ALBAN

is.
1. Albaniya Xalq Respublikasının əsas əhalisinin adı və bu xalqa mənsub adam; arnaud.
2. tar. Azərbaycanın şimal hissəsində yaşamış qədim xalqın adı.
…Albanlar qırx min nəfərlə gözlənmədən Pompey ilə müharibəyə gəldilər. A.Bakıxanov.

ALBALILIQ
ALBANCA
OBASTAN VİKİ
Monte Alban
Monte Alban (isp. Monte Albán) — Meksikanın cənub-şərqində, Oaxaka ştatında Kolumba qədərki dövrə aid böyük yaşayış məntəqəsidir. Oaxaka vadisinin mərkəzi hissəsindən keçən alçaq dağ silsiləsində yerləşir. İndiki ştatın paytaxtı Oaxaka şəhəri Monte Albandan təxminən 9 km şərqdə yerləşir. Monte Albanın ictimai mərasim mərkəzi dəniz səviyyəsindən təxminən 1940 m hündürlükdə (dərənin dibindən 400 metr) süni şəkildə düzləşdirilmiş təpənin üstündə yerləşir. Bu mərkəzdən əlavə, bütün silsilə və onun təpələri boyunca, yüzlərlə süni terras və bəndlərlə əhatə olunmuş onlarla tikili var. Şimalda Atzompa və El-Qalo təpələrindəki yaxın xarabalıqlar da bu qədim şəhərin bir hissəsi hesab olunur. Monte Alban Mezoamerikanın ən ilk şəhəridir və demək olar ki, min il ərzində Sapotek sivilizasiyasının ictimai-siyasi və iqtisadi mərkəzi kimi mühüm rol oynamışdır. Monte Alban Orta Klassik dövrün sonlarına doğru təxminən e.ə. 500-cü ildə qurulmuşdur.
Gim (alban hərfi)
𐔲 (səslənməsi: /g/; transkripsiyası: G, g) — Alban əlifbasının üçüncü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Զիմ (Zim) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "gim" olmalıdır, erməni müəllif isə Զ və Գ hərflərini səhv salmışdır. Erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf gürcü əlifbasındakı Ⴂ hərfinin modifikasiya edilmiş formasıdır. Bu düşüncə Georgi Klimov və Voroşil Qukasyan tərəfindən də dəstəklənmişdir. Alban əlifbasında [g] səsinin qarşılığı kimi işlənilib.
Gəncəsər alban məbədi
Gəncəsər monastırı və ya Qandzasar monastırı (erm. Գանձասար, Qanczasar) — Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Gəncəsər monastırının başkilsəsi olan Müqəddəs İohann kilsəsi daha qədim kilsənin yerində, Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən inşa edilmişdir. Kilsənin inşasına 1216-cı ildə başlanılmış və tikinti 1238-ci ildə yekunlaşdırılmışdır. 22 iyul 1240-cı ildə Albaniya Katolikosu II Nersesin iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir. Kilsənin narteksinin inşasına Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkan xatunun sifarişi ilə 1240-cı ildə başlanılmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır. 1240-cı ildən Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ildə Alban Katolikosluğunun Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır. Bəzi azərbaycandilli müasir mənbələrdə abidənin əsil adının Xəzinədağ məbədi olduğu qeyd edilir.
Qafqaz Alban kilsəsi
Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır. Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir. Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, Alban Apostol kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Qeysəriyyə şəhərində təsdiq edilən erməni-qriqoryan kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən Alban Apostol kilsəsinin asılılığı formal xarakter daşıyırdı. Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə Alban Apostol kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir.
Alban
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Alban Arşakiləri
Alban Arşakiləri – Qafqaz Albaniyasını miladi tarixlə I əsrdən 510-cu ildək idarə etmiş hökmdar sülaləsi. Eramızın I əsrində hakimiyyətə gələn alban arşakiləri VI əsrə kimi – "alban mütləqiyyəti Sasanilər tərəfindən ləğv olunana və ölkə Sasani canişinlərinə verilənədək" davam gətirə bildilər. Moisey Kalankatlının təqdim etdiyi siyahıda arşakilər sülaləsindən olan on alban hökmdarının adı çəkilir: "Arandan arşakilərin böyük nəslindən olan Cəsur Vaçaqanadək ötən günlərin sayı məlum deyildir. Albaniyanı idarə edən hökmdarların adları sıra üzrə belədir: I Cəsur Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan". Siyahıdan aydın olur ki, Aran arşakilərdən olmayıb; görünür, Parfiya arşakilərinin bir qolu olan bu sülalənin nümayəndələri ölkədəki yerli sülaləni əvəz etmişdir. Siyahıdan göründüyü kimi, Albaniyanın ilk arşaki hökmdarı e. I əsrində hakimiyyətə gələn I Cəsur Vaçaqan olmuşdur. Belə güman etmək olar ki, Vaçaqanın sələfləri olan yerli hökmdarlar Albaniyanın bütün vilayətlərinə sahib deyildilər. Məhz I Vaçaqan ölkəni birləşdirməyə və mərkəzləşmiş dövlət yaratmağa müvəffəq olmuşdu. Onun nə özü, nə də varisi I Vaçe haqqında başqa məlumat yoxdur.
Alban Berq
Alban Berq (alm. Alban Maria Johannes Berg‎, 9 fevral 1885[…], Vyana – 24 dekabr 1935[…], Vyana)—XX əsrin II Vyana məktəbi üzvlərindən biri, avstriyalı bəstəkar və pianoçu Alban Berq 9 fevral 1885-ci ildə Vyanada tacir ailəsində anadan olmuşdur. Valideynlərinin musiqiyə olan marağı kiçik yaşlarından Alban Berqə təsir göstərmiş, 15 yaşına çatdıqda artıq bir çox mahnı və duet bəstələmişdi. Onun ilk bəstələri əsasən klassik janrda idi. 1904-cü ildə radikal bəstəkar Şönberqlə tanışlığı Berqin həyatında dönüm nöqtəsi hesab edilir. Onlar arasında ilk əvvəl müəllim-tələbə, daha sonra isə dostluq münasibətləri yaranmışdı. Bəstəkar 1911-ci ildə Helen adlı bir qadınla ailə həyatı qurmuşdur. 1908-ci ildə Op. 1 Piano Sonatısını, 1910-cu ildə Op 2 Mahnılar və eyni il Op. 3 simli Dördlü əsərlərini bəstələyən bəstəkar son əsərini həyat yoldaşına həsr etmişdir.
