Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülüstü Qadınəfəndi
Gülüstü Qadınəfəndi (d. 1830 - ö. may 1861) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası. == Həyatı == Gülüstü Qadınəfəndi 1830-cu ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afisə xanım Lakerbadır. Atası ailəsiylə birlikdə 1831-ci ildə İstanbula köç etmiş, ancaq bir il sonra vəfat etmişdir. Sarayda xidmət edən yaxın adamlarından birinin vasitəsilə Afisə xanım qızını 10 yaşında ikən Sultan Əbdülməcidin hərəminə təhvil vermiş, balaca Fatmanın adı dəyişdirilərək mükəmməl təhsil verilmişdir.Bəzmialəm Validə Sultan tərəfindən yetişdirildikdən sonra 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu. Ancaq əkiz olan qızları Zəkiyə və Fəhimə Sultan 2 yaşlarında vəfat etmişdir.
Quyular (Miyanə)
Quyular (fars. قويولار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (18 ailə).
Quyuluq məhəlləsi
Quyuluq məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biridir. Bu məhəllə su quyuları ilə bol olduğundan belə adlandırılmışdır. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur.
Quyuluq məscidi
Quyuluq məscidi — XVIII əsr də Şuşanın Quyuluq məhəlləsində tikilmişdir. (İNV № 5146) == Haqqında == Quyuluq məscidi Azərbaycanın Qarabağ bölgəsinin Şuşa şəhərində, paytaxt Bakıdan 350 km məsafədə yerləşir. Məscid Şuşanın Güləgül məhəlləsinin Ocaqqulu küçəsində yerləşir. Quyuluq məscidi 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən on yeddi məsciddən biri idi. Təxminən 30 il davam edən işğal dönəmində məscid dağıntılara məruz qalmışdır.Quyuluq məscidi əsas fasadın memarlıq kompozisiyasına görə müxtəlif formalı enli tağları olan eyvanlı Şuşa məhəllə məscidləri tipinə aid edilir. Buna görə də, ibadətxana ilə ibadət zalı üzvi bütövlük təşkil edir. Məscid daxili məkanın memarlıq-konstruktiv həllinə görə təkhəcmli və yastı taxta tavanlı olmuşdur. XVIII əsrdə tikilməsi ehtimal edilən məscid 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir.
Karst quyusu
Karst quyusu-(rus. карстовый колодец , ing. karst pit) karst vilayətlərində qapalı çökək-liklərin bir tipi. Adətən dairəvi, düzgün olmayan silindr, yaxud çat formasında olur (dərinliyi 20–60 m, eni 5–10 m). Yeraltı suların həlletmə fəaliyyəti nəticəsində yeraltı karst boşluğunun tağının uçması sayəsində əmələ gəlir, yaxud hazırda inkişafda olmayan boşluq formasında olur.
Qululu (Germi)
Qululu (fars. قيلولو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (38 ailə).
Quğulu Park
Quğulu Park — Ankara şəhərinin Qavaqlıdərə məhəlləsində olan bir parkdır. Park, Tunalı Hilmi Prospekti, Atatürk Bulvarı və Polşa Caddəsi arasındadır. Parkın hovuzunda, qular, qazlar və ördəklər yer alır. == Tarix == Qavaqlıdərədən arta qalan gölmə və ətraf ərazi 1958-ci ildə Ankara Bələdiyyəsi tərəfindən park halına salınmışdı. 1957-ci ildə Atatürk Bulvarının genişləndirilməsi üçün Polşa Səfirliyinə məxsus torpaq sahəsinin bir qismi alınmışdı, 1964-cü ildə Polşanın bu itkisini kompensasiya etmək məqsədiylə səfirlik torpaqlarına bitişik digər torpaqlardan və hətta Quğulu Parkın bir qismi bağışlanılmışdı. Əvvəllər xalqdan çox maraq görməyən park Vədat Daloqayın bələdiyyə başçılığı (1973–77) əsnasında yenidən abadlaşdırılmış məşhur bir yer oldu. Parkın adı qurulduğu illərdə Vyana Bələdiyyəsi tərəfindən hədiyyə edilən ağ qu quşlarından (türkcə: kuğu) əmələ gəlib. Quğulu parkın qulanrından üçü daha sonra Seymənlər parkına köçürülmüşdür. Bu qular daha sonra müxtəlif vaxtlarda Quğulu Parka qayıtmaq üçün uçarkən yüksək binalara və ya ağaclara dəyib nəticədə ölmüşdü. Parkda hələ də olan qu quşları (Cygnus atratus) Çin Xalq Respublikası hökumətinin hədiyyələridir və Pekindən gətirilmişdirlər.
Taxıl quyusu
Taxıl quyusu ən çox dağ kəndlərində, qismən də dağətəyi kəndlərdə geniş yayılmışdı. Taxılı nəmdən qorumaq üçün quyunun döşəməsinə ot-alaf, saman tökməkdən əlavə, bəzən divarlarına çətən və ya həsir çəkirdilər. Sucaq ərazilərdə taxıl quyusu qazmaq əl vermirdi. Belə quyuda ancaq boyaq bitkisinin kökünü saxlayırdılar. Çünki boyaq kökü çox quruyanda özünün boyaq keyfiyyətini xeyli itirirdi. Boyaq bitkisi əkinləri tənəzzülə uğrayandan sonra boyaq quyusu da aradan çıxmışdır.
