Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boşqab
Boşqab - üzərində yemək verilə bilən geniş, əsasən düz qabdır. Bir boşqab mərasim və ya dekorativ məqsədlər üçün də istifadə edilə bilər. Boşqabların əksəriyyəti dairəvidir, lakin onlar istənilən formada ola bilər və ya suya davamlı materialdan hazırlana bilər.
Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyası
Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyası (日本空飛ぶ円盤研究会, Nihon Soratobu Enban Kenkyukay) – Yaponiyada uçan naməlum obyektləri araşdırmaq və tapmaq üçün yaradılmış təşkilat. Yaponiyadakı ilk belə ufologiya təşkilatıdır. Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyası 1955-ci ildə Yaponiyadakı UNO tədqiqatlarının qabaqcılı olmuş Kiniçi Aray tərəfindən qurulmuşdur. 1950-ci illərdə Yaponiyada UNO-larla bağlı hadisələrin və hekayələrin artdığını müşahidə edən Aray UNO-larla bağlı geniş müzakirələr aparmaq üçün bu təşkilatı yaratmaq qərarına gəlmişdir. Təşkilat pik nöqtəsində 1000-ə yaxın üzvə malik olmuşdur. Təşkilatın məşhur üzvləri arasında yazıçılar Yukio Mişima, Şinichi Hoşi, Ciro Nitta, Şintaro İşihara, Yaponiya raketçiliyinin atası Hideo İtokava, bəstəkar Toşiro Mayuzumi kimi şəxslər olmuşdur. 1957-ci ildə üzv olmuş Mişima təşkilatın ən aktiv üzvlərindən biri olmuş, 1957-ci ildə Tokionun Hibiya bölgəsində baş tutmuş UNO müşahidə tədbirində iştirak etmişdir. Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyası 1957-ci ildə digət təşkilatlarla birlikdə "universal sülh" birgə bəyannaməsini buraxmışdır. Xəbərdarlıq xarakterli bu bəyannamədə nüvə yarışının bəşəriyyətin gələcəyinə təhlükə təşkil etdiyi bildirilmiş və uçan boşqabların gəlişinə hazırlaşmaq üçün dövlətlər və irqlər arasındakı fərqliliklərin öhdəsindən gəlmək barədə çağırış edilmişdir. Həmin il SSRİ-nin Aya nüvə başlığı olan raket göndərməyə hazırlaşdığı xəbəri yayılmış və təşkilat bu cür raketin göndərilməməsi üçün SSRİ-nin Yaponiyadakı səfirinə məktub yazmışdır.
Bolqar
Bolqar (tatar. Bolğar, Болгар; rus. Болгар) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. (BSE 13. c. s. 570) == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayınını yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi.
Boşnak
Boşnaklar, bosniyalılar (bosn. Bošnjaci, Bošnjani) — İslamı qəbul etmiş slavyan əsilli millət. Əksəriyyəti Bosniya və Herseqovina və Serbiyada yaşayırlar. Bundan əlavə, Xorvatiya, Monteneqro, Sloveniya, Kosovo, Şimali Makedoniya və Türkiyədə xeyli sayda boşnak yaşamaqdadır. Türkiyədə isə 2.000.000 boşnak var. Boşnaklılara qədim dövrlərdə "Bosnjanin" (lat. Bosnensis) olaraq adlandırılardı, orta əsr Bosniya dövlətinin sakinləri mənasını verirdi. Boşnaklar, əsrlər boyu dinə əsaslanan bir şəxsiyyət müəyyən daxilində yer almışlar, Bosniya və Herseqovina və Sancak bölgəsində yaşayan Ortodoksal və ya Katolisizm isə Serb və ya Xorvat xalqlarının bu bölgələrdə uzantıları olaraq qəbul edilmişlər. 1963-cü ildə Yuqoslaviyanın sosialist Federal Cumhuriyyətinə keçməsi ilə Bosniya və Herseqovina Sosialist Respublikası rəhbərliyi altında serblərin hakim mövqeyinin zəifləməyə başlaması boşnaklılar üçün yeni milli identikliyin müəyyənləşdirilməsi üçün yol açmışdı. == Coğrafi bölgü və əhali == Serbiya və Monteneqro 2002 və 2003 siyahıyaalma məlumatlarına görə, əhəmiyyətli bir boşnak əhalisi mövcud olmaqdadır.