Alban dili
Alban dili (gjuha shqipe) — Hind-Avropa dilləri ailəsinə aiddir. Balkan yarımadasında, Kosovo, İtaliya və Yunanıstan ərazisində yayılmışdır. Alban dili iki əsas dialektə bölünür: cənub (tosk) və şimal (qek). Alban dilinin fonoloji sistemi 7 sait və 29 samit fonemdən ibarətdir. Qrammatik quruluşuna görə sintetik-flektiv dillərə aiddir. Sintaktik baxımdan sərbəst söz sırası üstünlük təşkil edir.
Alban güləbətini
Alban güləbətini (lat. Pulsatilla albana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.
Alban kilsəsi
Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır. Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir. Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, Alban Apostol kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Qeysəriyyə şəhərində təsdiq edilən erməni-qriqoryan kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən Alban Apostol kilsəsinin asılılığı formal xarakter daşıyırdı. Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə Alban Apostol kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir.
Alban kitabələri
Alban kitabələri — Qafqaz albanlarının erkən orta əsr epiqrafik abidələri.. 1948–1952-ci illərdə Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı üzərində alban yazısı olan V–VI əsrlərə aid kitabələr tapılmışdır. Həmin dövrə aid xritian məbədindəki mehrabın üzərində (daşdan düzəldilmiş dördkünc xaç oturacağının pərvazında) həkk edilmiş yazı dövrümüzədək çatmış ən böyük kitabədir. Üzərində Alban yazısı olan gil şamdanlar və küp parçaları da aşkar edilmişdir. Alban kitabələri indiyədək xunmamışdır. Vəkilov R.M. Mingəçevir epiqrafik abidələrinin arxeoloji xarakteristikası. Azərb. SSR EA-nın Xəbərləri (ictimai elmlər seriyası). 1958 №4.
Alban mafiyası
Alban Mafiyası — alban əsilli adamlardan qurulmuş mafiya qruplaşması. Bu mafiya Albaniyada yerləşmiş çoxsaylı cinayətkar dəstələrdən ibarətdir. Onlar həmçinin ABŞ və Avropada da fəaldırlar. Deyilənə görə beynəlxalq səviyyəyə 1980-ci illərdə qalxıblar. Albaniyanın özündə isə mütəşəkkil cinayət qrupları 15-ci əsrdən fəaliyyət göstərir. Alban mafiyası ABŞ və Böyük Britaniyada narkotik və bədən alveri reketini idarə edir.
Alban memarlığı
Qafqaz Albaniyasının memarlığı — Qafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş memarlıqdır. Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi mənbələrin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin köhnə ibadət yerlərində, bir sıra hallarda birbaşa köhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. IV–VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılmasını tarixi mənbələr də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin Vaçaqan və Cavanşirin hakimiyyətləri dövrünə təsadüf edir. IV əsrə Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsindən sonra bütün ölkə ərazisində oxsaylı dini tikililərin inşasına başlanılır, həmçinin köhnə məbədlərə əlavələr edilərək onlar xristian kilsəsinə çevrilirlər. Bu cür dəyişiklərə məruz qalmış abidələrə nümunə əlaraq, Ləkit, Kilsədağ, Mamrux, Mingəçevir kilsələrini göstərmək mümkündür. B.e. ilk əsrlərindən etibarən Qafqaz Albaniyası ərasizində bir və üç nefli bazilikaların inşasına başlanılır.
Alban mətbəxi
Alban mətbəxi (alb. Kuzhina shqiptare) — albanların milli mətbəxi. Aralıq dənizi mətbəxlərinə aid olduğundan, İtaliya və Türkiyə mətbəxi təsiri altında formalaşıb. Alban mətbəxi qara istiot kimi ədviyyatların və ət və balıq hazırlanmasında istifadə edilən qaraqınıq, nanə, reyhan və rozmarin kimi Aralıq dənizi otların istifadəsi ilə səciyyələnir, istiot çili və sarımsaq da bəzən istifadə olunur. Tərəvəz demək olar ki, istənilən xörəydə istifadə olunur. Adətən bütün tərəvəzlər ölkənin Aralıq Dənizi regionlarında yetişdirilir və yerli bazarlarda satılır, adətən yerli sakinlər bazarlardan təzə tərəvəzi səhər alırlar, ancaq bazarlar bütün günü işləyir. Albanların gün ərzində ən önəmli yeməyi lançdı, hansı ki gjellë (pörtlədilmiş ət) ibarətdir. Bu yemək əsas sayılır və pomidor, xiyar, yaşıl istiot və avropa zeytunu kimi müxtəlif tərəvəzlərlə bişirilir. Həmçinin, ona duz, zeytun yağı, sirkə və ya limon suyu vurulur. Ət xörəklərdə geniş istifadə olunur, xüsusilə bağırsaqlar və baş, hansılar ki digər hissələr arasında delikates sayılır.
Alban salnamələri
Müəllifi Mxitar Qoşun özünün dediyi kimi Musa Kalankatlının Alban ölkəsinin tarixi əsərinin davamı olan Alban salnaməsi 1130-1162-ci illərdə, Səlcuqluların hakimiyyəti dövründə Qafqaz Albaniyası ərazisində baş verənləri əks etdirir. Əsərin erməni mətni 1901-ci ildə Q.Alişan tərəfindən, ingilis mətni 1958-ci ildə Ç.C.Dousett tərəfindən, rus mətni 1960-cı ildə Z.M.Bünyadov tərəfindən nəşr edilmişdir. Alban salnaməsinin 1237 nömrəli əlyazmasımda belə bir sonluq var: "...yadellilərin yox,öz həmvətənlərimizin çiyinlərimizə ağır bir yük kimi düşən təqiblərindən bezib bu xronikanın yazılmasını dayandırdıq,-biz alban katalikoslarını da bu siyahıya salmağı zəruri hesab etdik və lazımi şəkildə birləşdirsəydik onların aşğıdakı siyahısını alardıq. Alban katalikoslarının əsərdə verilən siyahısı çox önəmlidir. Çünki burda alban kilsəsi yaranandan ta XII əsrə qədər bütün patriatxların adları qeyd olunmuşdur. Siyahının başlığı da maraqlıdır: "Yerusəlimdən gəlmiş baş yepiskop Yelişedən sonrakı alban patriarxlarının siyahısı. Sərlövhə alban kilsəsinin apostol başlanğıcına bağlı olmasını təsdiqn edir, eləcə də onun təməlini Yerusəlim şəhərinə bağlayır. Fəridə Məmmədova. "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası". Bakı, 1993 Moisey Kalankatuklu, "Albaniya tarixi".
