart 2013, Ufa, Başqırdıstan, Rusiya) — başqırd yazıçısı. Başqırd MSSR əməkdar mədəniyyət xadimi (1982). 7 noyabr 1921-ci ildə Bakalinsk rayonunun Axmanovo kəndində anadan olmuşdur. 28 mart 2013-cü ildə vəfat etmişdir. Ufanın Cənub qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilmişdir. 1963-cü ildə Moskvada Ali ədəbiyyat kurslarını bitirmişdir. 1963-1965-ci illərdə M.Qafuri adına Başqırdıstan Dövlət Dram Teatrının direktoru işləmişdir.
Takuma Asano
Takuma Asano (10 noyabr 1994) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Tetsuya Asano
Tetsuya Asano (d. 23 fevral 1967) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 8 oyun keçirib, 1 qol vurub.
Ticarət dizaynları və reklam materiallarının idxalının asanlaşdırılmasına dair beynəlxalq Konvensiya
Ticarət dizaynları və reklam materiallarının idxalının asanlaşdırılmasına dair beynəlxalq Konvensiya — 7 noyabr 1952-ci ildə Cenevrədə qəbul edilmişdir. Konvensiyanın tərəfləri rüsumsuz mağazalar əsasında nümunələrin (əhəmiyyətsiz olduqda) və reklam materiallarının (reklam kataloqu, broşura və s.) idxalını təmin etməyi öhdələrinə götürürlər. 1962-ci ildə 8 iyun 1961-ci il tarixli "Sərgilərdə, Yarmarkalarda, Yığıncaqlarda və ya digər bu kimi tədbirlərdə nümayiş etdirilməsi və ya istifadəsi üçün malların gətirilməsinin asanlaşdırılmasına dair Gömrük Konvensiyası" qəbul edildi. Müqavilə əvvəlcə 6 ölkə (Belçika, Almaniya, Yunanıstan, İsveç, Böyük Britaniya, ABŞ) tərəfindən imzalanmışdır, 65 ölkə onun iştirakçısıdır: BM razılaşmalar bazasında sənəd kartı — International Convention to Facilitate the Importation of Commercial Samples and Advertising Material. Geneva, 7 November 1952 (ing.) Certified English and french text of the convention, UN Treaty. (United Nations, Treaty Series, vol. 221, p.
İneciro Asanuma
İneciro Asanuma (浅沼 稲次郎, Asanuma İneciro, 27 dekabr 1898, Miyakecima, Tokio, Yaponiya imperiyası – 12 oktyabr 1960, Çiyoda) – Yaponiya siyasətçisi, Yaponiya Sosialist Partiyasının rəhbəri. 1961-ci ildəki bir çıxışı zamanı Otoya Yamaquçi tərəfindən öldürülmüşdür. == Həyatı == İneciro Asanuma 1898-ci ildə Miyakecima adasında doğulmuşdur. O, bir neçə dəfə dövlət qulluğu imtahanından kəsildikdən sonra 1923-cü ildə Vaseda Universitetindən məzun olmuşdur. Burada tələbə hərəkatında iştirak etmişdir. 1922-ci ildə Yaponiya Kommunist Partiyasına qoşulsa da, proletar siyasətlə məşğul olmaq üçün 1924-cü ildə partiyadan ayrılmışdır. 1923-cü ildə Yaponiya Mədən İşçiləri Birliyinə qoşulmuş, 1925-ci ildə Fermer-Fəhlə Partiyasının baş katibi seçilmişdir. Partiya tezliklə hökumət tərəfindən bağlanmışdır. Aşio mədənindəki aksiyaları dəstəklədiyi üçün 5 aylıq həbsdə olmuşdur. 1933-cü ildə Tokio Şəhər Şurasına qəbul olunmuş, 1936 və 1937-ci illərdə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilərək Sosial Kütlələr Partiyasını təmsil etmişdir.

Digər lüğətlərdə