Qoşqar
Qoşqar — ad, təxəllüs. Qoşqar Əhmədov — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı. Qoşqar Sarıyev — Azərbaycanlı futbolçu. Qoşqar Təhməzli — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. Qoşqar İsmayıloğlu — naşir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Qoşqar Səlimli — BDU-nun müəllimi. Təxəllüs Avdı Qoşqar — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Digər Qoşqar dağı — Azərbaycanda dağ. Qoşqarçay (Quşqara) — Daşkəsəndə çay. Qoşqar (əyalət) — Orta Asiyada əyalət.
Başqa
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984–1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Bonab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Doşab
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.
Xoşab
Hoşaf, quru meyvələrin şəkər suyu ilə qaynadılaraq türk mətbəxində hazırlanan bir desertdir. Adı fars dilində “təmiz su” mənasını verən xoş ab (خوشآب) sözündən gəlir. Hoşaf xüsusilə Ramazan ayında və təzə meyvə ilə hazırlanan komposta, kompot kimi soyuq şəkildə içilir.
Qoşqar (Miyanə)
Qoşqar (fars. قوچغار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (32 ailə).
Qoşqar Qasımov
Qoşqar Atakişi oğlu Qasımov (16 yanvar 1995, Aşağı Çəmənli, Beyləqan rayonu – 24 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Qoşqar Qasımov 1995-ci il yanvarın 16-da Beyləqan rayonunun Aşağı Çəmənli kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Qoşqar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qoşqar Qasımov oktyabrın 24-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Qasımov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Qoşqar Sarıyev
Qoşqar Sarıyev (tam adı: Sarıyev Qoşqar Nadim oğlu; d. 1980 – ö. 30 may 2017, Qazax, Azərbaycan) — Azərbaycanlı futbolçu, karyerası boyu yalnız "Göyəzən"də çıxış etmiş, bu komandanın kapitanı olmuşdur. Qoşqar Sarıyev uzun illər "Göyəzən" futbol klubunda çıxış etmiş və komandanın kapitanı olmuşdur. Uzun illər bu komandanın heyətində I divizionla yanaşı, Premyer Liqa yarışlarında da oynamışdır. Hətta bir dəfə "Qəbələ"yə baxışa çağırmış; amma getməmiş, komandasına sadiq qalmışdır. Səhhəti ilə əlaqədar futbolu tərk etmişdir. Futbolu tərk edəndən sonra yaşadığı Qazax rayonunun Xanlıqlar kəndində mağazada satıcılıq etmiş; doğma kəndində qablaşdırılan bulaq sularının satışı ilə məşğul olan mağazada işləmişdir. Qoşqar Sarıyev 30 may 2017-ci ildə – 37 yaşında ikən vəfat etmişdir. Belə ki, ürək xəstəliyindən əziyyət çəkən Sarıyevin səhhəti mayın 30-da kəskin pisləşmiş; o, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişmişdir.
Qoşqar Təhməzli
Qoşqar İlahi oğlu Təhməzli (29 may 1970, Vejnəli, Zəngilan rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. Qoşqar İlahi oğlu Təhməzli 29 may 1970-ci ildə Zəngilan rayonu Vejnəli kəndində anadan olub. 1977–1987-ci illərdə Nəsimi rayonu 5 saylı orta məktəbdə təhsil alıb. 1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı "Siyasi elmlər bakalavrı" dərəcəsi ilə bitirib. Tibb elmləri üzrə fəlsəfə doktorudur (Elmi iş: "Qida məhsulları üzərində sanitar-parazitoloji monitorinqin təşkilinin və həyata keçirilməsinin epidemioloji effektivliyi"). 1994-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1995–1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997–2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004–2005-ci illərdə "Nəbz" Tibb mərkəzinin baş direktoru, 2008–2016-cı illərdə isə "Medeks" MMC-də baş direktor vəzifələrində çalışıb. Müxtəlif tibbi layihələr həyata keçirən Q. Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərmişdir. 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında "Ən yaxşı top-menecer" adına layiq görülüb. 1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etmiş, "Müharibə veteranı" statusuna layiq görülmüşdür.