Alban salnaməsi
Müəllifi Mxitar Qoşun özünün dediyi kimi Musa Kalankatlının Alban ölkəsinin tarixi əsərinin davamı olan Alban salnaməsi 1130-1162-ci illərdə, Səlcuqluların hakimiyyəti dövründə Qafqaz Albaniyası ərazisində baş verənləri əks etdirir. Əsərin erməni mətni 1901-ci ildə Q.Alişan tərəfindən, ingilis mətni 1958-ci ildə Ç.C.Dousett tərəfindən, rus mətni 1960-cı ildə Z.M.Bünyadov tərəfindən nəşr edilmişdir. Alban salnaməsinin 1237 nömrəli əlyazmasımda belə bir sonluq var: "...yadellilərin yox,öz həmvətənlərimizin çiyinlərimizə ağır bir yük kimi düşən təqiblərindən bezib bu xronikanın yazılmasını dayandırdıq,-biz alban katalikoslarını da bu siyahıya salmağı zəruri hesab etdik və lazımi şəkildə birləşdirsəydik onların aşğıdakı siyahısını alardıq. Alban katalikoslarının əsərdə verilən siyahısı çox önəmlidir. Çünki burda alban kilsəsi yaranandan ta XII əsrə qədər bütün patriatxların adları qeyd olunmuşdur. Siyahının başlığı da maraqlıdır: "Yerusəlimdən gəlmiş baş yepiskop Yelişedən sonrakı alban patriarxlarının siyahısı. Sərlövhə alban kilsəsinin apostol başlanğıcına bağlı olmasını təsdiqn edir, eləcə də onun təməlini Yerusəlim şəhərinə bağlayır. Fəridə Məmmədova. "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası". Bakı, 1993 Moisey Kalankatuklu, "Albaniya tarixi".
Alban təqvimi
Alban təqvimi — Qafqaz Albaniyasında istifadə olunmuş sivil və dini təqvim. Bu təqvimin varlığını ilk dəfə 1832-ci ildə Mariy Brosse irəli sürmüşdür. Ananiya Şirakatsiyə aid 114 nömrəli əlyazmaya istinad edən Brosse bu təqvimdə 12 ay olduğunu göstərir. Təqvim avqust ayından başlayırdı. Ayların adları həm Udi dilində həm də Fars dilində izah olunur. Paris, Tbilisi həmçinin İrəvanda saxlanılan 12 fərqli əlyazmada bu aylar sıralanmışdır. Utili tarixçi Ovannes İmastaserin (1047–1129) qeydlərinə əsasən qədim Alban və Gürcü təqvimləri 29 Avqustda başlayırdı. Bu təqvimin əsasında Udi təqvimi hazırlanmışdır. Qədim Gürcü, Erməni və Alban təqvimlərindəki ayların adları bənzər olmuşdur. Alban təqvimində ilk ay olmuşdur.
Alban xaçı
Xaçdaş nəzəriyyəsi — memarlıq elmləri doktoru Davud Axundov və tarix elmləri doktoru Murad Axundov tərəfindən 1980-ci illərdə müxtəlif elmi və dövri ədəbiyyatda təqdim edilmiş tarix nəzəriyyəsidir. Nəzəriyyə müəllifləri Azərbaycan və Ermənistan ərazilərində yerləşən, bir çoxu Qafqaz Albaniyası və orta əsrlər xristian knyazlıqları dövrlərinə aid olan monumental stellaları "xaçdaş" adlandırır, onların üzərindəki dini simvolikanı isə xristianlıqdan əvvəlki dinlərlə - Zərdüştilik və Mitraizmlə əlaqələndirirlər. D. A. Axundov və M. D. Axundovun 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı kitabda əks olunmuş fikirlər əsasında hazırlanmış elmi məruzə, nəzəriyyə müəllifləri tərəfindən 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində səsləndirilmiş və qalmaqala səbəb olmuşdur. Nəzəriyyə müəllifləri tədqiq etdikləri monumental xristian stellalarını dörd növə bölürlər: Xaçın xaçdaşları, Arsak Xaçdaşları, Cuğa xaçdaşları və Yenivəng xaçdaşları. Xaçdaş nəzəriyyəsinə görə, müəlliflərin müxtəlif qruplara aid etdikləri bu stellalar bədii tərtibat və dizayn baxımından bir-birindən fərqlənən qrup xüsusiyyətlərinə malikdir. 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı əsərində (rus. "Культовая символика и картина мира, запечатленная на храмах и стелах Кавказской Албании) D. A. Axundov və M. D. Axundov bildirirlər ki, müxtəlif dövrlərdə Qafqaz Albaniyasının tərkibinə daxil olmuş və Alban Həvari Kilsəsinin tabeliyində olmuş ərazilərdə (müasir Azərbaycan Respublikası, Naxçıvan MR və Ermənistan Respublikasının Sünik mərzi) aşkarlanmış stellalar və məzar daşları Qafqaz Albaniyasının xristianlıqdan əvvəlki dini görüşləri (xüsusilə Zərdüştilik və Mitraizm) ilə əlaqəli olub, xristian və paqan dini baxışlarının qarışımından yaranmış dünyagörüşünü əks etdirir. Müəlliflər bu cür tarixi abidələr üçün ümumiləşdirici ad kimi "xaçdaş" (Azərbaycan dilində "xaç" və "daş" sözlərindən) termini istifadə etməyi təklif edirlər. 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində D. Axundov məruzə ilə çıxış edərək nəzəriyyəni səsləndirir və bu hadisə qalmaqala səbəb olur. Ermənistandan gələn nümayəndə heyəti konqresi tərk etməyə hazır olduğunu bəyan edir, Leninqraddan gəlmiş elm xadimləri isə Axundovun məruzəsini psevdo-elmi siyasi aksiya kimi qiymətləndirirlər.
