ALIŞAN

"Əli şanı" birləşməsindən yaranmış, "Əli şanlı, Əli kimi şanlı” mənasındadır.
ALIŞ
ALİ
OBASTAN VİKİ
Alışan
Alışan (lat. Dictamnus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir.
Ağ alışan
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dictamnus generalis E.H.L.Krause Dictamnus odorus Salisb. Dictamnus solitarius Stokes Dictamnus suffultus Wallr. Fraxinella alba (L.) Gaertn.
Ensizyarpaq alışan
Tükcüklümeyvə alışan
Tükcüklümeyvə alışan (lat. Dictamnus dasycarpus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü.
Alışanlı
Alışanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Alışanlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi vahidinin Alışanlı kəndi Birinci Səmədxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Əhalisi == Əhalisi 924 nəfərdir. == Din == Kənddə Alışanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Arif Alışanov
Arif Alışanov (tam adı: Arif Nizam oğlu Alışanov) — azərbaycanlı iqtisadçı, iqtisad elmləri namizədi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2006–2019). == Həyatı == Arif Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 45 saylı orta məktəbdə və D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb. 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar fakültəsini bitirib. Ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib. 1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib. 28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə "Azərbaycan Teleradio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.
Mehman Alışanov
Mehman Alışanov - "Qarabağ" klubunun yarımmüdafiəçisi, Azərbaycan milli çempionatında ilk qolun müəllifi. Narkotika alverinə görə təqsirli bilinərək həbs olunub. == Həyatı == Mehman Alışanov 1993-cü ildə Ağdamın "Qarabağ" klubunun heyətində həm ölkə çempionu, həm də ölkə kubokunun sahibi olub. Peşəkar futbolçu karyerasını 2008-ci ilin mayında başa vurub, bundan sonra Bakıya köçərək fəhləliklə pul qazanıb. Daş sexində çalışan futbolçu Nəbi Bayramov adlı şəxslə işbirliyinə girmiş, kokain sataraq pul qazanmışdıq. Xətai rayonunun hüquq-mühafizə orqanları tərəfindən yaxalanmışdır. == Karyerası == Mingəçevir futbol məktəbinin yetirməsi olan Mehman Alışanovun karyerasının əsas hissəsi doğulub-boya başa çatdığı şəhərin təmsilçiləri - "Kür-Nur" və "Energetik"lə bağlıdır. O, 1992-ci ildə startı verilən birinci milli çempionatda ilk qolun müəllifi kimi tarixə düşüb. Karyerası boyu "Qarabağ" (1992-93, 96/97 mövsümünün ikinci yarısı; 65 oyunda 15 qol), "Kür-Nur" (1993-95, 96/97 və 97/98 mövsümlərinin ilk yarısı; 48 oyunda 3 qol), "Şəmkir" (1997/98 mövsümünün ikinci yarısı), "Viləş" (1998/99; 25 oyunda 1 qol), "Turan" (1999/2000; 9 oyun) klublarında çıxış edən Alışanov güclülər dəstəsində 156 matçda 19 dəfə fərqlənib. Son 5 mövsümü birinci divizionda Mingəçevirin "Energetik" klubunda keçirən yarımmüdafiəçi 64 görüşdə 4 qola imza atıb.
Qafqaz alışanı
Şirindil Alışanlı
Alışanov Şirindil Həsən oğlu (28 oktyabr 1952, Əhmədli, Laçın rayonu – 14 mart 2024) — Azərbaycan filoloqu, filologiya elmlər doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "XX əsr Ədəbiyyatı" şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Şirindil Alışanov 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur. , . Bakının 19 və 111 nömrəli məktəblərində orta təhsil almışdır. 1970–1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmiş, ədəbi tənqid üzrə ixtisas kursunu bitirmişdir. 1976–1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışmışdır. 1977–1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışmış, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunmuş namizədlik dissertasiyası yazmış və 1981-ci ildə müdafiə etmişdir. 2024-cü ilin 14 mart tarixində vəfat edib. 1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış edir. "Ədəbi proses" silsilə məcmuələrinin əsas müəlliflərindən biridir.
Şirindil Alışanov

Digər lüğətlərdə