Qoşqar Vəliyev
Qoşqar Nuruş oğlu Vəliyev (12 aprel 1989; Kərimbəyli, Füzuli rayonu, Azərbaycan — 22 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. Qoşqar Vəliyev 12 aprel 1989-cu ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. Qoşqar Vəliyev 2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. 2010-2013-cü illərdə Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2013-cü ildən Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Qoşqar Vəliyev 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun əsgəri olan Qoşqar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tankçı olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlğı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2020-ci ilin oktyabrında tank partlaması zamanı aldığı kəllə-beyin travmasına görə xəstəxanaya yerləşdirilmişdir. Müalicəsini 20-ci gündə yarımçıq qoyan əsgər Vəliyev döyüş meydanına qayıtmışdır. Qoşqar Vəliyev 22 noyabr 2020-ci ildə Şuşa şəhərinin yaxınlığında qarşı tərəfin texnikasını götürməyə getdiyi zaman avtoqəza zamanı həlak olmuşdur.
Qoşqar dağı
Qoşqar — Azərbaycanda dağ. Qoşqar dağının hündürlüyü 3361 m-dir.
Qoşqar silsiləsi
Qoşqar — Azərbaycanda dağ. Qoşqar dağının hündürlüyü 3361 m-dir.
Qoşqar Ömərov
Qoşqar Ömərov (azərb. Qoşqar Səxavət oğlu Ömərov‎; d. 9 fevral 1994, Şilyan, Kürdəmir — ö. 4 noyabr 2020, Şuşa, Daşaltı) — İkinci Qarabağ müharibəsi şəhidi. Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olmuşdur. 2011-ci ildə Qarasu kənd orta məktəbini yüksək qiymətlərlə bitirərək 466 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinə daxil olmuşdur. 2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə magistraturaya daxil olsa da,hərbi xidmətə yola düşmüşdür. 2016-2018-ci illərdə magistr təhsili almışdır. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 21 sentyabr 2020-ci ildə vətənin çağırışına qoşularaq Ordu sıralarına daxil olmuşdur.
Qoşqar Üzeyirov
Qoşqar Üzeyirov (tam adı: Qoşar Müşviq oğlu Üzeyirov; 26 yanvar 2002; Soltannuxa, Qəbələ rayonu — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Qoşqar Üzeyirov Müşviq oğlu 2002-ci il 26 yanvar tarixində Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub. Atası Üzeyirov Müşfiq Birinci Qarabağ müharibəsi veteranıdır. Orta təhsilini 2008-2019 illəri arasında Qəbələ rayonu Soltannuxa kənd məktəbində alıb. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Qoşqar Üzeyirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Ağcabədi, Ağdam və Xocavənd istiqamətində gedən döyüşlərdə olub. Qoşqar Üzeyirov noyabrın 7-də Xocəvənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 21 noyabr 2020-ci ildə Soltannuxa kənd qəbristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Üzeyirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qoşqar çayı
Qoşqarçay - Kürün sağ qoludur. Daşkəsən, Göygöl və Samux rayonları ərazizsindən axır. Uzunluğu 76 km, hövzəsinin sahəsi 798 km²-dir. Murovdağ silsiləsinin şimal yamacından axan Hamamçay və Xoşbulaq çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi Şamamçay qolunun başladığı yerdə, 3368 m yüksəklikdə yerləşir. Başlıca qolları soldan Quşçu (uzunluğu 11 km), Zəngil (uzunluğu 17 km), Xeyrə (uzunluğu 24 km), sağdan Xaç-bulaq (uzunluğu 11 km), Ziyarət (uzunluğu 10 km) və Sarısu (uzunluğu 11 km) çaylarıdır. İllik axımının 45%-i yağış, 30%-i qar,25%-i isə yeraltı sulardan əmələ gəlir. Yağış sulardan əmələ gəlir.Çayda əsas daşqın yazda olur, davamiyyət orta hesabla 90-100 gün çəkir. Bu dövrdə illik axım həcmindən 20-25 dəfə çox olur.Daşqından sonra azsulu dövrü başlayır. Bu dövrdə illik axımının 8-10%-i keçir.İkinci azsulu dövr qış aylarında muşahidə edilir.