Alban yazısı
Alban əlifbası və ya Alban yazısı (alb. 𐔰𐔾𐔸𐕒̅𐔱𐔴𐔸, transliterasiya: alto͞bet, tərcümə: Alt və Bet) — Qafqaz albanlarının dili üçün istifadə olunan yazı sistemi. Alban əlifbasının yaradılması haqqında əsasən ermənidilli qaynaqlar məlumat verir. V əsr erməni tarixçisi Koryunun 443–451-ci illər arasında yazılmış Maştotsun həyatı adlı əsərində Benyamin adlı alban bir din adamının Maştotsu ziyarət etməsini göstərir. Zaza Aleksidzenin fikrincə bu hadisə 422-ci ildə baş vermişdir. Hekayəyə görə Maştots Ermənistandan Albaniyaya gələrək hökmdar Yesuagenin sarayına daxil olur, bundan əlavə Alban katolikosu İyeremiya ilə də görüşür. Koryunun yazdıqlarına görə əlifba qısa bir müddətdə Albaniyada yayılıb, əlifbanın öyrədilməsi üçün məktəblər açılıb, Bibliya tərcümə edilib, hətta bu dildə yazılan materiallardan ermənicəyə tərcümə üçün də istifadə olunub. Əlifba daha sonra Balasakan ərazisində də qəbul edilib və buranın yepiskopu Muşeğ əlifbanın təbliği işində iştirak edib. Koryun Maştotsun Yesuagenlə harada görüşdüyünü qeyd etməsə də, Aleksidzenin fikrincə böyük ehtimal bu görüş Kabalakada baş tutmuşdur. Koryun əlifbanın yaradıldığı dilin "Alban dili" olduğunu qeyd etsə də, Movses Xorenli və Moisey Kalankatlı bu əlifbanın "Qarqar dili" (erm.
Alban əlifbası
Alban əlifbası və ya Alban yazısı (alb. 𐔰𐔾𐔸𐕒̅𐔱𐔴𐔸, transliterasiya: alto͞bet, tərcümə: Alt və Bet) — Qafqaz albanlarının dili üçün istifadə olunan yazı sistemi. Alban əlifbasının yaradılması haqqında əsasən ermənidilli qaynaqlar məlumat verir. V əsr erməni tarixçisi Koryunun 443–451-ci illər arasında yazılmış Maştotsun həyatı adlı əsərində Benyamin adlı alban bir din adamının Maştotsu ziyarət etməsini göstərir. Zaza Aleksidzenin fikrincə bu hadisə 422-ci ildə baş vermişdir. Hekayəyə görə Maştots Ermənistandan Albaniyaya gələrək hökmdar Yesuagenin sarayına daxil olur, bundan əlavə Alban katolikosu İyeremiya ilə də görüşür. Koryunun yazdıqlarına görə əlifba qısa bir müddətdə Albaniyada yayılıb, əlifbanın öyrədilməsi üçün məktəblər açılıb, Bibliya tərcümə edilib, hətta bu dildə yazılan materiallardan ermənicəyə tərcümə üçün də istifadə olunub. Əlifba daha sonra Balasakan ərazisində də qəbul edilib və buranın yepiskopu Muşeğ əlifbanın təbliği işində iştirak edib. Koryun Maştotsun Yesuagenlə harada görüşdüyünü qeyd etməsə də, Aleksidzenin fikrincə böyük ehtimal bu görüş Kabalakada baş tutmuşdur. Koryun əlifbanın yaradıldığı dilin "Alban dili" olduğunu qeyd etsə də, Movses Xorenli və Moisey Kalankatlı bu əlifbanın "Qarqar dili" (erm.
Qarabağda alban memarlığı
Qarabağda Alban memarlığını özündə əks etdirən IV- XVI əsrlərə aid bir neçə Alban kilsəsi bizim dövrə qədər gəlib çatmışdır. Onların arasında Laçın rayonunda yerləşən Ağoğlan monastırı, Kəlbəcər rayonunda Xudavəng monastırı, Xocavənd rayonunda Amaras monastırı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksini, Ağdərə rayonunda Gəncəsər monastırı və digərlərini göstərmək olar. IX əsrdə inşa edilmiş və uzun müddət fəaliyyət göstərmiş Ağoğlan monastır kompleksi Laçın rayonunun ərazisində Ağoğlan çayı sahilində yerləşir. Möhkəm bazalt daşdan tikilmiş bu möhtəşəm monastır məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Monastr binasının daxili həcmi üç hissədən ibarətdir. Daşlardan hörülmüş açır dam örtüyünü saxlayan hündür daş sütunlar silindrik formalı tağbəndlərlə tamamlanır. Məbədin daxili sahəsini işıqlandırmaq üçün divarlarda ensiz və uzunsov pəncərələr vardır. Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni "tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələrindən məlum olur ki, monastırın əsası VI-VII əsrlərdə qoyulmuşdur.
Qədim Alban ədəbiyyatı
Tarixi taleyin üzüdönüklüyündən Qafqaz Albaniyasının yerli mənşəli yazıları dövrümüzə qrabar (qədim erməni) dilində gəlib çatmışdır. Alban ədəbi ənənələrinin yaranıb formalaşmasında aparıcı rol xristianlığa məxsus idi. Yəni qədim Qafqaz ədəbiyyatı kim alban ədəbiyyatı da xristian ədəbiyyatı sayılırdı. X əsr də daxil olmaqla alban mənbələri başlanğıcdan alban dilində tərtib olunurdu. Bura alban dini rəvayət ədəbiyyatı (aqioqrafiya), məktub şəklində yazışmalar, konon ədəbiyyatı, qərarlar, salnamələr aiddir.Musa Kalankatlının "Alban ölkəsinin tarixi" əsəri də alban dilində yazmış, XII əsrdə qrabar dilinə tərcümə edilmiş, orijinalı isə məhv edilmişdir. Xristianlığın ilkin yayıldığı dövrdə alban dini ədəbiyyatı surfil ədəbiyyat kimi inkişaf etsə də, V–VI yüzilliklərdə yunanfil- ellin istiqamətdə inkişaf etməyə başlamışdı. Tədqiqatçıların fikeincə bu təsiryunanlara deyil, monofizit suriyalılara məxsusdur. Alabn ədəbiyyatı ilk növbədə əlverişli tarixi-mədəni bir mühitdə formalaşırdı. Bu Alban Arşakilərinin və onları əvəz etmiş Mehranilərin hakimiyyət başında olduqları, Albaniyanın avtokefal kilsəsinin fəaliyyət göstərdiyi bir dövr idi. Həmin dövrdə Ermənistan bir dövlət kimi ləğv edilərək canişinliyə çevrilmişdi.527-ci ildə isə Gürcüstan(İberiya)ləğv edilmişdi.