Bərəhut quyusu
Bərəhut və ya Bir-Bərhut – Yəmənin Hədramaut əyalətində yerləşən barəsində cinlərin sakin olduğu əfsanələrin dolaşdığı dərin quyu. Quyunun dərinliyi 112 metrdir və onun daxili ərazisi 700 kvadrat metrdən çoxdur. Yerli əhalinin və bəzi ilahiyyatçıların fikrinə görə bu quyu dini hədislərdə keçən həmin Bərəhut quyusudur. == Tarixi == Dini mənbələrdə deyilir: Məhəmməd Peyğəmbər (s) buyurub: "Yer üzərində ən yaxşı su — Zəmzəm və ən pis su — Bərəhut suyudur ki, Həzərmut səhrasında yerləşir. Kafirlərin ruhları, misal bədənləri ilə ora köçürülərlər".
Gülüstü Qadın Əfəndi
Gülüstü Qadınəfəndi (d. 1830 - ö. may 1861) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası. == Həyatı == Gülüstü Qadınəfəndi 1830-cu ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afisə xanım Lakerbadır. Atası ailəsiylə birlikdə 1831-ci ildə İstanbula köç etmiş, ancaq bir il sonra vəfat etmişdir. Sarayda xidmət edən yaxın adamlarından birinin vasitəsilə Afisə xanım qızını 10 yaşında ikən Sultan Əbdülməcidin hərəminə təhvil vermiş, balaca Fatmanın adı dəyişdirilərək mükəmməl təhsil verilmişdir.Bəzmialəm Validə Sultan tərəfindən yetişdirildikdən sonra 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu. Ancaq əkiz olan qızları Zəkiyə və Fəhimə Sultan 2 yaşlarında vəfat etmişdir.
Gülüstü Qadınəfəndi türbəsi
Gülüstü Qadınəfəndi türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə. == Haqqında == Gülüstü Qadınəfəndi 31-ci Osmanlı sultanı olan Sultan Əbdülməcidin xanımı və son osmanlı sultanı olan Sultan Vahidəddinin anasıdır. 1855-ci ildə əkiz qızları Zəkiyə və Fəhimə Sultanları, 1856-cı ildə Mədiha Sultanı və 1861-ci ildə oğlu Mehmed Vahidəddin Əfəndini dünyaya gətirmişdir. Ancaq oğlu hələ 5 aylıqkən vəfat etmiş, Fateh məscidinin arxa həyətində, daha əvvəl vəfat edən övladlarının məzarı yaxınlığına dəfn edilmişdir. Məzarların üzərinə inşa edilən türbə isə Sultan Əbdülməcid səltənətinin sonlarına aiddir. Digər Osmanlı türbələrindən fərqli olaraq dairəvi planlı olan bu türbə kəsmə daşdan inşa edilib. Türbədə aşağı sıralarda 9, yuxarıda isə 14 olmaqla, ümumilikdə 23 pəncərə var. Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir: Sultan Əbdülməcidin xanımlarından Ceylanyar xanım Sultan Əbdülməcidin qızı Zəkiyə Sultan (d. 24 fevral 1855 - ö. 18 fevral 1856) Sultan Əbdülməcidin qızı Fəhimə Sultan (d.
Quyucu Murad Paşa
Quyucu Murad Paşa (1530, Bosniya əyaləti – 5 avqust 1611, Diyarbəkir) — I Əhməd səltənətində 4 il 7 ay 25 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Doğum tarixi və yeri bilinmir. Əslən boşnakdır. Vəfat etdiyi əsnada yaşı 90-nı keçdiyi üçün təxminən 1522-ci ildə dünyaya gəldiyi qəbul edilir. Dəvşirmə olaraq saraya alınmış, burada saray tərbiyəsi almışdır. Qanuni Sultan Süleymanın son illərində Yəmən bəylərbəyi olan Mahmud Paşanın kəndxudası olaraq xidmət etdi. Yenə Mahmud Paşanın Misir bəylərbəyliyində də yanında xidmət etdi. Bu illərdə Mahmud Paşanın qızı ilə evləndi və 1575-ci ildə Yəmən bəylərbəyi oldu. 4 ilə yaxın burada xidmət etdi və bu dövr ərzində bölgədə abadlıq işləri gördü. Ancaq Yəməndəki vəzifəsi əsnasında haqsız yerə sərvət qazandığı şayəsi yayıldı və bu səbəblə vəzifədən alınaraq İstanbula çağırıldı.
Kola dərin quyusu
Kola dərin quyusu (rus. Кольская сверхглубокая скважина) — dünyada ən dərin quyu olub elmi əhəmiyyət kəsb edir. SSRİ-də son dərəcə dərin quyular sisteminin bir hissəsi olmuşdur. Nikel qəsəbəsindən 15 km şərqdə və Zapolyarnıy şəhərindən 12 km qərbdə yerləşir. 1997-ci ildə o, Ginnesin Rekordlar Kitabına yer qabığına ən dərin insan nüfuzetməsi kimi daxil edilmişdir və bu günə qədər də bu rekord qalmaqdadır. O, həmçinin Maersk Oil BD-04A neft quyusunun (12 290 m, Qətər) qazıldığı 2008-ci ilə qədər dünyanın ən uzun quyusu olmuşdur. Hazırda isə, ən uzun quyu Saxalin şelfində neft hasilatı üçün qazılan Z-44 Çayvodur (Rusiya) - 15 km (rekord 2017-ci ildə müəyyən edilib). 1970-ci ildən 1991-ci ilə qədər fasilələrlə aparılan qazma işləri nəticəsində Kola quyusunun dərinliyi 12 262 metrə çatmışdır. Onun yuxarı hissəsinin diametri 92 sm, aşağı hissəsinin diametri 21,5 sm-dir. 1994-cü ildə bir sıra qəzalardan sonra quyu bağlanmışdır.