Qoşqar Əhmədov
Qoşqar Teymur oğlu Əhmədov (25 oktyabr 1917, Söyüdlü, Gədəbəy rayonu – 10 fevral 1975, Bakı) — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, Böyük Vətən Müharibəsi iştirakçısı (1941–1945), fizika- riyaziyyat elmləri doktoru (1960), professor (1961), Azərbaycan SSR EA müxbir üzvü (1969). Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də, indiki Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini Söyüdlü kəndində almış, V–VII sinifləri isə Gədəbəy qəsəbə natamam orta məktəbində oxumuşdur. Qoşqar Əhmədov, 1930–1933-cü illərdə Bakı Beynəlmiləl Pedaqoji Texnikumunda təhsil almış, 1934-cü ildə texnikumu bitirdikdən sonra Gədəbəy rayonunun Xarxar kənd natamam orta məktəbində fizika və riyaziyyat müəllimi işləmişdir. Kənddə bir il müəllimlik etdikdən sonra, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin nəzdindəki hazırlıq kursunda oxumuşdur. 1936-cı ildə Qoşqar Teymur oğlu Əhmədov Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin "Riyaziyyat" bölməsinə və Tibb İnstituna daxil olmuşdur. (O vaxt eyni zamanda iki institutda oxumağa icazə verilirdi) Qoşqar Əhmədov bir il bu ali məktəblərin hər ikisində əla qiymətlərlə oxuyub, lakin bir ildən sonra eyni zamanda iki ali məktəbdə təhsil almaq qaydasına son qoyulub. Universitet müəllimlərinin, xüsusən Mikayıl Xıdırzadənin və Maqsud Cavadovun, Əşrəf Hüseynovun təkidi ilə Qoşqar Əhmədov, Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin "Riyaziyyat" bölməsində təhsilini davam etdirməli olur. O, beş il ərzində əla qiymətlərlə oxumuş, təhsil aldığı fakültədə tələbələr üçün dövrün ən yüksək təqaüdü olan İ. V. Stalin adına təqaüdə layiq görülmüşdür. 1941-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, riyaziyyatçı ixtisasına yiyələnmişdir.
Avdı Qoşqar
Avdı Qoşqar — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Avdı Qoşqar 1958-ci il iyunun 8-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsindən məzun olmuşdur. Bir müddət müəllimlik edib. 1986-cı ildən sonra Yazıçılıq Hüququ şöbəsində müvəkkil olaraq çalışmışdır. İlk şeirləri 1980-ci illərdə nəşr edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bitməyən ömür (film, 2013) Ədəbi həyat.