Sent-Alban (En)
Sent-Alban (fr. Saint-Alban) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Ponsen kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01331. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 163 nəfər təşkil edirdi. 2010-cu ildə 88 yaşında (15-64 yaş arasında) 66 nəfər iqtisadi cəhətdən fəal, 22 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 69.2%). Aktiv 66 sakindən 62 nəfər (32 kişi və 30 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) işləyirdi.
Yud (alban hərfi)
𐔺 (səslənməsi: /j/; transkripsiyası: Y, y) — Alban əlifbasının 11-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Յուդ (Yud) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı doğrudur. Erməni tədqiqatçı Aşot Abramyan və gürcü dilçi Roman Lolua bu hərfi gürcü əlifbasının Ⴈ hərfinin bir forması sayır. Fonetik olaraq Azərbaycan dilindəki Y hərfi ilə eyni səsi bildirir. Bu hərf həm də tez-tez 𐔼 (İrb) hərfi və aşağı saitlər arasındakı mövqedə tələffüz olunan fonemik olmayan sürüşməni təmsil edir.
Ça (alban hərfi)
𐔹 (səslənməsi: /tɕʼ/; transkripsiyası: Ć̣, ć̣) — Alban əlifbasının onuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ճա́ (Çá) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "ć̣a" olmalıdır. Erməni tədqiqatçı Aşot Abramyan və Georgi Klimov bu hərfi "ž" qrafei ilə ifadənin tərəfdarı olsalar da, Muravyev və Gippert "ć̣" transkripsiyasını daha məqsədəuyğun saymışdır. Bu düşüncə Georgi Klimov və Voroşil Qukasyan tərəfindən də dəstəklənmişdir. Fonetik olaraq küylü yuvaq samitdir. Müasir udi əlifbasında "č'" samitinə çevrilmişdir.
Ermənistan və Qafqaz Albaniyası sərhəd mübahisəsi
Ermənistan və Qafqaz Albaniyası sərhəd mübahisəsi — Ermənistan Krallığı (h. e.ə. 331–428) və Qafqaz Albaniyası (h. e.ə. IV əsr — 705) arasında olan sərhəd barədə Azərbaycan və Ermənistan tarixçiləri tərəfindən ortaya qoyulan fərqli görüşlərə verilən ad. Azərbaycan tarixçilərinə görə iki dövlət arasındakı sərhəd Araz çayı boyunca, erməni tarixçilərə görə isə Kür çayı boyunca keçirdi. Bu mübahisənin yaranmasının ən böyük səbəbi Dağllq-Qarabağ münaqişəsidir, çünki Azərbaycan tarixçilərinin ortaya qoyduğu görüşə əsasən, Qafqaz Albaniyası Qarabağ və ətraf ərazilərdə hakimiyyət sürürdü. Bəzi Erməni tarixçilərinin dediklərinə görə, Kür çayının qərbində olan və hal-hazırda Azərbaycan Respublikasının bir parçası olan ərazilər e.ə. VII əsrdən bəri erməni etnosuna aid idi. Buna əlavə olaraq, Ermənistan tarixçilərinin bəziləri Ermənistan Krallığının e.ə.
Ermənistan–Qafqaz Albaniyası sərhəd mübahisəsi
Ermənistan və Qafqaz Albaniyası sərhəd mübahisəsi — Ermənistan Krallığı (h. e.ə. 331–428) və Qafqaz Albaniyası (h. e.ə. IV əsr — 705) arasında olan sərhəd barədə Azərbaycan və Ermənistan tarixçiləri tərəfindən ortaya qoyulan fərqli görüşlərə verilən ad. Azərbaycan tarixçilərinə görə iki dövlət arasındakı sərhəd Araz çayı boyunca, erməni tarixçilərə görə isə Kür çayı boyunca keçirdi. Bu mübahisənin yaranmasının ən böyük səbəbi Dağllq-Qarabağ münaqişəsidir, çünki Azərbaycan tarixçilərinin ortaya qoyduğu görüşə əsasən, Qafqaz Albaniyası Qarabağ və ətraf ərazilərdə hakimiyyət sürürdü. Bəzi Erməni tarixçilərinin dediklərinə görə, Kür çayının qərbində olan və hal-hazırda Azərbaycan Respublikasının bir parçası olan ərazilər e.ə. VII əsrdən bəri erməni etnosuna aid idi. Buna əlavə olaraq, Ermənistan tarixçilərinin bəziləri Ermənistan Krallığının e.ə.
Gəncə Alban Məbədi-1
Müqəddəs İohann kilsəsi – Gəncə şəhərində yerləşən Alban Həvari kilsəsidir. Şəhərdə ən qədim və əsas alban kilsəsi olan Müqəddəs İohann kilsəsi 1633-cü ildə inşa edilmişdir. Şəhərin qədim Kilsəkənd məhəlləsi (Gəncəçayın sağ sahili) ərazisində yerləşən Müqəddəs İohann kilsəsi üçnefli bazilika formasına malikdir. Kilsənin üzəri ikimeylli dam altında yerləşən yarımdairəvi tağtavanla örtülmüşdür. Tavan tağları üç cüt sütun üzərində dayanır. XIX əsrə qədər Alban kimliyini qoruyan və sonradan ermenilər tərəfindən restavrasiya olunur və Gəncədə dörd erməni kilsəsindən biri kimi fəaliyyət göstərirdi ki, onlardan üçü şəhərdə, biri isə qəbirsanlıq ərazisində yerləşir. 1849-cu ilə aid arxiv sənədində həmin kilsələrin adları qeyd edilir. Müqəddəs İohann kilsəsi, Müqəddəs Gevorq kilsəsi, Müqəddəs Tanrı anası kilsəsi və Müqəddəs Sərkis kilsəsi. 1870-ci ildə Gəncədə ümumilikdə dörd şəhər kilsəsinin olması haqqında məlumat verilir. 1885-ci ilin məlumatında artıq şəhərdə altı kilsənin olması xəbər verilir.
Gəncə Alban məbədi-2
Müqəddəs Sərkis kilsəsi — XVIII əsrdə bərpa edilən binanın dəqiq tikilmə tarixi məlum deyil. Məbədin tikintisində qırmızı kərpic və gil əhəng qatışığından istifadə olunub. Bina günbəzli və sütunludur. Gəncə şəhərinin Gəncə küçəsi döngə 9 ünvanında yerləşir və hal-hazırda Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13-14 nömrəli filialı olaraq fəaliyyət göstərir.
II Albantəpə nekropolu
II Albantəpə nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin yaxınlığındakı Albantəpə yaşayış yerinin şərqində, Axurçayın sol sahilində yerləşən nekropol. Nekropol antik dövrə aid olub, küp qəbirlərdən ibarətdir. Nekropoldakı armudvari xumlar dik (azacıq şərqə meyilli) vəziyyətdə basdırılmışdır. Tədqiq edilmiş qəbirlərdən biri dağıdılmış, ikincisi isə daha yaxşı vəziyyətdə qorunmuşdur. Xumun içərisində insan skeleti ilə yanaşı bir ədəd kiçik ölçülü bozumtul küpə də aşkar olunmuşdur. 3 saylı qəbirdən iki ədəd saxsı qab — biri təkayaqlı vaza, ikincisi dulud çarxında səliqəli şəkildə formalaşdırılmış ördəkburun — əldə edilmişdir. Bu tip qablar antik dövrdə şimallı-cənublu bütün Azərbaycan ərazisində geniş yayılmışdır. Tədqiqatçılar tapıntılara əsasən nekropolu e.ə. III-II əsrlərə aid edirlər.
II Vardan (Qafqaz Albaniyası çarı)
II Vardan (v. 711) — Qafqaz Albaniyasının XIII çarı. Musa Kalankatlıya əsasən 694-cü ildə atası ilə Konstantinopola gedib 711-ci ilədək əsarətdə qalmışdır. Lakin həmin illər ərzində Pavlikanlar hərəkatına qoşulanlar arasına necə keçdiyi məlum deyil. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir və 710-cu ildən sonra vəfat etmişdir.
I Albantəpə nekropolu
I Albantəpə nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin yaxınlığındakı Albantəpə yaşayış yerinin şimal-qərbində, yastı təpə üzərində yerləşən və antik dövrə aid olan nekropol. Nekropol daş qutu qəbirlərdən ibarətdir. Qəbirlərin döşəməsinə iri sal daşlar, kənarlarına isə müstəvi formalı daşlar düzülmüşdür. Nekropolun ən hündür yerində yerləşən 1 saylı qəbir 40-45 yaşlı qadına məxsusdur. Uzunluğu 1,8 m olan skelet və kəllə sümüyü yaxşı saxlanmışdır. Sol əlinin ikinci barmağına şüşə üzük taxılmışdır. Qəbirdən dairəvi və uzunsov yaşımtıl muncuqlar aşkar edilmişdir. Nekropolun qərb tərəfindəki 2 saylı qəbir 55-60 yaşlı kişiyə məxsusdur. Qəbirin baş tərəfindən şar şəkilli iki ədəd şüşə qab əldə olunmuşdur. Tapıntılara əsasən, nekropol e.ə.
I Zoğu (Albaniya kralı)
I Zoq və ya Əhməd Zoğu (8 oktyabr 1895[…] – 9 aprel 1961[…], Süren, Fransa) — 1928-1939-cu illərdə Albaniyanın kralı, müharibə canisi. Əhməd Zoğu burjua-mülkədar dairələrə istinad edərək demokratik hərəkatı boğmuş, ölkəni xarici kapitala satmışdır.
Juniperus albanica
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Kosovo albanları
Kosovo albanları (alb. Shqiptarët në Kosovë, Kosovarlar, alb. Kosovar) — Kosovo Respublikasında say baxımından üstünlük təşkil edən etnik qrup. Bu qrupuna daxil olan albanların böyük əksəriyyəti islam dinində etiqat edir. Az miqdarda katolik xristian albanlarda da vardır. Yuqoslaviya Sosialist Federativ Respublikasında 1991-ci il siyahıya alınmasına görə Kosovoda 1 596 072 etnik alban (ümumi əhalinin 81,6 %) yaşayırdı. 2000-ci ilə görə onların sayı 1 584 000 ilə 1 733 600 (ümumi əhalinin 88 %) arasında dəyişirdi. Hazırda isə onların sayı ümumi əhalinin 92,93 % təşkil edir. Kosovo albanları sadəcə olaraq bir etnik albanlardır. Onlar yerli və gəlmə olmaqla iki qrupa bölünürlər.
Makedoniyada albanlar
Şimali Makedoniyada albanlar ərazisində etnik, dil və din baxımından ən iri milli azlıqlardan biridir. 2002-ci il siyahıya alınmasına görə 2 022 547 nəfərlik Makedoniyanın 509 083 (25,2 %) nəfəri etnik albanlardan ibarətdir. Albanlar ölkənin əsasən kənd təsərrüfatı rayonları olan qərb, şimal-qərb rayonları və mərkəzi hissələrdə yayılmışlar. Üstəlik ölkənin iki iri şəhərinin mütləq əhalisini təşkil edirlər. Onlar Tetovo (ümumi əhalinin 70,3 %), Qostivar (66,7 %), Debar (58,1 %), Struqa (56,8 %), Kiçevo (54,5 %), Kumanovo (25,8 %) və Skopye (20,5 %) şəhərlərinin nir hissəsini təşkil edirlər. 1467—1468-ci illərdə Osmanlı imperiyası dönəmində aparılan siyahıya alınmaya görə Makedoniya vilayəti ərazisində cəmi 84 alban təsərrüfatın olması qeyd edilirdi. Albanlar ill əvvəllər xristian olmuşlar. Ancaq Osmalı imperiyası islam dinin yayılması məqsədi ilə tədbirlər görmüşlər. Nəticədə albanlar islamı qəbul etmişlər. Burada hədəf Bosfordan Adriatik dənizi sahillərinə qədər olan ərazinin islamlaşdırılması olmuşdur.