Bolqan (Çaroymaq)
Bolqan (fars. بلقان‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 20 km şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 9 km cənubdadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Bolqar diasporu
Bolqarıstan diasporu ― Bolqarıstandan kənarda yaşayan etnik bolqarların da daxil olduğu bolqar millətinin bir hissəsi. Bolqarıstandan kənarda yaşayan bolqarların sayı 1989-cu ildən, Mərkəzi və Şərqi Avropada kommunist rejimlərinin süqutundan sonra kəskin şəkildə artıb. Bir milyondan çox bolqar ölkəni tərk etdi və bu, ölkənin əhalisinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Bir çox əcnəbi ABŞ-nin Yaşıl Kart lotereya sistemindən yararlanıb. Həmçinin, bir çox bolqarlar ixtisaslı işçiləri cəlb etmək üçün proqram çərçivəsində Kanadaya mühacirət ediblər. Digərləri Avropa Birliyinə getdilər. Yunanıstan və İspaniya kimi ölkələrdə bir çox bolqarlar, xüsusən də ölkə 2007-ci ildə Avropa Birliyinə üzv olduqdan sonra Bolqarıstanı öz yaşayış yeri olaraq saxlayaraq, yalnız fasilələrlə işləyir və yaşayır. Əsasən 1990-cı illərdən bəri bolqarlar iş və təhsillə bağlı səbəblərə görə Aİ üzv dövlətlərinə və Şimali Amerika ölkələrinə mühacirət edirlər. Əksər mühacirlərin başqa ölkələrdə yaşamaq icazəsi var. Mühacirlərin təhsil səviyyəsi və peşələri müxtəlifdir: onlar fəhlə (adətən mənzil-kommunal təsərrüfatında və ərazilərin təmizlənməsində işləyənlər), həmçinin santexnik, inşaatçı, bağban, fəhlə, qulluqçu ola bilər.
Bolqar Avraami
Bolqar Avraami (rus. Авраа́мий Бо́лгарский) — Rus Pravoslav müqəddəsi və əzabkeşi. O, müasir Rusiyada, indiki Tatarıstan ərazisində müsəlman İdil bulqarlarından olan tacir ailəsində anadan olmuşdur. O, müsəlman olmuş, yoxsullara qarşı yaxşı və mehriban davranmışdır. Daha sonra xristianlığı qəbul etmişdir. Müsəlmanlar israrla onun xristianlıqdan imtina etməsinə çalışmış, lakin Avraami öz imanında qalmışdır. O, mürtəd olduğu üçün bulqarlar tərəfindən edam edilmişdir. Avraami Bolqarda rus tacirləri tərəfindən dəfn edilmişdir. 1230-cu ildə, böyük knyaz Yuri Vsevolodoviçin dövründə, İbrahimin qalıqları Vladimirə aparıldı və Knyaginin monastırında böyük knyaz və yepiskopun iştirakı ilə dəfn edilmişdir. Журавский А. В. Авраамий (Аврамий) Болгарский // Православная энциклопедия.
Bolqar çınqılotu
Bolqar çınqılotu (lat. Geum bulgaricum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Bolqar mətbəxi
Bolqarıstan mətbəxi — Bolqarıstan mətbəxi öz yeməkləri ilə məşhurdur. Bolqarıstan mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Bolqarıstan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Bolqar mətbəxi çox dadlıdır və tipik Bolqar mətbəxinin dadına baxmış, lakin onu sevməyən adam yoxdur. Sirr – bişirərkən istifadə olunan ədviyyatlardadır. Onlar yalnız yeməyi dadlı etmir, həmçinin çox sağlamdırlar və tərkibində çoxlu orqanik minerallar var. Daha çox spesifik dad qatmaq üçün salatlarda, şorba və digər yeməklərdə çoxlu təzə və yaşıl ədviyyatlar istifadə etmək, xüsusilə isti fəsillərdə ənənədir.
Basqal
Basqal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Basqal kənd Soveti ləğv edilərək, Basqal şəhər tipli qəsəbəsi mərkəz olmaqla Basqal qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub. Basqal qəsəbəsi 1932–1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir.
BosVaş
BosVash (eyni zamanda BosNYVaş, Boşinqton və ya Şimal-şərq meqapolisi) — ABŞ-nin şimal-şərq sahilindəki aqlomerasiya regionunu əhatə edən bir meqapolya. Meqapol, şimal-şərqdə Massaçusets ştatından Bostondan başlayır və cənub-şərqdə Vaşinqton şəhəri və Virciniyaya qədər uzanır. Başda Boston, Nyu-York, Filadelfiya, Baltimor və Vaşinqton olmaqla böyük şəhərləri, aqlomerasiya regionlarını, şəhərətrafı zonalar və daha kiçik şəhər mərkəzlərini özündə birləşdirir. Fransız coğrafiyaşünası Can Qottmann, 1961-ci ildə yazdığı “Megalopolis: ABŞ-nin Urbanizə edilmiş Şimal-şərqi sahilboyu əraziləri” (Megalopolis: The Urbanized Northeastern Seaboard of the United States) əsəri ilə meqapol termini geniş yayılmışdır. BosVaş 2010-cu ildəki siyahıyaalma nəticələrinə görə 52.332,123 əhaliyə sahibdir və bu da ölkə əhalisinin 17% -ni əhatə edir. BosVaşda Ağ ev, ABŞ Konqres Binası, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı, Nyu-York Fond Birjasının, Beynəlxalq Valyuta Fondunun və bir çox iri transmilli şirkətin mənzil qərargahı yerləşir və ABŞ-nin ÜDM-nin 20%-ni təşkil edir.
Bostan
Bostan – dekorativ bitkilər və qazon sahələrindən ayrı sahədir, xüsusən yeməli bitkilərin və tez-tez bəzi dərman bitkilərinin becərilməsi üçün tarixən istifadə olunur. Bitkilər məişətdə istifadə üçün yetişdirilir; Bəzi mövsümi artıqlıqlar olsa və ya satılsa da, müxtəlif tərəvəz yetişdirən kommersiya əməliyyatı daha çox bazar bağı (və ya ferma ) adlanır. Bostan təkcə tarixi ilə deyil, həm də funksional dizaynı ilə fərqlənir. Bostan yaşayış sahəsinə bitişik və ya çox yaxın olan xüsusi torpaqda olması ilə ayrılan yerdən fərqlənir. Mətbəx bağçasına aşpaz tərəfindən tez bir zamanda daxil ola bilməsi vacib hesab olunur. Tarixən, əksər kiçik bağçalar, ehtimal ki, əsasən və ya tamamilə mətbəx bağları kimi istifadə olunurdu, lakin böyük bağ evlərində mətbəx bağçası ayrılmış bir sahə idi, normal olaraq düzbucaqlı və divar və ya hedcinqlə əhatə olunmuşdu, divarlar meyvə ağaclarını yetişdirmək, eləcə də təklif etmək üçün faydalı idi. küləkdən sığınacaq. Belə böyük nümunələrə çox vaxt daha incə ləzzətlər üçün istixanalar və soba ilə qızdırılan istixanalar, həmçinin evdə nümayiş üçün çiçəklər daxildir; portağallıq son növ idi. Böyük evlərdə mətbəx bağçası adətən evin arxasına və yan tərəfinə diaqonal olaraq yerləşdirilirdi, ön və arxa fasadlardan görünüşlərə mane olmurdu, lakin hələ də tez çatmaq olar. Bəzi hallarda kəsmək üçün davamlı çiçəklər çiçək bağçasında deyil, kənarda yetişdirilirdi.
Boğaz
Boğaz — İnsan orqanı. Boğaz (coğrafiya) — iki quru hissəni bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi.
Pol Bostaf
Pol Stiven Bostaf (ing. Paul Steven Bostaph; d. 6 mart 1964, San-Fransisko, Kaliforniya) — amerikalı treş-metal zərbçisi. Bostafın zərb alətlərində ifaçılıq karyerası 1984-cü ildən başlayır və o, bu zamandan başlayaraq Forbidden (başlanğıcda Forbidden Evil olaraq tanınırdı), Slayer, Testament, Exodus və Systematic kimi qruplarla işləmişdir. Metal-Rules.com saytı Bostafı "əsl professional və treş-metal janrının günümüzdəki ən yaxşı zərbçilərindən biri" adlandırmışdır. Hal-hazırda o, yenidən Slayer qrupunda ifa edir.
Bostan (şəhər)
Bostan — İranın Xuzistan ostanının Dəşt Azadegan şəhristanının Bostan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,314 nəfər və 1,257 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Bənitərəf elindən ibarətdir, Ərəb və fars dillərində danışırlar və şiə müsəlmandırlar.