Monteneqro albanları
Monteneqro albanları — Monteneqro Respublikasının ən böyük qeyri-slavyan milli azlığıdır. Dil baxımından serbxorvat dilindən çox fərqli olan alban dilində danışırlar. Albanlar ənənəvi olaraq ölkənin cənubunda, Albaniya Respublikası ilə sərhəd boyunca yaşayırlar. Monteneqro albanları arasında müsəlmanlar üstünlük təşkil edir (74%). Bununla belə xeyli sayda katolik (26%) və pravoslavlar da vardır. Yuqoslaviya Sosialist Federativ Respublikası dövründə Monteneqro albanları özlərini Alban xalqının bir hissəsi kimi hiss etdirdilər. Məsələn: 1969-cu ildə alban bayraqları və İskəndər bəyin portretləri ilə alban məktəblilərinin çıxışı Monteneqronun Ulsin şəhərində müəllimlərin rəhbərliyi altında baş tutur. Sonradan bəlli olur ki, Ulsindəki bu yürüşə rəhbərlik edənlər Kosovonın Qloqovac cəmiyyətindən olan məktəb müəllimləri olmuşdur. 2003-cü il siyahıyaalınmasına əsasən, Monteneqroda 31.163 alban (5.03%) yaşayırdı. Şimali Makedoniya Respublikasında olduğu kimi, Monteneqro albanları da əsasən İslamı dinində etiqat edir (73.37%), lakin makedoniyalı albanlardan fərqli olaraq, Monteneqronun təbii hərəkəti göstəriciləri AB və Şimali Amerikanın daha inkişaf etmiş ölkələrinə daha fəal mühacirət etmələri səbəbindən mənfi dinamika göstərir: 2011-ci il siyahıyaalınmasına görə yalnız 30.439 ölkə vətəndaşı, ya da 4,91%, artıq özlərini alban adlandırdı.
Narse (Qafqaz Albaniyası)
Narse (v. 740) — Qafqaz Albaniyasının XIV çarı. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir, II Vardanın oğludur və 740-cı ildən sonra vəfat etmişdir.
Polygonum albanicum
Polygonum albanicum (lat. Polygonum albanicum) — qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü.
Pompeyin Qafqaz Albaniyasına yürüşü
Pompeyin Albaniyaya yürüşü — e.ə. 66-65-ci illərdə Roma işğalçısı Qney Pompeyin Albaniyaya yürüşü. Makedoniyalı İsgəndər imperiyasının dağılması nəticəsində Yaxın Şərqdə yaranan dövlətlər arasında öz ərazilərini genişləndirmək məqsədilə çox tez-tez hərbi toqquşmalar baş verirdi. E.ə.II əsrdə Aralıq dənizi hövzəsində Roma ən güclü dövlətə çevrildi. Roma Kiçik Asiyanı zəbt etdi. Roma və Alban ölkələrini də ələ keçirmək istəyirdi.Alban ərazisini tutmaq Romaya bu ərazidən Parfiyaya zərbələr endirmək və Asiyanın daxili ölkələrinə hərəkət imkanı verirdi. Pompey Albaniya və İberiyaya hücum edərkən həmin dövlətlərin hökmdarları onu öz ərazilərinə buraxmadılar.Soyuqlar düşəndən sonra Pompey Kür vadisində qışlamağı qərara aldı.Bunun üçün o, ordusunu üç hissəyə ayıraraq üç məntəqədə düşərgə saldı.Bu ordu hissələrindən birinə Pompey özü başçılıq edirdi.Qalan hissələrə komandanlığı öz yaxın köməkçiləri Lutsi Flakka və Metell Selerə tapşırmışdı.Bu zaman alban padşahı Oroys Roma düşərgəsinə hücum etməyi qərara gəldi. Bu döyüşdə albanların 40 minlik qoşunu var idi. Beləliklə, e.ə. 66-cı ildə Kür çayı sahilində Pompey ilə Oroys arasında döyüş baş verdi.
Qadınlar arasında Albaniya Basketbol Kuboku
Qadınlar arasında Albaniya Basketbol Kuboku — Albaniyanın qadın peşəkar basketbol klublarından ibarət yarışma və Albaniya Basketbol Liqasından sonra ikinci əhəmiyyətli turnir. 1956-cı ildə Albaniya Basketbol Assosiasiyası tərəfindən təsis edilmişdir. Ən çox kuboka sahib olan komanda 26 kubok qazanan Tirana klubudur.
Qafqaz Albaniya
Albaniya, Qafqaz Albaniyası, (ekzonim məlum deyil; lat. Albānia, q.yun. Ἀλβανία) Ağvan və ya Arran yaxud da Alupan— tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar." Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır.
Qafqaz Albaniyası
Albaniya, Qafqaz Albaniyası, (ekzonim məlum deyil; lat. Albānia, q.yun. Ἀλβανία) Ağvan və ya Arran yaxud da Alupan— tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar." Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır.
Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə
"Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə" (ing. Caucasian Albania: A Country from the Depths of the Centuries) — Macarıstan etnoqrafı Peter Veres Tiborun 2021-ci ildə Qafqaz Albaniyası haqqında yazdığı kitab. Monoqrafiya Qafqaz tarixi ilə maraqlanan alimlər, tələbələr və digər şəxslər üçün nəzərdə tutulmuşdur. Monoqrafiya Cənubi Qafqazda mövcud olmuş Qafqaz Albaniyası dövləti haqqında məsələlərə toxunur. Müəllif əsərdə yazılı mənbələr, etnoqrafiya, linqvistika və digər sahələrdən istifadə edərək dövlətin siyasi tarixini, toponimlərin etimologiyasını, regiondakı tarixi prosesə təsir göstərən xalqların etnik mənşəyini araşdırır. Burada bütpərəst inanclar, xristianlığın formalaşması, Alban kilsəsinin beynəlxalq və mədəniyyətlərarası münasibətlərinə də toxunulmuşdur. Əsər 2021-ci ildə Budapeştdə, "Z-füzetek Alapítvány" tərəfindən nəşr edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi "Şuşa ili" ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi "Azərbaycanı dünyaya tanıdaq" layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan monoqrafiya dünyanın bir çox ölkələrinin kitabxanalarına göndərilmişdir. Kitab ABŞ Konqres Kitabxanasına, Los-Anceles Universitet Kitabxanasına, Fransa, Britaniya, İsveç, İspaniya, İsrail, Estoniya, Belarus, Bolqarıstan, Çexiya, Çin, Qətər, Latviya, Litva, Macarıstan, Moldova, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Yunanıstan, Cənubi Koreya, Rusiya Milli və Dövlət, Pakistan Milli Kitabxanalarına, eləcə də Roma Milli Mərkəzi Kitabxanasına, Kanada Milli Elmi Kitabxanasına, Makedoniya Kliment Ohrid Universitet və Milli Kitabxanasına, Danimarka Kopenhagen Kral Kitabxanasına, Serbiya Matice adına Elmi İnstitutunun Kitabxanasına, Yaponiya Milli Parlament Kitabxanası daxildir.
Qafqaz Albaniyası bayrağı
Aqvan tarixi əsərində müxtəlif alban əyanlarının bayraqları olması ilə bağlı məlumat vardır. Alban çarı Urnayrın döyüşlərdə parlaq şöhrətlər qazanıb, ermənilər arasında da bayrağını sancmışdı. Yepiskop Givtin Müqəddəs Vaçeyə "ilahi məziyyətlərlə dolu məktubu"nda qeyd edir: Sənin bayraqların səmalar bayraqlarıdır və sənin nizənin ucunda olan nur Günəşin şüaları kimi parıldayır. Cavanşirə Bizans imperatoru tərəfindən iki bayraq bağışlanmışdı. O, Albaniyayanın ilk çarlarına məxsus olan bütün kənd və mülklərini Cavanşirə irsən nəsildən-nəsilə keçmək şərtilə bağışladı və çar kimi bütün Şərq xalqına hökmran təyin etmişdi. Dəvdəkin Cavanşirin ölümü şərəfinə yazdığı şeirdə belə qeyd edilir: Varaz Trdatın çar seçilməsi ilə bağlı məlumat belədir: Katolikos və ölkənin bütün knyazları hamılıqla bu seçkini tələsik keçirməyə can atırdılar. Elə buradaca bütün əyanlar müxtəlif heyvan şəkilləri olan bayraqlarını açdılar, şeypurlar çalındı və Varaz Tiridatı qızıl qalxana otuzdurub onu tərifləyə-tərifləyə üç dəfə göyə atdılar. Kamilla Treverin fikrincə, bu bayraqlarda əjdaha (və ya heraldik heyvan və quşlar) təsvir edilə bilərdi. Arxeoloq Qara Əhmədovun fikrincə Cavanşirin heykəlinin altlığında olan aslan təsvirləri Cavanşirin hərbi bayrağındakı surətlərə işarədir. Aqvan tarixinə həsr edilmiş miniatürdə Urnayr və Sasanı hökmdarının başçılığ altında orduda 2 bayraq təsvir edilmişdir.
Qafqaz Albaniyası tarixində erməni saxtakarlığı
Erməni tarixşünaslığında revizionist nəzəriyyə Erməni tarixçiləri Ermənistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər, hərçənd elmə çoxdan məlumdur ki, hələ II əsrin axırlarında, yəni ermənilərdən bir əsrdən də çox əvvəl ərəmeydilli Edessa çarlığında (Osroyenada) xristianlıq rəsmi din olmuşdur. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdir, onu buna inandıran fələstinli missioner Müqəddəs Fadey (Adday) olmuşdur, çar taxt-tacında onun varisi VIII Abqar isə xristianlığı Osroyenanın dövlət dininə çevirmişdir (bəzi mənbələrdə göstərilir ki, bunu xristian poeziyasının təməlini qoymuş IX Abqar etmişdir). Alman tarixçi və ilahiyyatçısı Adolf fon Harnak 1905-ci ildə yazırdı: "… şübhə yoxdur ki, hələ 190-cı ilə qədər xristianlıq bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılmışdı və (201-ci ildən az sonra, bəlkə də daha əvvəl) çar sarayı kilsəni (yəni xristianlığı) qəbul etmişdir". İrfan Şahid VIII Abqarın Ön Şərqdə xristianlığı qəbul etmiş dövlətin birinci hökmdarı olmasını yazırdı. Maraqlıdır ki, Ermənistanın 301-ci ildə xristian dinini qəbul etməsi faktı erməni tarixçilərinin özlərinin arasında da mübahisəyə səbəb olur. Sirarpi Ter-Nersesyan yazır: "Ənənəyə görə bu hadisənin tarixi 301-ci il hesab edilirdi, lakin son araşdırmalara görə bu, 314-cü ildən tez olmamışdır". Bəs bütün bu faktlardan sonra ermənilər dünyada necə ilk xristian milləti olur? Maraqlıdır ki, uydurmaları ilə tarixi faktları təkzib edən ermənilər Edessa dövləti tərəfindən xristianlığın birinci olaraq qəbul edilməsinin əhəmiyyətini azaltmağa çalışaraq aşkar təhriflərə yol verirlər: bəzi irəvanlı tarixçilər iddia edirlər ki, Osroyena tərəfindən xristianlığın dövlət dini kimi qəbul edilməsi, necə deyərlər, "sayılmır", çünki guya həmin dövrdə Osroyena müstəqil, hələ (bəlkə də) öz dövlətçiliyi olmamışdır. Onlar bu uydurmaları təsdiqləmək üçün Osroyenanın Ermənistanın tərkibində göstərildiyi xəritə nəşr edirlər, lakin bir məsələ barədə susurlar ki, Osroyena bundan xeyli əvvəl və qısa müddətə Tiqran tərəfindən fəth edilmiş, xristianlıq qəbul edilən vaxtda isə Osroyena artıq çoxdan müstəqil idi. Həmin tarixçilər bu cür təhriflərdən əlavə, Osroyena tərəfindən xristianlığın birinci qəbul edilməsinin əhəmiyyətini hər vasitə ilə azaltmağa çalışırlar.

Digər lüğətlərdə